«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


(5-ci ayə) Buxari «Səhih» əsərində (9-cu cild, səh. 420) de­miş­­dir­: «Abbad ibn Cə'fər deyir ki, ibn Ab­bas (r.a) ﭽ ﯱ ﯲ ﯳ ﯴ ﭼ «



Yüklə 2,89 Mb.
səhifə14/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

(5-ci ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 420) de­miş­­dir­: «Abbad ibn Cə'fər deyir ki, ibn Ab­bas (r.a)
ﭽ ﯱ ﯲ ﯳ ﯴ ﭼ
«Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edir­lər) ki, Allahdan gizlənsinlər.. ayə­sini oxudu və mən bu ayənin izahı barəsində ondan soruşduqda o dedi: «O za­manlar bəziləri ayaq yoluna getdikdə və həmçinin qadınları ilə yaxınlıq etdik­də övrət yerlərinin açılmasından utanar­dı­lar. Onlar barəsində də bu ayə nazil oldu».

Bu hədisi həmçinin ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 150) və ibn Cərir «Təfsir»ində (11-ci cild, səh. 185) rəvayət etmiş­lər. İbn Cəririn rəvayə­tində ayənin nazil olması göstərilməmişdir.


Uca Allah buyurur:
ﭽ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﭼ
«Gündüzün iki başında (əvvəlində və axırında), və ge­cənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xa­tırlatmadır».

(114-cü ayə)

Buxari «Səhih» əsərində (2-ci cild, səh. 148) de­miş­­dir­: «Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, bir kişi Pey­ğəm­bərin  yanına gəlib (na­məhrəm) bir qadını öpdüyünü ona xəbər verdi (bunun nə dərə­cədə günah olduğunu öyrənmək istədi) və Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﭼ الآية
«Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır».

Kişi dedi: «Ey Allahın elçisi! Bu hökm yalnız mənə aid­dir?» Peyğəmbər  dedi: «Bu hökm bütün ümmətimə aid­dir!»

Buxari bu hədisi həmçinin «Təfsir» fəslində (9-cu cild, səh. 448), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 79-80), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 127-128), ibn Ma­cə «Sünən» əsərində (1398-ci və 4254-cü hədislər), Nəsai «Sünən» əsərində (ibn Kəsirin «Təfsir»ində qeyd olunduğu kimi), Əh­məd «Müs­nəd» əsərində (1-ci cild, səh. 406, 430, 445, 449, 452), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 20), ibn Cərir «Təfsir»ində (12-ci cild, səh. 134-135), Va­hi­di «Əsbabun-Nuzul» əsərində və Xətib əl-Bəğdadi «Muvəd­dih Əvhamil-Cəmi vət-Təfriq» əsərində rəva­yət etmişlər. Tirmizi bu hədisi «həsən-səhih» ad­lan­dırmışdır.

Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 128) de­miş­­dir­: «Əbu əl-Yəsar (r.a) rəvayət edir ki, bir qadın xurma almaq üçün yanıma gəldi və mən ona: «Evdə bunlardan da yaxşı xurmalarım var» - deyib onu evə dəvət etdim. O mənimlə birgə içəri daxil oldu. Sonra mən ona sarılaraq onu öpdüm. Sonra Əbu Bəkrin (r.a) yanına gəlib bu barədə ona xəbər verdim və o dedi: «Eybini gizlət, tövbə et və bu barədə heç kəsə xəbər vermə!» Mən dözməyib Ömərin (r.a) yanına get­dim və bu haqda ondan soruşdum. O da Əbu Bəkrin (r.a) dediklərini dedi. Mən yenə də dözməyib Peyğəmbərin  ya­nına getdim. Bu barədə ona xəbər verdikdə o dedi: «Allah yolunda ci­hadda olanın ailəsi ilə bu cür davranırsan?!»

Əbu əl-Yəsar (r.a) özünün Cəhənnəm əhlindən olduğunu zənn etdi və yenidən müsəlman olmağını təmənna etdi.

Peyğəmbər  bir müddət gözlədikdən sonra Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﭼ

«Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır».

Əbu əl-Yəsar (r.a) deyir ki, mən Peyğəmbərin  yanı­na gəldikdə o bu ayələri mənə oxudu və səhabələr: «Ey Allahın elçisi! Bu ayə yalnız Əbu əl-Yəsara (r.a) aiddir, yoxsa bütün insanlara şamil edilir?» - de­yə soruşdular. O dedi: «Əksinə bu ayə bütün insanlara şamil edilir». Bu hədis «həsən-səhih, ğə­rib»dir.

Lakin qeyd etmək lazımdır ki, Vəkiy və qeyriləri hədisin isna­dında olan Qeys ibn Rəbini «daif» ravi hesab etmişlər. Elə buna görə də hədis «həsən li-ğeyrihi» hesab olunur.

Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (12-ci cild, səh. 137), Buxari «Tarix» əsərində (7-ci cild, səh. 221) və Vahidi «Əs­babun-Nüzul» əsərində rəvayət etmişlər.

Bəzzar «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 52) de­miş­­­dir­: «Ubeydullah ibn Abdullah ibn Abbas rəvayət edir ki, Peyğəmbərin  səhabələrindən olan bir kişi bir qadını sevirdi. O, yağışlı günlə­rin birində ehtiyacını ödəmək üçün Peyğəmbərdən  izn istəyib onun yanına getdi. O gəlib çat­dıqda sevdiyi qadının nohurda çimdiyini gördü və ona ya­xınlaşdı. Qadınla (cinsi əlaqə­yə girmədən) yaxınlıq etdikdə onun şəhvət hissi oyandı. O gəlib bu haqda Peyğəmbərə  xəbər verdikdə o dedi: «Dörd rəkət namaz qıl!» Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﭼ الآية
«Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır».

Yusif surəsi
Uca Allah buyurur:
ﭽ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﭼ
«Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitab­ın ayələridir. Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz. Biz bu Quranı sənə vəhy etməklə sə­nə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əv­vəl xəbərsiz olanlardan idin».

(1-3-cü ayələr)
İshaq ibn Rahaveyh «Müsnəd» əsərində (İbn Həcərin «Mətali­bul Aliyə» əsərində (səh. 440) qeyd olunduğu kimi) de­miş­­dir­: «Sə'd (r.a)
ﭽ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﭼ
«Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl he­ka­yəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olan­lardan idin» ayəsi barəsində demişdir: «Uca Allah Öz Rə­suluna ayə­lər nazil etdi. O bu ayələri uzun müddət oxudu və səhabələr: «Ey Allahın elçisi! Bizə bir hekayə danış» - deyə ona müraciət etdilər və Uca Allah da bu ayələri nazil etdi:
ﭽ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﭼ

«Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitab­ın ayələridir. Hə­qiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, ba­şa düşə biləsiniz. Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin».

O bu ayələri də bir müddət oxuduqdan sonra səhabələr yenə: «Ey Allahın elçisi! Bizə bir əhvalat danış». - deyə ona müraciət etdilər və Uca Allah bu ayəni nazil etdi:


ﭽ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﭼ
«Allah Sözün ən gözəlini - ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qor­xan­ların ondan dəriləri ür­pəşər. Sonra isə Allahı yad etmək­lə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz»122

Hədisin isnadında olan ravilərin hamısı – Xəllad əs-Səf­fardan başqa - Buxari və Muslimin istinad etdiyi ravilərdir. Xəllada gəlin­cə, o da «siqa» ravidir.

Bu hədisi həmçinin ibn Hibban «Səhih» əsərində, ibn Cərir «Təfsir»ində (12-ci cild, səh. 150) və Hakim «Mus­tədrək» əsərin­də (2-ci cild, səh. 345) rəvayət etmişlər.

Hakim bu hədisin isnadını «səhih» adlandırmış və Zəhəbi də bunu təsdiqləmiş­dir.


Ər-Rə'd surəsi
Uca Allah buyurur:
ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﭼ
«Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mə­ləklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildı­rımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir»

(13-cü ayə)

Bəzzar «Kəşful-Əstar» əsərində (3-cü cild, səh. 54) de­miş­­dir­: «Ənəs ibn Malik (r.a) rəva­yət edir ki, Peyğəmbər  səhabələrindən bir nə­fəri cahillərin başçılarının birinin ya­nı­na göndərdi ki, onu Uca Allahın dininə dəvət etsin. O dedi: «Məni dəvət etdiyin Rəbbin dəmirdəndir, yoxsa misdən? Bəlkə gümüşdən və ya qızıldandır?» səhabə gəlib onun de­diklərini bir daha Peyğəmbərə  xəbər verdi və o yeni­dən səhabəni onun yanına göndərdi. Cahil yenə dediklərini tək­rar etdi. Pey­ğəmbər  üçüncü dəfə səhabəni onun yanına göndərdi. Cahil bu dəfə də de­diklərini təkrar etdi. Səhabə gəlib onun dediklərini Peyğəmbərə  xəbər verdi və Uca Allah onu ildırımla vurub yandırdı. Peyğəmbər  dedi: «Həqiqətən, Uca Allah onu ildırımla vurub yandırdı». Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﭼ
«Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mə­ləklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildı­rımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir»

Bu hədisi həmçinin ibn Əbi Asim «Sünən» əsərində (1-ci cild, səh. 304), Əbu Yə'lə «Müsənnəf» əsərində (6-cı cild, səh. 87), Bey­həqi «Əsm vəs-Sifat» əsərində (səh. 278) və Nəsai «Sünən» əsərin­də (1-ci cild, səh. 99) rəvayət etmişlər.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 42) de­mişdir: «Bu hədisi Bəzzar, əbu Yə'lə və Təbərani rə­vayət etmiş­lər». Deyləm ibn Ğəz­vandan başqa Bəzzarın is­nadında olan ravi­lərin hamısı Buxari və Muslimin istinad et­diyi ravilərdir. Dey­ləmin özü də «siqa» ravidir. Əbu Yə'lə və Təbəraninin isnadların­da olan Əli ibn Əbi Sarra adlı ravi «daif»dir.
İbrahim surəsi
Uca Allah buyurur:
ﭽ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﭼ
«Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdı­rar. Allah istədiyini edər»

(27-ci ayə)

Nəsai «Sünən» əsərində (4-cü cild, səh. 10) de­miş­­dir­: «Bəra ibn Azib (r.a)


ﭽ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭼ الآية
«Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar…» ayəsini oxuduq­dan sonra demişdir: «Bu ayə qəbr əzabı ba­rəsində nazil olmuş­dur».

Başqa isnadla rəvayət olunmuş hədisdə Bəra ibn Azib (r.a) deyir ki, Peyğəmbər  bu ayəni oxuduq­dan son­ra de­mişdir: «Bu ayə qəbr əzabı barəsində nazil olmuş­dur. Orada bərzəx123 həyatında ona deyiləcəkdir: «Rəbbin kim­dir?» O deyə­cəkdir: «Rəbbim Allahdır, dinim də Məhəmmədin  dinidir. Bu da


ﭽ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭼ الآية
«Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar…» ayəsində öz təsdi­qini tapmışdır».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (9-cu cild, səh. 475-476) və ibn Macə «Sünən» əsərində (1427-ci hə­dis) rəvayət et­mişlər.


Ən-Nəhl surəsi
Uca Allah buyurur:
ﭽ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﭼ

«Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsus­dur, lakin onların çoxu bunu bilmir. Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?»

(75-76-cı ayələr)
İbn Cərir «Təfsir»ində (14-cü cild. səh. 151) demişdir: «İbn Abbas (r.a) rəvayət edir ki,
ﭽ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭼ
«Allah belə bir məsəl çəkdi…..» ayəsi Qüreyş qəbi­ləsindən olan bir kişi və onun quluna aid nazil olmuşdur:
ﭽ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﭼ
«Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; On­lar­dan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi ayəsin­də isə misal çəkilən iki kişidən biri Osman ibn Əffan (r.a), digəri də onun lal köləsidir ki, göndərildiyi yerdən xeyirlə qayıt­mazdı. O zaman Osman (r.a) himayədarlıq edərək onu yaşa­yış üçün zəruri olan bütün şeylərlə təmin edir və ona kifayət qədər qayğı göstərir­di. Köləsi isə İslama pis münasibət bəs­ləyib onu inkar edir və hət­ta Osmanı (r.a) da sədəqə verib yaxşı işlər görməkdən çəkindirir­di. Odur ki, bu ayə onlar ba­rəsində nazil oldu».

Bu hədisin isnadında olan ravilərin hamısı Buxari və Mus­limin istinad etdiyi ravilərdir.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭼ
«Biz onların: “Quranı ona bir insan öyrədir!”- dedik­lərini bilirik. Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir».

(103-cü ayə)
İbn Cərir «Təfsir»ində (14-cü cild. səh. 178) demişdir: «Abdullah ibn Muslim əl-Hədrəmi (r.a) rəvayət edir ki, on­ların Yəsər və Cəbr adlı Yəmənli olmayan azyaşlı iki köləsi var idi. Onlar Tövrat oxuyardılar və Peyğəmbər  də hərdən onların yanında oturardı. Ona görə də qüreyş kafirləri: «O, onların yanına (Quranı) öyrənmək üçün gedir»- dedilər və Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭼ
«…Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir».

Müsənnə ibn İb­rahim əl-Amilidən başqa bu hədisin124 isnadın­da olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilər­dir. Doğrusu onun tər­cümeyi-halı barəsində məndə heç bir məlu­mat yoxdur. Lakin Süf­yan ibn Vəkiyin rəvayəti onun rəva­yətini qüvvətləndirir.

Huşeym ibn Bəşirə gəlincə, o «müdəllis»dir və ibn Ab­basdan (r.a) «bu hədisi eşitdim» demə­dən rə­vayət etmişdir. Lakin onun rəvayətini Xalid ibn Abdulla­hın və Məhəmməd ibn Fudeylin rəvayətləri qüvvətləndirir. Odur ki, ibn Həcər «İsabə» əsərində (2-ci cild. səh. 439) bu hədisi nəql etdik­dən sonra demişdir: «Bu hə­disdən sonra gələn hədis də eyni is­nadla rəva­yət olunmuşdur və bu isnad «səhih»dir».

Alimlər hədisi rəvayət edən səhabənin adı barəsində ix­ti­laf et­mişlər. İbn Cəririn rəvayətində onun Abdullah ibn Muslim (r.a), ibn Əbi Hatimin «Cərh vət-Tə'dil» əsərində (5-ci cild. səh. 332) isə onun Ubeydullah ibn Muslim (r.a) olduğu qeyd olunmuş­dur. Bu barədə ibn Həcər «İsabə» əsə­rində (2-ci cild. səh. 439) danışıb.

Bu hədisi qüvvətləndirən başqa bir hədis də ibn Abbas­dan (r.a) rəvayət olunub. Hakim «Mustədrək» əsərində (2-ci cild. səh. 357) demişdir: «Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, onlar (müşriklər): «Məhəmmədi ibn Hədrə­minin ki­tab əhlindən olan qulu öyrədilr!»- dedilər və Uca Allah bu ayələri nazil etdi:
ﭽ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭼ إلى قوله ﭽ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭼ

«…Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir» ayəsin­dən « Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar » ayəsinə qə­dər.

Uca Allah buyurur:
ﭽ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﭼ
«Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlar­dan sonra əlbət­tə, Rəbbin Bağış­layandır, Rəhmlidir».

(110-cu ayə)
İbn Cərir «Təfsir»ində (14-cü cild. Səh. 184) demişdir: «İbn Abbas (r.a) rəvayət edir ki, bir dəstə Məkkəli İslamı qəbul etmiş və bunu müş­riklərdən gizlətmiş­di. Bədr döyüşü günü müşriklər onları özləri ilə getməyə məcbur etdilər. On­lardan bəzi­ləri bu döyüşdə yaralandı, bəziləri də öldü­rüldü. Müsəlmanlar: «Onlar bizim müsəl­man qardaşlarımız idi və bu döyüşə məcburiyyət qarşısında gəl­mişdilər»- deyib onlar üçün ba­ğışlanma dilədilər. Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﭼ
«Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”- deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”- deyəcəklər. Onların sı­ğınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeri­dir».125

Səhabələr bu ayəni məktuba yazaraq Məkkədə qalan müsəl­manla­ra göndərib bildirdilər ki, onların orada qalması üçün heç bir üzür yoxdur.

Onlar Mədinəyə hicrət etdikdə müşriklərlə rastlaşdılar və onla­rın fitnəsinə məruz qaldılar (və qayıtdılar). Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﭼ
«İnsanların arasında: “Allaha iman gətirdik!”- deyən­ləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qal­dıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəl­miş olsa, mütləq: “Biz də sizinlə idik!”- deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?»126

Müsəlmanlar bu ayəni də yazıb onlara göndərdilər. Bu dəfə onlar yenə də Məkkədən çıxdılar və hər bir xeyirdən ümidlərini üz­dülər. Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﭼ
«Sınağa çəkildikdən sonra hicrət edənləri, daha son­ra cihad edib çətinliklərə dözənləri, bunlar­dan sonra əl­bəttə, Rəbbin Bağış­layandır, Rəhmlidir».

Müsəlmanlar bu ayəni də onlara yazıb Allahın onlara yol aç­dığını bildirdilər. Onlar Mədinəyə hicrət edərkən müşrik­lərlə rast­laşdılar və onlarla döyüşdülər. Onlardan bəziləri öl­dürüldü, bəzi­ləri isə qaçıb canını qurtardı».

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 10) demiş­dir: «Məhəmməd ibn Şureykdən başqa bu hədisin is­nadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir. Mə­həmməd ibn Şureykə gəlincə, o da «si­qa» ravidir».
Uca Allah buyurur:
ﭽ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ
«Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza veri­libsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir».

(126-cı ayə)
Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 133) demişdir: «Ubey ibn Kəb (r.a) demişdir: «Uhud döyüşündə ənsar­lar­dan altmış dörd, mühacirlərdən isə altı kişi şəhid oldu. On­lardan biri də Həmzə (r.a) idi. Müşriklər onların cəsədlərini eybəcər hala saldıqları üçün ənsarlar: «Əgər bir də onlarla döyüşsək, mütləq ikiqat əvəzini çıxacağıq»- dedilər və Mək­kə­nin fəthi günü Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭼ
«Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza veri­libsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir».

Bir kişi dedi: «Bu gündən Qüreyş məhv oldu!» Pey­ğəm­bər  isə dedi: «Dörd nəfərdən başqa hamını bağışla­yın!»

Tirmizi bu hədisin «həsən, ğərib» olduğunu demişdir.

Bu hədisi həmçinin Əhməd «Müsnəd» əsərində (5-ci cild, səh. 135), ibn Hibban «Səhih» əsərində (12-ci cild, səh. 111) (Heysəmi­nin «Məvariduzz-Zaman» əsərində (səh. 411) qeyd olunduğu kimi), Təbərani «Mucəmul-Kəbir» əsərində (3-cü cild, səh. 157) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 359, 446) rəvayət etmişlər.

Hakim bu hədisin isnadının «səhih» olduğunu demiş, Zəhəbi də onu təsdiqləmişdir.
Əl-İsra surəsi
Uca Allah buyurur:
ﭽ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﭼ
«De: “Allahdan başqa tanrı saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu baş­qasına yönəltməyə qadir deyillər”. Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabın­dan qorxurlar. Həqiqətən, Rəbbinin əzabın­dan qorun­maq gərəkdir»

(56-57-ci ayələr)

Muslim «Səhih» əsərində (18-ci cild, səh. 164) demiş­dir: Abdullah ibn Məsud (r.a)


ﭽ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﭼ
«Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar...» ayəsi barədə demişdir: «O zamanlar bir dəstə insan cinlər­dən olan bir topluma tapınırdılar. Həmən cinlər İslamı qə­bul et­dilər, onlara tapınan insanlar isə öz ibadətlərinə davam et­dilər və Uca Allah da bu ayəni nazil etdi:

ﭽ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﭼ


«Onların yalvardıqları tanrıların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar...»

Bu hədisi Buxari «Səhih» əsərində (10-cu cild, səh. 13) rəvayət etmiş, lakin ayənin nazil olduğunu qeyd etməmişdir.

Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (15-ci cild, səh. 104-105) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 362) rəvayət etmişlər.

Hakim bu hədisin Muslimin şərtlərinə görə «səhih» ol­du­ğunu de­miş, Zəhəbi də bunu təsdiqləmişdir. Burada o hər iki ayənin (56 və 57-ci ayələrin) nazil olduğunu qeyd et­miş­dir.


Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭼ
«Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yal­nız qorxutmaq üçün göndəririk».

(59-cu ayə)
Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 258) demişdir: «İbn Abbas (r.a) deyir ki, Məkkə əhli Peyğəmbərdən  tə­ləb etdi ki, Səfa dağını onlar üçün qızıla çevirsin və digər dağları da kənarlaşdırsın ki, boş sahədə əkib-becərə bil­sin­lər. Peyğəmbərə  deyildi: «İstəyirsənsə fikirlə­şib haqq yo­luna qayıtmaq üçün onlara möhlət ver, istəyirsənsə də onla­rın tələblərini yerinə yetir. Hərgah bundan sonra küfr etsə­lər, əvəlki həlak olmuş ümmətlər kimi onlar da həlak olacaq­lar».

Peyğəmbər  : «Xeyr! Əksinə, mən onlara möhlət ver­mək istəyirəm»- dedi və Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭼ
«Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə sə­bəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik…»

Bu hədisi həmçinin Nəsai «Sünən» əsərində (1-ci cild, səh. 111) (ibn Kəsirin «Bidayə vən-Nihayə» əsərində (3-cü cild, səh. 52) qeyd olunduğu kimi), ibn Cərir «Təfsir»ində (15-ci cild, səh. 108) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 362) rəvayət et­miş­lər.

İbn Kəsir bu hədisin isnadının «ceyyid» olduğunu demiş­dir.

Hakim: «Bu hədisin isnadı «səhih»dir, lakin Buxari və Muslim onu rəvayət etməmişlər» - demiş, Zəhəbi də onu təs­diqləmişdir.

Heysəmi «Məcməuz-Zəvaid» əsərində (7-ci cild, səh. 50) de­mişdir: «Bu hədisin isnadında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravi­lərdir».
Uca Allah buyurur:
ﭽ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﭼ
«Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbi­min əmrindən­dir. Sizə yalnız az bir bilik verilmişdir”».

(85-ci ayə)
Buxari «Səhih» əsərində (1-ci cild, səh. 235) demişdir: «Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, mən Peyğəm­bərlə  birgə Mədinənin boş əkin sahələrindən birində idim. Peyğəmbər  xurma ağacından olan bir əsaya söykənmişdi. Bu vaxt bir dəstə yəhudi ya­nımızdan keçərək öz aralarında: «Ondan ruh barəsin­də soruşun»- dedilər. Onlardan bəziləri: «Soruşmayın! Ola bilsin ki, onun verdiyi cavab sizin xo­şu­nuza gəlməsin (sizdə şübhə oyat­sın)», digərləri isə: «Yox! Mütləq soruşacağıq»- dedilər. Bir kişi ayağa qalxıb dedi: «Ey Əbul-Qasim! Ruh nədir?» Pey­ğəmbər  susdu. Mən öz-özümə: «Şübhəsiz ki, ona vəhy nazil olur»- dedim və ayağa qalxdım. Vəhy nazil olduq­dan sonra Peyğəmbər  bu ayəni onlara oxudu:
ﭽ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﭼ
«Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindən­dir. Sizə yalnız az bir bilik verilmişdir”».

Ə'məş dedi: «Bu ayə bizim qiraətimizdə də bu cürdür».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (10-cu cild, səh. 15; 17-ci cild, səh. 33, 217, 221), Muslim «Səhih» əsə­rində (17-ci cild, səh. 137), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 138), Əh­məd «Müsnəd» əsərində (1-ci cild, səh. 389, 410, 445), ibn Cərir «Təfsir»ində (15-ci cild, səh. 155) və Təbərani «Mucəmus-Səğir» əsərində (2-ci cild, səh. 86) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.

Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 137) demişdir: «İbn Abbas (r.a) rəvayət edir ki, qü­reyşlilər yəhudilərə: «Bi­zə elə bir şey öyrədin ki, onun ba­rəsində bu kişidən (Pey­ğəmbərdən ) soruşaq»- dedikdə onlar: «Ruh ba­rə­sində so­ruşun!»- dedilər. Qüreyşlilər ondan ruh barəsində so­ruşduq­da Uca Allah bu ayəni nazil etdi:

ﭽ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﭼ


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə