Xəlilov Zahirin “Mehmanxana Fəaliyyətinin Texnologiyası” Fənnindən “İdarəetmədə Avtomatlaşdırma Sistemləri” mövzusunda Kurs İşi



Yüklə 211,97 Kb.
səhifə4/6
tarix07.06.2022
ölçüsü211,97 Kb.
#89026
1   2   3   4   5   6
referat 6254

Menecerin Modulu. Bu modulu mehmanxananın köməkçi idarə sistemi adlandırmaq olar. O, hesabatları avtomatik rejimdə generasiya edir (əmələ gəlir). Məsələn, sistemə müəyyən vaxtda müxtəlif bölmələrin fəaliyyəti haqqında məlumat, onların hesabatlarını çap etdirmək və ya gün ərzində əvvəlcədən müəyyən olunmuş parametrlərin bəzi çətin mənalarını tapmaq tapşırığını verir.
İnzibati xidmətin modulu. Nömrələrin texniki vəziyyətini, cari statusunu, qiymətlərini, otelin məşğulluğunu cəmləşdirən mərkəzləşmiş sistemdir. Onun köməyi ilə daimi müştərilərin oteldə qalma tarixi, qeydləri aşkar edilir, rezervasiya və qeydiyyatı aparılır. Deməli inzibati xidmət qonağın şəxsi hesabının qeydiyyatını aparır ki, bu yalnız otağın deyil, həmçinin restoranda yemək, paltarın kimyəvi təmizlənməsi və s. kimi xidmətlərin xərclərini özündə əks etdirir.
Qida bölmələrinin modulu. Təchizatçılardan məlumat mətbəxdəki baş aşbaza çatır. Əgər bu məlumat anbarın doldurulmasına aiddirsə onda, o mühasibatdan keçir və daxil olan malın, sənədlərin tərtibatı aparılır. Nömrələrə xidmət şöbəsi vasitəsi ilə mərkəzi mətbəx terminalına və həmçinin ticarət zalına qonaqlardan sifarişlər gəlir.
Nömrələrin yığışdırılması və təmizliyinə baxan şöbənin modulu.
Bu şöbə, nömrələrin vəziyyəti haqqında məlumatı Front Office şöbəsinə verir. Ümumiyətlə hər bir nömrəyə “boş” və yaxud “qonaq yaşayır” statusu verilir. Otelin marketinq şöbəsi mehnanxananın əsas məlumat sisteminə daxil deyil, belə ki, bu şöbə sanki otelin xaricində yerləşir. Bu şöbənin işçiləri oteli qonaqlarla “təchiz edən” kimi çıxış edirlər. Buna görə də bu şöbə otelin daxili şöbələri ilə birbaşa əlaqə saxlamır. Modula yalnız o halda ehtiyac ola bilər ki, oteldə qalmanın maliyyə şərtlərində dəyiĢiklik olsun və təklif olunan xidmətlərin sayı artırılsın.
Bu gün bir neçə professional işləmələr mövcuddur, ki avtomatlaşdırma sisteminin idarə etmə seçimində diqqətə layiqdir. Avtomatlaşdırma mehmanxana təsərrüfatının kompleks sisteminin çox saylı olmağına baxmayaraq, bu cür oxşar sistemlərin qurma üslubları olduqca oxşardır. Proqramlar funksional prinsip üzrə qurulub. Nömrə fondunun (Front Office) idarə olunmasında avtomatlaşdırma sisteminin proqramı, rezervasiyanı, göstərilən xidmətlərin yerləşdirilməsini, qeydiyyatını, hesablarının avtomatik aparılmasını təmin edir. Servis modul sistemləri sənədlərin, məktubların hazırlanması, əməliyyat, statistika, maliyyə hesablarının formalaşdırması üçün müəyyən edilib. Kiçik otellərdə, Front Office-də bəsit avtomatlaşdırılmış sistemlərdən istifadə olunur.

Yüklə 211,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə