_____________________________________________
24
Türkmənistan da, İran da Xəzəryanı ölkələrdir. Başa düşürük ki,
Xəzərin beynəlxalq statusunu müəyyən etmək lazımdır. Bir də
ki bu, təkcə bizdən asılı deyildir. Qətiyyən bizdən asılı deyildir.
Bu, bütün Xəzəryanı ölkələrdən asılıdır. Bununla yanaşı, dünən
deyildi ki, biz öz işimizə başlamaq üçün Xəzərin statusunun həll
ediləcəyini illərlə gözləyə bilməzdik. Bizdə hələ 50-ci, 70-ci
illərdə kəşf edilmiş müəyyən yataqlar var. Biz hələ Sovetlər
İttifaqı dövründə bu yataqların mənimsənilməsinə hazırlaşırıq.
Təsadüfi deyildi ki, dərin dəniz özülləri zavodu tikmişdik,
borudüzən “Süleyman Vəzirov” və “İsrafil Hüseynov” gəmiləri
inşa etmişdik. Təsadüfi deyildi ki, “Şelf-2”, “Şelf-3”, “Şelf-5”
kimi üzən qazma qurğuları inşa etmişdik, indi onlar
modernləşdirilmişdir və “İstiqlal”, “Dədə Qorqud” adlandırılır.
Yəni hələ onda, Sovetlər İttifaqı dövründə biz Xəzər
dənizinin dərin qatlarına, necə deyərlər, yol açmaq üçün lazımi
maddi-tezniki baza yaratmışdıq. Bu, bizim üçün yeni bir iş
deyildir. Amma о vaxtlar, - sizə bu da yaxşı məlumdur, -
Xəzərdə neft hasilatı ilə Azərbaycandan başqa heç kim məşğul
olmurdu. Əlbəttə, о vaxtlar Azərbaycan müstəqil dövlət deyildi,
Sovetlər İttifaqının tərkibinə daxil idi. Biz ümumi bir iş
görürdük. Sovet hökuməti, о cümlədən Sovetlər İttifaqının Neft
Sənayesi Nazirliyi də məqsədəuyğun hesab edirdi və bununla
biz də razı idik ki, bütün bu işlər Azərbaycanda başlandığına
görə orada da cəmləşdirilir. Biz Türkmənistan sahillərində neft
çıxarırdıq. Burada və Xəzər dənizinin başqa akvatoriyalarında
olan yataqları Azərbaycan neftçiləri, geoloqları kəşf etmişlər.
Yəni müstəqillik şəraitində, iqtisadiyyatımızın çox ağır
vəziyyətə düşdüyü, Ermənistan tərəfindən təcavüzə məruz
qaldığımız, ərazimizin 20 faizinin işğal edildiyi şəraitdə biz
hansısa rəsmiyyətçiliyə tabe olub bu işlə məşğul olmaya
bilməzdik ki, nə var. Xəzər dənizinin statusu yoxdur, bunu
_____________________________________________
25
hamı başa düşməli, о cümlədən də Rusiyada siz başa
düşməlisiniz.
О vaxt biz Xəzər dənizinin statusunu təklif etdik. Hətta
xatirimdədir, bir dəfə Viktor Stepanoviç Çernomırdin baş
nazirləri Həştərxana topladı, biz orada fəal iştirak etdik. Amma
bütün bunlar hamısı sadəcə söhbət olaraq qaldı, biz heç bir
nəticəyə nail olmadıq. Ona görə də biz işə başladıq. Biz düzgün
hərəkət etdik və bu gün də düz edirik, bizim mövqeyimiz
düzgündür.
Ancaq biz Xəzərin statusunu müəyyənləşdirmək haqqında
danışıqların davam etdirilməsinə hazırıq. Əlbəttə, şadıq ki,
Rusiya Qazaxıstan və Rusiya sektorlarında Xəzər dənizinin
dibindən istifadəyə dair Qazaxıstanla saziş imzalamışdır. Amma
ola bilər ki, sizdə kimsə bunu sektor adlandırmır, kimsə bu
termindən yapışıb qalmışdır. Bəs başqa cür necə adlandırmaq
olar? Şelf ayrı bir anlayışdır, sahə demək olmaz. Sektor - məlum
rus sözüdür, beynəlxalq sözdür. Bəs nə üçün bu söz kimlərisə
qıcıqlandırır? Başa düşmürəm. Yaxşı, Rusiya Qazaxıstanla saziş
imzalamışdır - bu, çox yaxşıdır. Biz təklif etdik “ki, - gəlin
Rusiya ilə Azərbaycan arasında ikitərəfli qaydada saziş
imzalayaq, biz bundan yayınmırıq. Sektorların
müəyyənləşdirilməsi üzrə təklif edilmiş prinsipə görə,
Azərbaycana az, Qazaxıstana, Rusiyaya çox sahə düşür.
Doğrudur, Qazaxıstana nisbətən Rusiyaya az sahə düşür, amma
Rusiyanın da payı var. Ancaq biz öz sektorumuzdan kənara
çıxmırıq. Öz sektorumuzda isə bu işi davam etdirməyə haqqımız
var və biz onu davam etdirəcəyik.
Xəzər dənizinin statusunun müzakirəsi üçün yeni görüş, mən
bilən, oktyabrda İranda keçiriləcəkdir. Biz bu müzakirədə iştirak
edəcəyik, bu müzakirəyə öz müsbət töhfəmizi verməyə
hazırıq. Amma gərək bu müzakirə normal olsun, hər tərəf öz
ideallarını əsas tutaraq çıxış etməsin, əksinə,
_____________________________________________
26
Tehrana toplaşacaq bütün tərəflər qarşılıqlı anlaşma tapmağa
çalışsınlar.
Bir sözlə, Viktor İvanoviç, xahiş edirəm ki, nəzərə alasınız,
sektor problemləri barəsində bizim başqa fıkrimiz yoxdur.
Düşünürəm ki, bu fikir Rusiya Federasiyasına məlumdur.
Neft sənayesi sahəsində Rusiya ilə əməkdaşlığımızın
fundamental xarakteri var. Biz “Əsrin müqaviləsi”ni
imzalayarkən elə oradaca müəyyənləşdirdik - ilkin neft üçün
boru kəməri lazımdır. Həm də bu kəməri Bakı-Novorossiysk
neft kəməri kimi müəyyənləşdirdik. Axı bunu biz
müəyyənləşdirmişik. Bu ki müqavilədə yazılmışdır. Еlə isə nə
üçün kimsə bütün bunları təhrif edir? Bu barədə sakit danışa
bilmirəm. Münasibətlərimizi pozmaq istəyən bu adamlar hər
şeyi beləcə təhrif edir, bu cür təsəvvür yaradırlar. Əlbəttə, bu,
bizim xoşumuza gəlmir. Bununla bərabər, həmin adamlar nəinki
Azərbaycana, həm də özlərinə, bizim münasibətlərimizə ziyan
vururlar.
Müxtəsəri, bu, müqavilədə yazılmışdır. Odur ki, biz bununla
məşğul olmağa başladıq. Biz oraya öz vəsaitimizi qoyduq.
Rusiyanın “Transneft” şirkəti orada öz məsələsi ilə məşğul oldu
və hələ 1997-ci ilin oktyabrında biz Bakı -Novorossiysk boru
kəmərinə neft vurmağa başladıq, onu doldurduq. 1997-ci ilin
noyabrında biz “Çıraq” platformasından ilkin neftin
çıxarılmasını qeyd edərkən, həmin platformadan hasil olunan
neft artıq Novorossiysk terminalında idi. Bir sözlə, bunlar
faktdır.
Doğrudur, Çeçenistanda vəziyyətlə bağlı çətinliklər
olmuşdur. Biz deyirdik ki, bu çətinliklər sizə əngəl törədir. Yeri
gəlmişkən, bir daha xatırlatmaq istəyirəm ki, hələ 1996-cı ilin
yanvarında mən Moskvaya getdim, biz bu məsələni həll etdik və
Rusiyanın Baş naziri Viktor Stepanoviç Çernomırdinlə Bakı-
Novorossiysk neft kəməri haqqında saziş imzaladıq, bu sənədi
mən imzaladım. Bir sözlə, Rusiya Federasiyası ilə
Dostları ilə paylaş: |