World Bank Document



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
1   ...   4   5   6   7   8   9   10   11   12

16

     Bu vəzifə korporativ idarəetmə müşavirindən təqdim etdiyi materialları hərtərəfli bilməsini tələb etdiyindən 

ən mürəkkəb vəzifələrdən biridir. 

•  Müşahidə şurası, idarə heyəti və audit komitəsinin səriştəsinin artırılması üçün seminar və təlimləri təşkil etmək. 

   Korporativ idarəetmə müşaviri rəhbərlik nümayəndələrinin müxtəlif seminarlar və təlimlərdə iştirak etmək 

ehtiyaclarını müəyyən etməlidir. Bu məqsədlə korporativ idarəetmə müşaviri müşahidə şurası və idarə heyətinin 

hər bir üzvünün səriştə səviyyəsindən xəbərdar olmalıdır, müvafiq məsələləri onlarla müzakirə etməli, səsləndirilən 

arzu və istəkləri nəzərə almalı və ona uyğun təlimlərdə iştirakı təşkil etməlidir.  

•  İdarəetmə orqanlarının üzvlərinə korporativ idarəetmə ilə bağlı məsələlər üzrə konsultasiyalar vermək. 

       Əgər idarəetmə orqanların üzvlərinin bu sahədə əlavə yardıma ehtiyacı yaranarsa, korporativ idarəetmə müşaviri 

müvafiq konsultasiyaları verməli və ya bu xidmətlərin peşəkar kənar konsultant tərəfindən göstərilməsini təmin 

etməlidir. 



•  Müşahidə şurası və idarə heyətinin öz işini qiymətləndirməsini təşkil etmək, müvafiq sorğular hazırlamaq, məlumatı 

emal etmək və özünü qiymətləndirmənin nəticələri barədə müvafiq idarəetmə orqanlarına məlumat vermək. 

    Hər bir idarəetmə orqanı mütəmadi olaraq öz işinin səmərəliliyini qiymətləndirməlidir. Bu prosesə hazırlıq 

və onun təşkili korporativ idarəetmə müşavirinin məsuliyyətidir. Bu məqsədlə korporativ idarəetmə müşaviri 

müvafiq sorğular hazırlamalı, onların doldurulması prosedurunu izah etməli, məlumatı toplayıb təhlil etməli və 

nəticələr barədə hər bir idarəetmə orqanı üçün müvafiq məlumatlar hazırlamalıdır. Bundan əlavə, əgər şirkətdə 

idarə  heyətinin  işini  müşahidə  şurası  qiymətləndirirsə,  korporativ  idarəetmə  müşaviri  bu  qiymətləndirmənin 

təşkil edilməsində yardım etməlidir. Özünüqiymətləndirmə və fəaliyyətin dəyərləndirilməsi müvafiq idarəetmə 

orqanının müntəzəm yığıncaqları zamanı aparılmalıdır. 

      Şuranın özünü qiymətləndirməsi üçün sorğu nümunəsi Əlavə V-də təqdim edilmişdir. 

•  Qanunvericilik, şirkətin nizamnaməsi və daxili qaydalarına uyğun olaraq müşahidə şurası, idarə heyəti və audit 

komitəsinin yığıncaqlarına hazırlıq və onların keçirilməsini təmin etmək. 

    Təəssüf ki, hazırda şirkətin idarəetmə orqanlarının yığıncaqlarına hazırlıq prosesinə lazımi diqqət ayrılmır. Çox 

zaman müşahidə şurası üzvləri yalnız yığıncağa gələndən sonra müzakirə ediləcək məsələlərin siyahısı ilə tanış 

olur. Belə şəraitdə sağlam və stimullu qərarların qəbul edilməsi haqqında danışmaq mümkün deyil. Bu sahədə 

korporativ  idarəetmə  müşavirinin  məsuliyyəti  sadəcə  rəhbərlik  üzvlərini  yığıncaq  barədə  vaxtında  xəbərdar 

etmək deyil, həm də qərar qəbul edilməsi üçün tələb edilən bütün sənədləri hazırlayıb onlara təqdim etmək, və 

yığıncaqların protokollarını hazırlayıb saxlamaqdır. 

•  Hansısa üzv yığıncaqda iştirak etmədikdə - idarəetmə orqanının hər bir üzvünün imzalaması üçün vahid protokolu 

təqdim etmək və ya imzalanmış qərarları toplamaq, həmçinin müvafiq protokol hazırlamaq. 

     Əgər şirkətin daxili sənədlərinə görə idarəetmə orqanının iclası qiyabi şəkildə keçirilə bilərsə, korporativ idarə- 

etmə müşaviri müvafiq qərarın qəbul edilməsi üçün lazım olan məlumatı toplamalıdır. Bunu etmək üçün bir neçə 

metod var: 

     Korporativ idarəetmə müşaviri əvvəlcədən protokolları hazırlayır  və  imzalanmaq  üçün  idarəetmə  orqanının 

hər bir üzvünə təqdim edir, və ya qərarın layihəsini rəhbərlərə göndərir və onlar “lehinə”, “əleyhinə” və ya “bitərəf” 

kimi ifadə edilmiş rəylərini bildirir. 

   Bütün imzalanmış layihələr toplandıqdan sonra korporativ idarəetmə müşaviri vahid bir sənəd hazırlayaraq 

Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri



17

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR

aldığı layihələri ona əlavə edir, və ya qərarın özündə onlara istinad edir. 

•  Idarəetmə orqanlarının yığıncaqları zamanı – bu yığıncaqların aparılması prosedurlarının icrasını təmin etmək. 

      Yığıncaqların  aparılması  prosedurlarına  şirkətdə  riayət  edilməsi  qərarların  çevik  və  səmərəli  şəkildə  qəbul 

edilməsinin zəminidir. Beləliklə, korporativ idarəetmə müşaviri yığıncaqları planlaşdıran zaman bu prosesə ehtiy-

atla və diqqətlə yanaşmalıdır. Yığıncaqların keçirilməsi yeri və şərtləri də əhəmiyyətlidir. 

      Bəzi  ölkələrdə  yığıncaqlara  hazırlıq  görülən  zaman  korporativ  idarəetmə  müşaviri  hətta  rəhbərlərin  masa 

arxasındakı yerlərini də planlaşdırır. Bu ona görə edilir ki,  misal üçün, bir-birini tanıyan direktorlar yığıncaq 

zamanı öz bizneslərini müzakirə etməsinlər, diqqətlərini gündəlikdə olan məsələlərə yönəltsinlər. 

•  Idarəetmə orqanlarının yığıncaqlarının protokollarını saxlamaq, müşahidə şurası və idarə heyətinin katibi vəzifəsi ilə 

bağlı digər funksiyaları icra etmək. 

      Korporativ idarəetmə müşaviri müvafiq idarəetmə orqanlarının katibinin funksiyalarını da yerinə yetirməlidir. 

Bu o demək deyil ki, bir şəxs bütün işləri görməlidir. Korporativ idarəetmə müşavirinin idarəsi\ofisi yaradıla və 

işin həcmindən asılı olaraq onlara yardım edə bilər.

      Müşahidə Şurası iclasının nümunəvi protokolu Əlavə VI-da təqdim edilmişdir.

Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri




18

5. Korporativ İdarəetmə Müşavirinin

    Hüquqi Statusu

      Qanunvericilikdə korporativ idarəetmə müşaviri vəzifəsi nəzərdə tutulmasa da, bu o demək deyil ki, indi bunu 

təqdim etmək mümkün deyil – cari qanunvericilik çərçivəsi hər birinin öz üstün və zəif cəhətləri olan bir neçə 

alternativə icazə verir. Hər konkret alternativdə şirkət qeyd edilən şəxsə hansı rolu ayırdığını və onun hansı konk-

ret vəzifələr icra edəcəyini aydın müəyyən etməlidir. Korporativ idarəetmə müşavirinin vəzifə təlimatı nümunəsi 

Əlavə II-də göstərilmişdir.  

    Qeyd etmək lazımdır ki, indi bəzi şirkətlər yalnız korporativ idarəetmə müşavirinin funksiyalarını yerinə ye- 

tirmək üçün bir şəxsin təyin edilməsində çətinlik çəkirlər. Beləliklə, keçid iqtisadiyyatı ölkələrində bir şəxsin digər 

funksiyalardan əlavə həm də korporativ idarəetmə funksiyalarını birgə yerinə yetirməsi tam normaldır (amma 

səmərəlilik baxımından hər zaman bu düzgün deyil). Şirkət bu metodu seçərsə, həmin şəxsin yerinə yetirdiyi iki 

vəzifə\funksiya arasında ziddiyyət olmamasını təmin etmək lazımdır (məsələn, eyni zamanda həm korporativ 

idarəetmə müşaviri vəzifəsini, həm də idarə heyətinin üzvü vəzifəsi ilə birgə icra etmək mümkün deyil, amma 

hüquqşünas vəzifəsini isə mümkündür). 

      Bundan əlavə, iki vəzifənin birgə icrası üçün ən münasib mexanizmi düşünmək lazımdır. Məsələ burasındadır 

ki, mövqelər əmək qanunvericiliyi və mülki qanunvericilik baxımından birləşdirilə bilər. Aşağıdakı bölmədə ko-

rporativ idarəetmə müşavirinin hüquqi statusunu (işçi və ya podratçı) müəyyən edən zaman bu funksiyanın hər 

hansı digər vəzifələrlə birləşdirilməsi məsələsi əhatə edilir. 

5.1.  İşçi (əmək müqaviləsi) 

      Bu yanaşma seçildiyi zaman (korporativ idarəetmə müşaviri şirkətin işçisi olur), şirkət və korporativ idarəetmə 

müşaviri  arasındakı  münasibətlər  əmək  qanunvericiliyi  əsasında  tənzimlənir.  Başqa  sözlə  desək,  korporativ 

idarəetmə müşaviri öz vəzifələrini əmək müqaviləsi əsasında həyata keçirən işçi, şirkət isə işəgötürən olur. Gəlin 

əmək müqaviləsinin nə olduğunu xatırlayaq. 

    Əmək müqaviləsi işəgötürən və işçi arasında yazılı razılaşmadır və tərəflər arasındakı əmək münasibətlərini, 

həmçinin tərəflərin hər birinin hüquq və vəzifələrini müəyyən edir.

8

 



Xatırlamaq lazımdır ki: 

• Əmək müqaviləsi imzalanmazdan öncə müvafiq idarəetmə orqanı korporativ idarəetmə müşavirini seçməli və

ya təyin etməlidir. 

• Şirkətdə Müşahidə Şurası yoxdursa, korporativ idarəetmə müşaviri səhmdarların ümumi yığıncağı tərəfindən



seçilə bilər. 

• Namizədin seçilməsi və ya təyin edilməsi proseduru müvafiq reqlamentdə dəqiq təsvir edilməlidir.

    Əmək müqaviləsi daimi və ya müəyyən müddətə ola bilər – bu  şirkətin seçimidir. Əgər şirkət  korporativ 

idarəetmə müşaviri vəzifəsinə seçilən şəxsin müşahidə şurasının tərkibindən asılı olmayaraq işləməsini istəyirsə, 

bu şəxslə daimi əmək müqaviləsinin bağlanması daha məqəsdəuyğundur.  Əgər hər müşahidə şurası özünün 

8

 AR Əmək Məcəlləsi, Mad.1.5.



Korporativ İdarəetmə Müşavirinin Hüquqi Statusu

Azərbaycan  Korporativ  İdarəetmə  Standartlarında  tövsiyə  edilir  ki,  korporativ  idarəetmə  müşavirinin 

müstəqilliyini  təmin  etmək  üçün  onun  müşahidə  şurasının  qərarı  ilə  təyin  edilməsi  \  seçilməsi  daha 

məqsədəuyğundur.




Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə