Xülasə Məqalə «Dədə Qorqud»



Yüklə 200,17 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix21.06.2018
ölçüsü200,17 Kb.
#49897
növüXülasə
1   2   3   4   5   6   7   8

Вэу adaxlısmın toyuna о zaman gəlib çıxır ki, gəlin başqasına ərə getmək 

məcburiyyətincbdir.  «Dədə  Qorqud»  dastanmda  da Beyrəyin  öz  nişanlı- 

sının toy məclisinə gəlib  iştirak  etməsi  zərurətdir.  O,  ozanla paltarım  də- 

yişib toya gəlir. Paltardəyişmədə məqsəd Banıçiçəyin və Oğuzun Веугэуэ 

münasibətini  öyrənməkdir.  O,  tanmmamaq  üçün  paltarım  dəyişmişdir. 

Нэ1э bacıları Beyrəyi tanıyanda o, qəti olaraq Веугэк olduğunu danmışdı. 

Banıçiçəyin sədaqətinə bələd olandan sonra özünü tanıtmışdı.

Elçilik.

  Elçilik  evlənmədə  xüsusi  mahiyyət  daşıyan vacib  mərhələdir. 

Adətən elçiliyə ağsaqqal, ağfcirçək adamlar gedirlər.  «Dədə Qorqud»  das- 

tanmda  da  bu  səviyyə  gözlənilmişdir.  Banıçiçəyi  Веугэуэ  adaxlamaq 

üçün xüsusi imtiyazı olan, elin ağsaqqalı Dodə Qorqud Dəli Qarcarm evi- 

nə göndərilir. Ağsaqqalların bu iş üçün göndərilməsi ona görə vacibdir ki, 

qız  evinin tələblərinin  nə  dərəcədə  ödənilməsinə nəzarət  etsin.  Dəli  Qar- 

carın  da  bacısı  üçün  ağlasılmaz  şeybrin  istəməsini  Dədə  Qorqud  öz 

ağsaqqallığı  çərçivəsində  yoluna  qoyur.  Adətən  elçiliyi  toy  üçün  edirlər, 

amma  elçiliyin  sosial  statusu  bununla  bitmir,  Dədə  Qorqud  bu  vəz- 

ifəsindən İç Oğuzla Daş  Oğuzu barışdırmaq üçün də istifadə edir.

Ağsaqqal  sözünə  hörmət.

  «Dədə  Qorqud  kitabı»  boylarında  ağsaqqal 

sözü uca tutulur. Qəhrəmanlar səfərə getməmişdən qabaq ağsaqqallarla məs- 

ləhətləşirlər. Dastanda bu rolu bilavasitə Dədə Qorqud üzərinə götürmüşdür.



Toy edib  qonaqlamaq.

  Bayındır  xan  ildə  bir  dəfə  Oğuz  bəylərini  qo- 

naqlardı. Atdan  ayğır,  dəvədən buğra,  qoyundan  qoç kəsdirib  məclis  qu- 

rardı.  Bu, çox ağır bir qonaqlıq olardı.  Oğuzun hər yerindən b ə y b r axışıb 

gəbrdi.  Onlar burada Oğuzun məişət,  d ö v b t m əsələbrini həll  edərdibr.

Oğlu olanın ağ çadırda



qızı olanın qınlı çadırda,  oğlu-qızı olmayanın 



qara çadırda əyləşdirilməsi.

 Baymdır xanm məclisinə gəbnlərdən biri  də 

Dirsə xan idi. Ozünün xan tituluna güvənib ağ çadırda əybşm ək istəsə də, 

onu  qara  çadırda  oturdurlar.  O,  bunu  başa  düşməyərək  «məndən  əskik 

olanlar  ağ  çadırda,  qızılı  çadırda  əybşiblər»  deyəndə  qonaq  qarşılayan 

«Bayındır xandan buyruq bebdir, kimi oğlu var ağ çadıra,  qızı olaru qızılı 

çadıra,  oğlu-qızı  olmayanı  qara  çadırda  əybşdirin»  dediyini  Dirsə  xanın 

nəzərinə çatdırır.  Dirsə  xan  isə acıqlı halda evinə geri  dönür.



Ac doyurmaq, yalmçıq görsə donatdırmaq.

  Dastanda övladsızlıq məsə- 

b si  üstündə  Dirsə  xanla xatunu  arasmda söhbət  davam  edir.  Onun xatunu 

m əsbhət görür ki, acları doyuzdursun, hctrda əyni çılpaq görsə, geyindirsin. 

Bəlkə  bir  ağzıdualının  alqışı  ilə  Tanrı  onlara  övlad  verdi.  Dirsə  xan  xatu- 

nunun m əsbhətiuə qulaq  asıb  ağır məclis  qurur.  Oğuz cəmiyyətinin bütün 

üzvbrini -  kasıbı  da, varlını da məclisə də'vət edir. Tanrı yo-lunda qurban- 

lar  kəsir,  acları  doyuzdurur,  kasıblara  paltar  bağışlayır.  Buradan  belə  bir




nəticə  çıxır  ki,  Dirsə  xanın  övladsız  olması  onun  xəsisliyinin  bəlası  imiş. 

Нэш də qədim tiirkün mifoloji  düşüncəsinə görə,  elə İslam dininin tələblə- 

rinə görə də hər bir insan, xüsusilə varlı  adamlar öz dövlətindən, malmdaıı 

kasıblar  üçün  pay  verməlidirlər.  Onu  etməyənlər Tanrınm  qəzəbinə  düçar 

olur,  onları  müxtəlif bəlalar  gözləyir.  Dirsə  xanm  da məclis  qurması,  əli- 

açıqlıq  etməsi bu bəladan qurtulmağa hesablanmışdır.



Ovladsız ataların oğul arzusu.

 Oğul arzusu Oğuzun sonsuz bütün adlı- 

sanlı  bəybrinin  ürəyini  dəlir.  Çünki  onların  hər  biri  bir  Oğuz  yurdunun 

başmda  durur.  Onlarm xüsusi  imtiyazları  vai'dır.  Seçmə  igidlərdən  ibarət 

atlı dəstəyə m alikdirbr. Var-dövlətləri, dəvələri,  qoyunları,  ilxıları saysız- 

hesabsızdır. Ancaq onlarm xanədanında əybşəcək varisləri, var-dövlətinə 

yiyə duracaq oğulları yoxdur. Bu həsrət, həm də qorxu onları narahat edir, 

incidir,  günahı  isə xatunlarında görürlər.  Məsələn,  Baybura bəy Bayındır 

xana  deyir  ki,  «Allah-təala  məni  qarğayıbdır.  Bəglər,  tacım-təxtim  üçün 

ağlamıram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdımda kimsə qalmaya».



Bəylərin  alqışının  alqış,  qarğışının  qarğış  olması.

  Övladsız  və  oğul 

arzusunda olan atanın niyyətinin yerinə yetməsinin məntiqi  sonluğu bəy- 

b rin  ona alqış etməsi  i b   qurtarır.  Dastanda qeyd olunur ki,  « B ö y b  digəc 

Qalın  Oğuz  bəgləri  yüz  göyə  tutdılar.  Ə1  qaldırıb  dua  e y b d ib r.  «Allah- 

təala sana bir oğul  versün!  -  dedibr».



Nəzir-niyaz vermək.

  Bu adət dastanda  islami mahiyyət daşımır. Aııcaq 

türk tanrıçılığında tanrı yolunda nəzir-niyaz vem ıək varmış.  Dastanda bu 

adət ən çox oğulsuz atalar,  analar tərəfmdən yerinə yetirilir. Onlar bunun- 

la  Tannm n  mərhəmətini  qazanırlar.  Nəzir-niyaz  verməkdə  məqsəd  hər 

hansı  bir arzunun gerçəkbşm əsi naminə Tanrı  qəzəbini yumşaltmaqdır.



Bəxşiş vermək.

 Dastanlarda bu səlahiyvət ən çox Baymdır xana məxsus- 

dur. Çtinki o, Qalın Oğuz cəmiy>rətinin xanlar xanıdır. O, xanlara və bəylərə 

mülklər,  yurdlar  bağışlayır.  O,  atlar,  dəvəbr,  sərvətbr  bağışlayır.  Bir  dəfə 

ısə  Bəkil  ona  veribn  bəxşişi  bəyənməyib  Gürcüstan  sərhədlərinə  geri 

dönür.  Bayındır  xan  bəylik  verir.  Bəylik  vermək  başqa  əsilzadələrdə  də 

müşahidə olunur.  M əsəbn,  Dədə Qorqud Baybura Ьэуэ deyir ki,  Bey-rəyə 

bəylik versin,  ərdəmlidir,  at versin, minər olsun,  cürətlidir.  Deməli, bəxşişi 

almaq üçün igid gərək ərdəmli, hünərli olsun. Bu, yazılmamış qanundur.

Yağmalatmaq.

  İldə  bir  dəfə  Qazan xan  öz  evini  Oğuza yağmaladardı. 

Bu  adətin  heç  bir  yerdə  oxşarına  təsadiif edilməmişdir.  Dastanda  qeyd 

edilir ki,  Qazan xan əyalmrn əlindən tutub dışarı çıxar, bundan soıua onun 

var-dövlətini  bütün  oğuzlular  yağma  edərdilər.  Bir  anlığa təsəvvür  edək 

ki,  Qazan xanı evi,  mülkü xalı, xalça,  qızıl,  gümüş,  ilxı,  davar,  qoyun sü- 

rüsü və başqa ələ keçən şeylərb əhatə olımmuşdur.  Bir gün ərzində hamı



Yüklə 200,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə