Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

Elm və təhsil 
 
 
- 143 -
Elmi kadrların yetişdirilməsində        
təhsilin rolu  
 
Elmin  əsas  funksiyası  heç  də  sadəcə  olaraq 
insanın  mənəvi-intellektual  maraqlarına  deyil,  onun 
dünyanı məqsədyönlü surətdə dəyişdirmək, öz əmə-
li  fəaliyyətini  elmi  əsaslar  üzərində  qurmaq  məqsə-
dinə xidmət etməkdir. 
Bütün  əməli  fəaliyyət  sahələri  ancaq  elmi 
əsaslarla  təşkil  olunduqda  səmərə  verir.  Buna  görə 
də  ixtisasından  asılı  olmadan  bütün  fəaliyyət  sahə-
lərində  çalışan  insanlar  həmin  sahənin  elmi  əsas-
larını  öyrənmək  məcburiyyətindədirlər.  İxtisaslaş-
mış  ali  təhsil  məhz  hər  bir  fəaliyyət  sahəsinin  elmi 
əsaslarının öyrənilməsinə xidmət edir.  
Beləliklə  ali  təhsilin  məqsədi  konkret  fəaliy-
yət  sahələri  üzrə  əməli  bilik  və  vərdişlərlə  yanaşı 
həmin sahənin elmi əsaslarını da mənimsədilməsini 
təmin  etməkdir.  Başqa  sözlə  elmi  əsaslar    ali  təh-
silin mühüm tərkib hissəsidir. 
Bəs elmi əsaslar  nədir ?  
Çox  vaxt  elmi  əsaslar  elmlə  qarışıq  salınır. 
Əlbəttə  elmi  fəaliyyət  üçün  də  elmi  əsaslar    la-
zımdır.  Lakin  yuxarıda  qeyd  etdiyimiz  kimi  elmi 
ə
saslar  təkcə  elmin  deyil,  müvafiq  fəaliyyət  sahə-
sinin  də  tərkibinə  daxildir.  Yəni  ali  təhsil  alan  şəxs 
elm  adamı  olmasa  da  müvafiq  fəaliyyət  sahəsinin 
elmi əsaslarına yiyələnmiş olmalıdır.  


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 144 -
Magistratura daha konkret bir sahə üzrə elmin 
əsaslarını  daha  dərindən  öyrətməklə  yanaşı,  həmin 
dar ixtisas sahəsi üzrə  ya elmi nəzəri tədqiqat apar-
maq,  ya  da  elmi  tətbiqi  biliklərə  yiyələnmək  üçün-
dür.  Hər  iki  halda  elmi  dünya  görüşünün  genişlən-
dirilməsi,  ümumelmi  tədqiqat  metodlarının  mənim-
sənilməsi  nəzərdə  tutulur.  Beləliklə  əsas  ali  təhsil 
pilləsində müəyyən sahə üzrə əməli biliklər və vər-
dişlər  sistemi  ilə  yanaşı    ümumi  elmi  biliklər  siste-
mi,  başqa  sözlə,  ixtisas  sahəsinin  elmi  əsasları  da 
mənimsədilir.  Lakin hələ elmi  yaradıcılıq vərdişləri 
aşılanmır  və  elmi  praktik  biliyin  əməli  fəaliyyətə 
tətbiqi sahəsində də ancaq məlum biliklər öyrədilir. 
Magistratura  pilləsində  isə  dar  ixtisas  sahəsinə  aid 
olan  spesifik,  diferensial  elmi  biliklər  öyrədilir  ki, 
bu  da  elmin  ön  cəbhəsinə  daha  yaxın  olmaqla  ya 
elmi  tətbiqi  yaradıcılıq  üçün,  ya  da  elmi-nəzəri  ax-
tarışlar üçün müəyyən baza yaradır.  
Fərdi  yanaşma  və  yaradıcılıq  tələb  edən  dife-
rensiallaşmış ixtisas sahələrindən fərqli olaraq daha 
geniş  fəaliyyət  sahəsində  çalışmaq  üçün  lazım  olan 
bilik  və  vərdişlərə  daha  çox  sayda  insan  yiyələnir. 
Başqa sözlə, müəyyən geniş sahə üzrə ən ümumi və 
zəruri biliklərin mənimsənilməsi sonralar ixtisaslaş-
mış mütəxəssis olmaq və  ya daha konkret bir prob-
lem  üzrə  ixtisaslaşaraq  elmi  tədqiqatlar  aparmaq 
üçün  ilkin  zəruri  şərtdir.  Magistratura  və  doktoran-
turaya daxil olmaq üçün əvvəlcə ali təhsil almaq tə-


Elm və təhsil 
 
 
- 145 -
ləbi də bununla əlaqədardır. Beləliklə elmi biliklərin 
əsaslarına yiyələnmək təkcə elm adamı olmaq üçün 
deyil,  bütün  fəaliyyət  sahələrində  çalışmaq  üçün, 
praktik işçi olmaq üçün də zəruridir.  
Elmi  biliklər,  elmin  əsasları  müasir  dövrdə 
bütün  fəaliyyət  sahələrinin  strukturuna  daxildirsə, 
bəs  onda  elm  digər  fəaliyyət  sahələrindən  nə  ilə 
fərqlənir?  Ümumiyyətlə  elm  əməli  fəaliyyət  sahə-
lərindən ayrımı mövcud olmalıdır ? 
Digər  tərəfdən,  bütün  ali  məktəblərdə  elmin 
əsasları  öyrədilirsə  və  gələcək  elm  adamları  da 
məhz  bu  təhsil  alanlar  sırasından  çıxmalıdırsa,  el-
min  ictimai  təşkilatlanma  forması  təhsil  sahəsindən 
kənardamı olmalıdır?  
Keçmişdə  elm  və  əməli  fəaliyyətlər  sahələri 
ayrı olduqlarına görə, əməli işlə məşğul olan adam-
lara  əməli  bilik  və  vərdişlər  kifayət  etdiyinə  görə 
alimlər ancaq fundamental sahələr və ya fənlər üzrə 
ixtisaslaşırdı. Yəni bilavasitə əməli fəaliyyətlə bağlı 
olmayan riyaziyyat, fizika, kimya və s. fənlər – elm 
sahələri  hesab  olunurdu.  Müəllimlik,  mühəndislik, 
həkimlik və s. isə əməli fəaliyyət sahələri və ya peşə 
hesab olunurdu. Sovet ali təhsil sistemi də əsasən bu 
prinsip üzərində qurulmuşdu.  «Universitetlər» adla-
nan  təhsil  müəssisələrində  hər  bir  fənn  bir  fakultə 
idi  və  birbaşa  deyilməsə  də  belə  nəzərdə  tutulurdu 
ki,  burada  elm  adamları  hazırlanır.  Hətta  həmin 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 146 -
fənlər üzrə müəllimlər belə başqa ali məktəblərdə – 
pedaqoji institutlarda hazırlanırdı.  
İkinci dünya müharibəsindən sonra bir sıra qa-
baqcıl ölkələrdə elm və praktika arasında münasibət 
dəyişsə də Sovet İttifaqı öz ənənəsinə sadiq qalaraq 
elmi  praktikadan  ayrı  saxlamağa  və  hətta  gələcək 
elm adamlarını da ayrıca ali məktəblərdə hazırlama-
ğa  çalışırdı.  Düzdür,  bu  sahədə  müəyyən  istisnalar 
var idi. SSRİ dövləti zamanın tələbi ilə hesablaşaraq 
bir  sıra  texniki  sahələrdə  də  alim  hazırlığı  ilə  məş-
ğul  idi.  Məsələn,  Bauman  adına  texniki  məktəb, 
Moskva  mühəndis-fizika  institutu,  Moskva  fizika-
texnika  institutu  və  s.    Lakin  bu  məktəblər  ancaq 
Mərkəzdə  idi  və  bütövlükdə  SSRİ-nin  elmi-texniki 
qüdrətinin artırılmasına xidmət edirdi. Müttəfiq res-
publikalarda  isə  «alimlər»  əsasən  universitetlərdə 
hazırlanırdı.  Mühəndis  hazırlayan  texniki  institut-
ların, müəllim hazırlayan pedaqoji institutların elmi 
potensialı  çox  aşağı  səviyyədə  idi.  Bu  sahələrdə 
kadr hazırlığı əsasən əməli məqsədlərə xidmət etdi-
yindən «elmin əsasları» da çox aşağı səviyyədə mə-
nimsədilirdi.  Təəssüflər  olsun  ki,  SSRİ  dağıldıqdan 
sonra  da  yeni  yaranmış  müstəqil  ölkələrin  ali  təhsil 
siyasətində  ciddi  dəyişiklik  baş  vermədi  və  SSRİ-
nin rəqabətə tab gətirə bilməməsinə və dağılmasına 
gətirib  çıxaran  ciddi  nöqsanlardan  biri  onun  xələf-
ləri tərəfindən böyük mühafizəkarlıqla qorunub sax-
lanmaqdadır. Daha doğrusu dəyişiklik ancaq forma-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə