22
1. Ümumi müddəalar
1.1.
Bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktları və «_______»
Açıq [Qapalı] Səhmdar Cəmiyyətinin (bundan sonra «Cəmiyyət» adlandırılacaq) Nizamnaməsi əsasında
tərtib edilmişdir.
1.2.
Cəmiyyətin Korporativ İdarəetmə Müşaviri (bundan sonra «Korporativ Müşavir» adlanacaq) Cəmiyyətdə
korporativ idarəetmə məsələləri ilə bilavasitə məşğul olan vəzifəli şəxsdir. Korporativ Müşavir:
1.2.1. Cəmiyyətdə idarəetmənin təşkili və inkişafı siyasətinin müəyyənləşdirilməsində iştirak edir;
1.2.2. həmin siyasətin Cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri tərəfindən riayət olunmasına effektiv
surətdə nəzarətin həyata keçirilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görür;
1.2.3. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının, müşahidə şurasının və icra orqanının iclaslarının
çağırılması və keçirilməsi üçün zəruri olan hərəkətləri yerinə yetirir;
1.2.4. Cəmiyyətin idarəetmə və digər orqanları arasında məlumat mübadiləsinin effektiv surətdə təşkil
olunmasına xidmət edir;
1.2.5. Cəmiyyət tərəfindən zəruri məlumatın lazımi qaydada açıqlanması üçün tədbirlər görür;
1.2.6. Cəmiyyət tərəfindən səhmdarların və digər maraqlı şəxslərin müraciət və şikayətlərinə baxılmasına və
yaranmış mübahisələrin məhkəmədənkənar vasitələrlə həll edilməsinə yardım edir.
1.3.
Korporativ Müşavir öz fəaliyyətində mövcud qanunvericiliyin, Cəmiyyətin Nizamnaməsinin və digər
normativ
sənədlərinin, o cümlədən bu Əsasnamənin müddəalarını rəhbər tutur.
1.4.
Korporativ Müşavir öz əmək funksiyalarını onunla Cəmiyyət arasında bağlanmış müvafiq əmək müqaviləsi
əsasında həyata keçirir.
2. Korporativ Müşavirin vəzifəyə təyin olunması
2.1.
Korporativ Müşavir Cəmiyyətin Müşahidə Şurasının (bundan sonra Şura adlandırılacaq) iclasında
iştirak edən üzvlərin _____ səs çoxluğu ilə təyin olunur. Korporativ Müşavir vəzifəsinə namizədlər Şura
üzvlərinin hər biri tərəfindən irəli sürülə bilər.
2.2.
Korporativ Müşavir vəzifəsinə namizədliyi irəli sürülən şəxs aşağıdakı tələblərə cavab verməlidir:
2.2.1. ali təhsilli olmalı;
2.2.2. Korporativ Müşavir səlahiyyətlərini həyata keçirmək üçün lazımi təcrübəyə və peşəkar səriştəyə malik
olmalı;
2.2.3. __________________________.
2.3.
Korporativ Müşavir vəzifəsinə şəxsin namizədliyi irəli sürüldükdə Şura üzvlərinə həmin şəxs barədə
aşağıdakı məlumatlar təqdim olunmalıdır:
2.3.1. təhsili, iş təcrübəsi, o cümlədən son ____ il ərzində tutduğu vəzifələri;
2.3.2. mülkiyyətində Cəmiyyətin səhmlərinin olub-olmaması (olduqda – səhmlərin miqdarı);
2.3.3. Cəmiyyətin aidiyyəti şəxsi olub-olmaması;
2.3.4. Cəmiyyətin aidiyyəti şəxsləri hər hansı münasibətləri;
2.3.5. ___________________________;
2.3.6. Korporativ Müşavir vəzifələrinin icrasına ciddi şəkildə təsir edə biləcək digər məsələlər barədə məlumat.
2.4.
Korporativ Müşavir ___ il müddətinə təyin edilir.
9
2.5.
Korporativ Müşavirlə bağlanılan əmək müqaviləsinin şərtləri Şura tərəfindən təsdiq olunur. Müqavilə
Cəmiyyətin adından Şuranın sədri tərəfindən imzalanır.
9
Göstərilən müddətlə Korporativ Müşavir ilə bağlanacaq əmək müqaviləsinin müddəti bir-birinə uyğun olmalıdır.
Əlavə I. Korporativ İdarəetmə Müşaviri haqqında nümunəvi Əsasnamə
23
KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR
3. Korporativ Müşavirin səlahiyyətləri və vəzifələri
3.1.
Korporativ Müşavir aşağıdakı səlahiyyətlərə malikdir:
3.1.1.
Cəmiyyətdə idarəetmə siyasətinin müəyyənləşdirilməsi, icrası, təhlili və inkişafı üzrə tədbirlərin
görülməsində Şuraya [və Korporativ İdarəetmə Komitəsinə (olduqda)] yardım etmək;
3.1.2.
Cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının korporativ
idarəetmə üzrə qanunvericiliyinə və Cəmiyyətin korporativ idarəetmə siyasətinə riayət olunmasına
nəzarət etmək;
3.1.3.
Korporativ idarəetmə üzrə beynəlxalq təcrübələrdə baş verən bütün islahatları yaxından izləmək, on-
lar barədə Şuraya və icra orqanına məlumat vermək, habelə həmin islahatların Cəmiyyətdə tətbiqi
imkanlarını araşdırmaq;
3.1.4.
Cəmiyyətin korporativ idarəetmə qaydalarına (müvafiq əsasnamələrə, təlimatlara) dəyişikliklərin
edilməsi təşəbbüsü ilə çıxış etmək, onlar barədə Şuraya yazılı təkliflər təqdim etmək;
3.1.5.
Cəmiyyətin hüquq şöbəsi (departamenti) ilə sıx əlaqələrdə olmaq, onunla lazımi məlumat mübadiləsini
aparmaq;
3.1.6.
Cəmiyyətin hər hansı orqanları və ya vəzifəli şəxsləri tərəfindən Cəmiyyətdə qəbul olunmuş korporativ
qaydalar və prosedurların pozulması (əməl etməməsi) barədə dərhal Şura sədrini məlumatlandırmaq.
Həmin pozuntulara Şura sədri tərəfindən yol verildikdə, bu barədə Şura üzvlərini və Cəmiyyətin
səhmdarlarının ümumi yığıncağını məlumatlandırmaq;
3.1.7.
Qüvvədə olan qanunvericiliyə, Cəmiyyətin nizamnaməsinə və digər normativ sənədlərinə
(əsasnamələrinə) müvafiq qaydada Səhmdarların ümumi yığıncağının cağırılması və keçirilməsi ilə bağlı
aşağıdakı tədbirlər görmək:
3.1.7.1. Cəmiyyətin səhmdarlarının reyestri əsasında ümumi yığıncaqda iştirak etmək hüququna malik olan
şəxslərin siyahısını hazırlamaq və Şuraya təqdim etmək;
3.1.7.2. Şura tərəfindən təsdiqlənmiş siyahı əsasında Cəmiyyətin səhmdarlarına, habelə ümumi yığıncaqda
iştirak edəcək digər şəxslərə bildirişlər göndərmək;
3.1.7.3. Ümumi yığıncağın cağırılması barədə Şuranı, Cəmiyyətin icra orqanını və təftiş komissiyasını
məlumatlandırmaq;
3.1.7.4. Ümumi yığıncağın çağırılması barədə məlumatın kütləvi informasiya vasitələrində dərc olunmasını
təmin etmək
10
;
3.1.7.5. Ümumi yığıncağın gündəliyinə daxil olmuş məsələlər üzrə tərtib edilmiş səsvermə bülletenlərini
bildirişlərə əlavə olaraq səhmdarlara göndərmək;
3.1.7.6. Ümumi yığıncağın gündəliyinə daxil olmuş məsələlərə aid zəruri sənədlər toplusunu hazırlamaq və
həmin sənədlərlə yığıncaq iştirakçılarının tanış olması üçün lazımi tədbirlər görmək, onların tələbi ilə
həmin sənədlərin surətlərini onlara təqdim etmək;
3.1.7.7. Səhmdarlar tərəfindən doldurulmuş səsvermə bülletenlərini toplamaq və hesablama komissiyasına
ötürmək;
3.1.7.8. Ümumi yığıncağın protokolunun aparılması və saxlanmasını təmin etmək;
3.1.7.9. Ümumi yığıncağın protokolunu səhmdarların tələbi ilə onlara təqdim etmək;
3.1.7.10. Ümumi yığıncaqda baxılmış məsələlərin nəticələri barədə bütün səhmdarları məlumatlandırmaq;
3.1.7.11. Ümumi yığıncaqda iştirak etmək hüququna malik olan şəxslərin sorğularını cavablandırmaq;
3.1.7.12. Ümumi yığıncağın çağırılması və keçirilməsi ilə bağlı yaranmış mübahisə və münaqişələrin həlli üçün
zəruri tədbirlər görmək.
10
Açıq səhmdar cəmiyyətləri üçün.
Əlavə I. Korporativ İdarəetmə Müşaviri haqqında nümunəvi Əsasnamə