VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə12/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   8   9   10   11   12   13   14   15   ...   173

 
21 
1. 2. Qloballaşma şəraitində yeni maddi mühitin və informasiya məkanının transformasiyası 
 
Tarixi inkişafın gedişi prosesində insan özü üçün istehsal alət və vəsaitləri daxil olmaqla cəmiyyət 
həyatının  maddi  əsasını  təşkil  edən  maddi  mühit  yaratmış  və  onu  inkişaf  etdirir.  XX  əsrin  ikinci 
yarısında  elmi-texniki  və  texnoloji  inqilabların  sürətlənməsi  nəticəsində  cəmiyyətin  maddi  həyatında 
yeni  keyfiyyət  dəyişiklikləri  baş  verdi.  Elm  bilavasitə  məhsuldar  qüvvəyə  çevrildi,  ön  plana  isə 
informasiya texnologiyaları çıxdı. Həyatın, demək olar ki, bütün sahələrində sıçrayış baş verdi. Abad 
mənzillərlə  zəngin  olan  nəhəng  şəhərlər  intensiv  olaraq  artır.  Standart  məişət  texnikasının 
(soyuducular,  kondisionerlər,  tozsoran,  paltar  və  qabyuyan  maşınlar,  mikrodalğalı  sobalar)  kütləvi 
istehsalı  təmin  edilmişdir.  İnformasiya  texnikası  məişətə  (televizorlar,  kompyuterlər,  sürətçıxaran 
aparatlar, printerlər, videomaqnitofonlar) geniş miqyasda daxil olmuşdur. Yeni rabitə vasitələri (faks, 
mobil telefon, elektron poçtu) sürətlə inkişaf edir. Nəqliyyat köklü sürətdə dəyişmişdir: bir sutkadan da 
az  müddət  ərzində  sərnişin  laynerləri  insanları  yer  kürəsinin  istənilən  nöqtəsinə  çatdırır.  Nüvə 
texnologiyası  geniş  miqyasda  tətbiq  edilir.  Süni  peyklər  vasitəsilə  əldə  edilən  məlumatlar  gündəlik 
həyatda istifadə edilir. Günümüzün bir çox reallıqları yaxın keçmişdə fantaziya kimi görünürdü.  
ETT nəticəsində postsənaye və ya informasiya cəmiyyəti adlanan yeni cəmiyyət yaranmışdır.  
XX  əsrin  sonunda  "sosializm  lagerinin"  süqutundan  sonra  -  bazar  iqtisadiyyatı,  siyasi 
demokratiya, ideya plüralizmi, "açıq cəmiyyət" və "açıq iqtisadi inkişaf" modeli ümumbəşəri xarakter 
alaraq cəmiyyətin irəliyə doğru hərəkətinin aparıcı istiqamətinə çevrildi.  
Qloballaşmanın əsasında istehsal sferasında baş verən dəyişikliklərdir. Mürəkkəb texnologiyanın 
tətbiqi, ixtisaslaşma və əməyin kooperasiyası sahəsində getdikcə özünü daha çox göstərən dəyişikliklər 
xüsusi  əhəmiyyətə  malikdir.  İstehsal  prosesində  baş  verən  tərəqqi  nəqliyyat,  rabitə,  ticarət  və  təhsil 
sahəsində tərəqqi ilə müşaiyət olunur.  
Elektron  texnologiyaya  əsaslanan  müasir  telekommunikasiya  sistemində  tətbiq  edilən 
informasiya texnologiyası tamamilə yeni hadisədir.  
Maddi sahədə baş verən həmin dəyişikliklər isə insanların həyatında, tələbatında, davranışında 
və psixologiyasında yeni təmayüllərlə müşaiyət olunur.  
Ölkə  daxilində  iqtisadi  hökmranlığı  ələ  keçirən  kapital  hələ  orta  əsrlərdən  dünya  miqyasında 
hökmranlıq  etməyə  can  atmağa  başlamışdır.  Bu  prosesin  başlanğıcı  Avro  -  Atlantik  ölkələrin  ticarət 
kapitalının  hökmranlığını  təmin  edən  merkantilizm  dövrünə  təsadüf  edir.  Sənaye  inqilabı  baş  verənə 
qədər aparıcı Qərb dövlətlərinin rəsmi siyasətinin əsasını təşkil edən merkantilizm ideyalarının son nəti-
cəsi  dünyanın  zəngin  xammal  mənbələrini  Qərbin  ticarət  kapitalının  yığım  məntiqinə  tabe  etməkdən 
ibarət olmuşdur. Sürətlə zənginləşən avropalı tacirlər öz dövlətlərinin bilavasitə hərbi dəstəyi ilə yeni-
yeni bazarlara və kapital mənbələrinə can atırdılar. Qızıla, yeni-yeni torpaqlara və xarici mallara olan 
hərislik yeni ticarət yollarının açılmasına, müstəmləkəçilik sisteminin yaranmasına və o dövrün dünya 
bazarının hüdudlarının yeni regionlar hesabına genişlənməsinə səbəb oldu.  
Sənaye inqilabının qələbəsi, azad rəqabət və bazar mexanizminin tam şəkildə işləməyə başlaması 
və  fabrik-zavod  istehsalının  kütləviləşməsi  dünya  bazarına  qoşulan  yeni  regionlarla  təsərrüfat 
əlaqələrini  daha  da  genişləndirdi.  XIX  əsrin  sonlarında  dünya  bazarı  formalaşdı.  Tədricən  malların 
hərəkəti  ilə  yanaşı  istehsal  amillərinin  (kapital,  işçi  qüvvəsi  sahibkarlıq  qabiliyyəti,  texnologiya)  də 
beynəlxalq hərəkəti sürətlənərək, dünya təsərrüfatı sistemini formalaşdırdı. Lakin Asiya (Yaponiyadan 
başqa),  Afrika  və  Latın  Amerikası  ölkələri  sənaye  inqilabından  kənarda  qalaraq,  beynəlxalq  əmək 
bölgüsü sistemində kənd təsərrüfatı və dağ-mədən sənayesinin məhsulları ilə iştirak etməli oldular.  
Yuxarıda göstərildiyi kimi, dünya təsərrüfatı sisteminin inkişafında yeni mərhələ XX əsrin 80-90-
cı illərində başlamışdır.  
İnkişaf etmiş və yaxud zəngin Şimal ölkələri üçün bu dövr postsənayeləşmə erasına keçid, bir çox 
geri  qalmış  ölkələr  üçün  (Yeni  sənaye  ölkələri  və  Çin)  iqtisadi  geriliyin  aradan  qaldırılması  və 
postsosialist ölkələri üçün bazar iqtisadiyyatına dönüş, bütün dövlətlər üçün isə - daxili və xarici həyatın 
liberallaşması və onun qloballaşması dövrü kimi xarakterizə edilir.  
Tamamilə  təbiidir  ki,  yeni  yaranan  iqtisadi  və  maliyyə  mühitində  istehsal  amillərinin  tərkib 
hissələrinin beynəlxalq miqyasda hərəkəti eyni şəkildə cərəyan etmir və bir-birindən fərqlənir. Məsələn, 
dünya bazarında kapitalın çevikliyi ilə işçi qüvvəsinin çevikli eyni deyildir. Belə ki, ümumi ekvivalentdə 
- pulda təzahür edən kapitalın hərəkəti dövlətlər arasında əslində maneəsiz baş verir. Onun hərəkətinin 
yeganə meyarı-yüksək mənfəət əldə etməkdir. Lakin işçi qüvvəsinin hərəkətverici meyarları mürəkkəb 
və müxtəlifdir. Yüksək əmək haqqı bu meyarlardan yalnız biridir. Onun əsas meyarı isə əlverişli təbii, 
sosial  və  mənəvi  mühitin  olmasıdır.  Ona  görə  də  hətta  milli  təsərrüfatlar  daxilində  də  işçi  qüvvəsi 


 
22 
bazarının çevikliyi, digər bazarlara nisbətən zəifdir. Beynəlxalq miqyasda isə dil, mədəni və s. maneələr 
də  mövcuddur.  Ona  görə  də  məhdud  da  olsa  əmək  bazarı  da  qlobal  mahiyyət  daşıyır:  1)firmalar 
dünyanın istədikləri yerində yerləşərək əmək ehtiyatlarından manesiz istifadə edə bilərlər; 2) firmalar 
hər  yerdən  istədikləri  mütəxəssisləri  cəlb  edə  bilirlər;  3)  insanlar  dünyanın  istənildən  nöqtəsindən 
müxtəlif  səbəblərlə  (müharibə  və  s.  )  öz  ölkəsini  tərk  edərək,  öz  təşəbbüsləri  ilə  istənilən  əmək 
bazarlarına müraciət edə bilərlər) [187, s. 105-106].  
Elm, texnologiya və informasiyanın beynəlxalq miqyasda hərəkəti sərbəstdir və qlobal mahiyyət 
daşıyır. Texnoloji informasiya üzərində mülkiyyət hüququ rəqabət üstünlüyünü yaradır. Texnologiya və 
bilik  mübadiləsi  qlobal  iqtisadiyyatın  hərəkətverici  qüvvəsinə  çevrilmişdir.  Dünya  dillərinin 
leksikonuna daxil olan «yeni iqtisadiyyat» termini məhz bununla əlaqədardır.  
Postsənaye  cəmiyyətində  yüksək  mənfəəti  ən  yeni  texnologiyaya  malik  olanlar  əldə  edirlər. 
Bunun üçün elmi tədqiqatları intensivləşdirmək, onların nəticələrinin tətbiqini sürətləndirmək, təhsilin 
səviyyəsini  yüksəltmək,  informasiya  sisteminin  geniş  şəbəkəsini  yaratmaq,  sosial  təminatın  etibarlı 
müdafiəsini təmin etmək lazımdır. Yeni şəraitdə cəmiyyətin fiziki deyil, intellektual potensialı ön plana 
çıxır.  Kadrların  professionallığı  və  bilik  səviyyəsi,  yeni  texnologiya  ilə  əlaqədar  sahələrə  maraq 
yaradılması xüsusi əhəmiyyət kəsb edir.  
Klassik  kapitalizm  işçi  qüvvəsinin  ölkə  daxili  hərəkində,  xammal  əldə  etmək  üçün 
müstəmləkələrin  zəbt  olunmasında  maraqlı  idi.  Yeni  şəraitdə  insanların  və  ideyaların  ölkələrarası 
hərəkəti ön plana çıxır. Bu zaman elmi ideyalar və yüksək ixtisaslı mütəxəssislər geniş miqyasda, yalnız 
həyat səviyyəsi kifayət qədər yüksək olan qabaqcıl sənaye ölkələrində istifadə edilir. Ona görə intellekt 
idxalı sərfəli gəlir mənbəyinə çevrilmişdir. İEOÖ-ə ağır zərbə vuran “beyin axını” geniş yayılmışdır.  
Postsənaye  cəmiyyəti  təşkilatçılıq  və  idarəçilik  sahələrində  ciddi  dəyişikliklər  ilə  xarakterizə 
edilir.  Texnoloji  üstünlük  üçün  yüksək  təşkilatçılıq,  işdə  dəqiqlik,  çeviklik  tələb  olunur.  İstehsal 
prosesinin yenidən qurulması imkanı vaxt itirilmədən nəzərdən keçirilməlidir. Əsas məsələlərdən biri- 
istehsal prosesində idarəçiliyin texniki-təşkilat və sosial aspektlərini öyrənən elm sahələrinin inkişafıdır. 
Elektron  birjalar  və  elektron  ticarət  sisteminin  təşkili  kapitalın  dövriyyəsi  və  dövranını  xeyli 
sürətləndirmişdir. [186, s. 53]   
Müasir iqtisadiyyat həddən artıq mürəkkəbləşmişdir. Onu canlı orqanizmin inkişafı ilə müqayisə 
etmək  olar.  Müəssisələrarası  əlaqələrin,  onların  bir-birindən  asılılığının  artdığı  bir  şəraitdə  inkişaf 
imkanlarından birini daim seçmək tələb olunur. Bu seçim isə həlledici olur. Kəskin iqtisadi dəyişikliklər 
neqativ nəticələr yaradır, tərəqqi yalnız tədrici dəyişikliklərlə mümkündür.  
Yeni  maddi  mühitdə  izafi  mənfəət  istehsal  xərclərini  əhəmiyyətli  dərəcədə  aşağı  salan  az  qrup 
müəssisələrdə əldə edilir. Həmin müəssisələrdə məhsul istehsalına sərf edilən vaxt ictimai zəruri (orta) 
vaxtdan azdır. Daha yüksək əmək məhsuldarlığı yeni texnologiya tətbiq edilməsi, bəzən isə istehsalın 
təşkilinin  təkmilləşdirilməsi  hesabına  əldə  edilir.  Lakin  elmi-texniki  nailiyyət  geniş  yayıldıqda,  izafi 
mənfəət azalır. Ona görə qabaqcıl firmalar həmişə yeni texnologiya axtarışındadırlar.  
Qloballaşma  dövründə  təsərrüfat  vahidlərinin  fəaliyyətində  xarici  mühitin  rolu  getdikcə  artır. 
Xarici mühit dedikdə, müəssisələrin fəaliyyətinə təsir göstərən xarici şərait nəzərdə tutulur. [157, s. 12] 
Müəssisələr beynəlxalq bazarlara çıxdıqda menecerlər qlobal iqtisadi və maliyyə mühitinin tələblərini 
nəzərə  almalıdırlar.  Beynəlxalq  rəqabət  mühitinə  uyğunlaşmaq  zərurəti  olduqca  vacibdir.  Məlum 
olduğu kimi hər bir sahədə müxtəlif rəqabət şəraiti hökm sürür. Çevik siyasət yeridən firmalar xarici 
mühitin  verdiyi  üstünlüklərdən  məharətlə  istifadə  edirlər.  Ölkə  daxilində  də  bəzi  firmalar  xarici 
rəqiblərlə  daha  uğurlu  rəqabət  mübarizəsi  apara  bilirlər.  Qlobal  iqtisadi  sistemin  yaranması  xarici 
bazarlar,  yeni  məhsullar  haqqında  informasiyanın  tez  yayılmasına  imkan  verir.  Müəssisələr  çevik 
şəkildə istehsalı xaricə köçürməyə və yaxud xaricdən ölkəyə gətirməyə şərait axtarır.  
Himayəçilik meyllərinin müəyyən dərəcədə sərtləşməsinə baxmayaraq, əmtəə və xidmət bazarları 
getdikcə daha çox qloballaşır. Belə ki, 1986-1995-ci illərdə dünyada əmtəə dövriyyəsi ildə orta hesabla 
6,5 % artaraq 1,9 dəfə çoxalmışdır. Xidmət ticarəti isə bu dövrdə daha sürətlə artmışdır [259, s.5]. 1995-
2006-cı illərdə isə dünyada əmtəə dövriyyəsi daha 2,4 dəfə çoxalaraq 10010, 0 mlrd. dollardan 24273, 0 
mlrd. dollara çatmışdır. [əlavə №1] 
Qlobal  iqtisadiyyat  şəraitində  xarici  bazarlara  çıxış  yeni  təsərrüfatçılıq  sisteminin  aparıcı 
ünsürünə  çevrilmişdir.  Beynəlxalq  iqtisadiyyat  sahəsində  tanınmış  mütəxəssis  M.  Porter  haqlı  olarq 
hesab  edir  ki,  müasir  dövrdə  ticarət,  o  cümlədən  mal  ixracı  qlobal  strategiyanın  ayrılmaz  tərkib 
hissəsinə çevrilmişdir [222, s. 27].  
 
1.3.
 
 Qloballaşma dövründə maliyyə mühitinin  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə