_____________________________________________
43
XXI əsrin astanasında öz müstəqilliyini bərpa etmiş
Azərbaycanın qarşısında geniş inkişaf perspektivləri açılmışdır.
Həyatın bütün sahələrində mühüm dəyişikliklər baş verir.
Azərbaycan bütün postsovet məkanına xas olan mürəkkəb
sosial-iqtisadi problemlərin həlli ilə yanaşı, cəmiyyətdə milli-
mənəvi dəyərlərin bərpa və bərqərar edilməsi sahəsində ciddi iş
aparır. İnanıram ki, islam memarlığının inkişafı məsələlərinə
həsr olunmuş seminarınız da bu yolda atılmış mühüm
addımlardan biri olacaq, xalqlarımızın mədəni və intellektual
inkişafına yardım edəcəkdir.
Seminarmızın işinə böyük uğurlar arzulayır, hər birinizə
cansağlığı, xoşbəxtlik və yeni nailiyyətlər diləyirəm.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 sentyabr 1999-cu il
_____________________________________________
44
ABŞ-ın AZƏRBAYCANDAKI SƏFİRİ
STENLİ ESKUDERO İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
25 sentyabr 1999-cu il
Heydər Əliyev: Sizi xoş gördük. İki-üç gün bundan öncə
biz Azərbaycanda, Bakıda böyük tədbirlər keçirdik, “Əsrin
müqaviləsi”nin beş illiyini qeyd etdik. Siz də bu işlərdə,
mərasimlərdə fəal iştirak etdiniz. Amerika Birləşmiş Ştatlarının
şirkətlərinin də çoxu iştirak edirdilər, bura gəlmişdilər. Xüsusən
prezident cənab Bill Klintonun təbrik məktubu mərasimi çox
zənginləşdirdi. Çünki bu məktubda sadəcə təbrik deyil, bizim
əldə etdiyimiz nailiyyətlərə verilən qiymət və gələcək işlər
haqqında çox dəyərli sözlər ifadə olunmuşdur. Мən buna görə
bir də təşəkkür edirəm.
Cənab səfir, şəxsən siz də çox gözəl çıxış etdiniz. Amerika
Birləşmiş Ştatlarının hökumətini təmsil etdiniz. Bizim
ölkəmizdə bu mərasim çox böyük maraq doğurmuşdur və çox
ruh yüksəkliyi əmələ gətirmişdir. Şübhəsiz ki, bizim
vətəndaşlarımızın əksəriyyəti beş il bundan öncə imzalanmış
müqavilənin əhəmiyyətini bilirlər və bu beş il müddətində əldə
olunan nailiyyətləri də bilirlər. Ancaq sentyabrın 20-də biz bu
beş il müddətində əldə olunan nailiyyətlər haqqında ümumi
sözlərlə yox, konkret faktlarla, konkret rəqəmlərlə, konkret
göstəricilərlə bir daha vətəndaşlarımıza bildirdik ki, “Əsrin
müqaviləsi” nədən ibarətdir, Azərbaycana nə kimi faydalar -
həm siyasi, həm iqtisadi, həm də sosial faydalar veribdir və
_____________________________________________
45
gələcəkdə Azərbaycan xalqı bu müqavilədən nə gözləyir. Bizim
əsas məqsədimiz bu idi və hesab edirəm ki, biz buna nail olduq.
Мən sizə öz təəssüratlarım haqqında sözlərimi dedim. Buyurun.
Stenli Eskudero: Cənab prezident, yəqin ki, Siz
təəccüblənməzsiniz - mən Sizin dediklərinizlə tam razıyam.
Prezident Klintonun məktubunu izah etməyiniz, əlbəttə, çox
düzgün, doğru izahdır. Bu isə о deməkdir ki, biz Azərbaycanı
əvvəllər də dəstəkləmişik, indi də dəstəkləyirik və gələcəkdə də
Azərbaycanın həm ərazi bütövlüyünü, həm də iqtisadi inkişafını
dəstəkləyəcəyik.
Bu mənada, сənаb prezident, Siz gələcək haqqında
danışarkən, əlbəttə, neft müqavilələrinin adlarını inamla çəkə
bilərsiniz. Bu sözləri yalnız neft sahəsinə deyil, eyni zamanda
qaz sahəsinə aid etmək istəyirəm. Bu yaxınlarda “Şahdəniz”
yatağından səmt qazının tapılması о deməkdir ki, burada yeni
müqavilələrin imzalanması gözlənilir. Bunu hələ praktik iş
təsdiq etməsə də, seysmik məlumatlar təsdiq edir ki, burada
böyük, hətta deyərdim ki, nəhəng qaz ehtiyatı, təbii ehtiyatlar
vardır. Bu о deməkdir ki, ümumiyyətlə, Azərbaycan bu
strukturları inkişaf etdirməlidir. Bunları inkişaf etdirmək üçün
buraya şirkətlər dəvət ediləcək, bu işə cəlb olunacaqdır. Daha
sonra layihəni həyata keçirməkdən ötrü qurğular lazım olacaq,
qazın ixracı üçün kəmərlər tikilməsi gərək olacaqdır. Bu
baxımdan Azərbaycan əvvəlcədən gələcəyi təmin olunmuş və
qibtə ediləsi bir vəziyyətdədir.
Cənab prezident, bunların hamısı “Əsrin müqaviləsi”nin
imzalanmasından başlandı. Bu, daha sonra güclü, nəhəng milli
struktur adlandırılacaq böyük divarın ilk kərpici idi. Elə bilirəm
ki, bu cür atalar sözləri Mərkəzi Asiya ölkələrində vardır.
Мənсə, Qafqazda da belə bir atalar sözü var ki, “əgər böyük
divar tikmək istəyirsənsə, birinci kərpicini düzgün qoy”.
_____________________________________________
46
Heydər Əliyev: Doğrudur, belə atalar sözü var.
Stenli Eskudero: Cənab prezident, deməliyəm ki, “Əsrin
müqaviləsi”nin təməl daşı Sizin təşəbbüsünüzlə qoyularkən və
Sizin göstərişlərinizlə Azərbaycan Dövlət Neft Şirkəti təməl
daşını qoyarkən bu, düzgün qoyulmuşdur.
Mən avqust ayında və sentyabrın əvvəlində ABŞ-da olarkən
bütün ölkə boyu səfərlərimdə Azərbaycanın xeyrinə çıxışlar
etdim və gördüm ki, həqiqətən, biznes dairələrinin Azərbaycana
gəlmək arzusu çox böyükdür. Həm Vaşinqtonda, həm Floridada,
həm Hyustonda, Texas ştatında, həm də Alyaskada
biznesmenlər Azərbaycana böyük maraq göstərirlər. Diqqətinizə
xüsusi çatdırmaq istəyirəm ki, Alyaskada biznesmenlər, xüsusilə
neft sahəsi ilə məşğul olanlar çox istəyirlər ki, noyabr ayında
Bakıya gəlsinlər. Onlar ticarət nümayəndə heyətinin tərkibində
Azərbaycana, Bakıya gəlib burada lazımi danışıqlar aparmaq və
şəraiti yerində görmək istəyirlər. Amerika biznesmenləri daim
buraya gəlməkdədirlər.
Heydər Əliyev: Bu, çox yaxşı haldır. Biz bunu istəyirik.
Stenli Eskudero: Cənab prezident, Sizə onu da deməliyəm
ki, biz - Amerika Birləşmiş Ştatları, eləcə də Minsk qrupunun
digər üzvləri çox şadıq və çox sevinirik ki, Siz belə bir təşəbbüs
irəli sürmüsünüz. İkitərəfli danışıqlar yalnız prezidentlər
səviyyəsində deyil, bütün mümkün müxtəlif səviyyələrdə davam
etdiriləcəkdir. Bu vasitə ilə Dağlıq Qarabağ məsələsinə,
ümumiyyətlə, regiona sülh gətirmək məsələsinə yollar açılması
gözlənilir. Eyni zamanda aydındır ki, bu narahat problemi həll
etməkdən ötrü yalnız bu ölkələrin liderləri, yəni prezidentlər öz
aralarında razılığa gələ bilərlər. Yalnız Siz Azərbaycana sülh
gətirə bilərsiniz. Minsk qrupunda bizim rolumuz ondan
iləarətdir ki, bu məsələnin həllini daha hamar edək,
sürətləndirək. Elə bilirəm ki, çox
Dostları ilə paylaş: |