təkcə adqoyma ilə bağlı deyil. Qəhrəmanlar döyüş meydanlarında da igid-
lik göstərirlər və bu igidlik onların adlarmın üstünə ad gətirir. Məsələn,
«Bəkilin boyu»nda Bəkil oğlu İmran xüsusi qəhrəmanlıq göstərir. K afirb
təkbətək döyüşdə onu məğlub edir. Oğuz dövbtinin sərhədlərinin toxu-
nulmazlığmı tə'm in edir. Bu cür qəhrəmanlıq ad üstünə ad gətirir. Dədə
Qorqud gəlir, onu öyür. Yaxud Səgrəyin qəhrəmanlığım götürək. O, qar-
daşı Əgrəyi dustaqlıqdan xilas etmək üçün meydanda kafır qoşununa qar-
şı tək döyüşür.
Qorxalqıq.
Bu damğa oğuzlara məxsus olmayan, onların adına bağlan-
mayan xüsusiyyətdir. Dastarrda bu damğam Yalıncıq oğlu Yalıncıq özün-
də hiss etdirir. Dastanda qorxaqlıq iki aspektdə oğuzlara tə 'sir edir: qor-
xaqlığı qəbul edən və etməyən. Məhz Yalıncıq oğlu Yalıncıq qor-xaqlığı
qəbul edən tipdir. Qorxaqlığı qəbul etməyənlər isə igid adma ləkə gətir-
mək istəməyənlərdir. Məsələn, Веугэк qorxaqlığı qəbul etmir. O, xüsusi
qəhrəman tipidir. Qorxaqlığı qəbul edəıı isə xəyanətkar tipidir. O, istədiyi
an yoldaşlarını, qəhrəmanları satır, onlara xəyanət edir. Alp Aruz isə qəh-
rəman olduğu cpdər qorxaqdır. Məhz bu qorxaqlıq onu'xəyanətə sövq
edir. İç Oğuzu Daş Oğuza qarşı qoyur. Qorxaqlıq və qəhrəmanlıq da öz
paradiqmalarını doğurur. Sədaqət qəhrəmanlığın, xəyanət isə qor-xaqlığın
tə'yini kimi dastanda üzə çıxır.
Sədaqət.
Bu xüsusiyyətə demək olar ki, əksər Oğuz qəhrəmanlarında
rast gəlirik. Diqqotlə fikir versək görərik ki, sədaqət hissi oğuzların da-xi-
lində yaşayatı gizli qayda-qanundur. Ona ancaq əməl etmək lazımdır. Bu
cəhətdən Qaraca çobanın Oğuza sədaqəti xüsusi seçilir. O, sədaqəti ılə
Oğuz cəmiyyətində xüsusi hörməto layiq görülür. Dastanda sədaqətin tip-
ləri müxtəlifdir. Ər halalm a sədaqətlidir, oğul ataya sədaqətlidir, qardaş
qardaşa, bacı qardaşa sədaqətlidir. Bu yerdə sədaqət namusla çarpazlaşır.
Namus.
Əxlaqi-etik normalardan эп birincisidir. Bu xüsusiyyət Oğuz
cəmiyyətində yüksək qiymətləndirilir. Kafırlər Qazan xanın yurdunu yağ-
malayandan sonra onun ailəsini də aparırlar. Bu boyda Şöklü M əliyin Qa
zan xanın namusunu sındırmaq istəməsinə Uruz dözmür, oğul qeyrəti ib
müqavimət göstərir. Anası Burl a xatuna deyir ki, başqaları mənim ətim-
dən bir yesəbr, sən iki ye. Təki ağam Qazanın namusu sınmasın. Boyda
Uruzun dilindən d ey ib n şe'r parçasında namus Oğuz ailəsinin xüsusi
m e'yarı kimi diqqətə çatdırılır. Bütövlükdə namus dedikdə bütün Oğuz
igidbrinin bu məsələyə müsbət münasibətini görürük.
Araya qılınc qoymaq.
Namusun nişanəsi kimi diqqəti cəlb edir. «Əg-
rəyin dustaq olduğu boy»da qardaşınm dustaq olmasını Səgrək öz namu-
suna sığışdırmır. Bunu ona tə'nə edəndə qardaşmın xilası üçün yollar ax-
tarır. Ata-anası onu bu yoldan çəkindirmək üçün evləndirmək istəyirlər.
Toy axşamı Səgrək gəlinlə öz arasına qılınc qoyur. Onun boyda dediyi
şe 'r parçası qılıncı araya qoymasının səbəbini ifadə edir.
Dastanda naınus məsələsi qadın və qızların öhdəsinə düşən, Oğuz qız-
larının xarakterini açmağa körnək edən əsas faktordur. Banıçiçək Bey-
rəyin yolunu 16 il ona görə gözləyir ki, adına başqa söz deyilməsin.
Qəhrəmanlıq göstərən qızlar.
Əbülqazi «Şəcəreyi-torakinıə»də yazır
ki, Oğuz elində 7 qız qəhrəman qızlar kimi tanınmışdır. Onlardan bir ne-
çəsi «Dədə Qorqud» dastamnda öz statuslarmda çıxış edir. Dastanda Bur-
la xatun, Banıçiçək və Selcan xatun ox atmağı, at çapmağı, güləşməyi ba-
caran cəngavər qızlar kimi diqqəti cəlb edir. Banıçiçək Beyrəyin igidliyi-
ni smamaq üçüq onu yarışa dəvət edir. Onlar at çapırlar, güləşirlər. Bu
yarışda məqsəd bir yandan Beyrəyin təpərini smamaqdırsa, ikinci tə-rəf-
dən özünün də rıəyə qadir olduğunu göstərməkdir. Bu xüsusiyyət Selcan
xatunda da vardır. O, Qanturalını vəhşi heyvanlarla mübarizədə gücünü
sınamasından sonra sevməyə başlayır. «Gözüm gördü könlüm sevdi»
deyir. Amma yenə də özünün döyüşmək bacarığını Qanturalıya göstərir.
Paltarmı dəyişərək Qanturalınm üstünə gələn düşmən qoşununa qarşı vu-
ruşur. Lakin Qarıturalı el tə'nəsindən çəkinərək onunla təkbətək vuruşub
öz gücünü sübut edir.
Oğuz qəhrəmanının məğrurluğu.
Məğrurluq Oğuz igidlərində xüsusi
keyfiyyətdir. Qanturalının Selcan xatunla üzbəüz döyüşməsi elə onun
məğrurluğundan irəli gəlirdi. Çünki o, vəhşi heyvanlarla mübarizədə qa-
lib golmişdi. Selcam götürüb Oğuz ellərinə qayıdanda düşmən qoşununa
qarşı vuruşmuşdur. Amma istəmirdi ki, Oğuzda Qanturalıya Selcan xatun
kömək etdi desinbr. yoxsa düşmən qoşununa qalib gələ bilməzdi. Biz
hansı Oğuz qəhrəmanmda bu xüsusiyyəti görmərik? Beləsi yoxdur. Hətta
İç Oğuz bəybrində də məğrurluq onların daxili məzm ununa hopub igid-
lik göstərməyə sövq edir. Oğuz igidlərinin ən məğrurlusu Qazan xandır.
0 , təkura əsir düşəndo düşmənini məğrur olduğuna görə öymür. Hətta
Beyrək ölüm qabağı məğrur-məğrur Aruza deyir ki, aldadıb ər gətirmək
arvad işidir.
Qəhrəmanın özünə layiq qız seçməsi.
Bu seçim daha çox Qanturalıya
aiddir. O, Oğuzdan ona görə evlənmək istəmir ki, bu qızlar türkmən qız-
ları kimi evdarlıqla məşğuldurlar. Qanturalı isə istəyir ki, o, uru durmamış
halalı ona baş kəsib gətirsin. Bir sözlə, o, qəhrəmanlıqda öziinə tay olan
qızla evlənmək istəyir.
Qəhrəmanm sınaqdan keçirilməsi.
Oğuz cəmiyyəti üçiin bu, çox vacib
atributdur. İgid ona görə sınaqdan keçirilir ki, onun cəmiyyətdə yeri