Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

Elm və təhsil 
 
 
- 147 -
da, daha dəqiq desək ancaq adda edildi. Avropa təh-
sil  təcrübəsini  mənimsəmək  ancaq  bütün  ali  mək-
təbləri  «Universitet»  adlandırmaqla  məhdudlaşdı. 
Ad  dəyişdi,  amma  məzmun  dəyişmədi.  Halbuki  ali 
təhsil  sahəsində  zamanın  tələbində  böyük  islahatlar 
aparılması günün tələbidir. 
Avropada universitet dedikdə bütün əsas əmə-
li  fəaliyyət  sahələrinin  əhatə  olunması  nəzərdə  tu-
tulur. Biz də ayrıca fakültə olan fizika, kimya bu ki-
mi fənlər isə «fənn» fakültəsində əhatə olunur. Həm 
də  bu  fənlərin  öyrədilməsi  əməli  fəaliyyət  sahələ-
rindən  biri  olan  pedaqoji  sahə  olan  kadr  hazırlığına 
xidmət edir. Gələcək elm adamları isə əməli fəaliy-
yət üçün zəruri olan elmin əsaslarına  yiyələndikdən 
sonra  xüsusi  yaradıcılıq  potensialına  görə  seçilərək 
magistraturada  təhsilini  davam  etdirirlər.  Yəni  elmi 
fəaliyyət üçün kadrlar əsas ali təhsil pilləsindən son-
ra seçilir və hazırlanır.  Yəni elm digər fəaliyyət sa-
hələri  ilə  yanaşı  duran  bir  sahə  kimi  deyil,  vertikal 
şkalada  hər  sahənin  xüsusi  yüksək  səviyyəsi  kimi 
seçilir.  Biz  də  bu  cəhətlər  hələ  də  nəzərə  alınma-
mışdır. Bakı Dövlət Universiteti ənənəvi olaraq  ye-
nə  də  fənn  sahələri  üzrə  kadrlar  hazırlayır.  Lakin 
onların  məhz  müəllimlik  fəaliyyəti  üçün  nəzərdə 
tutulduğunu  «boynuna  almır»  –  «Pedaqoji  Univer-
sitet» var. Nəticədə BDU-da pedaqoji fənlər az təd-
ris  olunur  və  buranın  məzunlarının  statusu  məlum 
olmur.  Daha  dərin  bilik  verən  BDU  və  daha  nisbə-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 148 -
tən  aşağı  bilik  verən  amma  müəllim  hazırlığı  üçün 
zəruri  proqramı  yerinə  yetirməyə  çalışan  pedoqoci 
universitetlər. Hər birinin də öz magistraturası, dok-
toranturası. 
Elmi-tədqiqat  sahəsində  bizdən  xeyli  irəlidə 
gedən  Avropa  ölkələrində,  ABŞ-da  və  Yaponiyada 
öyrətmək  adı  ilə  tədqiqatçını  daha  çox  çərçivələrə 
salmaq  deyil,  tədqiqatçıya  daha  çox  müstəqillik 
vermək,  onun  sərbəstlik  dərəcəsini  artırmaq  üçün 
yollar  axtarılır.  Bu  ölkələrdə  elmi  dərəcələrin  veril-
məsi  səlahiyyəti  də  bizdəki  kimi  çoxpilləli  bürok-
ratik  strukturlara  deyil,  Elmi  Şuraların  kompeten-
siyasına  aiddir.  Elmi  dərəcələr  və  adlar  bütün  ölkə 
miqyasında  vahid  standartlar  və  meyarlar  əsasında 
eyni bir komissiya tərəfindən deyil, müxtəlif univer-
sitetlərin  Elmi  Şuraları  tərəfindən  verildiyindən  id-
diaçı seçim imkanına malikdir. Belə ki, hər hansı bir 
komissiya, Elmi Şura iddiaçının nailiyyətini qiymət-
ləndirmirsə  və  burada  subyektiv  amillər  varsa,  id-
diaçı başqa universitetdə, başqa komissiya qarşısın-
da  öz  şansını  reallaşdırmaq  imkanına  malikdir.  Bi-
zim  ölkədə  isə  Ali  Attestasiya  Komissiyası  deyilən 
mərkəzləşmiş qurum subyektivlik göstərərsə, iddia-
çının  heç  bir  seçim  imkanı  qalmır.  Bu  isə  dövlət 
quruculuğunda  başlıca  strateji  xətt  olan  cəmiyyətin 
demokratikləşdirilməsi  prinsipinə  heç  cür  uyğun 
gəlmir.  


Elm və təhsil 
 
 
- 149 -
Əgər biz inkişaf etmiş Qərb ölkələrinin təcrü-
bəsini və  ya sovet təhsilinin üstün cəhətlərini tətbiq 
etmək istəyiriksə, bunun üçün sadəcə təqlidçilik az-
dır.  Təqlid  üzərində  "yaradıcılıq"  edərək  yeni  kom-
binasiyalar hazırlamaq isə ikiqat yolverilməz haldır. 
Əsas  məsələ,  mahiyyətlərin  düzgün  dərk  olunması-
dır.  Əgər  formaya  yox,  təzahürlərə  yox,  mahiyyətə 
diqqət  yetirsək  görərik  ki,  sovet  təhsil  sistemi  də, 
Qərb  modelləri  də  eyni  mahiyyətin  müxtəlif  təza-
hürləridir.  Sovet  dövründə  beş  il  ərzində  ali  təhsilli 
mütəxəssislər hazırlandıqdan sonra onların arasında 
elmi  iş  üçün  seçilən  məzunlar  aspiranturada  məhz 
bu məqsədə xidmət edən əlavə təhsil alır və həm də 
müəyyən  mövzu  üzrə  elmi-tədqiqat  işi  apararaq, 
"dissertasiya" adlanan elmi əsər  yazırdılar. Əgər id-
diaçı  yazdığı  əsərdəki  elmi  müddəaları  Elmi  Şura 
qarşısında müdafiə edə bilirdisə, onlara elmi dərəcə 
verilirdi. İkinci elmi dərəcə almaq, "elmlər doktoru" 
olmaq  üçün  isə  heç  bir  təhsil  pilləsi  tələb  olunmur-
du.  
Qərb  ölkələrində  elmi  işə  magistratura  pillə-
sində başlanır və ona görə də elmi yaradıcılıqla bağ-
lı  biliklər  də  bu  pillədə  verilir.  İddiaçı  elm  adamı 
üçün lazım olan bilik və vərdişlərə yiyələndikdən və 
özünün ilk müstəqil tədqiqat işini yazaraq, Elmi Şu-
ra  qarşısında  müdafiə  etdikdən  sonra  ona  ilk  elmi 
dərəcə  verilir.  Bundan  sonra  elm  yolunu  davam  et-
dirmək istəyənlər üçün bu və ya digər elmi-tədqiqat 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 150 -
müəssisəsində  (xarici  ölkələrdə  bir  qayda  olaraq, 
universitetlərin  nəzdindəki  tədqiqat  institutlarında) 
doktorluq dissertasiyası yazmaq üçün imkan verilir, 
şərait yaradılır. Amma bu pillə klassik mənada təh-
sil  pilləsi  hesab  olunmur.  Bu  artıq  elmi  yaradıcılıq 
pilləsidir.  Doktor  adını  alanlar  bir  qayda  olaraq,  ali 
təhsil müəssisələrində çalışaraq, professor assistenti, 
yaxud dosent vəzifəsini tuturlar. Tam professor şta-
tına  keçmək  istəyənlər  isə  bundan  sonra  hələ  çox 
tədqiqat işləri  yazmalı, müvafiq elm sahəsində gör-
kəmli mütəxəssis olmalı, universitet daxilində nüfuz 
qazanmalı  və  müsabiqə  əsasında  universitet  Elmi 
Şurasının  qərarı  ilə  bu  vəzifəyə  seçilməlidir.  Bəzi 
ölkələrdə  professor  olmaq  üçün  birinci  doktorluq 
(fəlsəfə  doktoru)  adından  sonra  daha  bir  müsabiqə-
dən  keçmək  və  yüksək  qabiliyyət  doktoru  (doctor 
habilitasion)  olmaq  tələb  olunur.  Başqa  ölkələrdə 
isə  bu  tələblər  ancaq  professorluq  vəzifəsinə  qoyu-
lur.  
Mahiyyətcə  bu  sistem  eynilə  sovet  sistemini 
xatırladır.  Sadəcə  olaraq,  sovet  sistemində  ciddi  tə-
ləblər  ikinci  dissertasiya  müdafiəsinə  (elmlər  dok-
toru dərəcəsinin alınmasına) qoyulurdu. Ali məktəb-
lərdə doktor olduqdan sonra professor vəzifəsini tut-
maq  isə  çox  adi  və  labüd  prosedura  idi.  Bir  sözlə, 
təzahürlər fərqlənsə də, mahiyyət eynidir.  
Bəs  onda  biz  nəyin  üstündə  mübahisə  edirik? 
Formanınmı,  təzahürlərinmi,  yaxud,  sadəcə  olaraq, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə