19
toksik deyil, sensibilizasiya yaratmaq qabiliyyətinə malik deyil, təhlükəsizdir. Spesifikdir və bu
səbəbdən də geniş klinik tətbiq üçün tövsiyə edilir.
İstifadəyə göstərişlər
Vərəmin diaqnostikası üçün hazırda istifadə olunan dəri içi müayinə üsulları (Mantu sınağı
və daskintesti) eyni prinsip əsasında təsir göstərir.
Diaskintestinin təsir mexanizmi orqanizmdə vərəm mikobakteriyasına qarşı mövcud
spesifik hüceyrə immun reaksiyasına əsaslanır. Vərəm infeksiyası
olan şəxslərdə Diaskintestin
yeridilməsi spesifik dəri reaksiyasına səbəb olur ki, bu da LTHH-nin təzahürüdür.
Diaskintest bütün yaş qruplarından olan pasiyentlər arasında vərəmin diaqnostikası, vərəm
prosesinin aktivlik dərəcəsi və yüksək risk qrupuna aid olan xəstələr arasında aktiv vərəmin
inkişaf riskini qiymətləndirmək üçün istifadə olunur.
Diaskintest - vərəmin diferensial diaqnostikası, infeksion və postvaksinal allergik
reaksiyanın (ləng tipli hiper həssaslıq reaksiya), həmçinin vərəm əleyhinə müalicənin
effektivliyinin digər üsullarla birgə kompleks qiymətləndirilməsində istifadə olunur.
Buraxlış forması: 1,2 ml (12 doza) və ya 3 ml (30 doza) olmaqla, rezin qapaqla bağlanmış,
üzəri ilk istifadəyə nəzarət üçün aliminium-plasit üzlüklə örtülmüş şüşə flakonlarda istehsal
olunur. Qutuda 1 və ya 5 flakon, xanəli qablaşmada, istifadəyə dair təlimatla birgə istehsal
olunur.
Diaskintest aşağıdakı hallarda istifadə oluna bilər:
-
vərəm əleyhinə müəssisələrə daha ətraflı müayinə üçün yönəldilmiş xəstələrdə spesifik
prosesin
mövcudluğunu təyin etmək üçün;
-
vərəmə münasibətdə epidemioloji, tibbi və sosial faktorlara əsasən yüksək risk qrupuna aid
olan şəxslərdə vərəmin diaqnostikası məqsədilə;
-
kütləvi tuberkulindiaqnostika nəticələrinə əsasən ftiziatra əlavə müayinə üçün yönəldilmiş
xəstələrdə istifadə olunur.
Testin aparılma qaydaları
Diaskintest üçün inyeksiya Mantu sınağında olduğu kimi, yalnız dəri içi, saidin orta üçdə
birinə, nazik inynə ilə aparılır. Tərkibində test üçün məhlul olan flakon açıldıqdan sonra 2 (iki)
saat müddətində yararlıdır. Birdəfəlik doza 0,1 ml təşkil edir. Sınaq oturaq vəziyyətdə aparılır.
Saidin orta üçdə birinin iç səthi 70% etil spirti ilə təmizləndikdən sonra, dartılmış dərinin üst
qatına paralel olaraq d/i 0,1 ml preparat yeridilir. Sınaq qoyularkən adətən dəri üzərində ağ,
“limon qabığı”na bənzər hündürlük – 7-10 mm həcmində papula əmələ gəlir. Anamnezində qeyri
spesifik allergiya halları qeyd olunan pasiyentlərə, testdən 5 (beş) gün öncə və testdən sonrakı 2
(iki) gün ərzində desensibilizasiyaedici dərman vasitələrindən istifadə tövsiyə edilir.
Diaskintest - dəri içi inyeksiya qaydası və reaksiyanın qiymətləndirilməsi
20
Diaskintestin nəticələrinin qiymətləndirmə qaydaları
Diaskintestinin nəticələri inyeksiyadan 72 saat sonra müayinə edilir. Həkim qızartı
(hiperemiya) sahəsinin diametrini (şəffaf mm-lik xətkeş vasitəsi ilə) və bərkliyini (papulanın)
ölçülərini müayinə edir.
Diaskin testinin nəticələri aşağıdakı kimi ola bilər:
Mənfi – inyeksiya sahəsində qızartı
və ya bərklik yoxdur;
Şübhəli – İnyeksiya sahəsində yalnız qızartının olması və ya 2-4 mm kiçik şişkinliyin
olması;
Müsbət – İnyeksiya sahəsində 5 mm və ya daha böyük şişkinliyin olması;
Hiperergik: İnyeksiya sahəsində 15 mm və ya daha böyük şişkinlik olduqda, həmçinin,
inyeksiya səthində kiçik qovuqcuqlar və ya inyeksiya sahəsində digər dəyişikliklər olduqda,
dirsək və qoltuq altı limfa düyünlərinin şişkinliyi müşahidə edildikdə;
Diaskintestə mənfi cavab aşağıdakı hallarda müşahidə edilir:
VMB-yə yoluxmamış şəxslərdə;
yoluxmanın ilkin
mərhələsində olan şəxslərdə;
yoluxmuş, lakin qeyri-aktiv vərəm infeksiyası olan şəxslərdə;
vərəmlə xəstə olmuş, lakin vərəm səbəbli klinik, rentgen-tomoqrafik, instrumental,
laborator müayinələrin nəticələrində müsbət dinamika müşahidə olunan şəxslərdə;
vərəm infeksiyasından sağalmış şəxslərdə;
ağır gedişli, aydın immunpatoloji dəyişiklərlə müşahidə edilən şəxslərdə.
Əks göstərişlər və digər dərman vasitələri ilə birgə istifadə
Diaskintest yüksək hərarətlə müşahidə olunan (vərəmə şübhə yarandığı hallar istisna
olmaqla) infeksion xəstəliklərin kəskin dövründə və xroniki xəstəliklərin kəskinləşmə
dövrlərində aparılmamalıdır; somatik xəstəlikərin kəskinləşdiyi dövrdə; yayılmış dəri xəstəlikləri
zamanı; allergik vəziyyətlərdə; epilepsiya zamanı
Diaskintest profilaktik vaksinasiya (KJB istisna olmaqla) nəticələri qiymətləndirildikdən
sonra sağlam şəxslərə aparıla bilər .
Şərhlər