Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə10/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   6   7   8   9   10   11   12   13   ...   137

21 
 
Diaskintestin  və  Mantu  sınaqlarında  istifadə  olunan  preparatların  tərkib  hissələrinin  fərqli 
olduğundan bu sınaqlar vərəm infeksiyası ilə əlaqədar iki fərqli aspekti müəyyən edir: 
Müsbət Mantu sınağı tuberkulinin pasiyentin orqanizmi üçün tanış olduğunu müəyyən edir, 
bu  da  öz  növbəsində  pasiyentin  vərəm  infeksiyası  ilə  təmasda  olmasını,  yenicə  KJB  peyvəndi 
aldığını,  və  ya  qeyri  patogen  mukobakteriyalarla  yoluxmasını  göstərir  ki,  bu  hallar  zamanı 
spesifik müalicəyə ehtiyac yoxdur. Qeyd olunan son iki hal “yanlış müsbət” adlanır. 
Mantu  sınağından  fərqli  olaraq  Diaskintest  pasiyentin  orqanizmində  patogen  vərəm 
törədicilərinin  aktiv  çoxalma  prosesində  ifraz  etdikləri  zülalı  müəyyən  edir  və  müvafiq  müsbət 
reaksiya əldə olunur.  
Bir qədər dəqiq desək: Diaskintest pasiyentin vərəmə yoluxduğunu və ya artıq vərəm xəstəsi 
olduğunu daha dəqiq müəyyən edir.  
Diaskintestin  KJB  peyvəndi  ilə  əlaqədar  ləng  tipli  hiperhəssaslıq  yaratmadığını  nəzərə 
alaraq,  xəstədə  eyni  zamanda  hər  iki  saiddə  Mantu  sınağını  və  diaskintesti  də  aparmaq 
mümkündür  (və  ya  daha  sonra).  Sınaqlar  arası  intervalın  əhəmiyyəti  yoxdur,  belə  ki,  hər  iki 
müayinə dəri sınağıdır, peyvənd deyil. Bununla yanaşı, əgər Mantu sınağının nəticələrinə əsasən 
viraj  təyin  edilirsə,  diaskintestin  mənfi  nəticəsi  bu  diaqnozu  inkar  etmir.  Bu  halda  mənfi  test 
nəticəsi  xaricdən  daxil  olmuş  patogen  agentə  qarşı  orqanizmin  fəal  və  uğurlu  mübarizə 
apardığını və xüsusi müalicəyə ehtiyacın olmadığını bildirir. Mütbət test izoniazidlə profilaktik 
müalicəyə başlamaq üçün göstərişdir.  
Üstünlükləri 
Mantu sınağı ilə müqayisədə Diaskintestinin üstünlükləri: 

 
Dəqiq  nəticə  əldə  etməyə  imkan  verir  və  KJB  peyvədi  almış  və  ya  qeyri-patogen 
mikobakterilarla  yoluxmuş  xəstələrdə  müşahidə  olunan  yanlış  müsbət  sınaq  nəticələrini 
fərqləndirməyə imkan verir.  

 
Yüksək  həssaslığa  malikdir:  vərəm  xəstələri,  vərəmlə  yoluxmuş  və  yaxın  müddətdə 
vərəmlə  xəstələnə  biləcək  şəxslərdə  diaskintest  müsbət  nəticə  verir.  Diaskintestin  həssaslığı  bu 
hallarda 90%, Mantu sınağının həssaslığı isə 50 – 70% -dir. 

 
Vərəm  əleyhinə  müalicənin  effektivliyini  qiymətləndirməyə  imkan  verir:  vərəm 
infeksiyasından sonra sağalmış şəxslərdə diaskintestin nəticələri mənfidir.  

 
Diaskintesti aparılması üçün maddələr gen modifikasiyasına uğramış bağırsaq çöpündən 
alındığından xəstədə vərəm infeksiyasının yaranması mümkün deyil.  
Beləliklə, bu test-sistemindən latent vərəmin aşkar edilməsi üçün digər müayinə üsulları ilə 
birgə istifadə tövsiyə edilib: 

müsbət  Mantu  sınağından sonra, əlavə olaraq, həkim-ftiziatr müayinəsi  üçün  yönəldilmiş 
uşaqların skrinini məqsədilə;  

 kontakt qruplarının müayinəsində

 miqrantların müayinəsində; 

tibb işçilərinin vərəmə dair skrininqi zamanı istifadə oluna bilər. 
 


22 
 
VƏRƏMİN DİAQNOSTİKASINDA BAKTERİOLOJİ DİAQNOSTİKA ÜSULLARI 
 
Vərəmin törədicisinin xüsusiyyətləri 
   Vərəm xəstəliyi üç növ mikobakteriya-təqribən 90% hallarda Mycobacterium tuberculosis, 
5% hallarda Micobacterium bovis, 5% hallarda isə Mycobacterium africanum ilə törədilir. 
  Vərəmin  törədiciləri  –Mycobacterium  tuberculosis  Mycobacteriaceae  fəsiləsinə  aid  olub 
1882-ci  ildə  R.Kox  tərəfindən  kəşf  edilmişdir.  O,  çöpvari  bakteriyalara  aiddir.  Onun  uzunluğu 
0,4-5,5  mkm,  eni  isə  0,2-0,5  mkm-dir.  Obliqat  aerobdur.  Qram  usulu  ilə  boyadıqda  çox  zəif 
Qram 
müsbətdir. 
Hüceyrə 
divarında  çoxlu  miqdarda  peptidoqlikan-arabinoqalaktan 
kompleksindən  ibarət  çoxlu  miqdarda  lipidlərin  və  mumların  olması  ilə  əlaqədar  olaraq  o, 
turşuya və spirtə davamlıdır. Buna görə də mikobakteriyalar anilin boyaları ilə yaxşı boyanmır. 
Buna  görə  də  Mikobakteriyalar  Sil-Nilson  üsulu  ilə  boyanır.  Bu  üsulla  boyadıqda 
mikobakteriyalar  mavi  fonda  qırmızı  rəngdə  tək-tək  və  ya  V  rəqəmini  xatırladan  bir  neçə 
hüceyrədən ibarət kiçik yığınlar şəklində yerləşmiş çöp şəklində görünür. 
   Süni  qidalı  mühitlərdə  çöpvari,  eləcə  də  kokkabənzər  və  sapşəkilli  formalara  rast  gəlinir. 
Eyni kulturda düz, əyilmiş, kolbaşəkilli, eləcə də çox kiçik-bakterial filtrlərdən süzülə bilən Mux 
dənələri  formasında  ola  bilər.  Müxtəlif  amillərin  təsirindən  həmçinin  L-formalara  çevrilə  bilər. 
Hərəkətsizdir, spor və kapsul əmələ gətirmir, mikrokapsula malikdir. 
   Vərəm  çöplərinin  fərqləndirici  kultural  xassələri  onun  qidalı  mühitlərə  tələbkarlığı  və 
tədricən inkişaf etməsidir. İnkişaf və çoxalma, əsasən, ikiyə bölünmə və ya daha mürəkkəb olan 
tumurcaqlanma yolu ilə baş verir. Kulturada yavaş inkişaf etməsinə səbəb M.tuberculosis-in çox 
gec, təqribən 18-32 saatdan bir bölünməsidir. 
  M.tuberculosis  pH  5,8-7  olan  qidalı  mühitlərdə,  37-38˚C-də  temperaturda  kultuvasiya 
edilir.  Qliserin  onun inkişafını  stimullaşdırır,  ona görə  də qliserinli  bulyonda kultivasiya etmək 
mümkündür.  Hazırda  M.tuberculosis-in  kultivasiyası  üçün  bir  çox  mühitlərdən  istifadə  edilir. 
Yarımsintetik  aqarlı  mühitlər  Middlebrook  7H10  və  7H11,  selektiv  mühitlərdən  Levenşteyn-
Yensen, Finn-II, Kuddon və Aqava mühitləri vərəm çöpləri üçün yaxşı qidalı mühitlərdir. 
  Maye qidalı mühitdə vərəm çöpləri çox tez, 5-7 gündən sonra krem rəngli ərp kimi bitir, bu 
ərp  altında  qidalı  mühit  şəffaf  qalır  və  tez  də  DHT-nin  aparılması  mümkündür.  Ancaq  belə 
mühitlərdə kontaminasiya daha çox olur. 
  Bərk qidalı mühitdə M.tuberculosis R – və S – koloniyalar əmələ gətirir. R-koloniyalar 15-
20 gündən sonra mərkəzi qabarmış gül kələmini xatırladan, krem rəngli quru ərp şəklindədir.  
  M.tuberculosis  zəif  biokimyəvi  fəallığa  malikdir.  Onun  tərkibində  aminotransferaza, 
esteraza,  treqallaza  və  amilaza  tipli  fermentlər  aşkar  olunmuşdur.  Katalaza  və  peroksidaza 
fermentləri  xüsusi  maraq  doğurur.  Belə  ki,  M.tuberculosis-in  virulentliyi  və  izonikotin 
turşusunun hidrazidləri qrupundan olan dərman preparatlarına (izoniazidə) qarşı davamlılığı bu 
fermentlərlə  (KatG  geninin  fəaliyyəti  ilə)  əlaqədardır.  Vərəm  törədicilərinin  izoniazidə  həssas 
ştammları  yüksək, izoniazidə davamlı  ştamlar isə zəif katalaza və peroksidaza fəallığına malik 
olurlar.  Vərəm  törədicilərində  katalaza  termolabil  olmaqla  60˚C  temperaturda  30  dəq. 
müddətində  inaktivləşir.  Lakin  şərti-patogen  və  saprofit  mikobakteriyalarda  bu  ferment 
termostabildir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə