XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə5/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   2   3   4   5   6   7   8   9   ...   187

12 

 

Ədəbiyyat siyahısı: 

1.

 

Axundlu  Y.  Məmməd  Səid  Ordubadi  irsinin  nəşrində  mühüm  addım.  525-ci  qəzet, 



2013-cü il 06 yanvar.  

2.

 



Əliyev  İlham. Məmməd  Səid Ordubadinin 140  illik  yubileyi haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı. “Azərbaycan” qəzeti, 2012-ci il 11 aprel.  

3.

 

Əzizov E. Difai. XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi 



şərtləri və səbəbləri, Bakı-2009, 364 s.  

4.

 



Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. Bakı, “Zaman”, 1997. 256 s.  

5.

 



Həbibbəyli İ. Ədəbiyyat nəhəngi. “Azərbaycan” qəzeti, 2012-ci il, 23 oktyabr.  

6.

 



Məmmədli A. Azərbaycançılıq mollanəsrəddinçilərin fərdi yaradıcılıq kontekstində: 

Məmməd Səid Ordubadi. 525-ci qəzet. 2012-ci il 16 may.  

7.

 

Ordubadi M. S. Əsərləri. Səkkiz cilddə. II cild, Pyeslər və romanlar, Bakı: Azərbaycan 



Dövlət Nəşriyyatı, 1964, 494 s.  

8.

 



Ordubadi M. S. Gizli Bakı. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1972,294 s.  

9.

 



Ordubadi M. S. Dumanlı Təbriz. Roman. Birinci və İkinci kitab. Bakı., Yazıçı, 1985, 

374 s. və 730 s.  

10.

 

Ordubadi M. S. Qanlı illər. Bakı, 1991, 184s.  



 

M. S. ORDUBADİ YARADICILIĞINDA MİLLİ KİMLİYİN İFADƏSİ 

 

Rəna Rəcəbli 

 

Abstract 

 

The works written in national spirit of poets and writers plays a great role in the study 



of material and spiritual culture of Azerbaijani people. National-spiritual values and national 

identity of Azerbaijan people has been the object in creative works of such writers as Nizami, 

Khagani,  Nasimi,  Fizuli,  Khatai,  Vagif,  M.  F.  Akhunzadeh,  M.A.Sabir,  J. 

Mammadguluzadeh, N. Narimanov, H. Javid, including M. S. Ordubadi.  

Nationality  and  national  moral  values  in  a  wide  range  were  reflected  in  “Foggy 

Tabriz”, “Sword and Pen”, “Unhappy millionaire, or Rzaqulufirensimeab” and other works 

of Mammad Said Ordubadi. Being truly ethnographer M. S. Ordubadi serves as a describer 

of national values and identity of Azerbaijani people and performer of their dreams. When 

we  read  his  writings,  the  image  of  intellectual  dreaming  national  development,  worrying 

about the people, knowing deeply life of the people is come in front of our eyes.  

Ethnographic  materials  reflected  in  the works of  M.  S. Ordubadi  dated  in  terms  of 

learning  national  identity,  social  life,  family,  material  and  spiritual  culture  of  Azerbaijan 

people in the late of XIX century –early of XX century.  

Along with being national and original artist, M. S. Ordubadi didn`t fit with the scope 

of national framework and a set period of time. Developed in a national basis with the national 

identity,  he  wrote  about  the  best  thoughts  and  wishes,  material  and  spiritual  culture,  life 

struggle of all progressive mankind.  

Keywords: national identity, national values, material and spiritual culture 

 

 

 



 

 


13 

 

AZƏRBAYCANIN QƏHRƏMANLIQ DASTANLARINDA MİLLİ 



KİMLİYİN İFADƏSİ 

Təranə Nəsimi Quluzadə 

 

Qloballaşma dövründə müxtəlif xalqların mədəni dəyərlərinin geniş öyrənil-



diyini  nəzərə  alaraq,  xalqımızın  qədim  milli  kimlik  xüsusiyyətlərinin  öyrənilməsi 

böyük əhəmiyyət daşıyır. Bu prosesdə şifahi və yazılı xalq yaradıcılığının tədqiqi 

mühüm yer tutur.  

Qədim Azərbaycan mədəniyyətinin mühüm bir tərkib hissəsini olanşifahi və 

yazılı  xalq  yaradıcılığı,  ədəbi  düşüncələri,  özünəməxsus  dünyagörüşüı  olmuşdur. 

Bütün  dünya  xalqlarında  olduğu  kimi,  qədimazərbaycanlıların  söz  sənəti  onların 

təsərrüfat  həyatı,  maddi  və  mənəvi  mədəniyyəti,  ailə-nikah  münasibətləri  ilə  bila-

vasitə bağlı olmuşdur. Məhz bu mədəniyyətin inkişafı nəticəsində minillər ərzində 

azərbaycanlı milli kimliyi formalaşmışdır.  

“Azərbaycan  xalqı  və  onun  ulu  əcdadları  üçün  hələ  sinifli  cəmiyyətin  ya-

ranmasıdan çox-çox əvvəl xalqtəxəyyülündə şüursuz bədii bir şəkildə işlənmiş təbiət 

və  ictimai  formalar  incəsənətin  müqəddəs  şərti  olmuşdur.  Qədim  azərbaycanlılar 

təxəyyül vasitəsilə təbiət qüvvələrinə üstün gəlməyə, onları tabe etməyə vəmüəyyən 

şəklə salmağa çalışmışdır”[3].  

Şifahi  və  yazılı  xalq  yaradıcılığında  bu  “şəkil”  özünü  daha  bariz  formada-

göstərir. Xüsusilə, dini görüşlərin söz vasitəsilə əfsanə, əsatir, rəvayət, nağıllar, ba-

yatılar,  dastanlardatəcəssümünü  çox  aydın  şəkildə  görmək  mümkündür.  Bütün 

bunlar yazılı ədəbiyyatdan çox-çox əvvəllər mövcudolmuş şifahi ədəbiyyatın nümu-

nələridir.  Qədim  Azərbaycan  ədəbiyyatının  bütün  nümunələrində  dini  görüşlərin, 

inanaclarıntəzahürü  olan  süjetlər,  motivlər,  zoomorfik  və  antropomorfik,  kosmik 

surətlərlə rastlaşmaq mümkündür.  

Bədii sözün, şerin hətta “tanrılara belə təsir edə biləcək qüdrətinə inanan qə-

dim  azərbaycanlı  da  təbiətqüvvələrini,  təbii  hadisələri,  öz  arzusuna,  istəyinə  tabe 

etdirmək məqsədilə xüsusi ovsunlaryaratmışdı ki, bu da xalq şerimizin mənşəcə ən 

qədim,  sadə,  ibtidai  növlərindən  biri  olaraq  əsrlər  boyuyaşamışdır”.  Bu  cür  sehr, 

ovsunu hələ uşaq yaşlarından sevə-sevə oxuduğumuz, qüdrətinə, möcüzəsinə hey-

ranqalaraq  inandığımız  dastanlardan  görmək  mümkündür  ki,  Azərbaycanın  şifahi 

ədəbiyyatı bu cürəsərlərlə çox zəngindir.  

Dastan xalqın tarixi, soyköküdür. Dastanda xalqın özü yaşayır. Onun tarixi də, 

fəlsəfi  dünyagörüşü  də,  tarixən  formalaşmış  toy  adətləri  də,  şeri  də  musiqisi  də 

dastandadır. Dastan hər bir xalqın həyat salnaməsidir.  

Dastanlar dünyanın yaranışı, quruluşu haqqında ən ibtidai, həm də mifoloji 

təsəvvürləri  əks  etdirir.  Tarixi,  baş  vermiş  müsbət  hadisələri  təkrar  etmək,  mənfi 

haidisələri isə kənarlaşdırmaq üçün öyrənirlər. Nə qədər uazqlaşsaq da, Azərbaycan 

xalqının  qəhramanlıq  dastanlarında  vəsf  edilən  keyfiyyətlər  bu  gün  də,  xalqın  öz 

kimliyinin ifadəsi üçün aktuallıq daşıyır. Azərbaycanın qədim qəhrəmanlıq dastan-

larında əks etdirilən milli qürur, ləyaqət, böyüyə hörmət, el-obaya sadiqlik, əsl kim-

lik  təcəssümüdür.  Azərbaycan  şifahi  söz  sənətini  dastanlarsız  düşünmək  sadəcə 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə