VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə20/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   16   17   18   19   20   21   22   23   ...   173

 
37 
başa ifadəsini məşğulluq və peşə strukturunun dəyişməsində tapır. Məlum olduğu kimi, məşğulluğun 
strukturu  hər  bir  cəmiyyətin  siyasi,  iqtisadi  və  mədəni  mühitinə  uyğun  olaraq  müxtəlifdir.  Bu 
müxtəliflik qloballaşma dövründə spesifik xarakter alır.  
Postsənaye  cəmiyyəti  haqqında  klassik  nəzəriyyəyə  uyğun  olaraq  məşğulluğun  strukturu 
aşağıdakı kimi dəyişir: 
1. M
ə
hsuldarl
ı
q v
ə
 iqtisadi art
ı
m
ı
n m
ə
nb
ə
yi informasiyan
ı
n i
ş
l
ə
nm
ə
si v
ə
 t
ə
tbiqi vasit
ə
sil
ə
 iqtisadi 
f
ə
aliyy
ə
tin b
ü
t
ü
n sah
ə
l
ə
rin
ə
 yay
ı
lan bilikdir.   
2. Iqtisadi f
ə
aliyy
ə
t m
ə
hsul istehsal
ı
ndan xidm
ə
t g
ö
st
ə
rilm
ə
sin
ə
 t
ə
r
ə
f d
ə
yi
ş
ilir.  
Kənd  təsərrüfatı  sahəsində  məşğulluğun  azalması  sənaye  istehsalında  da  məşğulluğun  azalması 
ilə müşayiət edilir. Xidmət sahəsində isə iş yerləri sürətlə artır və məşğulluğun əsas hissəsini təşkil edir. 
İqtisadiyyat nə qədər çox inkişaf edirsə, məşğulluq da bir o qədər çox xidmət sahəsində cəmlənmiş olar.   
Yeni qlobal iqtisadiyyatda xidmət sahəsinin təmsilçilərinin informasiya və bilik sahəsində yüksək 
səviyyədə  təmərküzləşməsi  ilə  əlaqədar  peşələrin  əhəmiyyəti  diqqət  mərkəzində  olacaqdır.  Xüsusi 
vurğulamaq  lazımdır  ki,  bütün  digər  növ  məşğulluğa  nisbətən  menecerlərə,  mütəxəssis  və  texniklərə 
tələbat daha sürətlə artacaqdır.  
Onu  da  göstərmək  lazımdır  ki,  qlobal  iqtisadiyyatda  məşğulluğun  əsasını  təşkil  edən  «xidmət 
sahəsi» anlayışının dəqiqləşdirilməyə ehtiyacı vardır. Həmin anlayış çox vaxt birmənalı başa düşülmür. 
Məşğulluq haqqında statistikada o çox vaxt «qalıq» anlayışı əsasında müəyyən edilirdi. Yəni kənd tə-
sərrüfatı,  dağ-mədən  sənayesi,  inşaat,  kommunal  müəssisələr  və  yaxud  emaledici  sənayeyə  daxil 
olmayan hər şey «xidmət» anlayışına aid edilirdi. Beləliklə, xidmət kateqoriyası tarixən müxtəlif sosial 
struktur və istehsal sistemində meydana gəlmiş hər növ fəaliyyəti əks etdirir. Bu kateqoriyanın elə bir 
vahid  ümumi  cəhəti  yoxdur.  Onun  «maddiliyə»  əks  anlayış  kimi  başa  düşülməsi  də  düzgün  deyildi. 
Kompüter  proqramı  təminatı,  videoistehsal,  mikroelektronikanın  layihələşdirilməsi,  biotexnikaya 
əsaslanan  kənd  təsərrüfatı  və  s.,  habelə  inkişaf  etmiş  iqtisadiyyat  üçün  xarakterik  olan  bir  çox  digər 
mühüm  proseslər  özünün  informasiya  məzmununu  məhsulun  maddi  tərəfi  ilə  birləşdirir,  mal  və 
xidmətlər  arasında  dəqiq  sərhəd  qoyulmasına  imkan  vermir.  Bununla  yanaşı  informasiya  iqtisa-
diyyatında da xidmətin hər bir spesifik növü əvvəlki industrial iqtisadiyyatda mövcud olan sənaye və 
xidmətin  mühüm  və  müstəqil  maddəsi  kimi  vacibdir.  Bunları  nəzərə  alaraq  M.  Kastels  xidmət 
sahəsində fəaliyyəti bir-biri ilə sıx əlaqədar olan bir neçə növə bölür. [188, s. 205]  
Onun  fikrinə  görə,  bölgü  sahəsində  olan  xidmət  kommunikasiya,  nəqliyyat  və  ticarət  xidməti 
(topdan  və  pərakəndə  satış)  şəbəkələri  sahəsində  fəaliyyəti  özündə  birləşdirir.  İstehsalçılara  xidmət 
iqtisadiyyata həlledici kapital qoyuluşları sahəsində göstərilən xidmətlərdir. Onlar da biznesə yardımçı 
xidmətləri  özündə  birləşdirir.  Bu  sahədə  yüksək  ixtisas  tələb  olunmur.  Sosial  xidmətlər  hökumət 
fəaliyyətinin bütün sahələrini, habelə kollektiv istehlakla əlaqədar işləri əhatə edir. Məişət xidməti fərdi 
istehlak ilə əlaqədardır.  
Yuxarıda  qeyd  edildiyi  kimi,  qlobal  iqtisadiyyatda  yeni  peşə  strukturunun  özəyini  informasiya 
sahəsində iş yerləri, menecerlər təşkil edir. Lakin bununla yanaşı sosial pilləkənlərin aşağı hissələrində 
xidmət sahəsində məşğul olan ixtisassız işçilərin sayının artması da müşahidə olunur. Bu artımın sürəti 
zəif  olsa  da,  ixtisassız  işçi  tələb  edən  iş  yerləri  mütləq  sayına  görə  postindustrial  sosial  strukturun 
mühüm  hissəsini  təşkil  edə  bilər.  Bu,  o  deməkdir  ki,  informasiya  cəmiyyətinin  sosial  strukturunda 
getdikcə daha çox qütbləşmə özünü göstərir. Yəni orta təbəqələr hesabına yuxarı və aşağı təbəqələrinin 
xüsusi çəkisi artır.                           
Əmək bazarının transformasiyası.  
Qlobal iqtisadiyyatın mövcudluğu qəbul edilirsə, ilk baxışda qlobal əmək bazarının mövcudluğu 
da qəbul edilməlidir. Lakin bu aldadıcı bir təsəvvürdür. Çünki liberallaşma nəticəsində əmtəə, xidmət 
və pul kapitalı bütün dünyada nisbətən sərbəst hərəkət etsə də, işçi qüvvəsinin hərəkəti qarşısında ciddi 
məhdudiyyətlər qalmaqda davam edir. Belə ki, 90-cı illərin ortalarında qlobal işçi qüvvəsinin cəmi 1, 
5% öz ölkələrindən kənarda işləyirdilər, onun da yarısına yaxını Afrikada toplanmışdır. Hətta Avropa 
Birliyi kimi ən liberal iqtisadi coğrafiyada da ümumi işçi qüvvəsinin cəmi 2%-i öz ölkəsindən kənarda 
işləyirdi. Buna baxmayaraq, inkişaf etmiş sənaye ölkələrində belə bir ictimai fikir yaranmışdır ki, bu 
ölkələrə Cənub və Şərqdən güclü immiqrant axını mövcuddur. Qloballaşma əleyhinə hərəkətin əsasında 
da çox vaxt bu amil dayanır. Beynəlxalq işçi qüvvəsi axını ölkələr üzrə təhlil edildikdə ciddi fərq özünü 
göstərir.  ABŞ-da  bu  axın  tarixən  həmişə  güclü  olduğu  halda,  Avropa  ölkələri  haqqında  bu  fikri 
söyləmək  mümkün  deyildir.  Avropada  işçi  qüvvəsi  axını  Birlik  ölkələri  arasında  nisbətən  yüksəkdir. 
İqtisadiyyat  üzrə  Nobel  mükafatı  laureatı  Moris  Alle  «Qloballaşma:  məşğulluq  və  iqtisadi  artım 
şərtlərinin  dağılması»  adlı  əsərində  belə  bir  nəticəyə  gəlir:  [130,  s.  17]Avropa  Birliyinin  yeritdiyi 
ümumdünya  ticarət  azadlığı  siyasəti  kütləvi  işsizliyin  çoxalmasının  və  iqtisadi  artımın  zəiflənməsinin 
əsas və ən mühüm səbəbidir. Himayəçiliyin əsaslandırılması, bəraət qazandırılması və zəruriliyi dünya 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə