_____________________________________________
18
evin uçuqları altında həlak olarkən, bu barədə nəyi isə izah
etmək və nəsə demək çətindir.
Sizə demək istədiklərim bunlardır. Mənə ayırdığınız vaxta
görə, fikirlərimizi söyləməyə imkan verdiyinizə görə sizə bir
daha təşəkkür edirəm. Burada işləyən neft şirkətlərimizə
göstərdiyiniz dəstəyə görə Yanacaq və Energetika Nazirliyi
adından və təbii ki, hökumət adından minnətdaram. Sağ olun.
Heydər Əliyev: Viktor İvanoviç, sizə təşəkkür edirəm.
İlk növbədə mənim səhhətimlə bağlı xoş sözlərə görə sizə
təşəkkürümü bildirirəm. Xoşbəxtliyimdən, hesab edirəm ki,
xalqımın da xoşbəxtliyindən, sağlamlığım keçirdiyim
əməliyyatdan sonra çox tez bəгра olundu, artıq çoxdan işə
başlamışam və zənnimcə, hələ bir çox illər öz xalqıma fayda
verəcəуəm.
Ailəniz, Azərbaycanla, Azərbaycanın neft sənayesi ilə
bağlılığımız haqqında söylədikləriniz məni sevindirdi. Mən
bunu bilmirdim. Bilmirdim ki, siz əslən Azərbaycandansınız,
atanız burada neft sənayesində işləyilə və “İkinci Bakı”nın
mənimsənilməsi üçün bir çox başqa neftçilərlə birlikdə Rusiyaya
köçüb getmisiniz. Bəli, belə də olmuşdur. Yeri gəlmişkən,
həmyerlimiz Nikolay Konstantinoviç Baybakov bu barədə tez-
tez danışır. Belə ki, о da Bakıda doğulmuş, burada böyümüşdür.
Onun valideynləri, qohumları burada dəfn olunmuşlar. O, hələ
cavan yaşlarında burada, Sabunçuda, о zaman “Leninneft”
adlanan böyük bir neft mədənləri idarəsinin rəisi səviyyəsinə
yüksəlmişdi. İxtisaslı mütəxəssis kimi oradan Sovetlər
İttifaqının yeni yataqlarının mənimsənilməsinə, Rusiyaya,
“İkinci Bakı”ya göndərilmişdi. Ona görə də eşitməyimə şadam
ki, sizin atanız da Azərbaycanın neft sənayesinin inkişafında
iştirak etmiş və sonra azərbaycanlı kimi Rusiyaya, neft
sənayesini daha da inkişaf etdirməyə getmişdir. Bunu eşitmək
çox xoş idi.
_____________________________________________
19
Əməkdaşlığımıza gəldikdə isə, siz bilirsiniz ki, Azərbaycan
hamı üçün açıqdır. Bilmirəm, siz özünüzdə “LUKoyl”u başqa
şirkətlərlə müqayisədə necə qiymətləndirirsiniz. “LUKoyl”u biz
dəvət etməmişik, o, buraya özü gəlibdir. Əgər neft şirkətləri
olarsa və müsabiqədə başqalarına nisbətən daha yaxşı şərtlər
təklif edərlərsə, onda biz bunu etməyə həmişə hazırıq. Yeri
gəlmişkən, biz “LUKoyl”a heç vaxt heç bir güzəşt getməmişik,
ona heç vaxt heç bir imtiyaz yaratmamışıq. Yoxsa kimsə düşünə
bilər ki, Vahid Ələkbərov azərbaycanlıdır və biz müəyyən
imtiyazlar yaratmışıq. Heç vaxt Çünki kommersiya
maraqlarımız, milli maraqlarımız adamların hər hansı qarşılıqlı
münasibətlərindən yüksəkdə durur.
“LUKoyl” “Bi-Pi” və “AMOKO” kimi digər şirkətlərlə
birlikdə danışıqlar prosesinə fəal qoşulmuş və yer əldə etmişdir.
Yeri gəlmişkən, özü də təkcə birinci müqavilədə yox. “Qarabağ”
yatağına dair ikinci müqavilədə “LUKoyl” “Acip”lə birlikdə
əslində operatorlar kimi çıxış etmiş, çox iş görmüşlər. Doğrudur,
biz orada arzu olunan nəticəni əldə etmədik. Lakin orada
aparılmış iş çox faydalı oldu. Əgər infrastrukturla, bir çox digər
hallarla bağlı problemlər nəzərə alınarsa, bu gün orada sənaye
üsulu ilə neft hasilatına başlamaq hələlik о qədər də
məqsədəuyğun deyildirsə, sabah mümkün olacaqdır. Yeri
gəlmişkən, “Qarabağ” yatağı barəsində biz artıq təkliflər alırıq.
Ona görə də görülmüş işlər hədər getməmişdir. “LUKoyl”
birinci oldu və onunla birlikdə digər şirkətlər Azərbaycan
Dövlət Neft Şirkəti ilə əl-ələ verilə nəinki kəşfiyyat işləri
apardılar, həm də orada neft olduğunu və özü də böyük
miqdarda olduğunu proqnozlaşdırdılar. Bu neft çıxarılacaqdır.
Ola bilər “LUKoyl” da oraya qayıdacaqdır, bəlkə digər şirkətlər
də qayıdacaqlar. Нər halda, artıq böyük iş görülmüşdür.
Bizim sonrakı, üçüncü müqaviləmiz “Şahdəniz” yatağı
haqqındadır. “LUKoyl” bu müqavilədə də çox mühüm yer
_____________________________________________
20
tutur. “Şahdəniz” müqaviləsi üzrə nə kimi nəticələr əldə
etdiyimiz indi artıq hamıya məlumdur. Əlbəttə, hər şey heç də
həmişə rəvan olmur, siz neftçilər bunu bilirsiniz. Amma Allaha
şükür ki, bəxtimiz gətirir. Ona görə yox ki, Allah bizə iltifat
göstərir, ona görə ki, Azərbaycanın neft sənayesi çox əsaslı,
fundamental, elmi bünövrəyə malikdir. Əgər bizim
geoloqlarımız nəyisə müəyyən etmişlərsə, buna şəkk-şübhə ola
bilməz. Budur, dünən “Şahdəniz” yatağı barəsində də söhbət
getdi. Biz orada iş apararkən mətbuatda, yeri gəlmişkən, о
cümlədən də Rusiya mətbuatında nə qədər müxtəlif yazılar dərc
edilirdi, deyirdilər ki, görürsünüzmü, Əliyev adamlara kələk
gəlir, Azərbaycanın nüfuzunu qaldırmaq üçün Xəzər dənizində
böyük neft ehtiyatları olduğu barədə əfsanə yaradır, əslində isə
belə şey yoxdur. Onlar cavablarını aldılar. Özü də təkcə
xaricdəki bədxahlarımız deyil, bəlkə də hətta, təəssüflər olsun,
düşmənlərimiz də. Ölkəmizin daxilində də hər şey rəvan getmir.
Natiq Əliyevlə İlham Əliyev burada əyləşilələr, onların
xatirindədir ki, “Şahdəniz”ə dair müqavilə kifayət qədər uzun
müddət və “LUKoyl” ilə birlikdə hazırlanmışdı. Biz onu
hazırlayanda bilirdik ki, orada böyük qaz ehtiyatları var. Yeri
gəlmişkən, hələ 1990-cı ildə neftçilərimiz, Azərbaycan neft
şirkəti orada bir quyu qazmağa cəhd göstərmişdilər. Nəyə görə?
Ona görə ki, geoloqlarımız, neftçilərimiz bilirdilər ki, orada
böyük qaz yataqları var. Bizim başqa yataqlarımızda qaz hasilatı
azalırdı. Odur ki, bu azalmaya yol verməmək, qaz hasilatını
artırmaq üçün biz həmin quyunu qazmaq istəyirdik, amma
qaza bilmədik, çünki suyun dərinliyi çoxdur - 400-500
metrdir. Hesab edin ki, 600 metr qazmaq lazımdır. Başa
düşürsünüzmü? Lakin bununla belə, bu yatağın çox perspektivli
olduğu bizə məlum idi. Buna görə də biz oraya cəsarətlə getdik.
Dostları ilə paylaş: |