Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə18/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   14   15   16   17   18   19   20   21   ...   137

37 
 
İlkin  vərəm  kompleksinin  kliniki  təzahürləri  rəngarəngdir  və  bu,  morfoloji  dəyişikliklərin 
yayılma dərəcəsindən asılıdır. Simptomatika kazeoz ocağın  ölçülərindən asılıdır. Əsas etibarilə 
perifokal iltihabi zonanın inkişafından və həm də döşqəfəsi limfa düyünlərinin spesifik prosesə 
cəlb  olunma  dərəcəsindən  asılıdır.  İlkin  vərəmdə  iltihabi  dəyişikliklər  müəyyən  qədər  uşağın 
yaşından da asılıdır. Yayılmış proseslər adətən uşaqlarda 7 yaşa qədər daha çox təsadüf olunur. 
Bu, onunla izah olunur ki, bu yaşda ağciyər toxumasının differensiasiyası başa çatmamışdır və 
iltihabi  dəyişikliklərin  yayılmasma  şərait  yaradan  ağciyər  toxumasında  limfa  damarları  ilə  bol 
olan  geniş  yarıqlı  limfa  zolaqları,  ağciyər  toxumasında  boş  birləşdirici  arakəsmələr  hələlik 
qalmaqdadır. İlkin ocağın sərhədləri kiçik olduqda, perifokal infiltrasiya ya olmadıqda, ya da çox 
zəif inkişaf etdikdə, döş qəfəsi limfa düyünlərində dəyişikliklər məhdud və kiçik olarkən, ilkin 
kompleksin kliniki təzahürləri çox az olur. Bir sıra hallarda ilkin kompleks əlamətlərsiz keçir və 
ancaq  geriyə  sorularkən  kalsinasiya  fazasında  aşkar  olunur.  İlkin  vərəm  kompleksinin  sakit  və 
ağırlaşmalarla keçən gedişi ayırd olunur. Geniş kliniki təzahürlərlə gedən ilkin vərəm kompleksi 
spesifik  prosesin  infiltrasiya  fazasma  təsadüf  edir.  Odur  ki,  xəstəliyin  başlanğıcınınxarakterinə 
görə bəzi müəlliflər vərəm kompleksini pnevmonik və az əlamətli formalara ayırırlar. İnfiltrativ 
fazanın  inkişaf  etmiş  formasında  ilkin  kompleks  kəskin  başlanğıcla  gedir,  bədən  hərarətinin 
febril  göstəricilərə  qədər  qalxması,  iştahanın  pisləşməsi,  zəiflik,  yorğunluq  müşahidə  olunur. 
Bəzi  hallarda  ilkin  kompleks  tədricən  inkişaf  edir.  Bir  neçə  həftə,  bəzən  do  bir  neçə  ay 
müddətində xəstə uşaq özünü pis hiss etməyə başlayır, zəifləyir, daha çox ağlayır və emosional 
olur, iştahası pozulur, bədən çəkisi azalır, subfebril bədən hərarəti qeydə alnıır. Bəzi uşaqlarda 
ilkin kompleks gizli gedir və profilaktik rentgen müayinələr zamanı aşkar olunur. Xəstə uşaqda 
bədən  hərarəti  qalxarkən  o,  nisbətən  özünü  yaxşı  hiss  edə  bilir.  Bu  spesifik  proses  üçün  çox 
xarakterikdir.  Bəzi  hallarda  zökəm,  əsnəkdə  qızartı,  bir  qədər  öskürək,  vərəm  zamanı  inkişaf 
edən paraallergiya ilə izah olunur. Öskürəkdən şikayətə az hallarda təsadüf olunur. Ancaq erkən 
yaşlı  uşaqlarda  bitonal  öskürək  müşahidə  olunur.  Bronxlar  zədələnərkən  isə  quru,  tutmaşəkilli 
öskürək  olur.  Düyünlü  eritema,  ke-ratokonyuktivit,  psevdorevmatizm,  Ponsi  tipli  paraspesifik 
dəyişikliklərə hal-hazırda nadir hallarda təsadüf olunur. Lakin bəzi uşaqlarda bədən hərarətinin 
qalxdığı zaman bunlara təsadüf oluna bilər. Müayinə zamanı dərinin bəyazlığı, onun turqorunun 
zəifləməsi  və  bədən  çəkisinin  azalması  qeydə  alınır.  Periferik  limfa  düyünləri  müxtəlif 
nahiyələrdə əllənirlər, yumşaq, elastik konsistensiyalı, hərəkətli, ağrısız olurlar, noxud və ondan 
da böyük ölçülərə qədər böyüyürlər. İlkin vərəm kompleksində perkutor dəyişikliklər auskultativ 
dəyişikliklərdən  daha  qabarıq  olur.  Ağciyər  toxumasının  infiltrasiya  sahəsi  nahiyəsi  üzərində 
perkutor səsin qısalması və yaxud da kütləşməsi müşahidə olunur. 
Bu əlamət periferik döş qəfəsi daxili limfa düyünlərinə də aiddir. Perkutor səsin qısalması 
zonası  xüsusilə erkən  yaşlı uşaqlarda  bəzən xeyli sahəni,  bir seqment və  hətta payı  əhatə edir. 
Perkutor  səsin  qısaldığı  yerdə  auskultasiya  zamanı  uzadılmış  nəfəsvermə  ilə  müşahidə  olunan 
zəifləmiş tənəffüs eşidilir. Təzə başlanmış proseslər üzərində məhdud bir yerdə çox az hallarda 
yaş, xırda qabarcıqlı xırıltılar eşidilir. 
Son  illər  kataral  dəyişikliklər  çox  az  hallarda  müəyyənləşdirilir.  Perifokal  dəyişikliklər 
sorulduqca və ilkin ocaq bərkidikcə kütləşmə azalır və tənəffüs daha sərt olur. Ürək-damar sis-
temi  tərəfindən  miokardın  diffuz  dəyişiklikləri  aşkar  olunur.  Bu  da  ürəyin  sərhədlərinin 
genişlənməsinə,  aritmiya,  taxikardiya,  sistolik  küy  və  arterial  təzyiqin  aşağı  düşməsinə  gətirib 
çıxarır.  Qarın  boşluğu  orqanları  müayinə  olunarkən  qaraciyərin  və  dalağın  böyüməsi  aşkar 
olunur. Bəzən müsariqə boyu və mezenterial düyünlər sahəsində ağrılar müşahidə olunur. 2 TV 
ilə  Mantu  tuberkulin  sınağı  “viraj”  aşkar  edir.  Kiçik  yaşlı  uşaqlarda  bu  reaksiya  hiperergik 


38 
 
xarakterli  olur.  Dərəcələşdirilmiş  Pirke  reaksiyasında  isə 
bərabərləşmiş  və  yaxud  paradoksal  reaksiya  aşkar  olunur. 
Xəstliyin  başlanğıcında  hemoqramada  dəyişikliklər  aşkar 
olunur.  Bir  qədər  leykositoz  (8-10xl071itr),  neytrofilyoz  və 
EÇS  25-30  mm/saat-a  qədər 
yüksələ  bilir.  Zülal 
fraksiyalarının,  xususilə  qlobulinlərin  a
2
-  və  y-fraksiyalar 
hesabına artması müşahidə olunur. 
Vərəm  mikobakteriyalarının  müxtəlif  ştamları  ilə 
müsbət  seroloji  reaksiyalar  aşkar  olunur.  İlkin  vərəm 
kompleksi olan uşaqlarda bəlğəmə çох nadir hallarda təsadüf 
olunur. Ona görə də  bakterioloji müayinələri  aparmaq üçün 
bronx  yuyuntuları,  kiçik  yaşlı  uşaqlarda  isə  mədənin 
yuyuntuları götürülür. 
Əsnəkdən  və  qırtlaqdan  götürülmüş  yaxma  az  hallarda 
müsbət  cavab  verir.  Belə  hallarda  bəlğəmin  flotasiya  üsulu 
ilə  müayinəsi  daha  effektli  olur.  Bütövlükdə  bakterioloji 
müayinələr  zamanı  az  hallarda  vərəm  mikobakteriyaları 
aşkar  etmək  mümkün  olur.  Rentgenoloji  müayinə  zamanı 
ilkin  vərəm  kompleksinin  əsas  komponentləri  aşkar  olunur: 
ilkin  vərəm  sətəlcəmi,  döş  qəfəsi  limfa  düyünlərindəki 
dəyişikliklər  (daha  çox  periferik)  və  bunları  birləşdirən 
yolcuqlar - limfangit. İlkin vərəm kompleksinin rentgenoloji 
dəyişiklikləri çoxcəhətlidir. Bu, onunla bağlıdır ki, ağciyərdə 
ilkin ocağın sərhədləri müxtəlif ola bilir. Ağciyərdəki ocağın 
ölçüləri  0,5  sm-dən  1  sm-ə  qədər,  yaxud  da  iri  seqmentar, 
biseqmentar  və  pay  sərhədlərində  yaranmış  fokuslardan 
ibarət  ola  bilər.  Erkən  yaşlardakı  uşaqlarda  o,  bəzən  daha 
geniş  yayıla bilir. Bəzən ilkin sətəlcəm ocağını aşkar etmək 
mümkün  olmur.  Belə  proses  tam  olmayan  ilkin  kompleks 
adlandırılır. İnkişaf etməmiş, perifokal iltihabi olmayan kiçik 
ocaqlar  erkən  yaşlı  uşaqlarda,  xüsusilə  ağciyərlərin  distal 
nahiyələrində  diafraqmaya,  yaxud  da  aralığa  yaxın  yerlərdə 
görünmürlər  və  tam  olmayan  ilkin  kompleks  şəklini 
yaradırlar. 
Beləliklə,  tam  olmayan  ilkin  kompleks  ya  həqiqi  olur,  yaxud  da  onu  tam  aşkar  etmək 
mümkün  olmadıqda  qeyd  olunur.  Prosesin  aktiv  fazasında  rentgenoloji  olaraq  ilkin  vərm 
sətəlcəminin  divarları  girintili-çıxıntılı  olur  vo  limfangit  vasitəsilə  ağciyər  kökündəki  patoloji 
dəyişikliklə  əlaqəlidir.  Bunların  morfoloji  substratı  bronxlar,  damarlar  və  ağciyərin  paycıqları 
istiqamətində, aralıq toxumanın və limfa  yollarının iltihabının transformasiyasıdır.  İlkin  ocağın 
intensivlik  kölgəsi  müxtəlifdir  və  bu,  ancaq  böyüklüyü  ilə  deyil,  həm  də  nekrozun  kazeoz 
komponentinin  inkişafı  ilə  bağlıdır.  Döş  qəfəsi  limfa  düyünlərinin  zədələnməsi  zamanı 
rentgenoloji müayinələrlə ağciyər kökünün genəlməsi, böyüməsi aşkar olunur və onun struktur 
elementlərinin  differensiasiyası  pozulur,  ağciyər  kökü  yetkin  bir  şəkil  alır.  Kiçik  bir  nahiyədə 
ağciyər  kökünün  zedələndiyi  yerdə  kökün  konturlarının  girintili-çıxıntılı  olması  aşkar  oluna 
bilər. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə