Ramil ƏLİYEV
«DƏDƏ QORQUD»UN ETNOQRAFİYASI
(Mürsal Həkimovun tezisləri asasında)
XÜLASƏ
Məqalə «Dədə Qorqud» kitabmdakı adət-ən'ənə və mərasimlə bağlı etnoqrafık gö-
rüşlərə həsr edilmişdir. M üəllif prof. M.Həkimovun «Kitabi-Dədə Qorqud» dastanmda
xalq məişət mərasimləri» adlı yazısmdakı faktları incələyərək dastan yaradıcılığında et-
nosun milli-mə'nəvi xüsusiyyətlərindən söz açmışdır. Burada etnoqrafıyanın bir çox mə-
sələləri (doğum, toy, yas, adqoyma və s.) öz izahını tapmışdır.
Açar sözlər: dastan, oğuz, qəhrəman, toy, у as, mərasim
ETHNOGRAPHY OF “I)EBE GORGUB**
(Based on the theses of Mwrsal Hakimov)
SUMMARY
The article is dedicated to the ethnographic views related to the traditions and cere
monies in the “Dede Gorgud” book. The author investigating the facts in the article
“Folk household ceremonies in the epos “Kitabi-Dede Gorgud” o f the professor
M.Hakimov speaks about the national-moral peculiarities o f the ethnos in the epic crea
tion. The given article explains some issues of ethnography (birth, wedding, mourning,
name day).
Keywords: epos, oghuz, hero, wedding, mourning, ceremony
ЭТНОГРАФИЯ «ДЕДЕ ГОРГУД»
(Основанный на тезисах Мурсала Хакимова)
РЕЗЮМЕ
Статья посвящена этнографическим взглядам связанными с традициями и
обрядами в книге «Деде Горгуд». Автор исследуя факты в статье «Народные бы
товые обряды в эпосе «Книги-Деде Горгуд» профессора М.Хакимова рассказывает о
национальных-моральных особенностях этноса в создании эпосов. В данной статье
объясняется многие вопросы этнографии (рождение, свадьба, скорбь, именины).
Ключевые слова: эпос, огуз, герой, свадьба, скорбь, обряд
“Kitabi-Dədə Qorqud - 1300”. Yubileyə həsr olımmuş bu məqalələr
toplusunda M .Həkimov «Dədə Qorqud» boylarınm vahid dastan şəklində
birləşdiyini söyləyir. Bu məqalələr toplusuna daxil olan «Kitabi-Dədə
Qorqud» dastanmda xalq məişət mərasimləri» məqaləsi içində m üəllif bu
dastanın tarixinə, obrazların semantikasma aid, xüsusən Dədə Qorqud
haqqmda tarixi və əfsanəvi mə'lumatları rıəzərdən keçirir. «Dədə Qorqud»
dastarunda xalq mərasimləri mövzusu çox rəngarəngdir. Demok olar ki,
xalq arasmda keçirilən m ərasim brin əksəriyyətinə tarixi formada «Dədə
Qorqud kitabı»nda rast gəlinir. Mərasim folklorunun bütün şərtlərinə das-
tanda əməl olunması onun tədqiqat obyekti kimi seçilməsini vacib edən
şərtlərdən biridir. «Dədə Qorqud» dastanmda əks olunan geyim-kecim-
ləri, söz-söhbətləri. ailə-m əişət problemləri, yaraq-yasaqları, döyüş
ən'ənəsi, musiqi alətləri, toy-diiyün, yas mərasimləri, əxlaq məsələləri və
s. kimi vacib ünsürlər m üxtəlif tədqiqatlarm mövzusu olmuşdur. M.Hə-
kimov da bu dastanda həmin məsələlərin şərhinə çalışaraq onlan aşağı-
dakı kimi qruplaşdırmışdır:
1. Doğum - adqoyma, nişan və toy mərasimləri;
2. Toy mərasimi;
3. Yas mərasimi;
4. Adət-ən'ənələr.
«Dədə Qorqud» dastanı Azərbaycan xalqımn etnoqrafıyasını öyrən-
mək üçün əvəzedilməz mənbədir. Ona görə də dastandakı xalq mərasim-
lərini və adət-ən'ənələrini öyrənmək üçün onların spesifıkasmı və m ə'na
qatlarını təşkil edən struktura aşağıdakıları aid etmək olar: övlad həsrəti;
adqoyma; qəhrəmanlıq göstəmıək; ov; təkbətək döyüş; sədaqət; qəhrə-
man öləndə atınm kəsilməsi; taleyə inanmaq; düşmən üstünə tək getrnək;
yuxu; şərabdan məst olmaq; ac doyurmaq, yahnçıq görsə donatdırmaq;
yağınalatmaq; Bayındır xanın divanında qəhrəmanların ierarxik yeri; bəy-
lərin alqışmın alqış, qarğışmın qarğış olması; qopuza hörmət; toy edib qo-
naqlamaq; nəzir-niyaz vermək; övladsız ataların oğul arzusu; Oğuz elinin
birliyi; yarış; oğu olanın ağ çadırda, qızı olanın qızıl çadırda, oğlu, qızı ol-
mayanın qara çadırda əyləşdirilməsi; qəhrəmanın özünə layiq qız seç-
məsi; qəhrəmanlıq göstərən qızlar; qəhrəmanm smaqdan keçirilməsi; el-
çilik; ağsaqqal sözünə hörmət; araya qılınc qoymaq; ağ çıxarıb qara
geymək; yas mərasimi; sözündən dönməmək; «Dədə Qorqud kitabı»nda
silahlar; qılıncın altından keçmək; Göy Tanrıya inam; toy mərasimi; ox
atıb toy gərdəyi qurmaq; bəyin qaftanını öz igidləriııin geyinməsi; Bey-
rəyin toyu ilə bağlı olaraq 40 yoldaşının evlənməsi; tanınmamaq üçün
paltarın dəyişdirilməsi; dastanda ekzoqamiya məsələləri; pul vahidi; tica-
rət əlaqələri; Oğuz ailəsi; üç dünya modeli; Oğuz kosmosu - Yalançı
dünya; Oğuzda Islam, axirət, namaz qılmaq; Oğuz qəhrəmanmın məğrur-
luğu (Qazan, Qanturalı, Веугэк); Oğuz qəhrəmanlarının digər xarakteri;
Oğuz qəhrəmanlarının zahiri görkəmləri; O ğuztitullan (ləqəbləri); bəxşiş
vermək; baş kəsib qan tökmək; qəhrəmamn özünü öyməsi; ana haqqı tanrı
haqqı; namus və s.
Ovlad həsrəti.
«Dədə Qorqud kitabı» dastanında iki boyda - «Dirsə
xan oğlu Buğac» və «Baybura bəy oğlu Bamsı Beyrəb> boylarında bu
motiv izlənilir. Bu motivin əsasında Oğuz dünya modelində övladı olma-
У
an atanın cəmiyyət tərəfindən yaxşı qəbul edilməməsi durur.
Sonsuzluq
və ya oğulsuzluq cəmiyyətin inkişafını ləngitdiyinə görə belə atalar ilə cə-
miyyət arasında müəyyən sərhədlər yaranır. Buna görə də qadm ilə kişi
münasibətlərindəki günah səviyyəsinə qaldırılan bu bəlanın aradan qaldı-
rılması üçün atalara ac doyurmaq, ehsanlar, nəzir-niyaz vermək və s. töv-
siyə olunur. Dirsə xanm xatunu ona deyir:
Hey Dirsə xan, bana qəzəb etmə!
İncinib acı sözlər söyləmə!
Yerindən uru turğıl!
Ala çadırın yer üzünə dikdirgil!
Atdan-ayğırdan, dəvədən-buğra. qoyıından qoç öldürgil!
İç Oğuzun, Tlaş Oğuzun bəgləri üstünə yığnaq etgil!
Ac görsən, toyurğıl! Yalıncaq görsən, tonatğıl!
Borcluyı borcundan qurtarğıl!
Dərə kibi ət yığ, göl kibi qımız sağdır!
Ulu toy elə, hacət dilə!
Ola kim, bir ağzıdualının alqışilə
Tənqri bizə bir yetman əyal verə.
İbtidai icma cəmiyyətində övlad
həsrətinin
bu yolla aradan qaldırıl-
ması böyük Tanrıya olan inanıın, Tanrı yolunda xeyirxah əməllərin yerinə
yetirilməsi nəticəsində sonsuz atalara Tanrı mükafatmm verilməsi kimi
başa düşülürdü. Buna boyda da açıq işarə edilir. Dirsə xanın xatunu ona
deyib ki, bu günah mənim deyil. Qədim türk tanrıçılığında xeyirxah əməl-
1эг etmək əxlaqi-etik. normalar çərçivəsinda hər bir Oğuz kişisi üçün və-
zifə kimi qəbui edilmişdir. Bu oxlaq normasından kənara çıxmaq isə gü-
nah səviyyəsində anlaşılır. Ona görə də bu günahlardan azad olmaq üçün
həm Dirsə xan, həm də Baybura bəy hökmən Oğuz əxlaqı düşüncəsində
yaxşı əməllərə sahib olmalıdırlar. Onlarm oğul qisməti isə yalnız bundan
sonra yerinə yetir. Baybura bəy öz oğulsuzluğunu belə ərz edir:
«...X an Qazan, песэ ağlamayayın, песэ bozlamayayın? Oğulda orta-
ğım yoq, qartaşda qədərim yoq! Allah-təala məni qarğayıbdır... Bəylər,
tacım, təxtim üçiin ağlamıram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdım-
da kimsə qalmaya», - dedi.
Qazan bəy aydır: Məqsudun bumıdır. Baybörə bəg?
Aydır: Bəli, budır. Mənim dəxi oğlum olsa, xan Bayandırın qarşusın alsa
- tursa, qulluq eyləsə, mən dəxi bağsam, sevinsəm, qıvansayum, güvensey-
im ... - dedi. Böylə digəc Qalm Oğuz bəgləri yüz göyə tutdılar. Ə1 qaldırıb
Dostları ilə paylaş: |