_____________________________________________
12
RUSİYANIN YANACAQ VƏ ENERGETİKA
NAZİRİ VİKTOR KALYUJNI İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
21 sentyabr 1999-cu il
Heydər Əliyev: Hörmətli cənab nazir, hörmətli Viktor
İvanoviç, hörmətli səfir, hörmətli Vahid Yusifoviç, mən sizi bir
daha salamlayıram. Azərbaycana gəlməyinizdən və “Əsrin
müqaviləsi”nin imzalanmasının beşinci ildönümünə həsr
olunmuş təntənəli mərasimlərlə yaxından iştirak etməyinizdən
məmnunluq duyduğumu bildirirəm.
Əslinə qalsa, bu, təbii haldır, çünki “Əsrin müqaviləsi”ni biz
birlikdə imzalamışıq. Yəni Rusiyanın “LUKoyl” şirkəti
müqavilənin hazırlanmasında və imzalanmasında çox mühüm
yer tutur, müqavilədə böyük paya malikdir.
Üstəlik, xatırlamaq istəyirəm ki, hələ 1993-cü ilin
oktyabrında biz danışıqlar apardıq və Xəzər dənizinin
Azərbaycan sektorundakı təbii neft-qaz ehtiyatlarından birgə
istifadə edilməsi haqqında Rusiya Federasiyasının hökuməti ilə
Azərbaycan arasında saziş imzaladıq. Bu sənəd mövcuddur.
Belə ki, bu, həmin məsələ ilə əlaqədar imzaladığımız ilk sənəd
idi, ondan sonra “Əsrin müqaviləsi”nin hazırlanmasına doğru
irəlilədik.
Bununla belə, mən minnətdaram ki, siz buraya gəlmisiniz.
Viktor İvanoviç, səmimi sözlərinizə görə, təbriklərinizə görə,
arzularmıza görə sizə təşəkkür edirəm. Zənnimcə, bu, bir daha
və bir daha onu göstərir ki, biz yaxşı əməkdaşlıq edirik
_____________________________________________
13
və bütün sahələrdə, xüsusən neft sənayesi sahəsində yaxşı
əməkdaşlıq edəcəyik.
Mən dünən öz çıxışımda dedim ki, bütün bunların kökləri
uzaq keçmişə gedib çıxır. Azərbaycanda neft sənayesini biz ötən
əsrin axırları - bu əsrin əvvəllərində, xüsusən 1920-ci ildən
başlayaraq birlikdə təşkil etmişik. Azərbaycan nefti bütün
Sovetlər İttifaqına xidmət edirdi. Azərbaycan neftçiləri Sovetlər
İttifaqının başqa regionlarında, əsasən Rusiyada yeni-yeni
yataqların kəşfində çox böyük rol oynamışlar. “İkinci Bakı”,
“Üçüncü Bakı”, “Dördüncü Bakı” və nəhayət, Tümen, Sibir -
bizə məlum olduğu kimi, indi Rusiyanın özünə neft və qaz
əsasən oradan gəlir. Bu yataqların kəşfində, işlənilməsində
Azərbaycan neftçiləri, alimləri, geoloqları böyük rol oynamışlar.
Yeri gəlmişkən, biz məmnunluqla qeyd edirik ki, о vaxtdan bəri
onlar Tümen vilayətinin, Sibirin daimi sakinləri olmuşlar.
Rusiya Federasiyasının vatəndaşları kimi orada yaşayır, çalışır
və Rusiya üçün - vətəndaşları olduqları ölkə üçün neft
hasilatının sürətini artırmaqla məşğuldurlar.
Ona görə bütün bunlar əməkdaşlığımızı şərtləndirir, bütün
bunlar məhz onu şərtləndirir ki, biz “Əsrin müqaviləsi”ni də
birlikdə imzaladıq və onun beşinci ildönümünü dünən sizinlə
birlikdə layiqincə qeyd etdik.
Sizə bir daha təşəkkür edirəm.
Viktor Kalyujnı: Heydər Əliyeviç, Bakıda bir daha olmaq
imkanı verən dəvətinizə görə minnətdarlığımı bildirmək
istərdim.
Sözün düzü, mən ona şadam ki, siz yenə vəzifə başındasınız.
Biz buraya gələndə maraqlanıb soruşduq - deyin görək, Heydər
Əliyeviç necədir? Bizə cavab verdilər ki, elə həmin əvvəlki
rejimdə işləyir. Belə düşünürəm ki, bu, sabitlik əlamətidir,
bunların hamısı çox yaxşıdır. Odur ki, söhbətımızin lap
əvvəlində sizə cansağlığı arzulamaq istərdim.
_____________________________________________
14
Zənnimcə, bu gün Azərbaycanda sizin təsirinizlə,
Azərbaycanın neft hasilatında iştirakınızla görülən bütün işlər,
təbii olaraq, bizim üçün vacibdir, çünki Azərbaycan bizim əsas
tərəfdaşlarımızdan biri olub, biridir və biri olaraq qalacaqdır.
Нəг şey buradan başlamışdır, bu gün burada da davam edir. Biz
istərdik ki, qarşılıqlı münasibətlərimiz davam etsin.
Azərbaycanda olmaq mənim üçün ikiqat xoşdur. Bu, onunla
bağlıdır ki, mənim əsil-nəcəbim də Azərbaycanla bağlıdır.
Mənim babam da, nənəm də burada dəfn edilmişlər,
valideynlərim burada yaşamışlar, bacım 1938-ci ildə burada
doğulmuşdur. Yəni bütün bunlar burada baş vermişdir, biz
Stepan Razin qəsəbəsində, Neftçalada yaşamışıq. Müharibə
başlandıqdan, İkinci Bakı kəşf edildikdən sonra atam bir neftçi
kimi oraya getdi və mən Uralda doğuldum. Amma tarixi köklər
həmişə çəkir. Burada olmaq xoşdur. İnsanın xisləti elədir ki, o,
bu məsələyə həmişə xüsusi hisslərlə və həyəcanla yanaşır. Buna
görə də respublikanıza mənim münasibətim sırf tarixi
münasibətdir və qohumluq münasibətidir. Buraya gəlib-getmək
mənə həmişə xoşdur.
Təbii ki, qarşılıqlı münasibətlərimizin davam etdiyini nəzərə
alaraq, istərdim ki, bu münasibətlər möhkəmlənsin. Çox heyf ki,
bu gün Azərbaycanda Rusiyanı yalnız “LUKoyl” şirkəti fəal
təmsil edir. Biz istərdik ki, sizin tərəfinizdən və Dövlət Neft
Şirkəti tərəfindən olan çox böyük dəstək davam etsin. Buna görə
bir daha minnətdarlığımı bildirmək istərdim. Düşünürəm ki,
şirkət öz biznesini bundan sonra da layiqincə genişləndirəcəkdir,
belə ki, bu gün onu artıq dayandırmaq mümkün deyildir. Mən
istərdim ki, bu biznes sadəcə, daha da artsın.
Bununla birlikdə, gələcək inkişaf barəsində və ən əvvəl bizim
şimal marşrutunun, - bu marşrut haqqında çox danışılmışdır, -
möhkəmləndirilməsi barədə mövqelərimizi bir peşəkar kimi
necə təsəvvür etdiyimizə dair bir sıra mülahizələri
Dostları ilə paylaş: |