Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə16/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   12   13   14   15   16   17   18   19   ...   137

33 
 
zəif və bədən çəkisinin defısiti ilə dünyaya gəlirlər. Vaksinasiyaya reaksiya bu uşaqlarda 2-3 gün 
sonra baş verirsə, yoluxmamış uşaqlarda 4-6 həftə sonra baş verir. 
İlk  dəfə  yoluxma  insanların  tam  əksəriyyətində  vərəm  mikobakteriyalarının  tənəffüs 
yollarına düşməsi və çox az hallarda mədə-bağırsaq yoluna düşməsi nəticəsində baş verir. Belə 
hallarda  əgər  yoluxma  baş  verirsə,  vərəm  mikobakteriyalarının  daxil  olduğu  yerə  histositar 
hüceyrələrin,  mononuklearların,  seqmentnüvəli  leykositlərin,  limfositlərin  proliferasiyası  baş 
verir  və  limfoplazmasitar  və  histomakrofaqal  qabarcıqlar  formalaşır.  Bunların  içərisində 
epitelioidin  (tək-tək  çoxnüvəli  hüceyrələrin)  qeyd  olunması  vərəm  qranulomasının  əmələ 
gəlməsi  ilə  nəticələnir.  Vərəmə  yoluxma  az  miqdarda  vərəm  mikobakteriyaları  və 
mikobakteriyanın L-formaları vasitəsilə də baş verə bilir. Makrofaqlar tərəfindən “ələ keçirilmiş” 
vərəm  mikobakteriyaları  ciddi  dəyişikliyə  uğradılır  və  limfa  düyünlərində  tutulub  saxlanılır, 
burada  qeyri-spesifik  və  paraspesifik  iltihabi  reaksiya  əmələ  gətirir  (“kiçik”  vərəmli 
dəyişikliklər).  Qeyri-spesifık  və  paraspesifik  reaksiyalar  (spesifik  hüceyrə  reaksiyasız  və 
kazeozsuz limfoid və limfohistositar düyünlər və infiltratlar, makrofaqal infiltrasiya) ağciyərlərin 
toxumalarında,  dalaqda,  qaraciyərdə,  ürəkdə,  böyrəklərdə,  selikli  və  seroz  qişalarda,  dəridə, 
sümük  iliyində  birincili  vərəm  infeksiyasının  “maskaları  ilə”,  yaxud  müxtəlif  kliniki 
sindromlarla müşahidə olunaraq inkişaf edə bilər. 
Birincili  vərəm  infeksiyasının  inkişafı  paraspesifik  reaksiyaların  formalaşdığı  mərhələdə 
tamamlana bilər ki,  bu da orqanizmdə immun  proseslərin  baş  verdiyini göstərir.  Bu reaksiyalar 
qısa  müddətlidir  və  infeksiyanın  latent  vəziyyətə  (latent  mikroorqanizm)  keçməsi  ilə  yox  olur. 
Belə vəziyyət xəstəliyin kliniki təzahürləri baş vermədən uzun müddət qala bilər. Əsas etibarilə 
vərəm  mikobakteriyalarının  bakterial  formalarının  iştirakı  ilə  spesifik  dəyişikliklərin  əmələ 
gəlməsi zamanı orqanizm ləng tipli hiperhəssaslıq (LTH) əldə edir ki, bunu da tuberkulin sınağı 
ilə müəyyən etmək olur. 
Yoluxma anından tuberkulinə ilk müsbət reaksiya aşkar olunana qədər (predallergik dövr) 2-
3  həftə  keçir.  Tuberkulinə  həssaslıq  əmələ  gəlməsi  immun  hüceyrələrin  və  humoral  müdafiə 
reaksiyasının formalaşdığına dəlalət edir. Birincili yoluxma uşaqların və yeniyetmələrin çoxunda 
intoksikasiya  əlamətləri  ilə  müşahidə  olunmur.  Belə  olduqda  tuberkulin  reaksiyalarının 
virajından 1 ilə qədərki dövr birincili vərəm infeksiyasının erkən dövrü adlanır. Müxtəlif orqan 
və  sistemlərin  funksiyalarının  pozulmasına  gətirib  çıxaran  birincili  yoluxmaya  (vərəm 
intoksikasiyası) vərəmin ən erkən forması kimi baxırlar. 
KJB  (Kalmett  və  Jeren  batsilləri)  vaksinasiyası  aparılmış  uşaqlarda  voə  yeniyetmələrdə 
vərəm  mikobakteriyaları  ilə  yoluxma  adətən  xəstəlik  əmələ  gətirmir,  birincili  vərəm 
infeksiyasının  erkən  dövrü  isə  davamlı  immunitetin  formalaşması  ilə  nəticələnir.  Vaksinasiya 
olunmamış,  yaxud  keyfiyyətsiz  vaksinasiya  olunmuş  uşaqlar  və  yeniyetmələrdə  birincili  yo-
luxma vərəm xəstəliyinin əmələ gəlməsi ilə nəticələnə bilər. 
İlk dəfə yoluxmuş insanlarınm əksəriyyətində vərəmin gedişi sağalma ilə nəticələnir. 
Birincili  vərəmin  patogenezi  haqqında  təsəvvürlər  xeyli  dəyişmişdir.  Hal-hazırda  heç  kəs 
təsdiq edə bilməz ki, vərəm mikobakteriyalarının daxil olduğu yerdə ilkin kompleks əmələ gələ 
bilir.  Hələ  Kalmett  belə  mülahizə  irəli  sürürdü  ki,  ilkin  kompleks  yaranana  qədər  limfa 
sistemində infeksion proses meydana  gəlir. Təsdiq olunmuşdur ki,  ilk  ağciyər ocağından əvvəl 
limfa  düyünləri,  plevral  kompleks,  yaxud  da  mediastenal  limfa  düyünlərinin  zədələnməsi  baş 
verir. Vərəm mikobakteriyalarının daxil olduğu yerdə ağciyərdə birincili ocağın yaranması inkar 
olunur. Müşahidələr göstərir ki, vərəm mikobakteriyaları daxil olduqdan sonra onların çoxalması 
və  limfa  sistemində,  toxuma  mayesində  yayılması  baş  verir.  Sonra  isə  onlar,  əsas  etibarilə, 


34 
 
bolluca retikuloendotelial toxuması olan orqanlarda fıksasiya olunurlar. Ona görə də yoluxmanın 
ilk  saatlarında  vərəm  mikobakteriyalarının  limfa  düyünlərində,  sümük  iliyində,  dalaqda, 
qaraciyərdə və ağciyərlərdə aşkar etmək olur. 
İnfeksiyanın  erkən səpələnmə dövrü adlanan,  yaxud da ocağa qədər  dövr adlanan bu dövr 
bir  sıra  funksional  pozğunluqlarla  xarakterizə  olunur:  yuxunun  pozulması  və  iştahanın 
zəifləməsi,  halsızlıq,  əsəbilik,  termorequlyasiyanın  və  ürək  fəaliyyətinin  ritminin  pozulması. 
Bütün  yoluxma  halları  xəstələnmə  vəziyyəti  yarada  bilmədiyinə  görə  funksiyaların  pozulması 
dərəcəsi bütün hallarda eyni ola bilməz. V.İ.Puzikin araşdırmalarına görə təcrübə heyvanlarında 
yoluxmadan bir neçə saat sonra baş beyin qabığında dəyişikliklər müşahidə olunur ki, bunlar da 
sonra  qabıqaltı  beyin  maddəsində  daha  əsaslı  dəyişikliklərlə  əvəz  olunur.  Sonra  batsilemiya 
nəticəsində  orqanizmin  toxumalarında  sensibilizasiya  yaranıir  və  tuberkulin  sınağənən  “virajı” 
meydana çıxır. Bu allergik dövrdə funksional təzahürlər daha qabarıq ola bilər. Bundan başqa, 
dəri altında düyünlü histolimfositar, infiltratlar, ağciyərlərdə, qaraciyərdə, böyrəklərdə revmatoid 
qranulomaları  şəklində  paraspesifik  reaksiyalar  yarana  bilir.  Onlar  voərəm,  yəni  spesifik 
infeksiya  nəticəsində  əmələ  gəldiyi  üçün  paraspesifik  adlandırılır.  Patohistoloji  dəyişikliklər 
vərəm qranulomalarından fərqlidirlər. 
Paraspesifik  dəyişikliklərin aqibəti  müxtəlif olur,  ya bunlarm sorulması baş verir (bununla 
da  infeksion  proses  məhdudlaşır),  yaxud  da  ilkin  ocaqların  və  ilkin  kompleksin  yaranması  ilə 
spesifik lokal vərəm zədələnməsinə tranformasiyaya uğrayırlar. Artıq bundan sonra ağciyərlərdə 
ilk rentgenoloji dəyişiklikləri aşkar etmək olar. 
İnfeksiyanın  təzahürləri  paraspesifik  dəyişikliklər  və  nəzərəçarpacaq  funksional 
pozğunluqlarla məhdudlaşa bilər ki, bunun da kliniki ifadəsi lokal vərəmlə nəticələnməyən erkən 
vərəm intoksikasiyasıdır. 
Tuberkulin  sınaqlarının  virajı  nadir  hallarda  kliniki  əlamətlərlə  müşahidə  olunur.  Əgər  bu 
əlamətlər  olursa  da,  qısa  müddətli  baş  verir.  infeksion  prosesin  erkən  dövrlərində  kimyəvi 
profilaktikanın  aparılması  vərəmin  lokal  formasının  əmələ  gəlməməsi  şərti  ilə  tamamilə  keçib 
gedir. Batsilyar xəstələrlə yaxm təmasda olduğu halda sağlam orqanizmin reaktivliyini zəiflədən 
faktorlara təsir edirsə, ilkin kompleks inkişaf edə bilər. Məhz buna görədir ki, ağciyərdən kənar 
orqanların vərəmi olan xəstələrin ağciyərlərində bir sıra hallarda ilkin vərəm kompleksinin izləri 
olmur. Birincili vərəmin gedişi və başlanğıcı tədricən, yaxud da kəskin paraspesifik reaksiyalar, 
müsbət tuberkulin sınaqları və patoloji prosesə limfa düyünlərinin cəlb olunması ilə xarakterizə 
olunur. 
Birincili  vərəmin  aşağıdakı  formaları  ayırd  olunur:  uşaqlarda  və  yeniyetmələrdə  erkən  və 
xroniki  vərəm  intoksikasiyası,  ilkin  vərəm  kompleksi,  traxeobronxial,  mediastenal  və 
mezenterial  limfa  düyünlərinin  vərəmi,  birincili  yumşaq  ocaqlı  və  hematogen  dissiminasiyalı 
vərəm. Bundan başqa, vərəmin ağciyərdən kənar formaları da inkişaf edə bilər. 
Bağırsaqlarda  ilkin  vərəm  kompleksi,  adətən,  iliosekal  şöbədə  baş  verir.  Birincili  ocaq 
sürətlə  xoralaşır,  iltihab  müsariqənin  limfatik  damarları  ilə  müsariqənin  periferik  limfa 
düyünlərinə yayılır. Bağırsaqların ilkin vərəm kompleksi əmələ gəlir. 
 
İlkin vərəm kompleksi 
 
İlkin  vərəm  kompleksi  birincili  vərəmin  üç  kliniki  formasından  biridir.  Birincili  vərəm 
əvvəllər vərəm infeksiyası ilə yoluxmamış orqanizmdə əmələ gəlir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə