Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə20/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   16   17   18   19   20   21   22   23   ...   137

41 
 
olduqca  oxşardırlar.  Odur  ki,  geniş  kliniki,  rentgenoloji,  laborator  və  bronxioloji  müayinələr 
aparmaqla bunu differensiasiya etmək olar. 
İlkin vərəm kompleksinin infiltrasiya fazasında özünü seqmentit, yaxud lobit kimi göstərən 
birincili  affekti  qeyri-spesifik  proseslə  differensiasiya  etmək  lazımdır.  Destuaktiv  dəyişikliklər 
ağciyər  komponentində  yaranarkən  bunu  stafilokokk  sətəlcəmi,  ağciyərin  absesi  və  nadir 
hallarda yoluxmuş kistalarla differensiasiya etmək lazımdır. 
Uzun  sürən  seqmentar  sətəlcəmlərə  müasir  şəraitdə  tez-tez  rast  gəlinir  və  bunlarınm  geri 
sorauması bəzən 3-8 aya qədər çəkir, yəni belə gecikmiş seqmentar qeyri-spesifik sətəlcəmlərin 
müalicə  olunmaq  imkanları  var.  Seqmentar  sətəlcəmin  etiologiyasında  aparıcı  rolu  respirator 
virus  infeksiyası  -  adenoviruslar  oynayır,  boəi  hallarda  isə  qızılca,  göyöskürək,  sepsis  və  digər 
xəstəliklər  ağırlaşdıra  bilir.  Seqmentar  sətəlcəm  bakterial  da  ola  bilir,  yəni  streptokokk, 
stafilokokk,  Fridlender  çöpləri,  pnevmokokklar  tərəfindən  törədilə  bilir.  Kəskin  seqmentar 
sətəlcəmin  yubanmış  forması,  əsas  etibarilə  tez-tez  respirator  xəstəliklərə  tutulan  və  xroniki 
burun-boğaz  infeksiya  ocaqları  olan  uşaqlarda  rast  gəlinir  (tonzillit,  adenoidit,  haymorit  və 
allergik xəstəliklər). Bir sıra hallarda uzun çəkən seqmentar sətəlcəm ilkin vərəm kompleksi ilə 
klinik-rentgenoloji  cəhətdən  çox  oxşar  olur.  Hər  iki  xəstəlikdə  kliniki  əlamətlər  bir  qədər  az 
müşahidə  olunur  və  bir-birinə  oxşar  seqmentar  lokalizasiyalı  prosesə  döş  qəfəsi  daxili  limfa 
düyünlərinin qoşulması müşahidə olunur. Ona görə də fərqləndirici əlamətləri aşkar etmək üçün 
tuberkulinə  qarşı  həssaslığı  bu  xəstələrdə  dinamikada  aşkar  etmək  lazımdır.  Qeyri-spesifik 
seqmentar  sətəlcəmə  tutulmuş  uşaqlarda  postvaksinal  dövrdə  (bu  uşaqlar  həm  də  verəmə 
yoluxmuş uşaqlardısa) bəzi problemlər yaranır. Belə ki, ya postvaksinal allergik reaksiya olaraq, 
ya  da  uşaq  həm  də  vərəm  infeksiyasına  yoluxduğuna  görə  tuberkulin  sınağının  müsbət  olması 
diaqnozun  müəyyənləşdirilməsində  bir  qədər  çaşqınlıq  yarada  bilir.  Belə  uşaqlarda  tez-tez 
respirator  xəstəliklərin  olması  və  seqmentar  sətəlcəmin  kəskin  başlanması,  vərəm  üçün 
xarakterik intoksikasiyanın uyğun gəlməməsi, adətən, qeyri-spesifik sətəlcəm üçün xarakterikdir. 
İlkin  vərəm  kompleksi  üçün  xəstəliyin  yavaş-yavaş  inkişaf  etməsi,  intoksikasiya  əlamətləri 
çatışmazlığının  rentgenoloji  olaraq  pay  vo  seqmentar  spesifik  vərəm  prosesinin  olduğu, 
temperaturun  çox  yüksək  qalxdığı  halda  belə  xəstə  uşağın  özünü  bir  qədər  yaxşı  hiss  etməsi 
əlamətdardır.  Sətəlcəm  zamanı  öskürək,  döş  qəfəsində  ağrı,  bəzən  bəlğəmin  həddən  artıq  çox 
olması  qeyri-spesifik  sətəlcəm  üçün  xarakterikdir.  Fiziki  müayinə  zamanı  ilkin  vərəm 
kompleksində perkutor dəyişikliklər auskultatik dəyişikliklərdən daha qabarıqdır. Qeyri-spesifik 
sətəlcəm üçün auskultativ dəyişikliklər, müxtəlif ölçülü yaş xırıltılar, zəifləmiş tənəffüs fonunda 
bronxial  tənəffüsün  olması  xarakterikdir.  Qeyri-spesifik  proseslər  üçün,  xüsusilə  də  aşağı 
paylarda  poliseqmentar  dəyişikliklər  daha  çox  xarakterikdir.  Prosesin,  eyni  zamanda  bir  neçə 
seqmentdə  və  ikitərəfli  ol-ması  da  qeyri-spesifik  sətəlcəm  üçün  xarakterikdir.  Bronxioloji 
muayinələr zamanı qeyri-spesifik sətəlcəmdə bronxların selikli qişasının, adətən ikitərəfli diffuz 
şişkinliyi, hiperemiyası və bronx boşluqlarında selikli-irinli sekret müşahidə olunur. Müayinələr 
bir  nəticə  vermədikdə  qeyri-spesifik  sətəlcəmə  qarşı  aparılan  geniş  spektrli  antibakterial 
dərmanlarla  ”ex  juvantibus”  müalicə  diaqnozun  müəyyənləşdirilməsi  üçün  çox  mühüm  rol 
oynaya bilir. 
 
FRİDLENDER SƏTƏLCƏMİ 
Rentgenoloji olaraq geniş, bəzən çoxsaylı, bir və ikitərəfli infiltrativ fokuslar aşkar olunur. 
Ən  çox  sağ  ağciyərin  yuxarı  payı  zədələnir  -  həcm  artır,  bazal  sərhədlər  bir  qabırğa  aşağıda 
görünür,  divar  aralığı  əks  tərəfə  sürüşmüş  olur.  Reaktiv  adenitlər  müşahidə  olunur.  Ciyər 


42 
 
kökünün  həcmi  genişlənir,  strukturu  pozulur,  konturları  dəqiqliyini  itirir.  Plevra  boşluğunda 
maye  müəyyən  etmək  olar,  eksudat  tünd  qırmızı  rəngdə  olur,  klebsiella  nəslindən  mikroblar 
aşkar olunur. 
Fridlender  sətəlcəmi  bütün  sətəlcəmlərin  çox  ağır  formasıdır.  Adətən  kəskin  başlayır, 
intoksikasiya əlamətləri və tənəffüs pozğunluqları ilə müşahidə olunur. Öskürək güclü və ağrılı 
olur,  bəlğəm  qan  qarışığı  ilə  və  yanmış  ət  iyi  verir.  Fizikal  müayinənin  nəticeləri  xəstəliyin 
ağırlıq  vəziyyəti  ilə  uyğun  gəlmir.  Bədən  hərarəti  çox  yüksək  olmur.  Vərəmdən  fərqli  olaraq 
Fridlender  sətəlcəmi,  adətən,  xoşagəlməz  lokal  dəyişikliklərlə  xarakterizə  olunur.  Sürətlə 
boşluqlar formalaşır, onların boşalması baş verir və nazik divarlı boşluqlara çevrilir. Belə sürətli 
dinamika  ilkin  vərəm  üçün  xarakterik  deyil.  İkitərəfli  reaktiv  adenit  və  ağciyərlərin 
zədələnməmiş nahiyələrində damar hiperemiyası da vərəm üçün xarakterik deyil. 
 
STAFİLOKOKK SƏTƏLCƏMİ 
Ağır gedişi və destruksiyaya çox meylli olması ilə seçilir. Xəstəlik, adətən kəskin respirator 
virus infeksiyası fonunda əmələ gəlir və qabarıq intoksikasiya əlamətləri ilə xarakterizə olunur. 
Bədən temperaturu febril göstəricilərə qədər qalxır, öskürək, təngnəfəslik əmələ gəlir, xəstə uşaq 
çox zəif olur, bəyaz olur, yeməkdən imtina edir, qusmalar və ishal ola bilər. Stafılokokk sətəlcəm 
geniş zədələnmə ilə xarakterizə olunur. Əksər hal-larda irinli bronxit, irinli plevrit və içərisində 
maye  olan  havalı  boşluqlar  əmələ  gəlir,  klapan  mexanizmi  olduğuna  görə  bronxlarda  bu 
boşluqlar  çox  böyük  ölçülərə  çata  bilir.  Rentgenoloji  olaraq  stafilokokk  sətəlcəm  ən  çox  sağ 
ağciyərdə  qeyri-homogen  kölgələrlə  başlayır,  qeyri-hamar  konturları  ilə  seçilir  və  tezliklə 
böyüyür. Əlamətlər triadası xarakterik və məşhurdur: - infiltrasiya fokusları, dairəvi parçalanma 
boşluqları, plevral eksudat. 
İlkin  vərəm  hal-hazırda  tam  sağalma  ilə  nəticələnir.  Limfa  düyünlərində  və  ağciyərlərdə 
qalıq  dəyişikliklər  ya  aşkar  olunmur,  ya  da  məhdud  pnevmofibroz,  mikrokalsinatlar,  çox  nadir 
hallarda isə yayılmış pnevmo-sirroz və iri kalsinatlar müşahidə olunur. İlkin vərəm kompleksinin 
yaranmasını vərəm xəstəliyinin başlanğıc forması kimi qəbul etmək düzgün deyil. Yoluxmadan 
bilavasitə  sonra  vərəm  infeksiyasının  orqanizmə  daxil  olma  yolundan  asılı  olmayaraq 
orqanizmdəo  bakteremiya  yaranır.  Bakteremiya  dövrü  həmin  intoksikasiya  əlamətləri  ilə 
müşahidə oluna bilər. Bu dövrdə, adətən uşaqlarda və yeniyetmələrdə ilk dəfə müsbət tuberkulin 
sınaqları  müşahidə  olunur.  İlkin  vərəm  infeksiyası  əksər  hallarda  sağalma  ilə  başa  çatır,  ancaq 
orqanizm bütün hallarda ömrü boyu vərəm mikobakteriyaları ilə yoluxmuş halda qalır və bu da 
vərəmə qarşı immuniteti qoruyub saxlayır. 
İlkin vərəm kompleks ağırlaşmalarsız da başa çata bilir, ancaq ağırlaşmaları da olur. Proses 
xoşxassəli gedərkən 2-3 həftə ərzində kəskin dövrdən sonra intoksikasiya əlamətləri yavaş-yavaş 
zəifləyir,  ağciyərlərdə  və  limfa  düyünlərində  iltihabi  dəyişikliklər  azalır.  İlkin  vərəm 
kompleksinin  ağırlaşmaları  əksər  hallarda  dalğavari  gedir.  Ağırlaşmaların  ən  çox  müşahidə 
olunan forması  plevritlərdir. Nadir hallarda hematogen, yaxud limfahematogen disseminasiya, 
ağciyər  komponentinin  parçalanması  və  ilkin  kavernanın  yaranması  baş  verir.  Limfagen 
səpələnmə ocaqları ən çox ağciyərin zirvəsində  müşahidə olunur.  Bərkimə və petrifikasiyadan 
sonra  yaranan  ocaqlara  Simons  ocaqları  deyilir.  Bundan  başqa,  ilkin  affekt  parçalana  bilər  və 
bunun  nəticəsində  ağciyərdə  çoxsaylı  boşluqlar,  yeni  kavernalar  yarana  bilər.  Spesifik 
ağırlaşmalarla  bərabər  ilkin  kompleks  bronxoekstazların,  atelektazın  əmələ  gəlməsi  ilə  də 
ağırlaşa  bilər.  Bunların  müalicəsi  üçün  bəzən  cərrahi  müdaxiləyə  ehtiyac  olur.  Əksər  hallarda 
ilkin vərəmin gedişi xoşxassəlidir. Proses sağalma ilə nəticələnir və müsbət tuberkulin sınaqları 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə