VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə16/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   12   13   14   15   16   17   18   19   ...   173

 
29 
milli  maliyyə  bazarlarıdır.  Onların  əsas  funksiyaları  maliyyə  fondlarını  təklif  edənlərdən  ehtiyacı 
olanlara səmərəli şəkildə verilməsini təmin etməkdir. Hər hansı bir ölkənin valyuta, kredit və maliyyə 
bazarlarında aparılan əməliyyatların əsas hissəsi bir qayda olaraq milli əməliyyatlardır. Yalnız onların 
müəyyən bir hissəsi beynəlxalq mahiyyət daşıyır.  
Hal-hazırda dünyanın 13 maliyyə mərkəzlərində xarici bankların 1000-dən çox filial və şöbələri 
toplanmışdır.  
Beləliklə,  dünya  maliyyə  axınlarını  idarə  edən  bir  alət  rolunu  oynayan  və  bütün  sutka  ərzində 
fəaliyyət göstərən beynəlxalq bazar mexanizmi formalaşmışdır.  
Son illərdə dünya valyuta, kredit və maliyyə bazarlarında sürətli qloballaşma prosesi gedir. Bir 
tərəfdən  bazarlar  genişlənir,  digər  tərəfdən  isə  bu  bazarlarda  beynəlxalq  əməliyyatların  xüsusi  çəkisi 
artır. Bununla dünya dövlətlərinin və şirkətlərin daxili bazarlardan asılılığı azalır.  
Sərhəddənkənar  bazarların  (cross-border  markets)  genişlənməsini  şərtləndirən  əsas  amil 
investorların qanun daxilində öz kapitallarını sərbəst olaraq milli sərhədlərdən kənara çıxara bilməsi, 
beynəlxalq  maliyyə  bazarlarının  milli  bazarlardan  daha  sərfəli  olmasıdır.  Bu  sərfəlilik  beynəlxalq 
bazarlarda  aparılan  əməliyyatların  genişliyi  (yəni  bu  bazarların  «topdansatış»  mahiyyətinə  malik 
olması)  və  daxili  bazarlarda  faizlərin  məhdudlaşdırılması,  vergi  və  digər  hökumət  müdaxilələrinin 
olması  ilə  əlaqədardır.  Rabitə  texnologiyasının  sürətli  inkişafı  beynəlxalq  maliyyə  əməliyyatlarına 
çəkilən xərcləri də ciddi azaltmışdır. Bütün bunlar isə daxili və xarici bazarlar arasındakı böyük fərqləri 
azaltmış və dünya maliyyə mərkəzlərinin yaranıb inkişaf etməsinə səbəb olmuşdur.  
Beləliklə,  məsələn,  ABŞ-ın  qiymətli  kağızları  dünyanın  hər  yerində  24  saat  ərzində  alınıb 
satılmaq imkanına malikdirlər.  
Beynəlxalq  maliyyə  bazarlarının  qloballaşması  dünya  maliyyə  mərkəzləri  və  şirkətləri  arasında 
qiymətli kağızlar sahəsində mövcud olan rəqabəti olduqca kəskinləşdirmişdir. Məsələn, əgər hər hansı 
bir  dövlət  milli  bazarda  qiymətli  kağızlar  üzrə  məhdudlaşdırıcı  tədbirləri  azaldırsa,  rəqabətə  davam 
gətirmək  üçün  digər  dövlətlər  də  məhdudlaşdırıcı  tədbirlər  görməyə  məcburdurlar.  Beləliklə,  maliyyə 
sisteminin  inkişafının  hərəkətverici  qüvvəsi  rəqabətdir.  Rəqabətin  yaratdığı  dinamik  güc  isə  maliyyə 
yenilikləri - innovasiyadır (innivation).  
Beynəlxalq  maliyyə  bazarlarında  qloballaşma  prosesləri  XX  əsrin  80-ci  illərində  yüksək  sürət 
almışdır.  Beynəlxalq  maliyyə  bazarlarında  qloballaşma  prosesinin  sürətlənməsi  aşağıdakı  amillərlə 
əlaqədardır:  
-  əvvəlcə  sənaye  ölkələrində,  sonralar  isə  inkişaf  etməkdə  olan  ölkələrdə  mal  və  kapital 
hərəkətlərini tənzimləyən qanunvericiliyin tədricən liberallaşdırılması;  
- rabitə və kompyuter texnologiyasının sürətli inkişafı və banklarda həmin texnologiyaların geniş 
tətbiqi;  
-  beynəlxalq  maliyyə  bazarlarında  digər  maliyyə  təşkilatlarının  da  banklarla  rəqabət 
mübarizəsinə daxil olması.  
Bretton-Vuds  valyuta  sisteminin  süqut  etdiyi  və  dünya  neft  böhranının  özünü  göstərdiyi  70-ci 
illərdə  beynəlxalq  maliyyə  bazarlarında  bankların  rolu  sürətlə  artmışdır.  Bretton-Vuds  sistemi  ləğv 
olunduqdan  sonra  bir  çox  ölkələr  sabit  məzənnə  siyasətindən  sərbəst  dəyişən  məzənnə  sisteminə 
keçdilər  və  valyuta  rejimlərini  dəyişdirərək  kapital  hərəkətlərini  məhdudlaşdıran  müddəaları 
yumşaltmağa  başladılar.  Neft  qiymətlərinin  qısa  müddət  ərzində  dörd  dəfə  artması  nəticəsində  neft 
ixrac  edən  ölkələrin  (OPEC)  əlində  külli  miqdarda  valyuta  ehtiyatlarının  toplanmasına  yol  açdı.  Bu 
ölkələr isə həmin ehtiyatları inkişaf etmiş sənaye ölkələri banklarında müxtəlif şəkildə yerləşdirdilər. Bu 
banklar isə astronomik rəqəmlərlə ifadə olunan həmin ehtiyatların dünya maliyyə bazarlarında yenidən 
yerləşdirilməsi  əməliyyatlarını  həyata  keçirməyə  başladılar.  Bütün  bunlar  beynəlxalq  maliyyə 
bazarlarının sürətlə genişlənməsini şərtləndirdi.  
80-ci  illərdə  kompyuter  və  rabitə  texnologiyasında  özünü  göstərən  sürətli  inkişaf  bank 
əməliyyatlarına  çəkilən  xərclərin  (maya  dəyərinin)  azalması  ilə  nəticələndi.  Bu  isə  bank 
əməliyyatlarının genişlənməsinə, sayının artmasına səbəb oldu. Bu bazarlarda banklarla yanaşı sığorta 
şirkətləri, pensiya fondları, investisiya institutlarına geniş fəaliyyət sahəsi açıldı.  
Beynəlxalq maliyyə inteqrasiyası (maliyyə inqilabının ikinci tərəfi) daxili və beynəlxalq maliyyə 
bazarları  arasında  mövcud  olan  maneələrin  aradan  qaldırılması  və  çoxtərəfli  əlaqələrin  inkişaf 
etdirilməsi  ilə  əlaqədardır.  Maliyyə  kapitalı  sərbəst  olaraq  heç  bir  məhdudiyyət  olmadan  daxili 
bazardan dünya bazarına doğru və əks istiqamətdə hərəkət edə bilir.  
Maliyyə inqilabının üçüncü tərəfi maliyyə yenilikləri, yəni yeni maliyyə alət və texnologiyalarının 
yaradılmasıdır. Bütün bunlar maliyyə sahəsində qloballaşmanı olduqca sürətləndirmişdir.  


 
30 
Valyuta  bazarı  öz  həcminə  görə  dünya  maliyyə  bazarının  ən  böyük  tərkib  hissəsidir.  O,  dünya 
maliyyə bazarının tərkib hissələrinin qarşılıqlı əlaqələrində mühüm rol oynayır.  
Məlum  olduğu  kimi,  siyasi  müstəqilliyin  ayrılmaz  atributlarından  biri  bütün  ölkələrin 
özünəməxsus pul vahidinə malik olmasıdır. Milli pul vahidləri hər ölkənin xüsusiyyətinə uyğun olaraq 
müxtəlif adlar daşıyırlar.  
Beynəlxalq  iqtisadi  əməliyyatların  daxili  iqtisadi  əməliyyatlarından  mühüm  fərqləndirici 
cəhətlərindən biri odur ki, bu əməliyyatlarda ən azı iki ölkənin milli pul vahidləri iştirak edir.  
 
Dünya maliyyə bazarları. (İştirakçılar və strukturu)  
 
Milli iştikarçılar 
Bazarların strukturu 
Beynəlxalq iştirakçılar 
Şirkətlər   
Valyuta bazarları, o 
cümlədən avrovalyuta 
bazarı 
Beynəlxalq şirkətlər, 
TMŞ  
Banklar və ixtisaslaşmış 
kredit maliyyə 
institutları, o cümlədən 
sığorta şirkətləri 
Borc kapitalı bazarı  
A) pul bazarı  
B) kapital bazarı  
V) avrobazar 
Beynəlxalq banklar, 
TMŞ-lər, İxtisaslaşmış 
kredit-maliyyə 
institutları, o cümlədən 
sığorta şirkətləri 
Fond və əmtəə birjaları. 
Dövlətlər.  
Fond bazarları, sığorta 
bazarları, qızıl 
bazarları  
Beynəlxalq fond və 
əmtəə birjaları, 
Beynəlxalq valyuta-
kredit və maliyyə 
təşkilatları  
 
Hər  bir  ölkənin  milli pul vahidi  adətən,  yalnız  həmin  ölkənin  milli  sərhədləri  daxilində  hərəkət 
edə  bilir.  Bu  baxımdan  ölkələrin  xarici  ölkələrlə  ticarət  və  maliyyə  əlaqələri  yarada  bilmələri  üçün 
onların  milli  pul  vahidləri  bir-birinə  dəyişdirilməlidir.  Onların  bir-birinə  dəyişdirilməsi  isə  valyuta 
bazarı vasitəsilə həyata keçirilir.  
  Valyuta bazarı beynəlxalq maliyyə sisteminin mərkəzi həlqəsidir. Əməliyyatların həcminə görə 
o  maliyyə  bazarının  bütün  digər  seqmentlərini  qabaqlayır.  Dünya  valyuta  bazarında  gündəlik 
sövdələşmələrin  həcmi  orta  hesabla  90-cı  illərin  ortalarında  1,  2  -1,  4  trln.  dollara  çatırdı.  Müqayisə 
üçün göstərmək lazımdır ki, dünya istiqraz bazarlarında gündəlik əməliyyatlar 500-700 milyard dollar, 
səhm bazarında isə 100-150 milyard dollar həcmindədir.  
Statistik  məlumatlara  görə,  dünya  valyuta  bazarlarında  valyuta  mübadiləsinin  gündəlik  həcmi 
orta  hesabla  1995-ci  ildə  2561,  5,  2000-ci  ildə  4072,  2  və  2006-cı  ildə  9173,  3  SDR  [bax:  əlavə  №16] 
təşkil etmişdir. Yalnız son on il ərzində valyuta mübadiləsi 36 dəfə artmışdır. Müqayisə üçün göstərmək 
lazımdır ki, Dünya Valyuta bazarları əməliyyatlarının ümumi həcmi 2000-ci illərin əvvəllərində dünya 
ticarətindən  30  dəfə,  məcmuu  milli  məhsuldan  isə  15  dəfə  çox  olmuşdur.  Həmin  dövrdə  valyuta 
əməliyyatlarının 656 mlrd. dollarını, yəni yarısından çoxu valyuta svapları, 387 mlrd. dolları isə spot 
əməliyyatlar təşkil etmişdir.  
C
ə
dv
ə
l № 1. 5 
Dünya valyuta bazarlarında gündəlik əməliyyatlar (cəmi və növlərinə görə) mlrd. dollar (aprel 
aylarının orta səviyyəsi)* 
 
 
 
1989 
1992 
1995 
1998 
2001 
Valyuta əməliyyatının növü  
317 
394 
494 
568 
387 
Spot əməliyyatları  
27 
58 
97 
128 
131 
Müddətli əməliyyatlar  
190 
324 
546 
734 
656 
Valyuta svopları  
56 
44 
53 
60 
26 
Qeydiyyat nöqsanları  
590 
820 
1. 190 
1. 490 
1. 200 
Əməliyyatların cəmi  
570 
760 
990 
1. 400 
1. 200 
2001-ci il aprel məzənnəsinə 
görə əməliyyatların cəmi 
 
 
 
 
 
* [304, səh. 82] 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə