Xəlilov Zahirin “Mehmanxana Fəaliyyətinin Texnologiyası” Fənnindən “İdarəetmədə Avtomatlaşdırma Sistemləri” mövzusunda Kurs İşi


-ci Fəsil. . Mehmanxana təsərrüfatı və kompüter sistemi



Yüklə 211,97 Kb.
səhifə3/6
tarix07.06.2022
ölçüsü211,97 Kb.
#89026
1   2   3   4   5   6
referat 6254

2-ci Fəsil. . Mehmanxana təsərrüfatı və kompüter sistemi.
Bu gün qonaqpərvərlik sənayesində (QS) informasya texnologiyalarından geniş istifadə olunur. Oteldə kompüter sistemi qonaqların təhlükəsizliyini qoruyur, mehmanxananın müştəri bazasını genişləndirir və bir çox marketinq məsələlərinin həllini tapmağa imkan verir. Bu gün qonaqpərvərlik sənayesi (QS) kompüterləşməyə keçib və ilk növbədə bu o deməkdir ki, kompüterləşmə qonaqpərvərlik sənayesində bütövlüklə iş prosesini dəyişdirir və tədricən kompüterlərin vasitəsi ilə bütün mühüm məsələlər həll olunur. İkinci – kompüterləşmə prosesi əlavə vəsait tələb edir və çox bahadır. Üçüncü – kompüterləşmə əməyi yüngülləşdirməyə xidmət edir. Kompüterləşmə prosesi müxtəlif ölkələrdə, müxtəlif müəssisələrdə müxtəlif cür baş verir. Bu ölkənin iqtisadi və qonaqpərvərlik sənayesindəki (QS) vəziyyətindən, müəssisənin rəhbərliyi tərəfindən problemlərin başa düşülməsi, müəssisənin maliyyə durumunun və ixtisaslaşmış kadrların mövcudluğundan asılıdır.
QS-də kompüterləşmə prosesi başqa sahələrdən gec başlayıb. Bir çox sahələrdə kompüterləşmə 1960-cı ildə başlamışdır. QS avtomatlaşdırma imkanlarından 1970-ci ilin əvvəlinədək geniş miqyasda istifadə etmirdi. Kompüterləşmənin gec tətbiq olunması QS müəssisələrinin daha az vəsaitlə daha mükəmməl kompüter texnoloqiyalarını almağa imkan verdi. İlk universal kompüterlər 1950-ci ilin əvvəllərində yaranmışdır. Onlar vakuum lampaları əsasında yığılmış elektron sxemlərdən ibarət idi. Kompüterlərin ilk nəsli iş zamanı çox istilik verir və ləng işləyirdi.
1960-cı ilin əvvəllərində yaradılan universal kompüterlərin ikinci nəsli elektron sxemlərin əsas komponenti olan tranzistor və diodların əsasında yaradılmışdır. 1970-ci illərin əvvəllərində yeni kompüter nəsli – mini kompüter ( «mini-EHM» ) buraxılmışdır. 1970-ci ilin ortasında kompüterlərin dördüncü nəsli, mikrokompüter və yaxud “personal kompüter” lər buraxılmışdır. 1980-cı ildə yaradılan kompüterlərin beşinci nəsli hərtərəfli və güclü əməliyyat sisteminin əsasını qoymuşdur.
Yığcam kompüterlər (Notebook, Laptop) bütün sistem elementlərini özündə cəmləşdirir, personal kompüterlərin funksiyalarını yerinə yetirir və rahatlıqla istifadə olunur. Ən mühüm kəşflərdən biri İnternet oldu. İnternet ümumdünya məlumatına qoşulmağa imkan yaradan böyük və mürəkkəb kompüter Şəbəkələrinin birləşməsidir. İstifadəçi internetdən istifadə edərkən dünyanın istənilən nöqtəsindən olan milyonlarla digər istifadəçilərlə informasiya mübadiləsi apara bilər. İnternet bir çox sahələri birləşdirir. Ümümdünya hörümçək toru (World Wide Web, və ya WWW) – bu yalnız bir çox digər internet hissələrindən biridir. İnternetin böyük hissəsini tutan mətn məlumatından başqa, Ümümdünya Hörümçək Toru digər səsli, animasiyalı və video informasiyaları canlandırmağa imkan verir. Həmçinin internetdə bir sıra əlavə proqramlar mövcuddur. İlk növbədə elektron poçtu və müxtəlif axtarış sistemlərini qeyd etmək olar. Bu gün elektron poçtu bütün dünyada ən məşhur əlavə kimi hesab olunur. Turizm və mehmanxana müəssisələri daha çox avtomatlaşdırmaya uğrayır, maddi vəsait sərf olunur və ixtisaslaşmış personal hazırlanır. Kompüter sistemləri tez bronlaşdırmaq imkanı yaradır. «Bronlaşmanın kompüter sistemi» (BKS) anlayışı ilk dəfə 60-cı illərdə Avropa və ABŞ – da yaranıb.
Müasir Mehmanxanalarda Kompüter sistemlərində müxtəlif modullar mövcuddur.

Yüklə 211,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə