World Bank Document



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
1   2   3   4   5   6   7   8   9   ...   12

14

lik aparatını yarada bilər, və həmin katiblik korporativ idarəetmə müşavirinə tabe olur. 



•  Prosedur və ümumi yığıncaqda səsvermənin nəticələri barədə məlumatın vaxtında verilməsini təmin etmək. 

   Yığıncaqda iştirak edən səhmdarlara yığıncaqda qəbul edilmiş qərarlar barədə məlumat verməlidir – bu ya 

yığıncaq zamanı ya da yığıncağın sonunda edilə bilər (lakin, əgər müəyyən mövzular barədə səsvermə ondan 

öncəki məsələ üzrə səsvermənin nəticəsindən asılıdırsa, qəbul edilmiş qərar barədə növbəti səsvermə başlamazdan 

öncə məlumat verilməlidir). 

    Yığıncaqda iştirak etməyən səhmdarlara yığıncaqdan dərhal sonra məlumat verilməlidir. Korporativ idarəetmə 

müşaviri onlara yığıncaqda qəbul edilmiş qərarların siyahısını və tələb olunduqda bu qərarların səhmdarlar üçün 

nəticələrini əks etdirən qısa məktubun səhmdarlara çatdırılmasını təmin etməlidir. 



•  Ümumi yığıncağın iştirakçılarının yığıncaqların keçirilməsi prosedurları ilə bağlı suallarına cavab vermək. 

    Korporativ idarəetmə müşaviri yığıncaqların çağrılmasını və keçirilməsini koordinasiya edir və cari qanunveri-

cilik və şirkətin daxili qaydaları haqqında məlumatlı olduğu üçün yığıncaqların keçirilməsi ilə bağlı istənilən suala 

cavab verə bilər. 



•  Səhmdarların ümumi yığıncağının protokollarının, səsvermə bülletenlərinin və yığıncağın gedişatı, habelə orada qəbul 

edilmiş qərarlarla bağlı digər sənədlərin vaxtında hazırlanmasını təmin etmək. 

    Korporativ idarəetmə müşaviri müstəqil və qərəzsiz bir şəxsdir və şirkətin maraqlarını rəhbər tutur. Beləliklə, 

məhz  həmin  şəxs  yığıncaqların  protokollarını  hazırlamalı  və  səsvermə  bülletenlərini  saxlamalıdır.  Azərbaycan 

qanunvericiliyinə uyğun olaraq yığıncaqların protokolları ümumi yığıncaq keçiriləndən sonra üç gün müddətində iki 

nüsxədə hazırlanmalı, yığıncağın sədri və katibi tərəfindən imzalanmalı və şirkətin möhürü ilə təsdiqlənməlidir.

7

     Ümumi yığıncağın protokollarında aşağıdakı məlumatlar əks etdirilməlidir:



- ümumi yığıncağın vaxtı və keçirilmə yeri;

- ümumi yığıncağın növü (illik (növbəti) və ya növbədənkənar);

- ümumi yığıncağın gündəliyi;

- ümumi yığıncağın sədrinin və katibinin tam adı;

- ümumi yığıncağın iştirakçılarının sahib olduğu səsvermə hüquqlu səhmlərin sayı;

- yığıncaqda iştirak edən səsvermə hüququna malik səhmdarların sayı;

- çıxış edənlərin adları və onların çıxışlarının icmalları;

- səsverməyə çıxarılan hər bir məsələ üzrə səsvermə nəticələri;

-  ümumi yığıncaqda qəbul edilmiş qərarın dəqiq mətni.

     Səhmdarların Ümumi Yığıncağının protokollarına dair nümunə buraya Əlavə III-də göstərilmişdir.



4.4.  Müşahidə şurası, idarə heyəti və audit komitəsinin işinə dəstək

    Şirkətin  idarəetmə  qurumlarının  işinə  yardım  etmək  korporativ  idarəetmə  müşavirinin  ən  məsuliyyətli 

funksiyasıdır. Lakin müşahidə şurası, idarə heyəti və audit komitəsinin səlahiyyətləri və vəzifələrinin fərqli olmasını 

nəzərə alaraq, korporativ idarəetmə müşavirinin bu orqanlarla bağlı funksiyaları fərqlidir.

     Bu sahədə bütün idarəetmə orqanları ilə bağlı əsas vəzifələr onların formalaşdırılması və fəaliyyətlərinə nəzarət 

və düzgünlüyünün yoxlanması – seçilmə prosedurlarına riayət edilməsi, bir şəxsin müəyyən vəzifəni tutmasına 

mane olacaq səbəblərin olmaması, şəxslərin vəzifəyə təyin edilməsi, vəzifədən azad edilməsi və müşahidə şurası, 

idarə heyəti və audit komitəsinin fəaliyyətlərini tənzimləyən ətraflı sənədlərin şirkətdə olmasını təmin etməkdir. 

7

 AR Mülki Məcəlləsi, Mad. 107-6.1.



Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri


15

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR

      Korporativ  idarəetmə  müşaviri  bütün  şura  üçün  işləyir,  müşahidə  şurası,  idarə  heyəti  və  audit  komitəsinin 

üzvlərinin  öz  rəsmi  vəzifələrini  icra  etməsində  onlara  yardım  edir.  Bu  sahədə  korporativ  idarəetmə  müşaviri 

aşağıdakı vəzifələri icra edir: 

•  İdarəetmə orqanlarının lazımi məlumat almasına yardım etmək. 

     Şirkətin idarəetmə orqanlarının üzvlərinə lazımi məlumatların təqdim edilməsi korporativ idarəetmə müşavirinin 

əsas vəzifələrindən biridir. Qabaqcıl təcrübələrə əsasən, müşahidə şurasının düzgün qərar qəbul edə bilməsi üçün 

onun  dolğun  və  həqiqi  məlumatı  vaxtında  əldə  etməsi  tələbə  olunur.  Eyni  faktı  digər  idarəetmə  orqanlarının 

üzvləri haqqında da demək olar. 

•  Idarəetmə orqanlarının şirkətin daxili sənədləri, ümumi yığıncağın, müşahidə şurasının və idarə heyətinin qərarları, 

yığıncaqların protokolları, audit komitəsinin ekspert rəyləri və əsas maliyyə və digər sənədlərlə tanış edilməsini təmin 

etmək. 

     Əvvəlki bölmədə şirkət və onun fəaliyyətləri barədə məlumat, bazar barədə məlumat və s. nəzərdə tutulmuşdur. 

Ondan fərqli olaraq, bu funksiyanın əsas məqsədi şirkət ilə bağlı qəbul edilmiş qərarlar barədə məlumatı şirkətin 

rəhbərliyinə  vaxtında  və  səmərəli  şəkildə  çatdırmaqdır.  Rəhbər  işçilər  öz  sələfləri  tərəfindən  qəbul  edilmiş 

qərarlardan, həmçinin digər rəhbər orqanların qərarlarından xəbərdar olmalıdır. 

•  Müşahidə şurası və idarə heyətinin yeni seçilmiş üzvlərinə idarəetmə orqanlarının funksiyalarını, mövcud prosedurları 

və şirkətin təşkilati strukturunu izah etmək. 

    Böyük əhəmiyyət daşıyan bu tədbir əsasən inkişaf etmiş səhm bazarına malik olan ölkələrdə geniş yayılmışdır. 

Funksiyalar  və  prosedurların  izah  edilməsinin  əsas  məqsədi  yeni  təyin  edilmiş  (seçilmiş)  şəxsləri  şirkətdəki 

mövcud vəziyyətlə tanış etməkdən ibarətdir. Bir qayda olaraq korporativ idarəetmə müşaviri şirkət barədə qısa 

məlumatlar,  əsasnamə  və  daxili  qaydalardan  müvafiq  orqanın  işi  ilə  bağlı  çıxarışlar,  şirkətin  əsas  nailiyyətləri 

və çətinlikləri ilə bağlı icmallar hazırlayır. Bəzən yeni təyin olunmuş şəxslərin istehsal prosesi ilə tanış edilməsi 

də əhəmiyyətlidir – bu zaman onlar şirkətin konkret olaraq hansı fəaliyyətlə məşğul olmasını daha aydın başa 

düşürlər. Buna görə də funksiyalar və prosedurlarla “tanışlıq sessiyası” müşahidə şurası və idarə heyətinin birgə 

toplantısında həyata keçirilə bilər. Bu zaman rəhbər şəxslər bir-biri ilə tanış ola, əməkdaşlıq üçün əsas sahələri 

müəyyən edə və öz təcrübələri ilə bölüşə bilərlər. Tanışlıq sessiyas ilə bağlı gündəliyin\proqramın nümunəsi Əlavə 

IV-də təqdim edilmişdir. 

•  İdarəetmə orqanlarının yeni seçilmiş üzvlərinin şirkətin digər idarəetmə orqanlarının üzvlərinə təqdim edilməsi. 

      İnsanların  bir-biri  ilə  tanış  edilməsi  onlar  arasında  mehriban  və  dostyana  münasibətlərin  qurulması  üçün 

zəmindir. Belə bir təqdimatla birgə korporativ idarəetmə müşaviri təqdim etdiyi şəxslər haqqında qısa məlumat 

verir: onların vəzifəsini, iş təcrübəsini, məsuliyyət sahəsini və s. qeyd edir. Beləliklə şirkətin məsul şəxsləri bir-

biri  haqqında  məlumat  əldə  edir  və  effektiv  şəkildə  ünsiyyət  saxlaya  bilirlər.  Bu  mərhələdə  müxtəlif  təlimat 

vərəqələrinin və məlumat kitabçalarının, məsələn, şirkətin rəhbərlərinin adlarını, onların icra etdiyi funksiyaların 

qısa təsviri və əlaqə telefonları\ünvanlarını əks etdirən siyahının hazırlanması effektiv ola bilər. 

•  İdarəetmə orqanlarının üzvləri tərəfindən onların funksiyalarının lazımi şəkildə icrası üçün tələb olunan digər məlumatı 

təqdim etmək. 

     Bu sahədə əsas məqsəd məlumatı hər bir idarəetmə orqanının ehtiyacı olan formada təqdim etməkdir. Məsələn, 

eyni məlumat əsasən maliyyə mütəxəssislərindən ibarət olan audit komitəsinə bir şəkildə veriləcək, müşahidə 

şurasına isə fərqli şəkildə, çünki şura üzvlərinin hamısının maliyyə təhsili və ya təcrübəsi olmaya bilər. 

Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri



Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə