Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   35   36   37   38   39   40   41   42   43

Elm və təhsil 
 
 
- 163 -
gün  başa  düşülmədiyindən  təsnifatda  anlayışlar 
qarışıq salınmışdır. Təhsilin pilləsi kimi “ümumi or-
ta  məktəb  təhsili”  götürülmüş,  “ibtidai  təhsil”, 
ümumi  orta  təhsil”  və  “tam  orta  təhsil”  onun 
mərhələləri  kimi  təqdim  olunmuşdur.  Burada  bir 
neçə məntiqi uyğunsuzluq ortaya çıxır: “ümumi orta 
təhsil”  ilə  “ümumi  orta  məktəb  təhsili”  anlayışları 
ancaq  “məktəb”  sözünün  əlavə  olunması  ilə  fərq-
lənir,  halbuki,  məqsəd  “məktəbli”  və  “məktəbsiz” 
bölgüsü aparmaqdan ibarət deyil. Başqa sözlə, mər-
hələlərdən birinin adı ümumi başlığa çıxarılmış olur 
ki,  bu  da  məntiq  prinsiplərinə  ziddir.  Həm  də  son 
mərhələnin  –  təmayüllü  təhsilin  –  mahiyyəti  nəzər-
dən  qaçırılmış  olur.  Əslində  bölgü  belə  aparılmalı-
dır:  “tam  orta  təhsil”  başlığa  çıxarılmalı,  “ibtidai 
təhsil”, “ümumi orta təhsil” və “təmayüllü orta təh-
sil”  onun  mərhələləri  kimi  təqdim  olunmalıdır. 
Məhz bu zaman, yəni “təmayüllü” məfhumu ilə qar-
şılaşdırıldıqda “ümumi” məfhumunun da mənası ay-
dınlaşmış  olur.  Yəni  söhbət  gələcək  təmayüldən 
asılı olmayaraq hamı üçün ümumi olan tədris proq-
ramlarından gedir. Məhz bu cür bölgü orta məktəb-
də  tədris  proqramlarının  yenidən  qurulması  zərurə-
tini də ortaya qoyur. 
Ümumi orta təhsildən sonraki mərhələ öz hü-
quqi statusuna görə yekcins, yəni eyni tərtibli deyil, 
daha doğrusu olmamalıdır. Tam orta təhsilin icbari-
liyindən  yayınmağın  əsas  faydası  bundan  ibarət 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 164 -
olmalı  idi  ki,  ənənəvi  texniki  peşə  məktəblərinin 
məzunlarına  tam  orta  təhsil  sənədi  vermək  zərurəti 
yaranmasın.  Lakin  qanun  layihəsində  ümumi  orta 
təhsildən sonrakı bütün təhsil formaları yenə də tam 
orta təhsil attestatı vermək hüququna malikdir. 
Əslində bölgü necə getməlidir? 
İcbari qaydada ümumi orta təhsil almış gənc-
lər  əgər  müsabiqə  yolu  ilə  (ya  da  arzudan  asılı  ola-
raq)  təmayüllü  liseylərdə,  yaxud  orta  peşə-ixtisas 
təhsili müəssisələrində davam etdirərlərsə onlar tam 
orta  təhsil  almaq  hüququ  qazanırlar.  Lakin,  əlbəttə, 
burada  da  hamının  attestat  alması  zərurəti  yoxdur. 
Məsələn,  buraxılış  imtahanları  mərkəzləşmiş  test 
qaydası  ilə  keçirilsə  tələb  olunan  zəruri  minimum 
həcmində bal toplaya bilməyənlərə attestat verilmə-
məlidir.  Lakin,  əlbəttə,  onlara  növbəti  dəfə  özlərini 
sınamaq şansı verilməlidir. 
Tam  orta  təhsil  hüququndan  könüllü  surətdə 
imtina edən və ilk peşə-ixtisas təhsili almaq istəyən 
abituriyentlərə paralel olaraq tam orta təhsil haqqın-
da  dövlət  sənədi  verilməsi  praktikasına  isə  son  qo-
yulmalıdır.  Yəni  layihədəki  20.4  bəndi  çıxarılmalı-
dır. 
 
Sual:  Siz  indi  əsasən  elmi-fəlsəfi  fəaliyyətlə 
məşğulsunuz.  Qanun  layihəsindəki  elmlə  bağlı 
müddəalara münasibətiniz necədir? 


Elm və təhsil 
 
 
- 165 -
–  Mən  indiki  vaxtda  təhsil  fəaliyyətindən 
uzaqlaşdığım və ancaq elmi-fəlsəfi fəaliyyətlə məş-
ğul  olduğum  üçün  qanun  layihəsində  ancaq  elmlə 
bağlı müddəalara toxunmaq istərdim. 
Azərbaycanda  müstəqillik  əldə  etdikdən  bu 
günə  qədər  elmi  fəaliyyət  sahəsini  tənzimləyən  hər 
hansı  bir  qanunun  qəbul  edilməməsi  heç  şübhəsiz 
böyük  çatışmazlıqdır.  Əslində,  təhsil  haqqında  qa-
nun  elm  haqqında  qanunla  eyni  vaxtda  paralel  su-
rətdə  işlənib  hazırlanmalıydı.  Lakin  görünür,  elm 
haqqında qanunun olmamasından irəli gəlir ki, elmi 
fəaliyyət və elmi dərəcələrlə bağlı bir sıra məsələlər 
təhsil  haqqında  qanuna  daxil  edilmişdir.  Və  təəssüf 
ki, elmi yaradıcılıq mərhələləri təhsilin pillələri kimi 
təqdim edilmişdir. Qanun layihəsində maddə 22-də 
ali  təhsilin  tsiklləri  (əslində  pillələri  yazılmalıdır, 
çünki  tsikl    tamamilə  başqa  mənalı  bir  sözdür)  sı-
rasında doktorantura da göstərilir, həm də sonradan 
(maddə  23)  məlum  olur  ki,  bu  doktorantura  sözü 
elmi  yaradıcılığın  bir  yox,  iki  pilləsini  əhatə  edir. 
Yəni  PhD  (əvvəlki  qaydada  –  elmlər  namizədi
dərəcəsini almış alim, sən demə, hələ tam ali təhsilli 
deyilmiş.  Bunun  üçün  o,  ali  təhsilin  növbəti  pillə-
sində də oxumalı və elmlər doktoru adını qazanmalı 
imiş. Maddə 23.4-də qeyd olunduğuna görə, dokto-
ranturanın ikinci pilləsinə fəlsəfə doktorları… qəbul 
olunurlar. Bu isə tam bir absurddur. İnsan hansı isə 
bir  təhsil  pilləsində  oxumaqla  alim  ola  bilməz. 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 166 -
Alimlik  ilk  növbədə  elmi  yaradıcılığın  nəticəsidir 
ki,  bu  da  əsasən  fərdi  prosesdir.  Qanun  layihəsində 
insanların  müstəqil  elmi  fəaliyyəti,  demək  olar  ki, 
nəzərdə tutulmur. Kim isə harada isə oxumadan bö-
yük bir elmi nailiyyət  əldə edibsə, onun rəsmi elmi 
dərəcə  alması  üçün  tamamilə  fərqli  prosedur  nə-
zərdə tutulmalıdır. Layihədə isə nəinki doktorantlar, 
hətta dissertantlar da «təhsil alan şəxs» kimi təqdim 
edilir (maddə 1.0.11). Halbuki dissertantlıq yolu ilə 
dissertasiya müdafiəsi məhz fərdi qaydada elmi  ya-
radıcılıq  yolu  keçmiş  insanlar  üçündür.  Yəni  artıq 
əsasən  yazılmış  tədqiqat  əsərinin  sadəcə  rəsmi  pro-
sedurlardan  keçməsini  nəzərdə  tutur.  Bu  sahənin 
qanunla düzgün tənzim olunmasına həm də ona gö-
rə  böyük  ehtiyac  vardır  ki,  hazırkı  praktika  da  qə-
naətləndirici deyildir. 
Görünür,  təhsil  fəaliyyəti  ilə  elmi  fəaliyyət 
arasındakı mahiyyət fərqlərini layihə hazırlayanların 
bir daha yadına salmaq lazımdır. 
 
Sual:  Sovet  təhsil  sistemində  və  Qərb  təhsil 
modelləri içərisində bunun analoqu varmı? Siz dok-
toranturaya  ancaq  elmi  yaradıcılıq  prosesinin  təşki-
latlanması  kimi  baxır  və  elmi  dərəcə  almış  və  ali 
məktəblərdə  dərs  deyən  insanlara  yenidən  ali  təhsil 
vermək  cəhdinin  absurdluğunu vurğulayırsınız. Bəs 
doktoranturanı  bir  təhsil  kimi  götürmək  istəyənlər 
hansı arqumentlərə istinad edirlər? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə