_____________________________________________
27
fundamental əməkdaşlığa yönəldilmiş əməli tədbirlərimiz göz
qabağındadır.
Bununla bərabər, biz çətinliklər barədə xəbərdarlıq edirdik və
Rusiya bu çətinliklərlə həqiqətən qarşılaşdı. Axı о da məlumdur
ki, Rusiya bu neft kəməri barəsində Çeçenistanla heç vaxt
razılığa gələ bilməmişdir. Onlar dəfələrlə danışıqlar
aparmışdılar. Sonra onlar mənə müraciət etdilər. Rusiya
hökuməti sədrinin о vaxtkı birinci müavini cənab Nemtsov
Çeçenistan nümayəndələri ilə bu məsələni Moskvada həll edə
bilmədikdən sonra məndən xahiş etdilər və buraya gəldilər. Biz
yenə də bax bu salonda danışıqlar apardıq, özü də saatlarla. Мən
öz töhfəmi verərək Çeçenistan tərəfini inandırdım ki, sənədi
imzalamaq lazımdır. Rusiya ilə Çeçenistan arasında həmin
sənəd burada, Bakıda, bu salonda, bu stolun üstündə
imzalanmışdır. Budur bizim əməli tədbirlərimiz.
İndi isə vəziyyət mürəkkəbləşmişdir. Amma bu, bizə zərər
vurmuşdur. Yeri gəlmişkən, bildiyimiz kimi, müqavilənin
şərtlərinə görə nəzərdə tutulmuşdur ki, Azərbaycan
konsorsiumun neftini deyil, öz neftini yalnız Bakı-Novorossiysk
boru kəməri ilə ixrac edə bilər. Buna görə də Bakı-Novorossiysk
neft kəməri dayandıqda, biz öz neftimizi ixrac etmək
imkanından məhrum olduq. Biz neftimizin bir hissəsini Bakı-
Supsa boru kəməri ilə ixrac etməyə cəhd göstərdik, lakin
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bizimlə razılaşmadı
və biz heç nə edə bilmədik. Çünki onlar dedilər ki, şərt var -
Bakı-Supsa neft kəməri ancaq Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkəti tərəfindən çıxarılan müqavilə neftinin ixracı
üçündür və Azərbaycan öz sahələrindən çıxarılan neftini Bakı-
Novorossiysk boru kəməri ilə ixrac etməlidir. Biz çox şey
itirdik, bu, büdcəmizə öz təsirini göstərdi. Buna bizmi
təqsirkarıq? Yox. Bu təqsir Rusiya tərəfinin üzərinə düşür,
Çunki o, boru kəmərinin normal işini təmin edə bilməmişdir. Bu
boru kəməri indi də işləmir.
_____________________________________________
28
Bilirəm ki, “Transneft” bizim neftin bir hissəsini sisternlərlə
daşıyır. Bu işə görə sağ olsun. Lakin bu, bütün neftimizin
daşınmasını təmin etmir. Kənardan keçən boru kəməri barədə
söhbət çoxdan getmişdir. Görünür, Rusiya hökuməti bunu
qabaqcadan nəzərə almalı və indiyədək həyata keçirməli idi. Bu
halda başqaları bu neft kəmərini bağlaya bilməzdi, çünki
gəlirdən məhrum olardılar. Onlar Rusiya neftinin nəqli üçün
başqa imkan olmadığını gördükdə, neft kəmərini bağladılar.
Məsələnin faktiki tərəfi belədir, Rusiya ilə əməkdaşlığa
münasibətimiz belədir. Biz fundamental əməkdaşlığa malikik,
özü də təkcə neft sənayesi sahəsində deyil, həm də bütün digər
sahələrdə. Amma təəssüflər olsun ki, biz bunu Rusiya tərəfindən
hiss etmirik. Moskvada müxtəlif dairələr bizim səmimi
hisslərimizi, xeyirxah işlərimizi lazımınca qiymətləndirmir və
bəzi dezinformasiya materiallarından istifadə edərək yanlış
təsəvvür yaradırlar. Bununla onu deyirəm ki, Rusiya
mətbuatında həddindən çox xoşagəlməz materiallar dərc edirlər.
İndi də Şimali Qafqazda baş verən hadisələr barəsində.
Bilirsinizmi, Viktor İvanoviç, Şimali Qafqazdakı hadisələr
bizi həmişə narahat etmişdir. Çünki Qafqaz bir-biri ilə çox sıx
bağlıdır və bəlkə də bunu Moskvada çoxları başa düşmür.
Şimali Qafqazda dinc şəraitin olması bizim üçün Rusiya ilə
etibarlı əlaqə deməkdir. Bəs indi Rusiya ilə etibarlı əlaqə nə
deməkdir? Mən nəqliyyat əlaqəsini, başqa kommunikasiyaları
nəzərdə tuturam, bu ticarətdir, mal mübadiləsidir, adamların
gedib-gəlmək imkanı deməkdir.
Bizim Rusiya ilə olduqca çox mal mübadiləmiz var. İndi,
vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda şirkətlərimizin, xüsusən
Rusiya ilə ticarətlə məşğul olan şirkətlərimizin işi çox
çətinləşmişdir. Yeri gəlmişkən, bu, büdcəmizə, gəlirimizə mənfi
təsir göstərir. Çünki şirkətlər istədikləri malları gətirib-apara,
_____________________________________________
29
sata bilmirlər. Bu, bazarımıza da öz təsirini göstərir.
Doğrudanmı, orada düşünmürlər ki, biz bunu gözəl başa
düşürük? Biz gözəl başa düşürük ki, Azərbaycanla Rusiya
arasında bütün istiqamətlərdə etibarlı kommunikasiya xətti
olmalıdır. Bu, həm Rusiyanın xeyrinədir, həm də Azərbaycanın.
Buna görə də biz ən əvvəl öz mənafelərimizi nəzərə alaraq
Şimali Qafqazdakı vəziyyətə heç cür biganə ola bilmərik.
О ki qaldı böyük dostumuzun, şimal qonşumuzun - Rusiya
Federasiyasının mənafelərinə, biz buna da heç vaxt biganə
olmamışıq. Yenə də deməliyəm ki, bəzi dairələr, ola bilsin
erməni lobbisi, ola bilsin Rusiya Federasiyasının müəyyən
mürtəce dairələri hər dəfə bu cür hadisələrdən istifadə edərək
Azərbaycanla Rusiya arasında münasibətləri
mürəkkəbləşdirmyə çalışırlar. Çeçenistanda müharibə gedərkən
Moskvada gah televiziya ilə, gah qəzetlərdə, gah da ayrı-ayrı
şəxslərin bəyanatlarında ardı-arası kəsilmədən haray çəkirdilər
ki, “Əfqanıstandan, Pakistandan, Türkiyədən, nə bilim,
İrandan”, daha haralardan silah Çeçenistana Azərbaycan
vasitəsilə gətirilir. Bütün bunlar məni bezdirmişdi. Nəhayət ,
1996-cı ilin yanvarında mən Moskvada olarkən həm Boris
Nikolayeviçlə, həm də Viktor Stepanoviçlə görüşdüm. Sonra
Viktor Stepanoviçlə bizim birgə mətbuat konfransımız oldu və
burada tən suallara açıq-aydın cavab verdim. Heç kim
Azərbaycanın buna yol verdiyini təsdiqləyən bir dənə də dəlil-
sübut gətirə bilmədi. Heç bir fakt yoxdur. Мən Rusiya
rəhbərliyinə müraciət etməli oldum, Rusiya sərhəd qoşunlarının
böyük bir nümayəndə heyəti buraya gəldi. Onlar tam bir həftə
ərzində Dağıstanla sərhədlərimizi nəzərdən keçirdilər, çünki
Çeçenistana ancaq Dağıstanla Azərbaycan arasından keçən
Rusiya-Azərbaycan sərhədindən getmək olar. Onlar heç nəyi
müəyyənləşdirə, heç nə, heç bir fakt tapa bilmədilər. Lakin
faktlarsız, ifadəmə görə üzr istəyirəm, dezinformasiya,
Dostları ilə paylaş: |