World Bank Document



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
1   2   3   4   5   6   7   8   9   ...   12

8

hazırlamalı olan şəxsə müvafiq tarixdən bir ay, iki həftə və  bir həftə öncə bu barədə icbari xəbərdarlıq göndərmək 

məqsədəuyğun olardı. 

• Səhmdarların tələbi, və ya rəhbər orqanların qərarı əsasında məlumatın hazırlanmasını və səhmdarlara açıqlanmasını 

təmin etmək. 

      Korporativ  idarəetmə  müşaviri  müxtəlif  maraqlı  tərəflərlə  ünsiyyətdə  olan  şəxsdir.  Bu  baxımdan  o,  həmin 

tərəflərə  şirkətin  fəaliyyətləri  barədə  məlumat  verə  bilməlidir.  Buna  görə  də,  Korporativ  idarəetmə  müşaviri 

açıqlana bilən, yəni şəxsin və ya orqanın tələbi ilə verilən və ya dərc edilən məlumatlardan xəbərdar olmalıdır. 

Korporativ idarəetmə müşaviri şirkətdə açıq məlumat siyahısının və məlumatın özünün olmasını təmin etməlidir. 

Bu məqsədlə, həmin şəxs məlumatın müvafiq səlahiyyətə malik olan orqanlar tərəfindən vaxtında hazırlanmasına 

nəzarət etməlidir. 

   “Daxili” səviyyədə - Korporativ idarəetmə müşaviri şirkətdə əsasnamələr və normativ sənədlərin düzgün və 

vaxtında icrası üçün müvafiq sənədlərin hazırlanması və nüsxələrinin saxlanmasını təmin edir. Əslində, korporativ 

idarəetmə müşavirinin bu sahədə vəzifəsi səhmdarların, rəhbər orqanların və digər şəxslərin tələblərini qarşılayan 

sənəd dövriyyəsi və məlumat mübadiləsini təmin etməkdir. Korporativ idarəetmə müşavirinin bununla bağlı əsas 

vəzifələri aşağıda təsvir edilir. 



•  Açıqlanmayan məlumatın saxlanmasını təşkil etmək və onun səlahiyyətli şəxslərə təqdim edilməsinə nəzarət etmək.

    Korporativ idarəetmə müşaviri hansı növ məlumatın açıqlanmayan  - məxfi və ya kommersiya sirri olmasını 

bilməlidir. Ümumilikdə, korporativ idarəetmə müşavirində bir neçə siyahı olmalıdır: açıqlana bilən məlumatların 

siyahısı, məxfi hesab edilən (xidməti) məlumatın siyahısı, və kommersiya sirrini təşkil edən məlumatın siyahısı.

Şirkətdə bu növ məlumatların siyahısı yoxdursa, onun hazırlanmasını təmin etmək lazımdır. Korporativ idarəetmə 



müşaviri  həm  də  şirkətin  əsasnaməsinin  mövcud  olmasını  və  səhmdarlara,  şirkətin  vəzifəli  şəxslərinə,  habelə 

səhmdar olmayan şəxslərə məlumatın verilməsi məsələlərinin bu sənəddə tənzimlənməsini təmin etməlidir. 

      Açıqlanmayan  məlumat  kiməsə  təqdim  edilən  zaman  korporativ  idarəetmə  müşaviri  məlumatı  alan  şəxsə 

məlumatın  statusunu  bildirməli  və  şəxsin  bu  məlumatın  icazəsiz  açıqlanmasına  görə  daşıdığı  məsuliyyəti 

qəbul  etməsini  təsdiqləyən  sənədləri  toplamalıdır.  Bu  məqsədlə  korporativ  idarəetmə  müşaviri  müvafiq  qey-

diyyat kitablarının aparılmasını, və qeyd edilən öhdəlik bəyanatlarının və digər lazımi sənədlərin nüsxələrinin 

saxlanmasını təşkil etməlidir. Bu işi görən zaman şirkətin hüquq departamenti ilə yaxından əməkdaşlıq etmək 

məqsədəuyğundur.



•  Şirkətin sənədlərinin müvafiq şəkildə təsdiq edilmiş nüsxələrinin saxlanmasını təşkil etmək: 

Şirkətin  nizamnaməsi  və  ona  edilən  əlavələr\düzəlişlər,  şirkətin  nizamnamə  razılaşması,  şirkətin 

dövlət qeydiyyatı barədə şəhadətnamə;



Ümumi yığıncaq, müşahidə şurası, idarə heyəti və audit komitəsinin əsasnamələri, digər əsasnamələr\

reqlamentlər və onlara əlavələr\düzəlişlər;



Səhmdarların ümumi yığıncağının protokolları və ümumi yığıncağa hazırlaşan zaman səhmdarların 

tanış olduğu materiallar;



Müşahidə şurası və kollegial icra orqanının yığıncaqlarının protokolları (kollegial orqan sədrinin və 

ya təkbaşcı icra orqanının sərəncamı və qərarları);



Audit komitəsinin yığıncağının protokolları;

4



 Bax:  İnformasiya  əldə  etmək  haqqında  AR  Qanunu  (30.09.2005);  Kommersiya  sirri  haqqında  AR  Qanunu  (04.12.2001);  AR  Mülki  Məcəlləsi

(Mad.1078-46) (01.09.2000).

Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri



9

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR

Audit komitəsinin və şirkətin auditorunun yekun rəyləri;

Illik maliyyə hesabatları;



Səhmlər və digər qiymətli kağızların emissiya prospektləri;

Şirkətə aidiyyəti şəxslərin siyahısı, onlara məxsus səhmlərin sayı və kateqoriyası (növü);



Qanunla, şirkətin nizamnaməsi, onun normativ sənədləri, ümumi yığıncaqların qərarları, müşahidə 

şurası və idarə heyəti tərəfindən qərara alınan digər sənədlər. 



     Korporativ idarəetmə müşaviri yuxarıda qeyd edilən bütün sənədlərin müvafiq şəkildə təsdiqlənmiş nüsxələrinə 

malik olmalıdır. Ilk növbədə bu ona görə lazımdır ki, bu sənədlərin əsilləri itirildikdə onları bərpa etmək mümkün 

olsun. Ikincisi, müxtəlif nəzarət orqanları və digər maraqlı tərəflərlə ünsiyyətdə olan zaman müvafiq sənədlərin əl 

altında olması hər zaman lazımdır. 



•  Şirkət rəsmilərinin və səhmdarların tələbi əsasında sənədlərin təsdiqlənmiş nüsxələrini təqdim etmək. 

   Səhmdarlar və digər rəhbər şəxslər heç bir maneə olmadan lazım olan sənədlərin nüsxələrini ala bilməlidir və 

korporativ idarəetmə müşaviri bu hüquqlardan istifadə edə bilmələrini təmin etməlidir. Bundan əlavə, korporativ 

idarəetmə müşaviri  şirkətdə məlumatla “tanış olma” anlayışının nə demək olduğunu aydın müəyyən edilməsini 

təmin edir (məsələn, bax: Səhmdarların ümumi yığıncağı barədə nümunəvi Əsasnamə).

     Bundan əlavə sənədləşmə sisteminin düzgün qurulması da son dərəcə əhəmiyyətlidir. Bu məsələdə korporativ 

idarəetmə müşaviri Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 saylı Fərmanı ilə 

təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair 

Təlimat”dan faydalana bilər. Bu Təlimat şirkətin öz karguzarlıq sisteminin qurulması üçün nümunə kimi istifadə 

edilə bilər. 



•    Mütəmadi  olaraq  şirkətin  sənədlərinin  qanunvericiliyin  tələblərinə  cavab  verməsini  yoxlamaq  və  onlara  əlavə  və 

düzəlişlərin edilməsi barədə təkliflər hazırlamaq. 

    Şirkətin bütün sənədləri qüvvədə olan normativ tələblərə uyğun olmalıdır. Qanunvericiliyin tez-tez dəyişdiyini 

nəzərə alsaq, korporativ idarəetmə müşaviri bu dəyişiklikləri daim izləməli və şirkətin sənədlərində dəyişiklik 

edilməsinə ehtiyac yaranan zaman bu barədə müvafiq bölmələrə və rəhbərlərə vaxtında məlumat verməlidir. 

     Bəzən yeni normativ aktlarda müəssisə sənədlərinin həmin aktların tələblərinə uyğunlaşdırılması üçün müəyyən 

vaxt verilir. Belə bir müddət təyin olunarsa, korporativ idarəetmə müşaviri bu faktı nəzərə almalı və həmin tarixi 

öz iş cədvəlinə daxil etməlidir. 

•  Nizamnamələr, əsasnamələr və digər sənədlərin hazırlanması və təsdiq edilməsinə ehtiyac olması barədə idarəetmə 

orqanlarına tövsiyələr vermək. 

    Korporativ idarəetmə müşaviri, məcazi mənada, məlumat mərkəzidir, buna görə də o qanunvericilik və daxili 

sənədlərlə tənzimlənməyən məsələlər barədə idarəetmə orqanları və ayrı-ayrı məsul şəxslərdən məlumat almalıdır. 

Korporativ idarəetmə müşaviri bu məlumatı təhlil edir, bu konkret məsələnin hansı konkret aktla tənzimlənməsini 

müəyyən edir və bunun əsasında yeni sənədlər hazırlanmasını və ya mövcud sənədlərdə dəyişikliklər edilməsini 

təklif edir. Bundan əlavə korporativ idarəetmə müşaviri korporativ idarəetmə ilə bağlı dünya təcrübəsindəki ən son 

meyllərdən xəbərdar olmalıdır. O, bu sahədə olan son dəyişiklikləri bilməli və onların mümkün dərəcədə tətbiq 

edilməsi  barədə  idarəetmə  orqanlarına  tövsiyələr  verməlidir.  Korporativ  idarəetmə  müşaviri  həm  də  şirkətdə 

“riayət et, ya da izah et\əsaslandır” prinsipinə riayət edilməsini təmin etməlidir. Əgər şirkət Azərbaycan Korpora-

tiv İdarəetmə Standartlarında əks etdirilən tövsiyələrə riayət etmirsə, onda müvafiq izahatlar və əsaslandırmalar 

verə bilməlidir. 

Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri




Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə