Xəlilov Zahirin “Mehmanxana Fəaliyyətinin Texnologiyası” Fənnindən “İdarəetmədə Avtomatlaşdırma Sistemləri” mövzusunda Kurs İşi



Yüklə 211,97 Kb.
səhifə5/6
tarix07.06.2022
ölçüsü211,97 Kb.
#89026
1   2   3   4   5   6
referat 6254

Fidelio Sistemi. Ən geniş yayılmış universal proqram, 20 il ərzində mehmanxana və restoranların idarə olunması sisteminin quruculuğu üzrə ixtisaslaşmış dünyanın ən böyük şirkətlərindən biri olan Micros – Fidelio korporasiyasının kompleksidir. Bu cür sistem dünyanın ən böyük 100 mehmanxana şəbəkəsində quraşdırılmışdır (şeraton, Hilton, Marriott, Kempinski, Hayat və s.). Fidelio sistemi mehmanxana işinin bütün mərhələlərini, nömrələrin kompüter vasitəsi ilə bronda saxlanılması, qeydiyyat, yerləşdirmə və nömrə fondunun idarə olunması, qonaqların yola salınması, mühasibat və maliyyə işlərinin aparılmasına qədər əhatə edir. Sistemin istifadəsi olduqca sadədir, heç bir fərdi kompüter tələb etmir və hər bir mehmanxanada (ölçüsündən asılı olmayaraq) istifadə olunması üçün müvafiqdir. Funksiya etibarı ilə, sistem bir neçə modula bölünür: bronlaşma, nömrə fondundan blok istifadə, tariflərin idarə olunması (gözdən keçirmə, dəyişiklik, optimizasiya), xidmətlərin paketləşdirilməsi (konfiqurasiya, satılması, nəzarəti, xidmətlərin təqdim edilməsi, haqq-hesab və s.), qeydiyyat və qonaqların yola salınması, hesabatların hazırlanması və s.
Lodging Touch Sistemi. Lodging Touch sistemi qonaqpərvərlik sənayesi üçün proqramın hazırlanması üzrə dünyada lider şirkətlərdən biri olan Amerikanın MAI Hospitality şirkəti tərəfindən yaradılmışdır. Müasir dövrdə Lodging Touch sistemi mehmanxana biznesinin komplekt avtomatlaşdırılması üzrə ən müasir proqram vasitəsidir. Digər oxşar sistemlərdən fərqli olaraq, Lodging Touch sistemi Windows NT əməliyyat sahəsində işləyir ki, bu da onun fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirir, həmçinin təcrübəsiz işçilərə belə ondan istifadəni asanlıqla mənimsəməyə imkan yaradır. Sistem, mehmanxananın müxtəlif şöbələrini avtomatlaşdıran, birləşmiş proqram paketlərindən ibarətdir: qapıçı, restoran xidməti, satınalma şöbəsi, banketlərin təşkili və s.
Nimeta Sistemi. Bu yeni sistem, kiçik və orta həcmli mehmanxanalar üçün nəzərdə tutulmuşdur. Nimeta sistemi internet texnologiyası vasitəsi ilə mehmanxanaların idarə olunması sisteminin icarəyə götürülməsi və istifadəsinə şərait yaradır. Bu texnologiya ondan ibarətdir ki, mehmanxanadakı bütün məlumatlar və idarəetmə sistemi proqramının özü mehmanxanadan kənarda, xüsusi ilə bu məqsəd üçün ayrılmış serverdə yerləşir. Bu cür server internet provayderin təchiz edilmiş servis mərkəzində yerləşir. Buna görə də Nimeta sisteminin qoşulması və istifadəsi üçün kompüterin və internetə çıxışın olması kifayətdir. Mehmanxanaların kompüterləĢdirilməsi üçün bir sıra müxtəlif sistemlər də mövcuddur. Demək olar ki, bütün sistemlər, təqribən eyni, bir-birindən cüzi Ģəkildə fərqlənən, funksiya və imkanlardan ibarətdir.

Yüklə 211,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə