Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə19/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   15   16   17   18   19   20   21   22   ...   137

39 
 
İlkin ocaq rentgenoloji cəhətdən xarakterik əlamətlərə malik deyil və parenximatoz iltihabi 
infiltrasiyanın  qeyri-spesifık  etiologiyalı  başqa  xəstəliklərinə  bənzəyir.  Döş  qəfəsi  limfa 
düyünlərinin  zədələnməsindən  başqa,  xəstəlik  tərəfdə  kökyanı  zonada  limfastaz  və  limfangit 
aşkar olunur. Limfangit və limfastaz vərəmin erkən yaşlı uşaqlarda döş qəfəsi limfa düyünlərində 
kəskin  gedişi  zamanı  2  ay  ərzində  müşahidə  olunur.  Sonralar  iltihabi  dəyişikliklər  limfa 
yollarında azalır və xoşxassəli dinamika zamanı limfangit rentgenoloji müayinədə yox olur. Bəzi 
hallarda kök ətrafı nahiyədə skleroz formalaşır. 
Ağırlaşmamış  ilkin  vərəm  kompleksinin,  hətta  kimyəvi  terapiya  aparılmadan  belə,  kliniki 
kəskinliyi 2-3 həftədən sonra bir qədər zəifləyir. Bədən hərarəti azalır, subfebril vəziyyətdə olur, 
ancaq  bu,  tamam  keçmir,  yəni  subfebril  temperatur  qalır,  uşaq  çəkisinin  artımı  dayanır,  o,  bir 
qədər  əsəbi  olur,  bu  zaman  EÇS,  leykositlər  aşağı  düşür,  limfositlərin  sayının  artımı  nəzərə 
çarpır. Morfoloji dəyişikliklərə uyğun olaraq ilkin vərəm kompleksinin rentgenoloji dinamikasi 4 
mərhələdən  ibarətdir:  1)  pnevmonik;  2)  sorulma;  3)  bərkimə;  4)  kalsinasiya,  Qon  ocağının 
formalaşması. 
Prosesin başlanğıc şəklini pnevmonik mərhələyə aid etmək olar. Bu mərhələnin adi, qeyri-
spesifik iltihaba oxşarlıqla bağlıdır, diaqnostik əla-mətləri kliniki, immunoloji müayinələrdə və 
dinamikada  aşkar  olunur.  Antibakterial  terapiyanın  fonunda  belə  rentgenoloji  dəyişikliklər 
dinamikada  2-3  aya  və  artıq  bir  dövrdə  üzə  çıxa  bilər.  Kalsinasiya  və  çapıqlaşma  fazası  orta 
hesabla  8-10  aydan  sonra  baş  verir.  Prosesin  başa  çatmasına  qədər  ağırlaşmamış  gedişə  malik 
ilkin  vərəm  kompleksinin  bipolyarlığı  görünür.  Bu  halda  kompleksin  ayn-ayn  komponentləri, 
yəni  ciyər  kökündə  limfa  düyünlərinin  böyüməsi  və  ağciyər  toxumasının  pnevmonik  şəkli 
görünür.  Bipolyarlıq  prosesin  involyusiyasının  başlanğıcına  dəlalət  edir.  Bipolyarlığın 
formalaşmasına əsas səbəb kompleksin komponentlərinin, perifokal infiltrasiyanın və limfangitin 
öz  yolu  boyu  sorulmasının  başlanmasıdır.  Limfangit  daha  əvvəl  sorulmağa  başlayır.  Bu  zaman 
ilkin  sətəlcəmi  və  ağciyər  kökündə  (noduylar  komponent)  2  qütbü  ayrı-ayrılıqda  görmək 
mümkün olur. Bu iki qütb bir qədər yayılmış xətti kölgələrlə, periferik limfangit və prosesə cəlb 
olunmuş  peribronxial  və  perivaskulyar  aralıq  toxuma  vasitəsilə  limfangitlə  birlikdə  görünür. 
Prosesin  ortadan  sorulması  diaqnostik  əlamət  olaraq  ilkin  vərəm  kompleksi  üçün  daha 
xarakterikdir.  Bu  tipli  sorulma  qeyri-spesifik  sətəlcəm,  yaxud  da  ağciyərin  infiltrativ  vərəmi 
üçün  xarakterik  deyil.  Beləliklə,  bipolyarlıq  mərhələsinin  rentgen  diaqnostikası  kompleksin 
komponentlərinin ayrı-ayrılıqda görünməsinə əsaslanır. 
İlkin  vərəm  kompleksinin  ağırlaşmamış  formalarının  gedişi  effektli  müalicə  nəticəsində 
ağciyər ocağı ətrafında  sorulur, kiçilməkdə davam edir və tam yox ola bilir. Başqa hallarda ilkin 
vərəm  fokusu  (pnevmonik  fokusu)  lokal  məhdud  skleroz,  yaxud  da  indurasiya  sahəsi  kimi 
formalaşır.  İnkişaf  etmiş  kazeoz  nekrozun  isə  perifokal  iltihabı,  proses  sorulduqdan  sonra 
bərkiməsi  baş  verir,  məhdudlaşır  və  kalsinasiya  ilə  nəticələnir.  Bu  prosesin  yekun  fazası 
rentgenoloji  müayinə  zamanı  Qon  ocağı  kimi  görünür.  Qon  ocağı  xırda  mozaikalı,  dənəcik 
strukturlu kirəcləşmədən ibarətdir və klinik-rentgenologiyada onu tutla müqayisə edirlər. İri Qon 
ocaqları  (1  sm-dən  böyük)  ilkin  tuberkuloma  kimi  qiymətləndirilir.  Bu  mərhələ  kirəcləşmə 
mərhələsi  kimi  qəbul  olunur.  Pnevmonik  bipolyar  və  Qon  ocağı  (kalsinasiya)  mərhələləri  əsas 
etibarilə  prosesin  rentgenoloji  aspektdən  qiymətləndirilməsidir.  Bu  zaman  pnevmonik  mərhələ 
infiltrasiya fazasına uyğundur. Bipolyar mərhələnin başlanğıcı da aktiv fazaya uyğundur, ancaq 
nisbi  stabilləşmədə  lokal  dəyişikliklərin  kliniki  əlamətləri  nəzərə  alınmaqla  sorulma  fazasına 
uyğun  gəlir.  Sonra  isə  bərkimə  fazası,  kalsinasiyanın  sonuncu  mərhələsi  (Qon  ocağı)  olan 
kirəcləşmə  də  həmin  fazaya  aiddir.  İltihabi  proseslərin  involyusiyası  döş  qəfəsi  limfa 


40 
 
düyünlərində  də  baş  verir.  Zədələnmə  sahəsində  ağciyər  kökünün  həcmi  kiçilir,  onun  struktur 
elementləri  daha  aydın  görünür.  Eyni  zamanda  kökün  ayrı-ayrı  sahələrində  sklerozun 
formalaşması  elementlərini  və  periferik  limfa  düyünlərində  hissəvi  kalsinasiyanı  ayırd  etmək 
mümkün olur. 
Uşaq  və  yeniyetmələrdə  kirəcləşmənin  aşkar  olunması  əsaslandırılmamış  vərəmin 
hiperdiaqnostikasına  gətirib  çıxarır.  Belə  ki,  təcrübədə  о  qədər  də  əsaslandırılmamış  bir  fıkir 
formalaşmışdır  ki,  kirəcləşmə  döş  qəfəsi  boşluğunda,  bir  qayda  olaraq,  vərəm  mənşəlidir.  Ona 
görə  də  ağciyərlərdə  və  eləcə  də  döş  qəfəsi  daxili  limfa  düyünlərində  kirəcləşmənin  şəklini 
qiymətləndirərkən  kalsinasiya  əlamətlərinin  polietioloji  olduğunu  nəzərə  almaq  lazımdır. 
Kirəcləşmənin  əmələ  gəlməsi,  kirəcin  çökməsi  qeyri-vərəm  mənşəli  proseslərdə  də  baş  verə 
bilər. Ağciyər toxumasında və döş qəfəsi  limfa düyünlərində kalsinasiya  sahəcikləri xoşxassəli 
şişlərdə  (qamartomalar),  bədxassəli  şişlərdə  (osteogen  sarkoma  metastazlan  və  s.)  göbələk 
xəstəliklərində, angilonoz anevrizmalarda, divar aralığının şişləri və kistalarında (teratodermoid 
kista,  döş  qəfəsi  daxili  zob  və  s),  bəzi  sistem  zədələnmələrinin  xoşxassəli  gedən  mediastinal 
formasında  (sarkoidoz),  parazitar  kistalarda,  posttravmatik  dəyişikliklərdə,  daha  nadir  sistem 
xəstəliklərində,  kollagenozlar  və  digər  etiologiyası  məlum  olmayan  proseslərdə  (nekrolitiaz  və 
osteofütrasiyalı pnevmopatiyada) əmələ gələ bilir. 
Differensiasiya  zamanı  kirəcləşmənin  şəklinə  fikir  vermək  lazımdır.  Qeyri-vərəm  mənşəli 
kirəcləşmə nadir hallarda xırda mozaikalı xal-xal olur, adətən qar kimi lopa-lopa olur. Döş qəfəsi 
daxili  limfa  düyünlərindəki  kalsinatların  xarakteristikası  ilə  bağlı  klinik  əlamətlər  də  nəzərə 
alınmalıdır.  Düzgün  və  vaxtında  başlanmış  antibakterial  terapiyadan  2-4  ay  sonra  rentgenoloji 
olaraq  iltihabi  proseslərin  sorulması  aydın  görünməyə  başlayır.  Sonrakı  6-8  ay  ərzində  ilkin 
kompleksin  komponentləri  bərkimə  və  kalsinasiya  həddinə  gəlib  çıxır.  Bu  mərhələlərdə 
intoksikasiya  əlamətləri  yox  olur,  bədən  çəkisi  normallaşır,  hemoqramma  göstəriciləri, 
proteinoqramma  və  ümumi  vəziyyət  yaxşılaşır.  Başlanğıcda  tuberkulinə  qarşı  hiperergik 
reaksiyasi  olanlarda  onun  normallaşması  nəzərə  çarpır
.
  Periferik  limfa  düyünlərinin  ölçüləri 
azalır, bərkiyir, auskultativ və perkutor əlamətlər normallaşır. Yuxarıda qeyd etdiyimiz kimi, döş 
qəfəsi  limfa  düyünlərində  iltihabi  proseslər  uzun  müddət  qalır.  Müalicə  fəsadsız  davam  et-
dirilərsə, tam sağalma ilə başa çatır. 
Ağciyərlərdə tək-tək kalsinatların (Qon ocağının) aşkar olunması zamanı prosesin aktivliyini 
müəyyən etmək üçün ancaq traxeobronxial müayinələr aparmaqla və yaxud da dolayı əlamətlərlə 
aktiv  prosesin  olub-olmadığımı  təsdiqləmək  lazımdır.  Belə  xəstələrdə  döş  qəfəsi  daxili  limfa 
düyünlərinin  böyüməsi  üçün  xas  olan  bəzi  endobronxial  dəyişikliklər  aşkar  etmək  olar: 
Qığırdaqların  arasının  hamarlanması,  traxeyanın  bifurkasiya  bucağının  bir  qədər  genəlməsi  və 
dairəvi şəkil alması, baş və pay bronxları keçəcəklərinin bir qədər genəlməsi və bəzi hallarda isə 
spesifik prosesin aktivliyinə dəlalət edən məhdud kataral endobronxit. 
Gec  aşkar  olunmuş  ilkin  vərəm  kompleksinin  aktiv  zonasında  və  döş  qəfəsi  limfa 
düyünlərində  inkişaf  etmiş  kazeoz  dəyişikliklər  olursa,  müalicənin  nəticəsi  olaraq  kalsinatların 
formalaşması nəzərə çarpır. Müasir zamanda başqa nəticə də gözləmək olar. Makroorqanizmin 
reaktivliyi dəyişərkən və onun rezistentliyi qalxarkən ilkin affektin yerində tuberkuloma yarana 
bilər.  Bu  infiltrativ  perifokal  prosesin  sorulması,  bərkiməsi  və  ilkin  affektin  inkapsulyasiyası 
nəticəsində əmələ gəlir. 
Adətən  ilkin  vərəm  kompleksini  qeyri-spesifik  sətəlcəmlə  differensiasiya  etmək  lazımdır. 
Uşaqlarda və yeniyetmələrdə spesifik və qeyri-spe-sifik iltihabi proseslər rentgenoloji cəhətdən 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə