Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə13/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   9   10   11   12   13   14   15   16   ...   137

27 
 
   Bəlğəm  nümunələri,  sayı  6-8-dən  artıq  olmayan  dəstlərdə  işlənməməlidir,  çünki  burada 
təsvir edilmiş üsullar ciddi şəkildə zamandan asılı olan üsullardır. Daha böyük dəstlər bu zaman 
içində  işlənə  bilməz  (natrium-fosfat  və  CPC  üsulları  istisna  olmaqla).  Zamandan  daha  az  asılı 
olan  bu  üsulların  (sonuncular)  birinci  mərhələsi  mikroskopiya  laboratoriyalarında,  BTK 
xaricində aparıla bilər. Biotəhlükəsizlik səviyyəsi 2 olan laboratoriyaya daşınma, natrium-fosfat 
üsulu üçün bir gün içərisində, CPC üsulu üçün isə bir həftə içərisində təşkil olunmalıdır.  
  
NALC–NaOH istifadə etməklə dekontaminasiya: 
Mukolitik  amil  N-asetil  L-sistein  (NALC)  dekontaminasiyaedici  amil  –  yəni  natrium 
hidroksidin  daha  az  və  son  konsentrasiyada  istifadə  edilməsinə  imkan  verir.  Nümunədə  ola 
biləcək və NALC-i  inaktivləşdirən ağır metal  ionlarını birləşdirmək üçün natrium sitrat  verilir. 
Bu metod, maye qidalı mühitdə inokulyasiya üçün yararlıdır. 
Bərk qidalı mühitdə inokulyantın paylanması və yayılması üçün şüşələr ən az 1 həftə qapağı 
boşaldılmış, üfüqi vəziyyətdə saxlanılmalıdır.  İnkubasiyadan 1 həftə sonra, mühitin qurumasını 
azaltmaq  üçün  qapaqlar  kip  bağlanır.  Sonra  şüşələr,  termostatlarda  sahənin  azad  edilməsi 
məqsədilə, vertikal qoyula bilər. 
 
Bərk qidalı mühitdən istifadə edərkən oxunma və şərh 
Kontaminasiyanın  təyini  və  əgər  ehtiyac  varsa  digər  nümunənin  vaxtında  tələb  edilməsi 
üçün, birinci həftə iki dəfə olmaqla, kolonial formasiya hər həftə yoxlanılır.  
Kontaminasiyaya uğramış kulturalar və sürətlə artan mikobakteriya (7 gündən tez görünən 
koloniyalar) təmizlənir. Nəticələri dərhal bildirilir və başqa nümunə tələb edilir. 
M.  tuberculosis  koloniyaları  3-4  həftə  ərzində  yaxşı  inkişaf  etməlidirlər.  Təyinindən  və 
identifikasiyasından  dərhal  sonra  hesabat  verilir.  Neqativ  kimi  hesabat  verməzdən  əvvəl, 
kulturalar 8 həftəyə qədər saxlanılmalıdırlar. 
  Maye qidalı mühitdən istifadə edərkən oxunma və şərh Kolonial formasiyanı hər gün (və 
ya  avtomatlaşdırılmış  sistemdən  istifadə  olunursa,  istehsalçının  təlimatına  müvafiq  olaraq) 
yoxlanılır. 
Pozitiv kimi təyin olunmuş istənilən şüşə, təmizliyinə görə TDM mikroskopiya vasitəsilə və 
əksər  bakteriyaların  artması  üçün  əlverişli  olan  bərk  qidalı  mühitə  (məs.,  qanlı  aqar,  şokolad, 
ürək-beyin ekstraktı aqarına) inokulyasiya olunmaqla yoxlanılmalıdır.  
Neqativ  kimi  hesabat  verməzdən  əvvəl,  kulturalar  6  həftə  saxlanılmalıdır.  Flakonu 
atmaqdansa,  sonrakı  mümkün  artımın  tədqiqi  üçün  şüşəni  senrtrifuqadan  keçirmək  və  maye 
qidalı mühit flakonuna və çəp LY mühitininə inokulyasiya etmək daha məqsədəuyğun ola bilər. 
 
Mikobakteriyanın identifikasiyası 
Kolonial  morfologiya  və  turşuya  davamlılıqdan  əlavə,  mikobakteriyanın  identifikasiyası 
daha  çox  adi  biokimyəvi  sınaqlara,  sürətli  DNT  yoxlamalarına  və  immunoxromatoqrafik 
sınaqlara  əsaslanır.  Mikobakteriya  ştamlarının  nümunələrin  səviyyəsində  identifikasiyası 
xüsusilə vacibdir, çünki NTM halları vərəm kimi səhv diaqnoz edilə bilər.  
Yüksək vərəm hadisələri olan ölkələrdə mikobakterioloji izolyatların böyük əksəriyyəti M. 
tuberculosis  olacaq,  NTM-in  yayılması  isə  daha  çox  İİV  infeksiyası  olan  pasiyentlərə  xasdır. 
Nümunələrin  M.  tuberculosis  kimi  təsdiqlənməsinə  qədər,  fenotipik  şəkildə  birinci  sıra 
dərmanlara davamlı görünən mikobakterial izolyatlar NTM olan infeksiyanı və dərmana davamlı 
olmayan  vərəmi  təmsil  edə  bilər.  NTM  müalicəsi  dərmanlara  davamlılıq  göstərən  vərəmin 


28 
 
müalicəsindən  tamamilə  fərqlidir.  Minimum  olaraq,  dərmana  davamlılıq  göstərən  vərəm 
proqramlarını  dəstəkləyən  laboratoriyalar  adi  biokimyəvi  identifikasiya  sınaqları  və  ya 
beynəlxalq qaydalara uyğun digər metodla aparmağa qadir olmalıdır.  
İmmunoxromatoqrafik  sınaqlar  (zolaq  əmələ  gəlməsi  sınağı  kimi  adlanan)  M.tuberculosis 
kompleksinin  və  NTM-lərin  sürətli  diskriminasiyasına  imkan  verir.  Həm  adi  biokimyəvi 
sınaqlar, həm də zolaqların əmələ gəlməsi sınaqları kulturanın həyata keçirildiyi milli  yoxlama 
laboratoriyaları üçün uyğundur. 
Maye qidalı mühitlərdə  dərmana həssaslıq testi-proporsiya metodu  
MGİT sulu qidalı (Middlebrook 7H9) mühitində DHT-i bərk və ya maye mühitdən alınmış 
pozitiv kulturalardan aparıla bilər.  
Aşağıda tövsiyə edilmiş zaman çərçivəsinə riayət etmək dəqiq nəticələr əldə etmək üçün 
vacibdir. 
1. Cihazın MGİT sınaq şüşəsinin pozitivliyini təyin etdiyi gün Gün 0 sayılır. 
2. Sınaq şüşəsi ayrıca inkubatorda 37 ºS + 1 ºS-də inkubasiyadan əvvəl ən azı bir gün əlavə 
inkubasiya olunmalıdır (Gün 1) . 
3. Pozitiv sınaq şüşəsi DHT üçün (Gün 5)-ə qədər istifadə oluna bilər. 
4.  Bərk qidalı mühitdəki artımdan pozitivliyin qeyd edildiyi 15 gün içində istifadə 
edilməlidir. 
  4–13  günlük  keyfiyyət  testi  (maye  və  ya  bərk  qidalı  mühitdən).  Flüoressentliyin  artması 
“Artım  Vahidləri”  (AV)  kimi  dəyərləndirilir,  həssaslıq  və  AV  dəyərləri  Unloaded  AST  Set 
hesabatında çap edilir. 
   Test  sona  çatdıqdan  sonra  (4-21  gün  arasında)  cihaz  hazır  cavabları  göstərir.  Set  Carrier 
həssaslığı skan edir və hesabatı çap edir. Cihazın çıxarışı hər bir dərman üçün həssaslığı göstərir. 
Nəticələr keyfiyyət göstəriciləridir: Həssas(H)-Susceptible (S), Davamlı (D)-Resistant (R) və ya 
or  təyin  olunmayıb(X)-indeterminate  (X).  Cihaz  nəticələri,  artım  kontrolundakı  artım  vahidi 
(AV)  400-ə  çatan  zaman  (4-13  gün  ərzində)  şərh  edir.  Bu  nöqtədə,  dərman  flakonunun  AV 
dəyərləri hesablanır. •S = Susceptible – dərman şüşəsinin AV –si 100-dən azdır , R = Resistant – 
dərman şüşəsinin AV –si 100 və ya daha yüksəkdir, X = Səhv-Error – təyin olunmayan nəticələr. 
Testə təsir edə bilən müəyyən vəziyyətlərdə, məsələn, control AV 4 gündən az müddətdə >400-ə 
çatanda  yaranır. Belə hallarda, test fəal şəkidə  çoxalan, M.tuberculosis kompleksi olduğu təyin 
edilən, təmiz kultura ilə təkrarlanmalıdır. Müəyyən dərmana davamlı ştamlar qidalı mühitdə çox 
ləng çoxalır və nəticələr standart inokulyant ilə 13 gün ərzində alınmaya bilər. Bu halda, nəticə 
əldə  etmək  üçün,  inokulyantı,  kultura  suspenziyasının  durulaşdırılmasını  azaltmaq  yolu  ilə 
çoxaltmaq lazımdır. 
Bərk qidalı mühitlərdə dərmana həssaslıq testi-proporsiya metodu 
Hal-hazırda  vərəm  mikobakteriyalarına  həssaslığı  öyrənərkən  proporsiya  metodundan 
istifadə  etməklə  Mycobacterium  tuberculosis  və  M.tb  kompleksinin  digər  nümayəndələrinin 
(M.africanum  və  M.bovis  ən  tez-tez  rast  gələnləridir)  Levenşteyn-Yensen  qidalı  mühitində 
vərəm əleyhinə preparatlarla dərmana həssaslıq testini izah edir.  
Burada  yüksək  konsentrasiyalarda  canlı,  infeksion  bakteriyaların  suspenziyaları  (>10
9
 
basil/ml-dən  başlayaraq)  işlədildiyindən,  təhlükəsizlik  və  müdafiə  tədbirlərinin  gözlənilməsi 
mütləqdir.  Prosedur  ÜST-nin  3-cü  Biotəhlükəsizlik    səviyyəsi  standartlarına  cavab  verən  və 
yalnız laboratoriya işçilərinin daxil ola biləcəyi məhdud girişlı laboratoriyada həyata keçirilməlir 
M.  tuberculosis  ştamının  proporsiya  (nisbət)  üsuluna  müvafiq  olaraq  davamlılığı,  normada 
kliniki  mikrobiologiyada  tətbiq  edilən  davamlılıq  anlayışından  fərqlənir.  Proporsiya  üsulu 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə