XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə4/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   2   3   4   5   6   7   8   9   ...   187

10 

 

tamamlayır. Cənubi Azərbaycandan olan iki tələbənin Avropaya səfəri zamanı yaz-



dıqları məktublar əsasında qurulumuş bu roman-səyahətnamədə də Şərq-Qərb müna-

qişəsi  vasitəsilə  milli  oyanışa  və  dirçəlışə  çağırış  motivləri  öz  əksini  tapmışdır. 

(Həbibbəyli, 2012: 23 oktyabr).  

Məmməd Səid Ordubadi yaradıcılığında milli kimliyin ən yaxşı ifadəsi onun 

1911-ci ildə cap edilmiş “Qanlı sənələr” kitabında verilmişdir. 1905-1906-cı illərin 

hadisələrinin dəhşətli tarixindən bəhs edən bu kitab erməni millətçilərinin və onların 

havadarları olan rus məmurlarınınAzərbaycan xalqının başına gətirdikləri müsibət-

lərin  şahid  ifadələri  və  245  müxbir  məktubu  əsasında  yazılmışdır.  (Əzizov,  2009: 

17) Romanda deyilir: “... Neçə ildir ki, biz qəribə vəziyyətə düşmüşük ki, bir dəstə 

hamını qorxu altında saxlayıb heç kəsə fürsət vermirlər ki, nə öz fikrini, nə də öz 

işlərini, necə ki, lazımdır, izah etsinlər.... Əgər bir kəs cürət edib öz fikrini açıq-açığa 

danışsa  və  yainki  bir  qulluqçu  cürət  edib  öz  insafına  görə  iş  görsə,  həmin  saat 

möhürlü kağızlar gəlib, qətl fərmanı yetişər.... Biz heç kəsin barəsində şeytançılıq 

etmərik. Ancaq sülhün xatirəsi üçün... deyərik ki, Qafqazda olan mənsəb sahibləri 

və  hakimlərin  çoxu  erməni  terrorundan  qorxub  ədalət  və  insaf  ilə  iş  görmürlər. 

Asayiş  və  dinclik  olması  üçün  hər  nə  təşəbbüs  və  tədbir  görülsə,  bu  qulluqçular 

qorxularından bir əlac etməyib ancaq bir tərəfə zülm və səbr edəcəklər və buna görə 

də  heç  vaxt  asayiş  olmayacaqdır”.  (Ordubadi,  199:  111-112)Bu  kitab  1991-ci  ilə 

kimi, “Qanlı illər” adı ilə yenidən nəşr edilənədək, Azərbaycan oxucusundan gizli 

saxlanmışdir.  Cünki  həmin  kitabda  toplanmış  faktlar  son  dərəcə  hiddətləndirici 

olmaqla,  sosializmin  təbliğ  etdiyi  Cənubi  Qafqaz  xalqlarının  “əsrlər  boyu  dost 

olması”  barədə  konsepsiyaya  əsla  uyğun  gəlmirdi  və  Azərbaycan  xalqının  milli 

hissinin oyanmasına kömək edə bilərdi.  

Məmməd  Səid  Ordubadinin  “Qanlı sənələr”  sənədli-ədəbi publisist  əsəri bu 

günümüz üçün olduqca aktualdır. Bu barədə professor Yavuz Axundlu yazır: “Tarixi 

yaddan çıxaran ekstremist qüvvələrin təxminən 80 il sonra yenidən belə bir fitnə-

karlığa başlaması o deməkdir ki, xalqımız keçmişin bu qanlı səhifələrini bir daha 

nəzərdən keçirməli, gənc nəslə həqiqəti olduğu kimi deməlidir”. (Axundlu, 2013: 06 

yanvar).  

Xalqımıza  milli  kimlik  ideyasını  daima  aşılayan  Məmməd  Səid  Ordubadi 

hətta sovet hakimiyyətini təbliğ edən “Qöyüşən şəhər” və “Gizli Bakı” romanlarında 

da rus-bolşevik imperializminin, eser-menşevik, erməni-daşnak siyasətinin mahiy-

yətini  dönə-dönə  ortaya  cıxararaq,  bu  terror,  soyqırım  siyasətinin  azərbaycanlılar 

üçün törətdiyi faciələri izah etmişdir. “Gizli Bakı” romanında müəllif 1905-1906-cı 

illər hadisələrinin kökündə duran məsələləri obrazların dili ilə izah edərək yazır: “... 

Bakıda müsəlman xalqını müdhiş bir qorxu təqib edir. Bir tərəfdən bolşeviklər silahlı 

üsyana  və  şəhəri  talamağa  hazırlaşırlar,  o  biri  tərəfdən  daşnaklar  İrəvandan  silah 

gətirmək  təşəbbüsündədirlər.  Heç  şübhə  yoxdur ki, silah  gətirildikdən  sonra  Lala-

yevlər və Ağamovlar dinc oturmayacaqlar. Bu çıxışların ikisində də zərər çəkən mü-

səlman xalqı olacaqdır... ”. (Ordubadi, 1972: 205).  

Məmməd  Səid  Ordubadi  XX  əsrin  30-cu  illərində  tarixi  romanlarının  möv-

zusunu müxtəlif növ mənbələrdən və özünün şəxsi təəsüratları ilə həyatdan götür-




11 

 

müşdür. Bunu “Dumanlı Təbriz” romanında daha aydın görmək mümkündür. (Ordu-



badi, 1985) Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” tarixi romanı Azərbay-

canda  milli  azadlıq  hərəkatının  tarixini  və  ideallarını  əks  etdirən,  yaşadan  böyük 

ədəbi  hadisədir.  Ədib  “Dumanlı  Təbriz”  romanında  İranda  Azərbaycan  mədə-

niyyətinin  inkişafına  mane  olan  səbəbləri  izah  edərək  yazırdı  ki,  Nəsrəddin  şahın 

zamanından  başlayaraq  Təbrizdə  Azərbaycan  dilində  olan  mətbuat  orqanları  bağ-

lanır  və  o  zamana  qədər  çap  edilmiş  kitabların  oxunması  qadağan  edilir.  Millətçi 

hakim  fars  ideoloqları  İran  Azərbaycanında  türk  mənşəli  əhalinin  mövcud  olma-

masını iddia edir və onların fars mənşəli olmalarını sübut etməyə çalışırlar. İranda 

bu idealogiya müasir dövrdə də geniş təbliğ edilir.  

Məmməd  Səid  Ordubadi  tarixi  romanları  ilə  Azərbaycan  xalqının  zəngin 

tarixini,  etnoqrafiyasını, mədəniyyətini,  adət-ənənələrini,  azadlıq  mübarizəsini  əks 

etdirərək  həmişə  azərbaycançılıq  mövqeyində  durduğunu  təsdiq  etmişdir.  O,  öz 

əsərlərində Azərbaycan tarixinin ən qədim dövrlərdən yaşadığı günlərə qədər mü-

hüm mərhələlərini dolğunluğu ilə əks etdirməyə nail olmuşdur. Azərbaycan çox qə-

dim və mürəkkəb bir tarixə malikdir. Bu tarixdə həm daxili çəkişmələr, həm də xarici 

işğalçılara  qarşı  mübarizə  motivləri  var.  Məmməd  Səid  Ordubadiyə  görə,  tarixi 

romanda  xalqın  həyatı,  xalqın  ruhu,  xalqın  mübarizəsi  göstərilməli,  onun  bədii 

obrazı  yaradılmalıdır.  Ədibin  fikrincə,  yazıçı  “...  xalqının  çətinliklər  qarşısında 

boyun əymədiyini, eyni zamanda, bu mətanətli xalqın mərhəmətlə coşan bir qəlbə, 

təmiz və ülvi bir vicdana malik olduğu... göstərilməlidir”. (Məmmədli, 2012:6).  

Məmməd Səid Ordubadinin tarixi hadisələri qələmə almasının səbəbi sadəcə, 

o  hadisələri  tarixin  yaddaşına  köçürmək  deyildi,  o,  bu  hadisələrə  gələcək  naminə 

müraciət  edirdi,  keçmişdən  ibrət  götürməyi  təlqin  edirdi.  Ədib  yazırdı:  “Vətəni 

sevmək  kifayət  deyil,  onu  layiqincə  tanımaq  lazımdır.  Xalqı  sevmək  azdır.  Onun 

əxlaq və adətlərini layiqincə öyrənməlisən... və əsərində tərənnüm etdirməlisən.... ” 

Məmməd Səid Ordubadi romanlarında tariximizin təhrif olunmasından narahatçılıq 

keçirərək qeyd etmişdir: “Bizim nöqsanlarımızın böyüyü orasındadır ki, indiyə qədər 

Şərq haqqında sistem üzərində bir tarix yazılmamışdır. Tariximiz bəzən Herodot və 

Strabonların  buraxdığı  izlər,  bəzən  də  səyyahların  xatirat  dəftərlərinə  əsasən  ya-

zılmışdır. ”(Məmmədli, 2012: 6) Məmməd Səid Ordubadiöz əsərləri ilə bu sahədəki 

boşluğu doldurmağa, buraxılmış səhvləri aradan qaldırmağa çalışmış, tarixi keçmişi 

öyrənməyi vətənpərvərlik və milli iftixar hissinin təzahürü hesab etmiş, bununla da 

azərbaycançı  olmağın  nümunəsini  göstərmişdir.  Onun  “Qanlı  sənələr”,  “Dumanlı 

Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Dünya dəyişir” və “Qılınc və qələm” tarixi 

romanları  millilik  və  bəşəriliyi,  yüksək  vətəndaşlıq  qayəsini  özündə  birləşdirən 

azərbaycançılıq məktəbidir.  

Məmməd Səid Ordubadi son dərəcə milli və orjinal sənətkar olmaqla bərabər, 

milli  çərçivəyə  və  müəyyən  dövr  çərçivəsinə  sığa  bilməmişdir.  O  milli  zəmində 

inkişaf  edərək  milli  mənliyi  ilə  bütün  qabaqcıl  bəşəriyyətin  ən  yaxşı  düşüncə  və 

arzularını, maddi və mənəvi mədəniyyətlərini, həyat mübarizəsini qələmə almışdır.  



 

 

 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə