Xəlilov Zahirin “Mehmanxana Fəaliyyətinin Texnologiyası” Fənnindən “İdarəetmədə Avtomatlaşdırma Sistemləri” mövzusunda Kurs İşi



Yüklə 211,97 Kb.
səhifə2/6
tarix07.06.2022
ölçüsü211,97 Kb.
#89026
1   2   3   4   5   6
referat 6254

1-ci Fəsil.Bronlaşdırma Bölməsi
Turizm və mehmanxana müəssisələri daha çox avtomatlaşdırmaya uğrayır, maddi vəsait sərf olunur və ixtisaslaşdırılmış personal hazırlanır. Kompüter sistemləri tez bronlaşdırmaq imkanı yaradır. «Bronlaşdırmanın kompüter sistemi» (BKS) anlayışı ilk dəfə 60-cı illərdə Avropa və ABŞ -da yaranıb.
İlk dəfə BKS-lər ayrıca aviaşirkətlər tərəfindən yaradılıb və özəl turizm agentliklərinin ehtiyacını ödəmək üçün nəzərdə tutulub. Aviaşirkətlərin və turizm agentliklərinin inteqrasiyası nəticəsində, dörd qlobal bronlaşdırma sistemi (Global Distribution Sistem - GDS) yaradılıb. Bu gün dünyada dörd qlobal bronlaşdırma sistemi (Global Distribution System – GDS) : Amadeus, Galileo, Sabre və Wordspan mövcuddur və bu bazarın 90%-i onlara aiddir. Bütün dünya üzrə onların 400 minə yaxın terminalları quraşdırılıb və təsadüfü deyil ki, onları “qızıl dördlük” adlandırırlar. Bronlaşdırma sistemləri ilə işləmək üçün xüsusi iş üsulu yoxdur, ona görə də hər bir mehmanxana müştərilərin tərkibinin strukturunu, qiymət siyasətini və s. təhlil etmək lazımdır. Hər bir GDS qlobal olmasına baxmayaraq özünəməxsus yayılma sahəsi var. Amadeus və Galileo üçün bu ilk növbədə Avropa, Sabre və Wordspan üçün isə Amerikadır. Mehmanxana şəbəkəsinə daxil olan İnterkontinental, Radisson və s. kimi mehmanxanalarda GDS işi mərkəzləşdirilmiş formada yerinə yetirilir.
Qlobal bronlaşdırma sistemi əsasən bir ay əvvəlcədən planlaşdırıla bilməyən işgüzar səfərlər üçün sifariş olunur. Statistikaya görə GDS üsulu ilə bronlanmış mehmanxana uçuşdan bir neçə gün (yaxud saat) əvvəl müəyyən olunur. Hər bir bronlaşdırma sisteminin daxil olma rejimi adlanan bir neçə variantı var. Bunlar prinsipcə müxtəlif olan iki A və B tipidir.
“A” tipinə daxil olarkən bronu təsdiq etmə haqqında məlumat avtomatik olaraq 7 saniyə ərzində geri qayıdır, bu da müştəri ofisə gəldiyi zaman turagentin ona tam şəkildə xidmət göstərməsinə şərait yaradır. “B” tipinə daxil olarkən bronu təsdiq etmə haqqında məlumat əl ilə personal provayderi (turoperator) və ya mehmanxana ilə 24 saat ərzində agentə qaytarılır. BKS terminologiyasında – tur xidmətlərilə təmin edən şirkət, «рrovayder» adlanır. Mehmanxanaları hər hansı GDS-ə təmsil edərkən, aşağıdakıları özündə cəmləşdirməlidir: otelin ümumi və nömrə fondunun təsviri, qiymətlər, mövcud olan yerlər haqqında məlumat.
Ümumi təsvir mehmanxananı yerləşdirmə obyekti kimi göstərməyə imkan verir, onun ünvanını, yerləşdiyi yeri, tikildiyi və ya yenidən bərpa ilini özündə əks etdirir və s. Bura yaxınlıqda yerləşən diqqətəlayiq yerlər haqqında məlumatlar da aiddir. Nömrə fondunun təsviri zamanı nömrələrin tipləri və dərəcələri, onların təsviri və tutumu göstərilir. Qlobal bronlaşdırma sistemləri ilə mehmanxanalardan komisyon haqqı alan peşəkar turaqentlər işləyir. Fərdi Şəxslər isə mehmanxanalarda ucuz yer tapmaq məqsədi ilə internetdən istifadə edirlər. Bu zaman heç bir agentlik komisyonu ödənilmir.
Iri və orta mehmanxanalarda inzibatçilar mini-kompüterlərdən istifadə edir. «Marriot Hotels» şirkətinin idarəetmə-avtomatlaşdırma sistemi İBM 173 Risk System/6000 əsasında yaradılıb. Bu sistem dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən 250 oteli əhatə edir. «Holiday Inn Worldwide» şirkəti 60 milyon dollar sərf edərək özünün 1600 otelində idarəetmənin avtomatlaşdırma sistemini yaratmışdır. Şirkətlərin son məqsədi bronlaşmanın qlobal şəbəkəsini yaratmaqdır. Mehmanxana texnologiyası üzrə məşhur mütəxəssis Larri Çervenanın hesablamasına görə, bronlaşdırmanın qlobal şəbəkələrinin yaradılması layihələrinə müxtəlif şirkətlər tərəfindən artıq 3 milyard dollar sərf olunub. Mehmanxana şirkətləri aviaşirkətlərin yaratdığı əsas kompüter şəbəkələri olan «Sabro» («American Airlines») və «Apollo», («Inited Airlines», «Uasir», «Air Canada» və bir sıra Avropa ölkələrinin aviaşirkətləri) və«Amedous» sistemlərindən mehmanxanalarda bronlaşdırma üçün istifadə edir.«Amedous» geniş yayılmış bronlaşdırma kompüter sistemidir. «Amedous» sistemi dünyanın 35000 otelində bronlaşdırma, mehmanxananın yeri, boş nömrələrin sayı və qiymətləri haqqında dəqiq məlumat verir. 1995-ci ilin dekabrından Rusiyada isifadə olunan «Açar» bronlaşdırma sistemi Rusiyanın 40 şəhərini, MDB və Baltikyanı ölkələri əhatə edir.
Beynəlxalq bronlaşdırma sistemlərindən biri də «Covla» dır. Bu «Apollo» sisteminin bir variantıdır. Bu sistemə görə,dünyanın hər yerində yerləşən oteldə nömrə sifariş etmək olar.Bu sistemdən «Rits Karlton», «Swissotel», «Pan Pacific» kimi mehmanxana şəbəkələri istifadə edir. «Hotel and Motel Management» jurnalının apardığı sorğuya görə, biznes işləri ilə əlaqədar səyahət edənlərin 65.2 %-i , mehmanxanalara sifariş olmadan gəlir və nömrə alır. Qonaqlar üçün əsas meyar onun yerləşdiyi yer və nömrənin qiyməti deyil, mehmanxananın təmizliyi, səliqə-səhmanı (91.1) və döşəmələrin, yastıqların rahatlığıdır.(89.1%). Kompüter sistemi ilə müştərilərin arzu-istək, tələbtəklifləri nəzərə alınır və yerinə yetirilir.Bu sistem mehmanxananın rentabelli işləməsinə və nailiyyət qazanmasına kömək edir.
Bronlaşdırma Funksiyasını, bronlaşdırma bölməsi və ya qəbul və yerləşdirmə xidməti yerinə yetirir. Bir qayda olaraq turist və ya biznesmen mehmanxanada nömrə problemi ilə üzləşmək istəmədiyi üçün bronlaşdırma xidmətindən istifadə edir. Bronlaşdırma xidməti təkcə sifariş qəbul etmir, həm də mehmanxanalara olan tələbatı öyrənir. Mehmanxananın iş təcrübəsini öyrənərək, regionda keçirilən bütün tədbirlərin planını nəzərə alaraq, mehmanxana yerlərinə olan tələbatı proqnozlaşdıraraq, nömrə fondundan səmərəli istifadə etmək üçün,bronlaşdırma bölməsi marketinq xidməti ilə mehmanxana fəaliyyətini planlaşdırır. Bronlaşdırma bölməsi şəraiti(konyukturanı) izləməli və vəziyyətə nəzarət etməlidir. Sifarişləri qəbul edən bronlaşdırma bölməsi, yerlərə olan tələbatı nəzərə almalıdır.
Qonaqlar ilə işləyən kompüter sistemi xidmətləri, müxtəlif QS müəssisələrində biri digərindən xeyli fərqlənə bilər. Kompüter sisteminə daxil olan proqramlar, struktur vahidlər olan – modullara birləşiblər. Modul – mehmanxana müəssisənin (bronlaĢdırma, yerləĢdirmə, hesab və s.) müəyyən iş üsulunun qruplarıdır. Qonaqlar ilə iş zamanı əsas modullardan biri «Bronlaşdırma» moduludur. “Bronlaşdırma” modulu (rezervasiya) mehmanxanada nömrə (yer) bronlaşdırma üçündür və vaxta bağlanıb, təsdiq (ləğv) etmə rejimində işləyir. “Bronlaşdırma” modulu qonaqların sorğusuna əsasən sifarişlərin qəbulu xidmətlərinə, məlumatın tez təhlilinə, otaqların tez hazırlanmasına, həmçinin gəlir haqqında hesabların tərtib olunması və proqnozların tərtib olunmasına imkan verir. Oteldə mövcud olan nömrələr (yerlər) haqqında məlumatlar kompüter Şəbəkələrinin ekranlarında əks etdirilir, mehmanxana Şəbəkəsinin ümumi bronlaşdırma sisteminə qoşula və ya müstəqil işləyə bilər Mehmanxana “Bronlaşdırma” modulunu istifadə edəndə, bronlaşdırma xidmətinə yeni məlumat daxil edilir və ya onları kompüterin mərkəzləşmiş bronlaşdırma sistemindən alır. Bu ondan sonra gözlənilən gəlir, sifarişçilərin məlumatları və yüklənmə proqnozları fayllarında həmin vaxt təhlil edilir.



Yüklə 211,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə