Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   2   3   4   5   6   7   8   9   ...   107

11
Azərbaycanda mezolit dövrü düşərgələrinə misal olaraq Qobustan
qayaüstü rəsmləri, Firuzə, Öküzlər, Anazağa (hər üçü Qobustanda) düşərgələrini
göstərə bilərik.
Neolit (eramızdan əvvəl 7-6-cı minilliklər). Bu dövrdə  əkinçilik və
maldarlıq təşəkkül tapır, istehsal təsərrüfatı yaranır (gil qablar istehsalı)
toxuculuq kəşf olunur, əhali oturaq həyat sürür, ovçuluq və balıqçılıqla məşğul
olur. Əmək alətləri əsasən çaxmaq daşından hazırlanır. Azərbaycanda neolit
dövrü abidələri: 1. Gəncə yaxınlığında Gilli dağ, 2. Təbriz yaxınlığında Yanıq
təpə. 3. 133 saylı Gəncəçay düşərcəsi. 4. Urmiya gölü yaxınlığındakı Firuz təpə.
Eneolit (eradan əvvəl 6-4-cü minilliklər). Bu dövrdə daş məmulatlarla
yanaşı metaldan istifadə olunmasına başlanır, bu dövr abidələrinə Gəncə-Qazax
(Şomu təpə,  Baba dərviş, Qarğalar təpəsi). 2. Kür-Araz mədəniyyəti. 3. Mil-
Qarabağ. 4. Qobustan, Quba-Xaçmaz, Şəki-Zaqatala, 5. Muğan. 6. Naxçıvan
(Kültəpə) arxeoloci mədəniyyətlərini göstərə bilərik.
Bu dövrdə dulusçuluq geniş yayılır.
Azərbaycanda tunc dövrü (eradan əvvəl 4-2-ci minlliyi) əhatə edir.
Tərkibinə Aşkarlar (sürmə, mərgümüş, nikkel, qalay) qatılmış  ərinti tunc
adlanır. Bu dövrdə toxa əkinçiliyi xış  əkinçiliyi ilə  əvəz olunur. Erkən tunc
dövrü Kür-Araz mədəniyyəti ilə xarakterizə olunur. Bu mədəniyyətin izlərinə
Anadolu yaylası, İran, Suriya, Dağıstan, Çeçen-İnquş, Şimali Osetiyaya qədər
olan ərazilərdə rast gəlinir.
Erkən tunc dövrü abidələri: 1. Baba Dərviş. 2. Göytəpə. 3. Oğlan
Xantəpə.
Erkən tunc dövründə at əhəlləşdirilir. Birinci böyük ictimai əmək bölgüsü
baş verir. Yəni əkinçilik maldarlıqdan ayrılır. Patriarxat matriarxatla əvəz
olunur.
Azərbaycan orta tunc dövründə aşağıdakı abidələrlə təmsil olunur.


12
1.
Qarabağda Üzərlik təpə, Göytəpə. 2. Borsunlu kurqanları. 3.
Qobustan, Gəncəçay, Xaçbulaq, Küdürlü kurqanları. 4. Şəmkir
torpaq qəbir abidələri. 5. Naxçıvan birinci və ikinci Kültəpə.
1. Bu dövrdə ilkin şəhər mədəniyyəti təşəkkül tapır.
2. Bağçılıq və bostançılıq meydana gəlir. Üzümçülük və  şərabçılıq
inkişaf edir.
3. İkinci böyük ictimai əmək bölgüsü baş verir. Yəni sənətkarlıq başqa
təsərrüfatlardan ayrılaraq müstəqil inkişaf edir. Bu dövr boyalı qablar
mədəniyyət ilə adlanır.
Son Tunc dövrü (eradan əvvəl 14-8-cu əsrlər).
Bütövlükdə son tunc ilkin dəmir dövrü eramızdan əvvəl 14-7-ci əsrləri
əhatə edir. Azərbaycanda ilk dəmir alətləri eradan əvvəl II minilliyin sonu I
minilliyin əvvəllərində meydana gəlib. Bu dövrə aid bir neçə arxeoloci
mədəniyyət öyrənilib.
Xocalı-Gədəbəy mədəniyyəti (eramızdan əvvəl 14-8-ci əsrlər). Ərazicə
Kiçik Qafqaz və Kürün sağ sahili zonalarını  əhatə edir. Başqa sözlə, Gəncə-
Qarabağ mədəniyyəti də adlanır. Bu mədəniyyəti xarakterizə edən abidələr
müxtəlif tip qəbir və yaşayış məskənlərindən ibarətdir. Daş qutu, torpaq qəbir,
kurqan və kromlex (bretan dilində dairəvi yer).
Talış-Muğan mədəniyyəti. (eramızdan əvvəl 14-7-ci əsrlər). Talışın dağlıq
zonası, Cənubi Muğan və Lənkəran düzənliyində yayılmışdır. Bu mədənəyyətin
fərqləndirici əlamətləri sırasına arxeoloci abidələrin tipləri və dəfn mərasimləri
ilə yanaşı xüsusi quruluşlu yəhərvari dəstəkli, aypara bəzəkli, tunc qılınc və
xəncərlər, o cümlədən Ön Asiya tipli yastı baltalar, ox və nizə ucları, qiymətli
daşlardan və qızıldan bəzək əşyaları, silindrik möhürlər, qara cilalı saxsı qablar
və s. daxildir.
Naxçıvan mədəniyyəti. (m.ö. II minillik və I minilliyin əvvəlləri). Bu
mədəniyyət orta tunc dövründə  formalaşmış, son tunc və ilk dəmir dövründə
yüksək inkişaf səviyyəsinə çatmışdır. Narın qalası olan yaşayış məskənlərinin


13
(Kültəpə, Oğlanqala, Govur qalası) varlığı bu mədəniyyəti fərqləndirir. Bu
mədəniyyətdə monoxrom (birrəngli), polixrom boyalı saxsı qablar (küpə, cam,
bərni, xüsusilə çayniklər) çoxluq təşkil edir.
Qobustan, Kəlbəcər və Gəncə çayı qayaüstü rəsmlərinin xeyli hissəsi də
son tunc və ilk dəmir dövrünə aiddir. Beləliklə, Azərbaycanda (m.ö. II minilliyin
sonlarında ibtidai icma quruluşunun dağılması və sinfi cəmiyyətə keçid prosesi
sürətlənir.


1
MÖVZU II:      Azərbaycan qədim dövlətlər
PLAN
          
1.  Azərbaycan  ərazisində  erkən  dövlət  qurumlarinin
yaranmasi və bunu şərtləndirən əsas amillər
 
2. İlk Azərbaycan dövlətləri: Aratta, Lullubum, Kutium
dövlətləri.
 
3. E.ə II minillikdə Azərbaycan ərazisində etno-siyasi
proseslər
4. Manna dövləti
5.Kimmer,İskit-sak tayfalari Azərbaycan ərazisində
6.Azərbaycan Midya və Əhəməni dövlətlərinin tərkibində
Ədəbiyyat
1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, sənət.1-
2.
2. Azərbaycan tarixi. Bakı, 1994. səh. 58-166.
3.Azərbaycan tarixi VII cilddə I cild Bakı 2007
           4.Solmaz Qaşqay Manna dovləti Bakı 1993


2
5.Nəsir Rzayev “Əcdadların izi ilə” Bakı 1992
6.Qiyasəddin Qeybullayev Azərbaycan turklərinin
təşəkkulu tarixindən Bakı 1994
M.ö. III minillikdə qədim Azərbaycanda yaşayan
tayfaların etnik və dil tərkibi barədə dəqiq mülahizə yürütmək
çətindir. Bu məqsədlə o dövrün etnonim və toponimlərinə
müraciət etməli oluruq. Bu səpkidə Aratta ölkə adı və Trukki
etnonimi maraq doğurur. Çox güman ki, Aratta sözü erkən
prototürk forması olmuş, fonetik dəyişmələrə keçid mərhələsi
Alatey yer adında özünü təzahür etdirmişdir. M.ö.8-ci əsr
Urartu qaynaqları Aratta ərazisini Alatey adlandırır. Bu isə
Alatey Altay dağ silsiləsi bildirən sözlərin erkən forması kimi
qəbul oluna bilər.
Erkən orta əsr yadelli qaynaqlarında türk adı ilə yanaşı
Trukka (hind qaynaqları) Trukki (xotan mətnləri), Druq (tibet
qaynaqları) formaları işlədilmişdir. M.ö. II minillikdə Akkad
mixi yazıları etnonimin erkən Trukki formasını saxlamışdır.
Bu dəlillər onu göstərir ki, miladdan öncə II minilliklərdə
Azərbaycan ərazisində türk etnosları yaşayırdılar. Ehtimal ki,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə