24
3.1.8.
Şura iclaslarının çağırılması və keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər görmək:
3.1.8.1. Şura sədri ilə birlikdə hər il üzrə şura iclaslarının qrafikini müəyyənləşdirmək və Şura üzvlərinin həmin
qrafiklə tanış olmasını təmin etmək;
3.1.8.2. Şura iclasının keçirilməsinə azı ____ gün qalmış Şura üzvlərinə bu barədə məlumat göndərmək və
iclasın gündəliyini təqdim etmək;
3.1.8.3. Zəruri hallarda Şura üzvlərinə iclasın gündəliyinə daxil olmuş məsələlər üzrə səsvermə bülletenlərini
göndərmək, üzvlər tərəfindən doldurulmuş bülletenləri toplamaq və Şura sədrinə təqdim etmək;
3.1.8.4. İclasın protokolunun aparılması və saxlanmasını təmin etmək;
3.1.8.5. İclasın protokolunu, habelə digər zəruri sənədləri Şura üzvlərinin tələbi ilə onlara təqdim etmək;
3.1.8.6. İclasların çağırılması və keçirilməsi ilə bağlı Şura üzvlərinin sorğularını cavablandırmaq;
3.1.9.
Cəmiyyətin idarəetmə və digər orqanları arasında effektiv məlumat mübadiləsi sisteminin təşkil
olunmasına yardım etmək;
3.1.10. Qanunvericiliyin tələblərinə və Cəmiyyətin daxili normativ sənədlərinə uyğun olaraq Cəmiyyət barədə
məlumatın saxlanması və açıqlanması qaydalarına riayət olunmasına nəzarət etmək;
3.1.11. Cəmiyyət barədə zəruri məlumatın (o cümlədən, Cəmiyyətin qiymətli kağızlarının emissiya prospektinin,
aidiyyəti şəxslərlə bağlanmış əqdlərin
11
), illik maliyyə və digər hesabatlarının qanunvericiliyə uyğun
olaraq açıqlanmasını təmin etmək;
3.1.12. Cəmiyyət tərəfindən səhmlərin geri satın alınması barədə məlumatın səhmdarlara çatdırılmasını təmin
etmək;
3.1.13. Cəmiyyətin səhmdarları, Şura üzvləri və ya icra orqanının üzvləri arasında yaranmış və ya yarana biləcək
maraqlar toqquşması halları barədə dərhal Şura sədrini məlumatlandırmaq;
3.1.14. Cəmiyyətin səhmdarları, Şura üzvləri, icra orqanları və Cəmiyyətin fəaliyyəti ilə bağlı olan digər şəxslər
arasında yaranmış mübahisə və münaqişələrin həllində vasitəçi kimi çıxış etmək;
3.1.15. Cəmiyyət ilə bağlı bütün sənədlərin lazımi qaydada saxlanmasını təmin etmək, onlara çıxış əldə etmək
səlahiyyətində olan şəxslər üçün məqbul şərait yaratmaq, həmin şəxslərin tələbi ilə sənədlərin surətlərini
təqdim etmək (sənədlərin surətləri Korporativ Müşavirin imzası ilə təsdiqlənməlidir);
3.1.16. Səhmdarların Cəmiyyətə ünvanlanmış məktublarının, müraciət və ərizələrinin uçotunu aparmaq, onları
Cəmiyyətin aidiyyatı orqanlarına və vəzifəli şəxslərinə ötürmək və onlara müvafiq orqanlar və vəzifəli
şəxslər tərəfindən baxılmasına nəzarət etmək;
3.1.17. Səhmdarların hüquqlarının pozulması hallarını aşkar etmək, araşdırmaq və bu barədə Şura sədrinə
məlumat vermək.
3.2.
Korporativ Müşavir öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Cəmiyyətin bütün orqanlarından və
vəzifəli şəxslərindən istənilən məlumat və sənədləri almaq hüququna malikdir.
4. Korporativ Katiblik Aparatı
12
4.1.
Korporativ Müşavirə həvalə edilmiş vəzifələrin effektiv surətdə icrasını təmin etmək üçün Cəmiyyətdə
Korporativ Katiblik Aparatı (bundan sonra “Aparat” adlandırılacaq) təsis olunur.
4.2.
Aparatın tərkibinə Korporativ Müşavir və onun tabeliyində olan ____ işçi daxildir. Aparatın işçiləri Korpo-
rativ Müşavirin təqdimatı əsasında Cəmiyyətin icra orqanının rəhbəri tərəfindən vəzifəyə təyin olunurlar.
4.3.
Aparatın işçiləri Korporativ Müşavirin səlahiyyətləri çərçivəsində vəzifələr daşıyırlar. Onlar arasında vəzifə
bölgüsü Korporativ Müşavir tərəfindən həyata keçirilir.
11
Açıq səhmdar cəmiyyətləri üçün.
12
Əsasən iri müəssisələrdə, habelə banklarda və digər maliyyə qurumlarında yaradıla bilər.
Əlavə I. Korporativ İdarəetmə Müşaviri haqqında nümunəvi Əsasnamə
25
KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR
4.4.
Aparatın işçiləri öz vəzifələrinin lazımi səviyyədə icra edilməsi üçün kifayət olan təhsilə və iş təcrübəsinə
malik olmalıdırlar.
4.5.
Aparatın işçiləri eyni zamanda Şuranın, Cəmiyyətin icra orqanının, daxili audit şöbəsinin və təftiş
komissiyasının üzvü ola bilməzlər.
5. Korporativ Müşavirin vəzifədən azad edilməsi
5.1.
Korporativ Müşavir aşağıdakı hallarda tutduğu vəzifədən azad edilir:
5.1.1. öz xahişi ilə;
5.1.2. vəzifə müddəti başa çatdıqda;
5.1.3. vəzifəsinin öhdəsindən gəlmədikdə;
5.1.4. Korporativ Müşavir olmağa imkan verməyən vəzifəyə seçildikdə;
5.1.5. qanunvericiliyin müəyyən etdiyi digər hallarda.
5.2.
Korporativ Müşavir vəzifədən azad edildikdə, onun yerinə yeni şəxs təyin olunmalıdır. Vəzifədən azad
edilmiş Korporativ Müşavirlə olan əmək müqaviləsinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyi
ilə tənzimlənir.
6. Yekun müddəalar
6.1.
Bu Əsasnamə Şura tərəfindən təsdiq edildiyi gündən etibarən qüvvəyə minir.
6.2.
Bu Əsasnamə qüvvəyə mindiyi tarixdən etibarən Korporativ Müşavir barədə Cəmiyyətin əvvəlki
əsasnamələri qüvvədən düşmüş hesab edilir.
6.3.
Bu Əsasnamənin qüvvəyə minməsindən sonra Azərbaycan Respublikasının qanunvericiliyində və
ya Cəmiyyətin nizamnaməsində hər hansı dəyişiklik baş verdikdə, Əsasnamənin müddəaları həmin
dəyişikliklərə zidd olmayan hissədə tətbiq edilir.
Əlavə I. Korporativ İdarəetmə Müşaviri haqqında nümunəvi Əsasnamə