ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə22/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   18   19   20   21   22   23   24   25   ...   106

 
51 
müxaliflərindən  olan  bəzi  şəxslərin  müxalifətinə  səbəb  olmuşdur
1
.  İbn 
Qəyyim təqribən səkkiz il “Sədriyyə” mədrəsəsində tədris edərək hənbəli 
fiqhində  şagird  yetişdirdi  və  nəhayət  751-ci  il  rəcəb  aynın  23-də 
Dəməşqdə  dünyadan  getdi.  O,  “Babus-səğir”  qəbristanlığında  öz 
anasının  yanında  dəfn  edildi.  Oğlu  (Şərəfuddin  Əbdüllah)  “Sədriyyə” 
mədrəsəsində atsının yerində oturdu.
2
  
İBN QƏYYİM COVZİYYƏNİ ŞAGİRDLƏRİ 
İbn  Qəyyimin  yanında  çoxları  şagirdlik  etmişlər.  Xüsusilə  onun 
“Sədriyyə”  mədrəsəsində  tədrisi  nəticəsində  hənbəli  fiqhində  çoxlu 
şagirdlər yetişmişdi. Onlardan aşağıdakıları qeyd etmək olar: 
1.  İbn  Kəsir.  onun  öz  dediynə  əsasən  o,  İbn  Qəyyimə  hamıdan  artıq 
yaxın idi. 
2.  İbn  Rəcəb.  O,  ustadından  ömrünün  axırına  qədər  bəhrələnmiş  və 
özünü alim hesab etmişdir. 
3.  Şəmsuddin  Məhəmməd  ibn  Əhməd  ibn  Əbdül  Hadi  Müqəddəsi 
Cəmmaili (744 h.q) O, VIII hicri əsrinin məşhur mühəddislərindəndir.  
4. Şəmsuddin Məhəmməd ibn Əbdul Qadir Nablusi Hənbəli (797 h.q). 
O,  İbn  Teymiyyənin  yazılarının  çoxunu  onun  yanında  oxumuş  və  fiqhi 
ondan  öyrənmişdir.  Bunlardan  əlavə,  İbn  Qəyyimin  məşhur  sayılan 
tələbələrindən  biri  Burhanuddin  İbrahimdir  (767h.  q).  O,  atasının 
yanında  fiqh  və  nəhvi  öyrənmiş,  İbn  Malikin  “Əlfiyyə”sinə  şərh 
yazmışdır.  Digəri  isə  Şərəfuddin  Əbdüllahdır  ki,  öz  dövrünün  fəzilətli 
adamlarından  sayılırdı  və  atasının  vəfatından  sonra  “Sədriyyə” 
mədrəsəsində tədris kürsüsündə oturmuşdu.
3
  
İBN QƏYYİM COVZİYYƏNİN ƏQİDƏ VƏ RƏYLƏRİ 
TÖVHİD MƏSƏLƏSİ 
İbn  Qəyyim  sələfi  məzhəbində  idi  və  sələfilərin  nəzərlərində  əsər-
                                                 
1
  O,  fiqhi  məsələlərdə  Dəməşqin  şafei  qazil-qüzatı  Təqiyuddin  Səbki  ilə  ixtilafa 
düşdü.  Lakin  onların  işləri  heç  vaxt  ciddi  mübarizəyə  gətirib  çıxarmadı.  Bir  dəfə 
müsabiqədə  mühəllilin  varlığı  barəsində  idi  ki,  (iki  nəfərlik  müsabiqədə  iştirak  edən 
üçüncü nəfər mühəllil adlandırılır. O, müsabiqədə iştirak edir, amma heç bir məbləğdə 
pul  ödəmir.)  İbn  Qəyyim,  İbn  Teymiyyə  kimi  nəzər  verdi  və  dedi  ki,  bu  müsabiqədə 
mühəllilin  varlığına  ehtiyac  yoxdur.  Qazil-qüzat  onu  çağırdı  və  çarəsiz  qalaraq 
əksəriyyətin  rə`yinə  tabe  oldu.  Bir  qədər  sonra  bir  daha  təlaq  barəsində  İbn 
Teymiyyənin tə`limatlarına müvafiq olan bir neçə fətva verən Səbki ilə ixtilafa düşdü. 
Əmir  Seyfuddin  ibn  Fəzl  Bədri  onunla  rəqibini  barışdırdı  (“Vəhhabigəri”  kitabından, 
77-78-ci səhifələr). 
2
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.78 
3
 “Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.500 


 
52 
əlamət  görünməyən  fəlsəfi,  irfani  və  elmi  məlumatların  çoxunu  qəbul 
etmirdi.  “İbn  Qəyyimin  çoxlu  yazılarında  təkrar  olunan  rəylərin  əsası 
tövhid  məsələsidir...  Çünki,  tövhid  məsələsi  sələfilərin  nəzərində  ən 
əsaslı  və  ümdə  məsələlərdəndir.  O  tövhidə  yalnız  elmi  və  ilahi  yöndən 
diqqət  yetirmir,  həm  də  ona  fərdi  və  ictimai  davranışda  mühüm  bir 
qisməti əhatə edən insani əsil kimi baxırdı”
1
  
QURANIN TƏFSİRİ VƏ ŞƏRHİ 
İbn Qəyyimin Quran, onun təfsiri və şərhi barəsindəki məlumatları da 
onun  yazılarının  böyük  bir  hissəsini  əhatə  edir.  O  öz  təsəvvürlərinin 
çoxunu  təkcə  ustadının  adına  yazmamış,  əksinə  xırda  surələr  barəsində 
də  kiçik  təfsirlər  yazmışdır.  Bundan  əlavə,  özünün  sələfiliyə  meylinə 
uyğun olaraq təfsirlərdə də onların rəy və nəzərlərinə çox etimad edirdi. 
Amma  bu,  onun  səhabələrin  və  tabeinin  sözlərinə  çox  istinad  etməsi 
mənasında  o  deyildi  ki,  özünün  sələfiliyə  uyğun  olan  istinbatlarında  və 
“bədəli  rəy”  və  etiqadlarında  Quran  ayələrini  təfsir  etməmiş  olsun.  O, 
batini firqələrin hamısının şərhlərini səhv və batil hesab etməkdən əlavə, 
İslamda baş verən üsul və fiqh əhlinin son dövrlərdəki ardıcıllarını özünə 
məftun  edən  şərhi  bir  cinayət  hesab  edirdi.  O,  “təfriqə  hədisində”  o 
kəsləri  yolunu  azmışlar  hesab  edirdi  ki,  onlar  şərhlərə  rəğbət  edirdilər. 
Amma onun özü də bəzən Quranda şərhə yol verirdi.
2
  
HƏDİS ELMİ 
İbn Qəyyimin vahid xəbərlərin tanınmasında seçdiyi yolu, hər hansı bir 
hədisin  mövzu  kimi  tanınmasındakı  mövcud  olan  qayda-qanunları 
göstərməsi  və  hədislər  əsasında  bir  silsilə  Peyğəmbər  (s)  həyat  və 
fəaliyyətinin yazılması onun hədis və rəvayətlər barəsində tam məlumata 
malik  olduğunu  göstərir.  Öz  dövrünün  fəqihləri  sırasında  “Müfti  İbn 
Qəyyim”  ünvanı  ilə  tanınmışdı  və  o,  müxtəlif  dövrlərə  uyğun  olaraq 
fətvaların,  hökmlərin  və  işlərin  idarə  olunmasının  dəyişilməsi 
nəzəriyyəsinə  inanırdı.  Onun  nəzərinə  görə,  hakimlərin  istifadə  etməli 
olduqları  hizbi  siyasətlər,  dövrün  keçməsi  və  müxtəlifliyi  ilə  dəyişir  və 
bəzilərinin  səhvi  bundadır  ki,  Rəsuli-Əkrəmin  (s)  və  səhabələrin  öz 
dövrlərində  istifadə  etdikləri  bu  kimi  tədbirləri  əbədi  şəriət  kimi  qəbul 
etmiş  və  ondan  kənara  çıxmağı  rəva  bilməmişlər.  Buna  görə  də 
qədimlərin  tərəfindən  görülən  hər  hansı  bir  tədbir  varsa  dəqiq  şəkildə 
araşdırılmalıdır. Onun hərtərəfli və daimi qanun olmasımı, yoxsa dövrün 
məsləhətinə tabe olan zaman və məkan şərtləri ilə hüdudlanan bir tədbir 
                                                 
1
 Həmin mənbə, səh.500 
2
 Böyük İslam Enskilopediyası”, 4-cü cild, s səh.500 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə