VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə22/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   18   19   20   21   22   23   24   25   ...   173

 
40 
ründə  bu  sahədə  yenilik  bilik  və  informasiya  arasındakı  münasibətdə  özünü  göstərir.  Hal-hazırda 
informasiya texnologiyasının sürətli inkişaf etdiyi bir şəraitdə TMŞ-ın rəhbərləri idarəçilik üçün lazım 
olan  informasiyanın  bolluğundan  və  mürəkkəbliyindən  şikayət  edirlər.  Müəssisənin  səmərəli  işləməsi 
üçün zəruri olan biliklərin böyük əksəriyyəti işçilərlə əlaqədardır. Bilikli işçi obyektiv və ya subyektiv 
səbəblərlə əlaqədar olaraq işdən getdikdə müəssisə müəyyən bilik mənbəyindən məhrum olur. Bu bəzən 
müəssisəni  çox  əlverişli  sifarişlərdən  imtina  etməyə  də  məcbur  edir.  Beləliklə,  mikrosəviyyədə  bilik 
resursların digər növləri ilə əvəz edilə bilməyən müstəqil növüdür. Bunu bilmək həm müəssisələr, həm 
də mütəxəssislər üçün vacibdir.  
XXI  yüzillikdə  iqtisadi  və  sosial  həyat  üçün  biliyin  yaradılması  və  istifadə  edilməsi  üsulları, 
habelə insanın əmək fəaliyyətinin xarakteri üçün telekommunikasiyalarda əks olunan yeni sosial uklad 
həlledici  əhəmiyyət  kəsb  edir.  Biliyin  rolu  və  əhəmiyyətinin  artması  özünü  sənaye  inqilabında,  əmək 
məhsuldarlığının artması sahəsindəki inqilabda və idarəçilikdə baş verən inqilabda göstərdi. Cəmiyyət 
bilikdən - biliklərə doğru yol ilə irəliləyir. Əvvəllər biliklər ümumi xarakter daşıyırdı. İndi isə biliklərdə 
dərin  ixtisaslaşma  özünü  göstərir.  Keçmişdə  «biliyə  malik  olan  insan»  ifadəsi  işlənmirdi.  Deyirdilər: 
«Savadlı,  elmli  adam».  Savadlı  adam  -  geniş  eridusiyalı  adamlardır.  Onlar  istənilən  mövzuda  yaxşı 
danışmaq, məharətinə malik insanlar idilər. Lakin onlar hər hansı konkret və praktik fəaliyyətlə məş-
ğul ola bilmirdilər.  
Müasir dövrdə bilik konkret nəticə əldə etmək üçün praktiki əhəmiyyəti olan informasiya hesab 
edilir. Hər hansı bir əhəmiyyətli nəticə əldə edə bilmək üçün isə yüksək dərəcədə ixtisaslaşmış bilik tələb 
olunur.  
Ümumi  bilikdən  ixtisaslaşmış  biliklər  kompleksinə  keçid  biliyi  yeni  cəmiyyət  yaradan  qüvvəyə 
çevirmişdir. Professor S. Xəlilovun göstərdiyi kimi, «İnsanların fəaliyyət dairəsi genişləndikcə biliklərin 
əhatə  dairəsi  də  genişlənmiş  olur.  Müxtəlif  fəaliyyət  sahələrinə  uyğun  olaraq  müxtəlif  bilik  sahələri 
yaranır.  İnsanların  hamısı  üçün  ümumi  və  zəruri  olan  maddi  fəaliyyətin  nəticəsi  kimi  əmələ  gələn 
biliklər və ya məişət bilikləri, heç şübhəsiz, bilik sahələri içərisində tarixən ən qədimdir. Sonrakı bilik 
sahələri  insanlar  arasında  əmək  bölgüsü  sayəsində  əmələ  gəlir  və  heç  də  bütün  adamlara  deyil, 
ixtisasından asılı olaraq yalnız müəyyən qrup adamlara mənsub olur. » 
Beləliklə,  qloballaşma  həyatın  bütün  sahələrində  modernləşmə  tələb  edir.  Məlum  olduğu  kimi, 
modernləşmə  konsepsiyası  (upgrading)  iqtisadi  aktivliyin  bir  növündən  digər  növünə  hərəkəti  əks 
etdirir.  Bunun  əsasında  müxtəlif  meyarlar  -  mənfəətlilik,  ədalət,  ekoloji  sabitlik  meyarları  dayanır. 
Modernləşmə, adətən, əməliyyatların daha da mürəkkəbləşməsinə doğru aparır. Bu, bir sıra amillərlə 
əlaqədardır. Yeni texnologiya və yaxud  əlavə «nou-hau»-dan istifadə olunması, istehsal proseslərinin 
təkmilləşdirilməsi,  ixtisaslaşma  və  yaxud  inteqrasiya  dərəcəsinin  artırılması  və  s.  ilə  əlaqədardır. 
Rəqabət  mübarizəsinin  kəskinləşdiyi  bir  şəraitdə  modernləşmə,  istər  inkişaf  etmiş,  istərsə  də  inkişaf 
etməkdə olan ölkələr üçün eyni dərəcədə əhəmiyyətlidir. Ona görə də innovasiyalara əhəmiyyət vermə-
yən hər hansı bir ölkə qlobal istehsal və mübadilə sistemində səmərəli mövqe tutmağa qadir deyildir.  
Modernləşmənin  bütün  istiqamətləri  yeni  biliklərin  əldə  edilməsini  tələb  edir.  Bu  biliklər 
layihələşdirmə,  texnoloji  proseslərin  təkmilləşdirilməsi  və  konstruktor  işlərində  çox  mühümdür.  Ona 
görə də təhsil və bilikləri almaq qabiliyyəti modernləşmənin əsasını təşkil edir. Modernləşməni yalnız 
istehsal  prosesi,  texnologiya  və  yaxud  marketinq  problemi  hesab  etmək  olmaz.  Bu  istiqamətlər, 
şübhəsiz,  çox mühümdür.  Lakin modernləşməni  daha  geniş  mənada,  yeni biliklərin  alınmasına  və bu 
sahədə  real  addımlar  atılmasına  yönəlmiş  bir  axın  kimi  başa  düşmək  lazımdır.  Məsələn,  İtaliyanın 
inkişaf  etmiş  sənaye  rayonlarında  kiçik  firmalar,  innovasiya  fəallığını  kapital  tutumlu  və  yüksək 
texnologiyalar tələb edən fəaliyyət əsasında deyil, yüksək ixtisaslı işçi və menecerlərdən informasiya və 
digər  ehtiyatların  toplanması  hesabına  genişləndirilir.  Tayvanda  ailə  firmalarında  anoloji  dinamizm 
müəssisələri  bir-biri  ilə  birləşdirən  sosial  şəbəkələrin  genişləndirilməsi,  xarici  aləmlə  innovasiya 
əlaqələrinin artırılması əsasında həyata keçirilir.        
Akademik  Ramiz  Mehdiyev  qloballaşma  proseslərinin  dərin  təhlilini  apararaq  onun  aşağıdakı 
mühüm xüsusiyyətlərini qeyd edir: 

 
transmilli korporasiyaların (TMK) kütləvi sürətdə yaranması və fəaliyyət göstərməsi; 

 
öz  siyasi  və  iqtisadi  maraqları  olan  və  onları  müdafiə  edən  qeyri-hökümət  təşkilatlarının, 
fondların, assosiasiyaların kütləvi sürətdə meydana gəlməsi; 

 
gömrük  sənədlərinin  zəifləməsi,  transmilli  kapital,  xidmətlər,  əmtəə,  işçi  qüvvəsi  axınının 
kəskin sürətdə artması; 

 
yükdaşımaların,  qazın,  neftin  nəqlinin,  elektrik  enerjisi  ötürülməsinin  transmilli  dünya 
şəbəkəsinin yaranması; 

 
təkcə  siyasi  (BMT  və  onunla  bağlı  qurumlar)  deyil,  həm  də  iqtisadi  (Beynəlxalq  Valyuta 
Fondu  və  Dünya  Bankı)  münasibətlərin  tənzimləyicisi  kimi  dövlətlərarası  təsisatların  yaranması  və 


 
41 
onların rolunun artması; 

 
dünya İnternet informasiya şəbəkəsinin yaranması və ondan siyasi, kommersiya, mədəniyyət, 
informasiya  məqsədləri  üçün  istifadə  olunması,  Qərb  televiziya  kanallarına  hamılıqla  qoşulma  və 
bunun  nəticəsi  kimi  “CNN  effekti”ndən  (dünya  ictimai  fikri  bir  çox  hallarda  Qərb  təfəkkür  tərzinin 
məqbul saydığı informasiyanı təqdim edən CNN informasiyalarının təsiri ilə formalaşır) istifadə edən 
vahid informasiya məkanının təşəkkülü; 

 
Amerika həyat tərzinin və kütləvi mədəniyyətinin dünya standartı kimi təbliği; 

 
“açıq cəmiyyət” ideologiyasının ixracı; 

 
liberal dövlət siyasi modelinin təbliği və yayılması; 

 
“məhdud  suverenlik”  və  “seçki  legitimliyi”  (yəni  hakim  elitanın  demokratik  seçki  yolu  ilə 
legitimləşdirilməsi) konsepsiyasının tətbiqi.  
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə