Xəlilov Zahirin “Mehmanxana Fəaliyyətinin Texnologiyası” Fənnindən “İdarəetmədə Avtomatlaşdırma Sistemləri” mövzusunda Kurs İşi



Yüklə 211,97 Kb.
səhifə1/6
tarix07.06.2022
ölçüsü211,97 Kb.
#89026
  1   2   3   4   5   6
referat 6254


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Turizm və Menecment Universiteti



Turizm və Qonaqpərvərlik fakultəsi
Mehmanxana və Restoran biznesi” kafedrası

To1301 tələbəsi Xəlilov Zahirin “Mehmanxana Fəaliyyətinin Texnologiyası”


Fənnindən “İdarəetmədə Avtomatlaşdırma Sistemləri” mövzusunda
Kurs İşi

Müəllim: Tural Salifov
Bakı-2014
Mündəricat
Giriş................................................................................................3

1-ci Fəsil. Bronlaşdırma bölməsi..........................................5


2-ci Fəsil. Mehmanxana təsərrüfatı və kompüter sistemi..................8

Nəticə və Təkliflər...................................................................................15

İstifadə Edilmiş Ədəbiyyatlar.........................................................15

Giriş
Turizm müasir dövrdə bütün dünyada özünün tükənməz potensialını təqdim edən, ölkənin daxilində olduğu kimi ümüdünya səviyyəsində də sosial və iqtisadi inkişafını konkret özünəməxsus qanunlar çərçivəsində müəyyən edən qlobal hadisədir. Müasir zamanda iqtisadiyyatın ən gəlirli sahəsinə çevrilən turizm qədim köklərə malikdir.
Öz inkişaf mənbəyini uzaq keçmişdən götürmüş və 20-ci əsrin 2-ci yarısından kütləvi hadisəyə çevrilmiş turizm eyni zamanda iqtisadiyyat, elm və mədəniyyətə də güclü təsir göstərir. Beynəlxalq turizm sayəsində xalqlar bir-birini daha yaxşı tanıyır ETT-dən əldə etdikləri naaliyyətləri mübadilə edir,ticarət canlanır və bütün bunlar istahsalat sahəsində inteqrasiya yaradır, yeni iş yerlərinin yaranmasına səbəb olur. Turizm bir-birini qarşılıqlı olaraq tamamlayan elementlərin məcmusu şəklində fəaliyyət göstərən bir sistemdir. Bu sistemdəki münasibətlərin iştirakçıları- Turist, turizm müəssisələri, təşkilatlar regionlar, dövlət qarşılıqlı olaraq bir birinə təsir edib, ətraf mühitə sıx olaraq bağlıdılar. Bu iştirakçılar arasında turist və turizm müəssisələri daha önəmli mövqeyə malikdirlər. Beləki Turizt Turizm sənayesində “Canlı Pul”dur. Məhs bu səbəbdən də turistlərin iştirak etdikləri tədbirlərdən razı qalmaları üçün təşkilatlar çox çalışırlar. Turistlərin razı salınmasında isə əsas rolu mehmanxanalr tutur. Mehmanxana öz növbəsində rahat komfortlu və göstərdiyi xidmətin yüksək səviyyədə olması ilə seçilmək istəyir. Ümumyətlə mehmanxanaya gələn qonaqlarda müəssisə haqqında təəsürat yaradan əsas xidmətlər mövcuddur ki, bunlarda ön büro xidmətləri (qarşılama, qonaqlama, rezervasiya və.s), yemək və içki xidmətləri, otaq xidmətləri və.s aiddir. Bundan əlavə qonaqlar üçün rezervasiyanın rahatlaşdırılması, bronlaşdırma sistemlərini tədbiqi, müasir texnoloji avadanlıqlarla qonaqlara xidmət və.s qonaqlarda otel haqqında müsbət fikir yaradır.
Son illərdə turizmin bazarının genişlənməsi, mehmanxanaların sayınının artması, turizm müəssisələrinə olan diqqətin artırılması, avtomatlaşdırma sistemlərinə ehtiyacı daha da artıırır. Bu sistemin köməyilə mehmanxananın daimi qonaqları, onların tələbləri və hesabları haqqında,nömrələrin bron məlumatlarını qəbul etmək, saxlamaq və s. əməliyyatlar mümkündür. Kompüterin yaddaşında olan siyahıda istənilən qonaq haqqında məlumatı tapmaq olar. Bu sistem kompüter proqramları komplektindən ibarətdir. Bu gün qonaqpərvərlik sənayesində informasya texnologiyalarından geniş istifadə olunur. Oteldə kompüter sistemi qonaqların təhlükəsizliyini qoruyur, mehmanxananın müştəri bazasını genişləndirir və bir çox marketinq məsələlərinin həllini tapmağa imkan verir. Kurs işinin yazılmasında əsas məqsəd, “İdarəetmədə Avtomatlaşdırma sitemləri”nin otel üçün necə bir önəm kəsb etdiyini, qonaqların rahatlığı üçün nə qədər önəmli olduğunu aydınlaşdırmaqdır.

Konkret olaraq kurs işi Giriş, 2 fəsil və Nəticədən ibarətdir.




Yüklə 211,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə