Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   35   36   37   38   39   40   41   42   43

Elm və təhsil 
 
 
- 155 -
prosesdir.  Lakin  bütöv  bir  ölkə,  hətta  ən  böyük  öl-
kələr  üçün  də  müstəqil  elm  məkanından  danışmaq 
mümkün  deyil.  Hətta,  keçmiş  SSRİ  kimi  nəhəng 
ölkə də özünün tam müstəqil elmini yarada bilmədi. 
Ona  görə  də,  hər  bir  ölkə  öz  elm  strategiyasını  im-
kanlarına  uyğun  olaraq  qurmalıdır.  Bu  baxımdan, 
Azərbaycan öz miqyası ilə müqayisədə xeyli böyük 
elmi  potensiala  malikdir.  Bu  potensialın  yaranma-
sında Elmlər Akademiyasının böyük rolu olmuşdur. 
Hazırda  Azərbaycan  elmin  bir  sıra  sahələrində  bü-
tün  dünya  miqyasında  qabaqcıl  mövqe  tutur.  Bu 
uğurların səbəblərini araşdırmaq və onları möhkəm-
ləndirmək lazımdır.  
Mən  Elmlər  Akademiyasının  statusunun  daha 
da yüksəldilməsi, nüfuzunun artması, burada əsl el-
mi  yaradıcılıq atmosferinin bərpa olunması tərəfda-
rıyam. Bu gün ən vacib məsələlərdən biri Akademi-
yaya seçkilərin keçirilməsi, onun özəyini təşkil edən 
həqiqi  və  müxbir  üzvlərin  nisbətən  gənc,  istedadlı 
alimlər hesabına artırılması, sönməkdə olan yaradıcı 
mühitin  bərpa  olunması,  Akademiyanın  ümumi  yı-
ğıncağının  və  Rəyasət  Heyətinin  səlahiyyətlərinin 
artırılması  tərəfdarıyam.  Bu  gün  cəmiyyətdə  «aka-
demik»  imicinin  bərpasına  böyük  ehtiyac  vardır. 
Ümumiyyətlə, cəmiyyətdə nüfuzlu elm adamlarının, 
böyük  intellekt  sahiblərinin  fikri  nə  qədər  çox 
nəzərə alınsa, bir o qədər yaxşıdır.     


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 156 -
–  Azərbaycan  müstəqillik  qazandıqdan  sonra 
həyatımızın  bütün  sahələrində  olduğu  kimi,  təhsil 
sahəsində də əsaslı dəyişikliklər baş vermişdir. Təh-
sil  və  elm  bir-biri  ilə  sıx  bağlıdır,  bunların  inkişafı 
da bir-birindən asılıdır. Siz elmin inkişafının ancaq 
akademiya ilə əlaqələndirilməsinə necə baxırsınız? 
–  Bilirsinizmi,  elmin  inkişafını  yalnız  Elmlər 
Akademiyası  ilə  bağlamaq  qüsurlu  yanaşmadır. 
Çünki  bu  inkişaf  həm  təhsil  sistemi  ilə,  xüsusən də 
ali məktəb, magistratura və doktoranturadakı fəaliy-
yətlə,  həm  müasir  texnologiyaya  əsaslanan  sənaye-
nin  inkişafı  ilə,  həm  də  digər  fəaliyyət  sahələrinin 
nəzəri  səviyyədə  dərk  olunması  təşəbbüsləri  ilə  sıx 
bağlıdır.  Bu  təşəbbüslər  çox  müxtəlif  təşkilati  for-
malarda həyata keçirilir. Keçmiş SSRİ-də elmin in-
kişafı əsasən Elmlər Akademiyası ilə ona görə bağ-
lanırdı ki, EA-nın  yeganə fəaliyyət sahəsi elmi-təd-
qiqat  idi.  Lakin  qarışıq  sahələrdə  də  elmin  öz  payı 
var.  Bəzən  çox  hörmətli  alimlər  də  qətiyyətlə  iddia 
edirlər  ki,  guya  EA-dan  başqa  heç  yerdə,  o  cüm-
lədən universitetlərdə əsl elmi yaradıcılıq mühiti ola 
bilməz.  Bu,  çox  səhv  təsəvvürdür.  Çünki  elmi  mü-
hitsiz  təhsil  müəssisəsi  –  universitet  sayıla  bilməz. 
Universitetin başqa ali  məktəblərdən  əsas fərqlərin-
dən biri də onun nəzdində elmi-tədqiqat institutları-
nın olmasıdır.   
İndi biz müstəqil Azərbaycan Respublikasında 
elmin  inkişaf  perspektivlərini  araşdırarkən  köhnə 


Elm və təhsil 
 
 
- 157 -
təşkilati  formalar,  onların  müsbət  ənənələrinə  hör-
mətlə  yanaşmaqla  bərabər,  yeni,  optimal  və  zama-
nın  tələblərinə  daha  çox  cavab  verən  təşkilati  for-
malar da biganə qalmalıyıq. Qanunların məqsədi ya-
radıcılıq  axtarışlarının,  o  cümlədən  təşkilati  forma 
axtarışlarının məhdudlaşdırılması deyil, əksinə, fay-
da verə biləcək istənilən yeni formaya hüquqi imkan 
verilməsi  olmalıdır.  Bu  baxımdan  biz  elm  və  təh-
silin birgə inkişaf konsepsiyasını hazırlayarkən,  an-
caq ən ümumi prinsipləri ön plana çəkməyə və süni 
məhdudiyyətləri  aradan  götürməyə  çalışmalı,  büro-
kratik  mexanizmləri  sadələşdirməliyik.  Xatırlatmaq 
istərdim  ki,  Elmlər  Akademiyası,  heç  şübhəsiz, 
Azərbaycanda elmin inkişafı sahəsində misilsiz xid-
mətləri olan, böyük kadr potensialına malik nəhəng 
bir  qurumdur.  Ona  görə  də  yarım  əsr  ərzində  top-
lanılmış  təcrübəni  nəzərə  almadan  nə  isə  yeni  bir 
qurum  yaratmaq  sadəlövhlük  olar.  Bu  səbəbdən 
Azərbaycanda  elmin  inkişafı  ilə  bağlı  islahatlar 
aparılarkən ilk növbədə Elmlər Akademiyasının təc-
rübəsi və potensialı nəzərə  alınmalıdır. Elm və təh-
silin  əlaqələndirilməsi  işində  də  bu  çox  vacibdir. 
Təsadüfi  deyildir  ki,  Milli  Məclisin  Elm  və  Təhsil 
məsələləri  daimi  komissiyasının  ilk  yığıncağında 
mən  magistraturanın  Akademiya  ilə  birlikdə,  onun 
bazasından  və  elmi  potensialından  istifadə  etməklə 
yaradılması  məsələsini  qaldırdım.  Mənim  fikrimcə, 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 158 -
magistratura  ali  məktəblərin  monopoliyasında  qal-
mamalıdır.    
Lakin bununla  yanaşı olaraq öz elmi kadr po-
tensialına görə bir sıra sahələrdə akademiyadan geri 
qalmayan universitetlərdə də elmin inkişafına şərait 
yaradılmalıdır.  Bu  müxtəlif  qurumların  paralel  təd-
qiqat  aparması  və  bir-birini  təkrar  etməməsi  üçün 
akademiya sistemində olan elmi-tədqiqat institutları 
ilə  universitetlərin  nəzdindəki  elmi-tədqiqat  mər-
kəzləri  və  kafedralar  arasında  sıx  koordinasiya  ol-
malıdır.  Respublikamız  o  qədər  böyük  iqtisadi  po-
tensiala  malik  deyil  ki,  müəyyən  bir  elm  sahəsində 
olan  konkret  elmi-tədqiqat  mərkəzlərini  müasir 
laboratoriyalarla  təmin  edə  bilsin.  Ona  görə  də 
mərkəzləşdirilmiş  elmi  idarəçilik  prinsipi  zamanın 
tələbidir.  Lakin  bu  prinsip  hansı  hallarda  birləşmə 
şəklində,  hansı  hallarda  əlaqələndirmə  və  birgə 
fəaliyyət şəklində həyata keçirilməlidir – bütün bun-
lar  konkret  yanaşma  tələb  edir.  Məhz  buna  görə  də 
mən  əvvəlcə  Elmlər  Akademiyasının  müstəqil  bir 
qurum  kimi  fəaliyyətinin,  eyni  zamanda  universitet 
elminin  müstəqil  bir  proses  kimi  fəaliyyətinin  qa-
nunda  təsbit  edilməsindən  deyil,  əlaqələndirilmiş 
vahid  bir  mexanizmin  hüquqi  əsaslarının  hazırlan-
masından çıxış edirəm.  
–  Səlahəddin  müəllim,  «Təhsil  haqqında» 
qanun  layihəsi  Milli  Məclisdə  müzakirə  olunarkən 
bir  sıra  məsələlər  ətrafında  fikir  ayrılıqları  yaran-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə