Xülasə Məqalə «Dədə Qorqud»



Yüklə 200,17 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix21.06.2018
ölçüsü200,17 Kb.
#49897
növüXülasə
1   2   3   4   5   6   7   8

dua eylədilər. Allah-təala sana bir oğul versün!  -  dedilər.  01 zamanda bəg- 

lərin alqışı alqış,  qarğışı qarğış idi.  Dualan müstəcab olurdu...»

Prof.  M.Həkimov  yazır  ki,  bu  adət-ən'ənə  ilahiyyata  ümid  bağlayan 

insanlarm ibtidai  dünyagörüşlərinə əsaslansa da,  onların ailə və cəmiyyət 

həyatmda  oynadığı  böyük  rolun  bədii  ifadəsidir.  Ailədə  övladın  doğul- 

ması  bilavasitə  atanın  oğul  qarşısjndakı  borcunun  yerinə  yetirilməsində 

həlledici  amildir.  Çünki  xalq psixologiyasmda  atanm  öz  atasına borcunu 

verməsi elə əslində atanm öz oğluna borcu ilə əvəzlənməsi deməkdir. Yə- 

qin  ona  görə  ki,  ata  borcunun  ödənilməsinə  zaman  sayğısızlıq  göstərir. 

oğul  ata  olana  qədər,  bu  borcu  başa  düşənə  qədər  atanın  karvanı  gedir. 

Məhz bunları  nəzərə  alan  prof.  M.Həkimov  dastanda övlada  atanın,  ana- 

nın,  xalqın  qüdrət  və  qüvvətinin  artmasına  təkan  verən  bir  dayaq  kimi 

yanaşır. Professor yazır ki, cəmiyyətdə ailə nə qədər möhkəm olarsa, nəsil 

davamlı  surətdə  artarsa,  xalqın  da qüdrəti  və  gücü,  mütəşəkkillik  imkanı 

bir  о  qədər  qüdrotli,  yenilməz  olar.  M.Həkimov  övladsızlıq  motivinin 

açılmasında ictim ai-m ə'nəvi  dəyərlərin  rolunu  da yüksək  qiymətləndirir. 

Çünki  ictimai-ıııə'nəvi  dəyərlər  sistemi  Mürsəl  müəllimin  təqdimatında 

oğuzların  möhkəm  ailə  inam-e'tiqadını  əks  etdirir,  yoxsullara,  məzlum- 

lara  yardım  etməyin,  əl  tutmağın,  ac  qarmlar  doydurub,  çılpaq  əyinlər 

geyindirməyin  ən  nəcib,  xeyirxah  iş  olduğu,  əvəzində  bunun  Tanrı  tərə- 

fındən yüksək qiymətləndirilmosi təsdiq olunur.

Adqoyma  məmsimi.

  Türk  mifoloji  diişüncəsində  özünə  yer  alan  mü- 

hüm  mərasimlordən  biri  də  adqoymadır.  Bu  mərasimin  struktumnda  bir 

neçə mərhələ əsaslı  rol  oynayır. Adqoymanın əsas  şərti  qohrəmanlıq gös- 

tərməkdir.  Ona görə  də  adqoynıa mərasimi  övladsızlıq  motivindən  sonra 

Oğuz  cəmiyyətinin  tələbatına uyğun  olaraq  yüksək  qəhrəmanlıq  statusu- 

nu ödəyəcək  oğulun  doğulması  ilə  şərtlənirsə,  digər tərəfdən həmin  qəh- 

rəmanın  öz  üzorinə  düşən  vəzifəni  yerinə  yetirməsi  ilə  də  bağlıdır.  Ona 

görə  də bu ritual  özündə  övladsızlıq və qəhrəmanlıq göstərmə  motivləri- 

ni birbşdirir.

Türk  tayfalarında  doğulan  oğlan  uşaqları  müəyyən  yaşa  qədər  adsız 

yaşayırdılar.  Ona görə  ki,  onlar hələ  cəmiyyətdə  yer tutmaq  qabiliyyətinə 

malik  deyildilər.  Yalnız  yeniyetməlik  dövründə  onlar  qəhrəmanlıq  göstər- 

diklərinə görə ad almaq və cəmiyyətdə yer tutmaq hüququna malik olurdu- 

lar. Gəncin yeniyetməlik dövrü daha geniş anlamda onun ad günü kimi for- 

malaşırdı.  Bu cəmiyyətin etik normalarında bu yaşda gənc özünün gücünü 

göstərməli  idi. Bu isə erkən epos dövründə gəncin qəhrəmanlıq göstərməsi 

ilə öz hüquqi məzmununu alırdı.  M.Həkimov qeyd edir ki,  qədim oğuzlar- 

da  oğlan  uşaqlarına  1 5 - 1 6   yaşına  çatdıqdan  sonra  rəsmi  ad  qoyulardı.



Adqoyma kimi  ictimai  mərasim  eldə  «toy  edib  qo-naqlama»  şəklində  icra 

edilirdi.  Adqoyma  ritualının  qədim  kökbrinin  «Dədə  Qorqud  kitabı»nda 

yaşadığını, bu ritualın eposun alt qatlannda olan sosial xarakterini  bir daha 

görürük.  Yuxarıda göstərilən boylarda da bu ritualın tələbi  ilə Dirsə  xanın 

və  Baybura  bəyin  oğlanlarınm  qəhrəmanlıq  göstərərək  ad  almasını  Oğuz 

cəmiyyətinin  xarakteri  kimi  açıqlamaq  olar.  Dirsə  xanın  oğlu  öküzə  qalib 

gəldiyi üçün Buğac, Baybura bəyin oğlu isə tacirləri və onlarm malını  qul- 

durların  hücumundan  qoruduğu  və  onlara  qalib  gəldiyi  üçün  Beyrək 

adlandırılır. Dastanda qoyulan birinci adııı mə'nası anlaşılandır, Beyrək adı 

isə  xüsusi  yanaşma  tələb  edir.  Веугэк  adı  özünün  ilkinliyi  ilə  totemizmə 

bağlıdır.  Totemizm sosial  institut kimi türk tayfalarının soykökündə duran, 

yaxud  bilavasito  düşüncə  sistemi  ilə  bağlı  olan  ibtidai  dünyagörüşdür. 

Beyrəyin  də  rnənsub  olduğu  tayfanın  dünyagörüşündə  börənin  onların 

yaradıcısı  olması  düşüncəsi  hakim  idi.  Веугэк  adının  qurdla  (börə)  bağlı 

olmasını  ona bu  adın  verilməsində  qəbilənin  soyyaddaşında  qalan  totemə 

inam  böyük  rol  oynamışdır.  Bunu  Dədə  Qorqud  da  bilirdi,  ona  görə  də 

oğlana ad seçəndə qurdun cəsarətini nəzərə almışdı.

Adqoyma ritual  kimi  çox  qədim  tarixi  keçmişə  bağlıdır.  Qəhrəmanlı- 

ğın hələ sosial status olmadığı dövrlərdəki adqoyma özünün izlərini nağıl- 

larda  da  yaşatmışdır.  Nağıllarda  qəhromanlara  igidlik  göstərməmiş  ad 

qoyulur,  bundan  sonra onların qəhrəmanlığına start verilir.  Bu isə adqoy- 

manın  çox  qədim  tarixə  malik  olduğunu  sübut  edir.  Ola  bilər  ki,  çox 

qədim  dövrlərdə  -   qəbilə  dövründə  uşaq  doğularkən  qəbilənin  adı  ilə 

adlandırılırmış.  Bu  isə  adın  uşaq üçün  şərti  ola bilməsini  göstərir,  əsl  ad 

isə onun özünü təsdiq etməsindən sonra qazanılır. Dastanda uşaqlara veri- 

lən  adlar  da bunu  təsdiq  edir.  Buğac  və  Веугэк  öz  qəbilələrinin  adlarım 

daşıdıqdan sonra buğa və börənin sosiallıqdan çıxaraq konkret ada çevril- 

məsi nəticəsində şəxsə dönmüşlər. Lakin M.Həkimov yazır ki,  Dədə Qor­

qud onlara fəaliyyətbrinə, ad-sanlarma uyğun ad verir.  Buğaca buğanı öl- 

dürdüyünə görə «Buğac», Bamsı Веугэуэ quldurlara qalib gəldiyinə görə 

«Beyrək»,  Basata Təpəgözü öldürdüyünə  görə  «Basat»  adları  qoyulması 

fıkrimizin təsdiqi  baxımından  maraqlıdır. Adqoymanm  bu  cür  şərh  olun- 

ması inandırıcı deyil, çünki Веугэк ilə Basatın adı, onların göstərdiyi qəh- 

rəmanlıq  mənsub  olduqları  sosial  təbəqənin  qəhrəmanhq  dərəcəsinə  uy- 

ğun  gəlmir.  Basata Təpəgözü  öldürdüyünə  görə  ad  verilməmişdir,  bu  ad 

onun qəbiləsinin şir kimi  at basıb qanını  içməsinə görə verilmişdir.  Lakin 

bu keyfiyyət dastandan m ə' lum olmadığına görə Basata ad qoyulması onu 

uşaqlıqdan əmizdirən aslanla bağlanılmışdır.



Qəhrəmanlıq göstərmək.

  Dastanda  qəhrəmanhq  göstərməyin  məqsədi




Yüklə 200,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə