VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə13/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   9   10   11   12   13   14   15   16   ...   173

 
23 
transformasiyası 
 
İstehsalın  miqyasının  artması  və  mürəkkəbləşməsi  investisiyaya  ehtiyacı  ciddi  şəkildə  artırır  və 
kapitalın hərəkətini sürətləndirir. Həyata keçirilən saysız hesabsız maliyyə əməliyyatlarının məqsədi və 
obyekti çox vaxt milli sərhədlərdən kənarda olur. Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi istehsal 
sferasına nisbətən bank-maliyyə sferasında misli görünməmiş dərəcədə sürətlənmiş və qloballaşmışdır. 
Maliyyə, investisiya və informasiya ehtiyatları əldə etmək uğrunda rəqabət mübarizəsi şiddətlənmişdir. 
Nəhəng beynəlxalq banklar, bu mübarizənin fəal aparıcı qüvvələridir.  
Bank-maliyyə  əməliyyatlarının  yeni  kommunikasiya  vasitəsilə  aparılması  «elektron  pulların» 
hərəkətini  nəzərdə  tutan  yeni  anlayışın  -  «virtual  iqtisadiyyat»  anlayışının  yaranmasına  səbəb 
olmuşdur.  
Qloballaşma  şəraitində  kapital  və  maliyyənin  beynəlxalq  hərəkəti  ciddi  kəmiyyət  və  keyfiyyət 
dəyişikliklərinə  məruz  qalmışdır.  Başqa  sözlə,  qloballaşma  özünü  maliyyə  sahəsində  daha  qabarıq 
şəkildə  göstərir.  XX  əsrdə  milli  maliyyə  bazarları  dünya  bazarının  tərkib  hissəsinə  çevrilmişdilərsə, 
həmin əsrin sonunda dünya maliyyə bazarı qlobal bazara çevrildi. Corc Soros «Açıq cəmiyyət. Qlobal 
kapitalizm  islahat  edilərkən»  adlı  (M.,  2001)  əsərində  maliyyə  sahəsində  qloballaşmanın  mahiyyətini 
belə  açır:  «Biz  qlobal  iqtisadiyyatda  yaşayırıq,  onun  üçün  isə  mal  və  xidmətlərin  sərbəst  mübadiləsi, 
daha  böyük  dərəcədə  isə  kapitalın  azad  hərəkəti  xasdır.  Bunun  nəticəsində  müxtəlif  ölkələrdə  faiz 
dərəcələri, valyuta məzənnələri və birja kotirovkaları sıx şəkildə qarşılıqlı asılıdır. Qlobal maliyyə bazarları 
isə bütün dünyada iqtisadi şəraitə güclü təsir göstərir. Maliyyə kapitalı imtiyazlı vəziyyətdədir. Ümumiyyətlə 
götürüldükdə,  kapital  digər  istehsal  amillərinə  nisbətən,  maliyyə  kapitalı  isə  onun  başqa  formalarına 
nisbətən  daha  mobildir.  Maliyyə  bazarları  ayrı-ayrı  ölkələr  üçün  kapitalın  vergiyə  cəlb  edilməsini  hədsiz 
dərəcədə  çətinləşdirmişdir,  çünki  onu  hara  istəsələr  apara  bilərlər.  Nəzərə  alınsa  ki,  beynəlxalq  maliyyə 
kapitalı ayrı-ayrı ölkələrin həyatında həlledici rol oynayır, bu gün artıq qlobal kapitalist sistemi haqqında 
danışmaq olar». [152, s. 199].  
Qlobal maliyyə mühiti dedikdə, qloballaşma dövründə dünya maliyyə bazarlarının inkişafına və 
bankların, maliyyə korporasiyalarının və investorların qərarlarına təsir edən qlobal və regional şərait 
nəzərdə  tutulur.  Qlobal  maliyyə  mühiti  tranformasiya  edən  (inkişaf  edən)  beynəlxalq  pul  sistemləri, 
ayrı-ayrı  ölkələrin  tədiyə  balanslarının  vəziyyəti,  aparıcı  dünya  dövlətlərinin  və  regionlarının  inkişaf 
modellərinin təsiri altında ciddi dəyişikliklərə məruz qalır. Qlobal maliyyə mühiti beynəlxalq maliyyə 
bazarlarında,  beynəlxalq  bank  işində,  beynəlxalq  maliyyə  korporasiyalarında  və  beynəlxalq  portfel 
investisiyalarında mövcud olan şəraiti özündə birləşdirir. [191, s. 2]   
Qlobal kapital və maliyyə bazarlarının aşağıdakı başlıca xüsusiyyətlərini qeyd etmək olar:  
-
 
əməliyyatların  nəhəng  miqdarda  dünya  maliyyə  mərkəzlərində,  habelə  offşor  zonalarda 
(dünya  iqtisadiyyatının  «qara  bazarlarında»)  cəmlənməsi.  90-cı  illərin  əvvəlində  yalnız  «yeddilər» 
arasında  gündəlik  maliyyə  axınları  420  mlrd.  ABŞ  dollar  təşkil  edirdi  ki,  bu  da  dünya  ticarəti 
həcmindən 34 dəfə çox idi;  
-
 
coğrafi sərhədlərin olmaması; 
-
 
əməliyyatların bütün sutka ərzində aparılması; 
-
 
qabaqcıl ölkələrin valyutalarından, habelə AVRO və SDR-dən istifadə olunması; 
-
 
iştirakçıları  əsasən  yüksək  reytinqə  malik  olan  birinci  dərəcəli  banklar,  şirkətlər,  maliyyə-
kredit institutları və hökumətlərdir;            
-
 
maliyyə xidmətlərində inqilab özünü göstərdiyi bir şəraitdə bazar seqmentləri və sövdələşmə 
alətlərinin çoxşaxəliliyi; 
-
 
beynəlxalq faiz dərəcələrinin spesifik olması;  
-
 
ən  dəqiq  elektron  hesablama  maşınlarından  istifadə  olunması  əsasında  kağızsız 
əməliyyatların yüksək informasiya texnologiyası və standartlaşdırılması; 
-
 
bütün  dünyada  sərbəst  dəyişən  valyuta  məzənnəsi  sisteminə  keçilməsi  ilə  əlaqədar  olaraq 
valyuta mübadiləsi əməliyyatlarının geniş vüsət alması. Valyuta birjası qlobal maliyyə bazarının aparıcı 
ünsürünə,  valyuta  məzənnələrinin  gözlənilməz  dəyişməsi  və  möhtəkirlik  hücumları  onun  mühüm 
atributuna çevrilmişdir; 
-
 
mal və xidmətlərin beynəlxalq hərəkətinə xidmət edən dünya maliyyə axınlarının böyük vusət 
alması;  
-
 
qısamüddətli  kreditlər  və  qiymətli  kağızlara  qoyuluşlar  şəklində  «qaynar»  və  ya  «çılğın» 
pulların böyük məbləğlərdə axınının yaranması;  
-
 
maliyyə bazarlarının bütün seqmentlərində (valyuta, kredit, fond və sığorta) «heç nədən» pul 
düzəldən möhtəkirlik əməliyyatlarının görünməmiş dərəcədə artması;  


 
24 
-
 
cinayətkarlıq yolları ilə əldə edilmiş qeyri-leqal pulların böyük miqdarda mövcud olması [191, 
s. 50-51].  
Qlobal  bazarların  yeni  subyektləri  TMŞ  və  TMB-lardır.  Dünya  iqtisadiyyatının,  o  cümlədən
dünya  maliyyə  bazarlarının  qloballaşmasında  və  müasir  dövrdə  fəaliyyətində  onlar  aparıcı  rol 
oynayırlar. Nəhəng TMŞ-lərin dövriyyəsi bir çox ölklərin MMM-undan, TMB-ların aktivləri isə dövlət 
büdcələrindən qat-qat çoxdur. Onların valyuta ehtiyatları dünyadakı bütün Mərkəzi bankların ehtiyat-
larından bir neçə dəfə çoxdur. [191, s. 52].  
Transmilli  şirkətlər  (TMŞ)  və  Transmilli  Banklar  (TMB)  dünya  bazarlarında  rəqib 
durumundadırlar  və  onların  maraqları  bir-birindən  kəskin  sürətdə  fərqlənir.  Bu  maraqlar  onların 
fəaliyyət profilindən, ölkəyə daxil olma yollarından, mənşə ölkəsindən və sairdən asılıdır.  
Şübhəsizdir  ki,  TMŞ  və  TMB  nəhəng  maliyyə  ehtiyatlarına  malikdirlər  və ona  görə  də onlarla 
hesablaşmayan ayrı-ayrı ölkələrin hakim dairələrini «cəzalandıra» və ya «təşviq edə» bilirlər. Bu zaman 
onlarla vahid iqtisadi məkana daxil olmayan və güclü iqtisadi, elmi-texniki potensiala malik olmayan 
ölkələr  daha  çox  «cəzalandırılırlar».  Lakin  bir  çox  ölkələrin  təcrübəsi  göstərir  ki,  (Məsələn, 
Argentinanın) ölkənin iqtisadi inkişaf tələblərinə cavab verməyən təklif və tövsiyələrin qəbul edilməsi 
ölkədə ciddi çətinliklər yaradır, bəzən isə böhranla nəticələnir.  
Lakin  məlum  olduğu  kimi,  müstəqil  dövlətlər  TMŞ  və  TMB-ın  fəaliyyətinin  ölkə  daxilində 
hüququ  tənzimlənməsi  imkanına  malikdirlər.  Beləliklə,  beynəlxalq  kapital  və  maliyyə  hərəkətində 
qloballaşma  prosesində  baş  verən  kəmiyyət  və  keyfiyyət  dəyişmələri  təsərrüfat  və  maliyyə  həyatında 
yeni  reallıqların  yaranmasına  səbəb  olmuşdur.  Həmin  reallıqların  nəzərə  alınması  transformasiya 
mərhələsində olan ölkələr, o cümlədən, Azərbaycan üçün olduqca vacibdir.    
Dünya  təsərrüfatı  sisteminin  beynəlmiləl  xarakteri  artdıqca  beynəlxalq  kapitalın  hərəkəti  də 
sürətlənir.  Azad  rəqabət  dövründə  ölkələr  arasında  mal  hərəkəti  ənənəvi  olduğu  halda,  XIX  əsrin 
sonları  və  XX  əsrdə  kapital  hərəkəti  beynəlxalq  əlaqələrin  daha  tipik  cəhətinə  çevrilmişdir.  1914-cü 
ildən  ikinci  dünya  müharibəsinin  sonlarına  qədər  xarici  kapital  qoyuluşları  təxminən  1/3  qədər 
artmışdır.  İkinci    dünya  müharibəsindən  sonra  xarici  kapital  qoyuluşları  hər  on  ildə,  birbaşa  in-
vestisiyalar  isə  hər  6-7  ildə  iki  dəfə  artmışdır.  Yalnız  1945-1985-ci  illərdə  sənaye  ölkələrinin  kapital 
ixracı 40 dəfədən çox artmışdır. 1983-1989-cu illərdə isə BVF-nə  üzv  olan  ölkələrdə  bütün  formalarda 
kapital ixracı 3, 5 dəfədən çox artmışdır (299 mlrd. dollardan 1103 mlrd. dollara yüksəlmişdir). İqtisadi 
Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  (İƏİT)  məlumatlarına  görə  1983-cü  ildən  sonra  birbaşa  xarici 
investisiyaların  orta  illik  artım  sürəti  34%  olmuş  və  bu  da  dünya  ticarətinin  artım  sürətindən  5  dəfə 
yüksək olmuşdur. Xaricdə külli miqdarda əcnəbi kapitalı fəaliyyət göstərir. BMT-nin məlumatına görə 
xaricdə toplanmış yalnız birbaşa investisiyalar 1993-cü ildə 2,0 trilliyon dollar təşkil etmişdir. 1992-ci 
ildə xarici kapital iştirak edən müəssisələrdə 5,5 trilliyon dollarlıq məhsul və xidmət istehsal edilmişdir. 
Sonrakı  illərdə  kapital  ixracının  artım  sürəti  həm  məcmuu  milli  məhsulun,  həm  də  mal  ixracının 
artımından  çox  yüksək  olmuşdur.  Yalnız  1990-2000-ci  illər  ərzində  qlobal  valyuta  bazarlarında 
gündəlik əməliyyatlar 2 dəfə, istiqraz bazarlarında 5 dəfə, səhm bazarlarında isə 20 dəfə artmışdır. [191, 
s.  49].  Beynəlxalq  kapital  hərəkəti  dünya  təsərrüfat  əlaqələrinin  mühüm  amilinə  çevrilmişdir.  Xarici 
investisiyaların  artması  və  borc  kapitalının  beynəlmiləlləşməsi  nəticəsində  dövlətlərarası  kredit 
təşkilatları sistemi yaradılmış, nəhəng beynəlxalq pul bazarı formalaşmışdır. (bax: cədvəl №1. 1) 
Kapitalın  və  maliyyənin  beynəlxalq  hərəkəti,  hər  şeydən  əvvəl  ölkələr  arasında  istehsal 
xərclərinin, xüsusən əmək haqqının səviyyəsində mövcud olan fərqlə əlaqədardır. Məsələn, ikinci dünya 
müharibəsindən sonra əmək tutumlu istehsal kütləvi sürətdə sənaye ölkələrindən əmək haqqı çox aşağı 
(bəzən on dəfə) səviyyədə olan inkişaf etməkdə olan ölkələrə köçürülməyə başlamışdır. Kapital hərəkə-
tini şərtləndirən ən mühüm amillərdən biri ölkələr arasında təbii sərvətlərin qeyri-bərabər bölgüsüdür. 
Transmilli şirkətlər yüksək mənfəət əldə etmək üçün ucuz xammal mənbələrini ələ keçirməyə çalışırlar. 
Kapital və maliyyə hərəkəti ənənəvi olaraq mal hərəkətinə də yol açır və bazarların təmin olunmasına 
şərait yaradır.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə