Xülasə Bu işdə proqram mühəndisliyi və onun əhatə etdiyi bilik



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix08.03.2023
ölçüsü0,82 Mb.
#102108
növüXülasə
1   2   3   4   5
Proqrammhdisliyindproqramladrmannmumianlaylar MEQALE TEZE 1

1. İlk proqramlaşdırma dilləri 
Bu dillər 1940-1950-ci illərdə yaradılmışdır.
Proqram "aşağı səviyyədə" elementar təlimatların xətt 
ardıcıllığından ibarət idi.
Üstünlükləri: yüksək hesablama effektivliyi. 
Çatışmazlıqları: Hesablama mühitindən əhəmiyyətli 
dərəcədə asılılığı. 
Nümunələr:
 
maşın kodları, Assembler dili. 
2. Prosedurlu (imperativ) proqramlaşdırma dilləri
Bu dillər 1950-1970 cı illərdə yaradılmışdır.
Hər hansı məsələ onun funksional imkanlarından asılı 
olaraq bir sıra köməkçi məsələlərə bölünür. Bunlar məsələnin 
alt prosedurları adlanır. İxtiyari prosedurlu proqramın icrası 
zamanı alt prosedurlar istənilən vaxt çağrıla bilər. Proqramda 
qlobal və lokal dəyişənlərlərdən istifadə olunur. 
Üstünlükləri: abstraksiyanın daha yüksək səviyyəsi, 
asılılığın az olması, geniş uyğunluğa malik olması. 
Çatışmazlıqları: Böyük əmək sərf edilməsi, proqram 
kodunun az effektivliyə malik olması. 
Nümunələr:
 
Fortran, ALGOL, PL/1, APL, BPL, COBOL, 
Pascal, C, Basic. 
3. Deklarativ proqramlaşdırma dilləri
Bu dillər 1960 cı illərdə yaradılmışdır.
Proqramın yazılışında bu dildən istifadə edildikdə həyata 
keçirilməsi lazım olan ardıcıllıqlar sadə şəkildə təsvir edilir. 
Üstünlükləri: 
Proqramların 
verifikasiyasının 
və 
testləşmənin sadəliyi, riyazi formallaşdırmanın ciddiliyi, 
abstraksiyanın yüksək dərəcədə olması. 
Çatışmazlıqları: Reallaşdırmanın çətinliyi, fundamental 
riyazi biliklərə ehtiyacın olması. 
Nümunələr: LISP (Interlisp, Common Lisp, Scheme), 
SML, Haskell, Prolog. 
4. Funksional proqramlaşdırma dilləri 
Bu dillər 1960-cı illərdə yaradılmışdır. Proqramlarda 
müxtəlif funksiyalardan istifadə edilirdı. 
Üstünlükləri: Kompüterin yaddaşının tamamilə avtomatik 
idarə edilməsi, kodun fraqmentlərinin təkrar istifadəsinin sadə 
olması, parametrik arqumentli funksiyaların geniş spektrə 
malik olması (parametrik polimorfizm). 
Çatışmazlıqları: Proqramın qeyri-xətti struktura malik 
olması, effektivliyinin nisbətən aşağı olması. 
Nümunələr
:
SML, CaML, Haskell, Miranda, Hope. 
5. Məntiqi proqramlaşdırma dilləri
Bu dillər 1970-cı illərdə yaradılmışdır.
Proqram 
– məntiqi əmrlərdən ibarət qaydaların 
məcmusundan ibarət idi. 
Üstünlükləri: Abstraksiyanın səviyyəsinin yüksək olması, 
məntiqi yönümlü proqramlaşdırmanın rahat olması; ekspert 
sistemlərinə tətbiqinin rahat olması və s. 
Çatışmazlıqları: Məsələlərin məhdudlaşdırılmış imkana və 
proqramın qeyri-xətti struktura malik olması. 
Nümunələr: Prolog, Mercury. 
6. Obyekt yönümlü proqramlaşdırma dilləri 
Bu dillər 1970 -1980 -ci illərdə yaradılmışdır.
Proqramda obyektlərin təsviri, məcmuları, onların arasında 
əlaqələr və qarşılıqlı təsirinin üsulları izah edilmişdir. 
Üstünlükləri: 
predmet 
sahəsinə 
yaxın 
olması, 
modelləşdirmə, hadisələr yönümlü olması, abstraksiyanın 
yüksək səviyyəsi, təsvirlərin təkrar istifadəsi və s. 
Çatışmazlıqları:
 
Proqramların 
verifikasiyası 
və 
testləşdirilməsinin çətin olması. 
Nümunələr: C++, Visual Basic, C #, Eiffel, Oberon. 
7. Ssenarili proqramlaşdırma dilləri 
Bu dillər 1990-cı illərdə yaradılmışdır.
Proqramda mümkün ssenarilərdən və koddan təkrar istifadə 
etmək imkanı vardır. 
Üstünlükləri: 
Predmet 
sahəsinə 
yaxın 
olması; 
abstraksiyanın yüksək dərəcəsi, yüksək mobillik. 
Çatışmazlıqları: 
Proqramların 
verifikasiyası 
və 
testləşdirilməsinin çətin olması, çoxsaylı əlavə təsirlərə məruz
qalması. 
Nümunələr:

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə