Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə12/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   8   9   10   11   12   13   14   15   ...   137

25 
 
Flüoresent mikroskopiya (FM), kvars-halogen lampalarını və ya yüksək təzyiqli civə buxar 
lampalarını  adətən  istifadə  etməklə,  böyük  iş  yükü  olan  regional  və  referens  laboratoriyalarda 
istifadə edilməsi üçün yararlıdır. Yaxmanın daha böyük hissəsinin görünməsinə və beləliklə də 
yüksək həssaslığa, daha çevik  yaxma  yoxlamasına imkan verərək, toplama məqsədi ilə istifadə 
edilə  bilər.  Lakin,  kapital  xərci  və  istifadə  məsrəfləri  SN  mikroskopiyası  ilə  müqayisədə  xeyli 
yüksəkdir və nəticələri etibarlı oxumaq üçün daha çox ekspertiza tələb olunur.    LED-lər 
həmçinin  UV  işığı  buraxmır  və  alətin  enerji  istehlakını  əhəmiyyətli  dərəcədə  aşağı  salır  və 
bununla  da  batareyanın  uzun  müddətli  fəaliyyətinə  imkan  yaradır.  Problemlər  sırasına  səhra 
şəraitlərində  reagentlərin  qeyri-sabitliyi  və  uzun  saxlamada  boyalı  yaxmaların  qeyri-sabitliyi 
daxildir. Orqanizmin turşuya davamlı təbiətini müəyyən etməyin metodlarından biri də turşuya 
davamlı  orqanizmlərin  flüor  sarıdan  narıncıya  döndərən  flüorxrom  (auriamin  O,  auramin-
radomin) prosedurlarıdır (istifadə edilən filtrdən asılı olaraq rəng müxtəlif ola bilər).  
Auramin 
əsas  boya  kimi  istifadə  edildikdə  o  mikolik  turşuların  hüceyrə  divarlarını  bağlayır.  İntensiv 
rəngsizləşdiricilər  (güclü  turşular,  alkohol)  hüceyrə  divarının  ilkin  rəngini  çıxartmır  və 
mikobakteriya  aurmininin  flüora  çalan  parlaq  sarı  rəngini  qoruyub  saxlayır.  Arxa  fonda 
flüorsayağı  rəngi  boğmaq  üçün  kalium  permanqanatdan,  fimalin  və  evans  abısından  istifadə 
edilir.  Flüoressent  mikroskopiya  yaxmaların  fuksin-əsası  rəngləməsindən  daha  sürətli 
mikroskopiya  etməyə  imkan  verir  və  xüsusilə  böyük  həcmli  müayinə  materialı  qəbul  edən 
laboratoriyalarda istifadə edilir. Bu həmçinin,  az miqdarda basilli nümunələr üçün daha həssas 
ola  bilər,  çünki  bu  metod  daha  az  əmək  sərf  etməklə  daha  çox  sahəni  mikroskopiya  etməyə 
imkan  verir.  Lakin,  bu  metod  sabit  elektrik  təchizatı,  mikroskopu  tənzimləmək  və  nəticələri 
oxumaq sahəsində daha çox təcrübə, bahalı və qısa ömürlü lampaların müntəzəm şəkildə təchiz 
edilməsini  tələb  edir.  Halogen  lampalarından  istifadə  edən  daha  ucuz  sistemlərin  az  maliyyə 
tələbləri  olsa  da  onlar  standart  civə  buxar  lampaları  istifadə  edən  sistemlərin  keyfiyyətinə  çata 
bilmirlər.  Yenicə  yaradılmış  fluor  mikroskoplarına  uyğunlaşdırılmış  göy  LED  işıq  mənbələri 
yaxın gələcəkdə bu çətinlikləri dəf edə bilər. Çünki, onlar üçün 5 W lampa kifayətdir, onlar sadə 
batareyalar ilə işləyə bilər və ən azı 10.000 saatlıq ömürləri vardır.  
 
I və II sinif bioloji təhlükəsizlik kabinetlərindən istifadə və texniki xidmət  
I  sinif  BTK,  hava  axını  bir  istiqamətdə  operatordan  daxilə  doğru  ventilyasiya  olunan  önü 
açıq olan kabinetdir. İşlənmiş hava HEPA filtrdən sərthavaçıxarıcı ilə çıxarılır (Şəkil 1). HEPA 
filtr  0.3  µm  diameterli  hissəciklərin  99.97%-ni  və  bundan  böyük  və  ya  kiçik  hissəciklərin  isə 
99.9%-ni  tutur.  I  sinif  BTK  işçini  və  ətraf  mühitin  müdafiəsini  təmin  edir,  lakin  materialı 
(nümunə,  ştam  kulturaları)  çirklənmədən  qorumur.  II  sinif  BTK,  əlavə  olaraq,  materialın 
(nümunə,  kultura  ştammları)  çirklənmədən  qorunmasını  təmin  edir:  HEPA-filtrasiya  olunmuş 
havanın bir hissəsi laminar vertikal axınla kabinetin içinə geri qaytarılır və beləliklə bütün işçi 
səthi boyunca təmiz hava “pərdəsi” salınır. Hər iki sinif BTK-lər istehsalçı şirkət mühəndisinin 
(və ya onun təyin etdiyi mühəndisin) nəzarəti altında quraşdırılmalıdır. 
Sertifikasiya ixtisaslı xidmət personalı tərəfindən, BTK servisə qoyulmazdan əvvəl və ondan 
sonra da hər il aparılmalıdır. BTK, hər dəfə yeri dəyişdirildikdə, servisə verildikdə və ya təmir 
olunduqda və HYST filtrlər dəyişdirildikdə təkrar sertifikasiya olunmalıdır. Təkrar sertifikasiya 
kabinetin  tamlığı,  HYST  filtr  sızması,  aşağı  istiqamətli  hava  axını  profili,  öndə  sürət,  mənfi 
təzyiq /ventilyasiya tezliyi, hava axını tüstü nümunəsi, həyəcan siqnalı və bloka düşmə testlərini 
əhatə etməlidir. Həmçinin, əlavə olaraq, elektrik sızıntıları, işıqlanma intensivliyi, ultrabənövşəyi 
işığın  intensivliyi,  küy  səviyyəsi  və  vibrasiya  üçün  testlər  aparıla  bilər.  Bu  testlərin  aparılması 


26 
 
üçün xüsusi hazırlıq, bacarıq və cihazlar tələb olunur və onların ixtisaslı mütəxəssis tərəfindən 
həyata keçirilməsi artıq dərəcədə tövsiyə olunur. 
Kultural müayinə 
M.  tuberkulosis  kulturasının  alınması  və  onun  identifikasiyası  vərəmin  dəqiq  diaqnozunu 
verir.  Mikroskopiyadan  onun  əsas  üstünlüyü  odur  ki,  o,  daha  az  saylı  çöpləri  aşkarlaya  bilir 
(mikroskopiya  üçün  bəlğəmdə  minimum  5000  çöp/ml  müqayisədə  təxminən  10  çöp/ml). 
Beləliklə, kultural müayinə xəstəliyin erkən mərhələlələrində ekstrapulmonar vərəmin, müalicə 
müvəffəqiyyətsizliklərinin, uşaqlarda vərəmin və aşağı çöp yükü olan İİV-müsbət pasiyentlərin 
diaqnozunun  potensialını  artırır.  Digər  sözlə,  kultural  müayinədə  aşkarlanma  vərəm  hallarının 
sayını adətən 30-50% artırır.  
Alınmış  kulturadan  həm  nümunənin  identifikasiyasını,  həm  də  dərmana  həssaslığını 
müəyyən  etmək  mümkündür.  Lakin,  kultura  mikroskopiya  ilə  müqayisədə  xeyli  bahalıdır, 
texniki  baxımdan  çətindir,  müasir  laboratoriya  avadanlığını,  ixtisaslı  kadrların  olmasını  və 
adekvat biotəhlükəsizlik qaydalarının əməl olunmasını tələb edir. 
Həm bərk, həm də maye kultural metodları Referens laboratoriyaları üçün münasibdir (və ya 
böyük  ölkələrdə  regional  laboratoriyalar).  Kultural  müayinə  dərmanlara  davamlılığın 
yayılmasının  müntəzəm  icmalının  aparılması  üçün  istifadə  edilməlidir.  Kultural  müayinə 
həmçinin  dərmana  davamlılıq  olan  pasiyentləri,  təkrar  xəstələnməni,  müalicənin 
müvəffəqiyyətsizliyi  və  xroniki  halları  axtararaq  simptomatik  olan  yüksək  risk  qrupuna  daxil 
olan insanların, məsələn, laboratoriya işçilərinin mayinə edilməsi üçün istifadə edilə bilər. 
Bərk  kultural  metod  maye  metodundan  daha  ucuzdur,  amma  nəticələr  mikobakteriyaların 
yavaş  böyüməsi  səbəbindən  daima  yubanır  (6-8  həftəyədək).  Maye  kultural  müayinə  bərk 
kultural  müayinə  ilə  müqayisədə  xəstəlik  hallarının  nəticələrini  10%  artırır  və  həmçinin 
nəticələrin  yubanmasını  həftələrdən  günlərədək  azaldır.  Lakin,  maye  sistemləri  çirklənməyə 
meyillidir və böyük həcmdə infeksion materiallarla işləmə müvafiq biotəhlükəsizlik tədbirlərini 
tələb edir.  
 
Nümunələrin işlənməsi və vərəm kulturasının alınması 
Dekontaminasiya/ konsentrasiya üsulları, qidalı mühitlərə inokulyasiyası 
Mikobakterial  kultura  üçün  təqdim  olunan  nümunələr  iki  cür  olur:  ağciyər  mənşəli 
nümunələr  və  qeyri-ağciyər  mənşəli  nümunələr.  Ağciyər  mənşəli  nümunələr  (məs.  bəlğəm, 
boğazdan  götürülmüş  maye,  mədə  yuyuntusu,  bronxial  yuyulma  və  fırçalama)  demək  olar  ki, 
həmişə normal rast gəlinən mikrofloraya bulaşmış olurlar. Bəzi qeyri-ağciyər mənşəli nümunələr 
də  bulaşmış  ola  bilər.  Bunlar  nümunə  qidalı  mühitə  inokulyasiya  edilməzdən  əvvəl  ləğv 
edilməlidir. Bunu etmək üçün ədəbiyyatda bir neçə metod tətbiq edilir. Mikobakterial məhsulu 
artırmaq  üçün  bulaşmış  nümunələr  durulaşdıran-dekontaminasiya  və  konsentrasiyaya  ehtiyac 
duyur.  Bulaşmamış  nümunələr  bir  qayda  olaraq,  durulaşdıran-dekontaminasiyası  addımına 
ehtiyac duymur, amma konsentrasiya tələb edə bilər.  
 
Bəlğəmin ilkin işlənməsi 
  Sadə  əkmə  metodu  istisna  olmaqla,  nümunələr  sentrifuqa  şüşələrində  işlənməlidir.  Əgər 
bəlğəm  standart  konteynerlərə  toplanıbsa,  sentrifuqa  şüşələrinə  köçürülməlidir,  bu  da  çarpaz- 
kontaminasiya  riskini  və  işarələmə  xətalarını  artırır.  Buna  görə  də,  kultivasiyaya  nümunələrini 
toplamaq üçün 50 ml-lik sentrifuqa şüşələrindən istifadə etmək praktik sayılır. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə