Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   35   36   37   38   39   40   41   42   43

Elm və təhsil 
 
 
- 167 -
–  Görünür,  bu  məsələni  daha  təfərrüatlı  izah 
etməyə ehtiyac vardır.  Bir elmşünas olaraq, bilava-
sitə elm və təhsilin öyrənilməsi ilə məşğul olan təd-
qiqatçı  olaraq  və  bu  iki  fəaliyyət  sahəsinin  ümumi 
və fərqli cəhətlərini müqayisə etməklə, mən həmişə 
dövlətimizin  elm  və  təhsil  sahəsindəki  siyasətinin 
vahid  konsepsiyaya  əsaslanması  zərurətindən  çıxış 
etmişəm. Elm və təhsil  haqqında qanunlar  ayrı-ayrı 
olsalar  da,  onlar  əvvəlcə  birlikdə,  vahid  sistemin 
tərkib  hissələri  kimi  nəzərdən  keçirilməli  və  yalnız 
bundan  sonra  onların  nisbi  müstəqil  mövcudluq 
qaydaları  hüquqi müstəvidə təsbit olunmalıdır, spe-
sifik hüquqi tənzimləmə sistemləri yaradılmalıdır. 
Biz,  vahid  elm  və  təhsil    konsepsiyasından 
çıxış  etmək  zərurətini  qeyd  edərkən,  heç  də  bu  iki 
sahənin  həddindən  artıq  yaxın  olduğunu  nəzərə 
çarpdırmaq  fikrində  deyilik.  Əksinə,  məqsəd  bu  iki 
sahə  arasındakı  fərqlərin  nəzərə  alınmasıdır.  Belə 
ki,  elm  və  təhsilin  mahiyyətlərinin  çox  vaxt  qarışıq 
salınması nəticəsində bu barədəki qanunlar da, necə 
deyərlər,  bir-birini  əhatə  dairələrinə  təcavüz  edir, 
özünə  aid  olmayan  məsələlərin  hüquqi  tənzimlən-
məsi iddiası ilə çıxış edir. 
Əvvəlki illərdə Təhsil Qanununun layihəsi ilə 
əlaqədar  elmi  dərəcələr  və  elmi  adların  sovet  mo-
delindəki  kimi  saxlanması,  yoxsa  müasir  Qərb  mo-
delinə  uyğun  olaraq  dəyişdirilməsi  üzərində  böyük 
mübahisələr gedirdi. Kimlərsə magistraturanın guya 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 168 -
aspiranturanı  əvəz  etdiyini,  kimlərsə  magistratura-
nın  elmi  dərəcə  ilə  az  əlaqəsi  olduğunu  söyləyir  və 
onu  sadəcə  olaraq  ali  təhsilin  yüksək  pilləsi  hesab 
edirdi.  Kimlərsə  aspiranturanın  Qərbdəkinə  uyğun 
olaraq  doktorantura  ilə  əvəz  olunmasını,  kimlərsə 
belə  bir  təhsil  pilləsinin  ümumiyyətlə  ləğv  edilmə-
sini təklif edirdi.  Lakin təəssüf ki, son vaxtlarda  bu 
mübahisələr  səngimiş  və  görünür,  ziyalılarımız  bu 
mövzuda  danışmaqdan  yorulmuşlar.  Ona  görə  də, 
“Təhsil haqqında” qanunun indiki layihəsi sanki bu 
müzakirələrin xaricində yazılıb hazırlanmışdır. 
İndi aspirantura-doktorantura dilemması, dok-
toranturanın  iki  pilləsi  formasında  «həllini  tapmış-
dır». Halbuki bu söz dəyişikliyi heç nəyi həll etmir. 
Dəyişiklik tərəfdarları guya xarici ölkələrin, ilk növ-
bədə ABŞ və Avropa ölkələrinin təcrübəsinə istinad 
etməyə çalışırlar. Aspiranturanı da saxlamağı nəzər-
də  tutan  dördpilləli  təhsil  estafetinin  tərəfdarları  isə 
guya  sovet  təhsil  sisteminin  ənənələrinə  və  ya  indi 
Rusiyada  tətbiq  olunan  sistemə  istinad  edirlər.  La-
kin unudulur ki, sovet təhsil sistemində magistratura 
pilləsi  yox  idi  və  elmi  yaradıcılıq  üçün  hazırlanma 
mərhələsi  ancaq  aspiranturadan  başlanırdı.  Ali  təh-
silin  dörd  və  ya  beş  il  ərzində  verilməsi  isə  ancaq 
fənlərin  sayı  və  saatların  miqdarı  baxımından,  bir 
sözlə, kəmiyyət baxımından olan fərqdir. Və ya ma-
gistratura haqqında yuxarıda qeyd etdiyimiz  birinci 
təsəvvürə  uyğun  olaraq,  burada  məqsəd  ancaq  ali 


Elm və təhsil 
 
 
- 169 -
təhsil verməkdən ibarətdir. Lakin, magistratura ikin-
ci  mənada  başa  düşüldükdə  burada  yalnız  müddət 
fərqindən  deyil,  həm  də  mahiyyət  fərqindən  söhbət 
getdiyi  aydınlaşır.  Və  indi  sovet  təhsil  sistemini  və 
ondan  bizə  yadigar  qalan  aspiranturanı  hər  vəchlə 
qoruyub-saxlamağa  çalışanlar  bilməlidirlər  ki,  biz 
artıq  iki  il  əvvəl,  magistraturanı  təhsil  pilləsi  kimi 
qəbul  edərkən,  sovet  təhsil  sistemindən  uzaqlaşmı-
şıq. Qatar artıq hərəkətə gəlib və indi geri qayıtmaq 
çox çətindir. Əgər sovet təhsil sistemini, o cümlədən 
aspiranturanı saxlamaq məqsədi var idisə, bu barədə 
xeyli əvvəl məsələ qaldırılmalı idi... 
 
Sual:  Elmlər  namizədi  dərəcəsinin  PhD  – 
fəlsəfə  doktoru  adı  ilə  əvəz  olunmasına  necə  baxır-
sınız? 
–  Aspiranturanı bitirib müdafiə  etdikdən sonra 
alınan elmi dərəcəyə (sovet sistemində – "elmlər na-
mizədi)  xarici  ölkələrdə  ən  çox  uyğun  gələn  elmi 
dərəcə – PhD –  "fəlsəfə  doktoru"dur. Burada  "fəlsə-
fə" sözünün mənasına toxunmadan qeyd edək ki, biz 
də  bu  fikirlə  razıyıq.  Lakin  bir  şərtlə  ki,  buradakı 
uyğunluq ancaq elmi dərəcələr arasındakı uyğunluq-
dur. Sovet modelində "elmlər namizədi" dərəcəsi al-
maq üçün lazım olan təhsil pilləsinin – aspiranturanın 
isə  analoqu  Qərb  ölkələrində  yoxdur.  Elmi  dərəcə 
almaq üçün bu ölkələrdə məhz tədqiqat işinin yerinə 
yetirilməsi tələb olunur. Elmi yaradıcılıq üçün zəruri 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 170 -
olan  biliklərin  tədrisi  və  imtahan  verilməsi  isə  bir 
təhsil  pilləsi  kimi  əvvəlcədən  magistraturada 
keçilmiş  olur.  Magistratura  bir  təhsil  pilləsi  olaraq 
aspiranturanı tam əvəz edir, lakin bir tədqiqat pilləsi 
olaraq  əvəz  etmir.  Belə  ki,  magistraturada  müdafiə 
olunan tədqiqat işinə qoyulan tələblər aşağı olur. Bu 
bir növ  ciddi  yazılan diplom işinə uyğun gəlir.  Əsas 
ağırlıq isə təhsil tərəfinə düşür. 
Məhz  buna  görədir  ki,  magistratura  (master 
degree)  pilləsindən  sonra  təhsilə  bənzər  bir  pilləyə 
ehtiyac qalmır. Və ya əgər qalırsa bu, fərdi qaydada 
müəyyənləşdirilir  və  əvvəlki  təhsil  pillələrinin  ta-
mamlanması yolu ilə həll olunur. 
Yəni iddiaçı dissertasiyanın mövzusuna uyğun 
olan  müəyyən  ixtisas  fənnindən  imtahan  verməyib-
sə, bunu fərdi qaydada həll edib aşağı təhsil pilləsin-
də oxuyanlarla bir yerdə imtahan verə bilər. 
Bir  sözlə,  Qərb  ölkələrində  magistraturadan 
sonrakı  pillə  təhsilə  yox,  tədqiqata  uyğun  gəlir.  Bu 
isə  sovet  modelində  doktorluq  dissertasiyasının  ya-
zılma prosedurasını xatırladır. 
Beləliklə,  Qərb  modelində  formaca  magistra-
tura  aspiranturanı,  doktorluq  dərəcəsi  almaq  üçün 
keçilən  tədqiqat  mərhələsi  isə  sovet  modelindəki 
doktoranturanı xatırladır. Yazılan tədqiqat işinin sə-
viyyəsi baxımından  yanaşdıqda isə bu uyğunluq bir 
pillə  sürüşür;  Qərb  modelində  magistraturada  yazı-
lan  tədqiqat  diplom  işinə,  doktorluq  işi  isə  nami-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə