Xülasə Bu işdə proqram mühəndisliyi və onun əhatə etdiyi bilik



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix08.03.2023
ölçüsü0,82 Mb.
#102108
növüXülasə
  1   2   3   4   5
Proqrammhdisliyindproqramladrmannmumianlaylar MEQALE TEZE 1




Proqramlaşdırma Dillərinin Müqayisəli Təhlili və 
İnkişaf Tendensiyaları 
Şəfəqət Mahmudova 
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 
shafagat_57@mail.ru
 
 
Xülasə— Bu
 
işdə proqram mühəndisliyi və onun əhatə etdiyi bilik 
sahələri haqqında məlumat verilmişdir. Proqramlaşdırmanın 
inkişaf mərhələləri və bu sahədə olan problemlər araşdırılmışdır. 
Proqramlaşdırma dilləri haqqında məlumat verilmiş, onların 
müqayisəli təhlili aparılmış, üstün və çatışmayan cəhətləri 
aydınlaşdırılmışdır. 
Proqramlaşdırma 
dillərinin 
reytingi 
haqqında ststistik məlumatlar verilmişdir.
Açar 
sözlər—proqram 
mühəəndisliy, 
proqramlaşdırma,
proqramlaşdırma dilləri, reytinq cədvəli 
I. GİRİŞ 
Proqram mühədisliyi dedikdə standartlardan istifadə 
etməklə həll edilən məsələnin proqram təminatının işlənilməsi, 
istismarı, müşayiəti və istifadə edilməsi üçün sistemləşdirilmiş, 
nizamlanmış metodlara malik bir elm sahəsi başa düşülür [1]. 
İşlənilmiş proqram təminatı texniki, iqtisadi və sosial 
tələblərə 
cavab 
verməlidir. 
Göründüyü 
kimi, 
yüksək 
keyfiyyətli proqram təminatının yaradılması çox zəhmət tələb 
edən prosesdir. Burada lazım olan layihənin yüksək keyfiyyətli 
işlənməsi üçün proseslər, alətlər, texnologiyalar və insan 
resursları bir-birinə qarşılıqlı təsir göstərməlidir. 
Proqram mühəndisliyinin müasir texnologiyalarının əsas 
məqsədlərindən biri müxtəlif problem yönümlü sahələr üçün 
proqram məhsullarının (PM) yaradılması, onun bütün həyat 
dövrünün effektivliyini təmin etməkdən ibarətdir.
Proqram mühəndisliyi aşağıdakı bilik sahələrini özündə 
birləşdirir [2]: 

Kompyutinqin əsasları; 

Riyaziyyatın və mühəndisliyin əsasları; 

Peşəkar təcrübə (komanda ilə iş, kommunikasiya 
bacarıqları, etika); 

Modelləşdirmənin (analiz, tələblərlə iş, spesifikasiyalar) 
əsasları; 

Proqram təminatının layihələndirilməsi (konsepsiyalar 
və layihənin strategiyaları, insan-maşın interfeysinin 
layihəndirilməsi, layihəyələrə dəstək vasitələri); 

Proqram təminatının yoxlanılması və attestasiyası 
(testləşdirmə, 
istifadəçi 
interfeysinin 
qiymətləndirilməsi, problemlərin analizi və s.); 

Proqram təminatının təkamülünün əsasları; 

Proqram təminatının işlənilmə prosesləri; 

Proqram təminatının keyfiyyəti;

Proqram layihələrinin idarə edilməsi (idarəetmənin 
konsepsiyaları, planlaşdırma və layihələrin icrasının 
izlənilməsi, personalın və konfiqurasiyanın idarə 
edilməsi). 
Kompüterlər 
və 
proqramlaşdırmaya dair müxtəlif 
standartlar mövcuddur. Kompüterlər və proqramlaşdırmaya 
dair standartların hazırlanmasına əsas beynəlxalq təşkilatlar 
IEEE və ACM ciddi yanaşdılar. 2005-ci ildə Kompyutinq 
standartları dərc edilmişdir [3]: 

Kompüter mühəndisliyi ( Computer Engineering);

Informatika (Computer Science);

Informasiya sistemləri (Information Systems);

İnformasiya texnologiyaları (Information Technology);

Proqram mühəndisliyi (Software Engineering) və s.
Bu sahələr üzrə standartlar kifayət qədər dəqiqdir və aydın 
təsvir edilmişdir.
Qarşıya qoyulan məsələlərin proqram təminatının 
yaradılması üçün müxtəlif proqramlaşdırma dillərindən 
istifadə edilir. Proqramlaşdırma kompüter üçün proqramın 
işlənilməsi prosesidir. 
Məşhur isveçrəli alim, proqramlaşdırmanın banısı olan Virt 
Niklaus (Wirth Niklaus ) proqram haqqında belə demişdir: 
"Proqramlar = alqoritmlər + verilənlərin strukturu" [4].
Proqramlaşdırmada əsas şərt alqoritmlərin qurulmasıdır. 
Alqoritm - qarşıya qoyulan məsələni həll etmək üçün yerinə 
yetirilməsi vacib olan əməliyyatlar (mərhələlər) ardıcıllığıdır. 
Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım 
olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla 
yerinə yetirilməsini göstərən formal yazılışdır. Alqoritmlərin 
tərtib olunması prosesi alqoritmləşdirmə adlanır [5]. 
Proqramlaşdırma 
dedikdə 
geniş spektrdə proqram 
təminatının yaradılması prosesi başa düşülür. Bura analiz və 
məsələnin 
qoyuluşu, 
proqramın 
planlaşdırılması 
və 
layihələndirilməsi, alqoritmlərin və verilənlərin strukturunun 
işlənilməsi, proqramların mətnlərinin yazılması, yerinə 
yetirilməsi, 
testləşdirilməsi 
(sınaqdan 
keçirilməsi), 
sənədləşdirilməsi, 
sazlanması 
(konfiqurasiyası), 
işin 
tamamlanması və müşayiət edilməsi aiddir. 
İlk proqramçı, ingilis riyaziyyatçısı Ada Lavleys hesab 
olunur. İxtisasca riyaziyyatçı olan bu xanım tarixdə ilk 



proqram yazması ilə məşhurdur. Çarlz Bebbiç tərəfindən ixtira 
olunan hesablama maşını üçün ilk proqramı Ada Lavleys tərtib 
etmişdir. Bu xanım həmçinin "seykl" və "işçi xana" 
terminlərini də ilk dəfə tətbiq etmişdir. 1975-1980-ci illərdə 
Ada Lavleysin adıyla bağlı universal proqramlaşdırma dili 
işlənib hazırlanmışdır. Onun adının əbədiləşdirilməsi 
məqsədilə 1998-ci ildə Ada mükafatı təsis edilmişdir [6].
II. PROQRAMLAŞDIRMA DİLLƏRİ HAQQINDA 
Proqramlaşdırma 
dillərinin 
inkişaf 
tendensiyasına
keçməzdən əvvəl proqramlaşdırma dillərinin hərəkətverici 
qüvvələri haqqında məlumat vermək lazımdır. Bunlar 
aşağıdakılardır: 

təkmilləşdirilməsi; 

səmərəliliyə diqqət yetirilməsi; 

məsələnin mürəkkəbliyinin nəzərə alınması; 

proqramın həyat dövrünün uzadılması və s. 
Proqramlaşdırma 
dillərinin 
inkişaf 
tendensiyalarını 
nəzərdən keçirək [7].

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə