ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə21/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   17   18   19   20   21   22   23   24   ...   106

 
49 
öyrənmişdir.  Belə  ki,  o,  İbn  Əbil  Fəth  Bəli  (709  h.q  ildə  vəfat  edib)  və 
Məcduddin  Tunisinin  (818  h.q  ildə  vəfat  edib)  huzurunda  ərəb 
ədəbiyatını,  o  cümlədən  Əbul  Bədanın  “Əl-müləxxəs”ini,  İbn  Malikin 
“Əlfiyyə”sini,  İbn  Usfurun  “Kafiyətuş-şafiyə”  və  “Əl-müqərrib” 
kitabının  bəzi  hissələrini  Məcduddin  Sərrafinin  yanında  (729  h.q  ildə 
vəfat edib) oxumuş, fiqhi kitablardan Əbül Qasim Hərəqinin “Müxtəsər”, 
İbn  Qüdamənin  “Əl-muğni”  kitablarını  öyrənmiş,  üsul  və  kəlamı 
Səfiyuddin  Hindidən  dərs  almışdır.  Eləcə  də  Fəxri  Razinin  “Əl-ərbəinu 
vəl-mühəssəl”  kitabını  onun  yanında  oxumuşdur...  İbn  Şirazidən,  İbn 
Məktumdan,  ibn  Əbdid  Daimdən,  Təqiyuddin  Süleyman  Mütimdən, 
Şahabuddin  Nablusidən  və  İbrahim  ibn  Məhəmməd  ibn  Cövhərin  qızı 
Fatimədən  hədis  eşitmişdir.  Əgər  Mərağinin  dedikləri  düzgün  olsa,  İbn 
Qəyyim  İbn  Teymiyyənin  hüzuruna  çatmazdan  əvvəl,  yəni  712-ci  hicri 
ilindən  əvvəl  sufiliklə  də  tanış  idi  və  sufiliyə  meyl  göstərirdi.  Bütün 
bunlarla  belə,  İbn  Qəyyimin  öz  yazılarından  və  başqalarının  onun 
barəsindəki  uzun  və  ya  qısa  söhbətlərinin  məcmusundan  aydın  olur  ki, 
onun 
təhsili  cavanlığının  sonlarına  yaxın  dövrdə  çiçəklənib 
təkmilləşmişdir.  Yəni  İbn  Qəyyim  21  yaşında  ikən  İbn  Teymiyyənin 
Qahirədən  Dəməşqə  qayıtdığı  712-ci  ildə  ona qoşulmuş  və  onunla  16  il 
bir yerdə olmuş və ondan çox faydalanmışdır...
1
  
Həqiqətdə  İbn  Qəyyim,  İbn  Teymiyyənin  ən  fəal  və  işgüzar 
şagirdlərindən  sayılırdı.  Hətta  bəziləri  onu  İbn  Teymiyyənin 
səhabələrinin  başçısı  hesab  etmişlər
2
.  O,  öz  ustadının  bütün  fikir  və 
əqidələrini  qeydsiz-şərtsiz  qəbul  etmiş  və  onun  xüsusi  şəxsiyyətini 
qorumaqla  yanaşı,  həm  də  onun  sözlərini  nəql  edərək  yaymışdı.  O  da 
ustadı  kimi  dövrünün  bütün  elmlərində  (təfsir,  hədis,  üsul  və  firui-fiqh) 
məharətli  idi  və  “onun  kimi,  İbn  Ərəbinin  təlimlərindən  qaynaqlanan 
ittihadiyyə  yolu  ilə  qəti  şəkildə  müxalif  idi.  Lakin  onun  əksinə  olaraq 
sufilikdən  çox  təsirlənmişdi  və  o  dövrdə  İslam  ölkələrində  çox  şöhrətə 
malik olan Xacə Əbdüllah Ənsarinin “Mənazilüz-zairin” kitabına xüsusi 
maraq  göstərirdi.  İbn  Qəyyim  öz  ustadına  nisbətən  çox  az  mübahisə 
edirdi. Lakin o əksər hallarda mövizə edərdi.”
3
  
Şagirdin  ustadından  (İbn  Qəyyimin  İbn  Teymiyyədən)  təsirlənməsi 
barəsində  “Əd-dürərul-Kaminətu”  kitabında  belə  nəql  olunur:  İbn 
Teymiyyənin  məhəbbəti  İbn  Qəyyimə  o  qədər  təsir  etmişdi  ki,  onun 
sözlərindən  heç  bir  vəchlə  kənara  çıxmır,  bütün  işlərdə  onun  sözü  ilə 
kifayətlənirdi.  Məhz  o,  ustadının  kitablarını  təhzib  edərək  (müəyyən 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.498-499 
2
 Həmin mənbə, səh.499 
3
 Himməti, Həmayun, “Vəhhabigəri”, səh.76 


 
50 
qədər  xülasələndirərək)  elmini  yayırdı.”  Bu  barədə  doktor  Nəzar  Rza, 
İbn  Qəyyimin  yazdığı  “Əxbarun-nisa”  kitabının  müqəddiməsində  belə 
yazır:  “O  İbn  Teymiyyədən  ən  çox  bəhrələnmiş,  onun  sözlərini  və 
təfəkürünü  qəbul  etmiş  və  fikirlərini  yaymağa  başlamışdı.  O,  ustadı  ilə 
əməl və rəydə şərik idi.”
1
  
İbn Qəyyim İbn Teymiyyənin düşüncələri, rəyləri və təlimatı ilə tanış 
olduqdan  sonra  onun  sözlərindən  təsirləndiyinə  görə  Xəlilullahın  (ə) 
məqbərəsinin ziyarətinə getmək səfərini inkar etdi və buna görə də həbs 
edildi.  Bu  hadisə  726-cı  ildən  qabaq  baş  verməliydi.  Çünki,  bu  dövrdə 
bir  daha  olaraq  ustadı  İbn  Teymiyyənin  təəssübkeş  fikir  və  rəyləri 
xatirinə Dəməşq qalasında həbs edilmişdi “və məhz həmin zindanda İbn 
Qəyyim Quran ayələrində dərindən fikirləşməyə başlamışdır.”
2
  
728-ci  hicri  ilində  İbn  Teymiyyə  öldükdən  sonra  İbn  Qəyyim  də 
zindandan  azad  edildi.  Onun  zindandan  azad  olduğu  dövrdən  Şam 
karvanı ilə həcc səfərinə getdiyi 731-ci ilə qədər mövcud şərait barəsində 
dəqiq  məlumat  yoxdur.
3
    Amma  aydındır  ki,  “ona  maneçilik  törədilirdi. 
Çünki,  ölkənin  dövlət  adamları  İbn  Teymiyyənin  yeni  hənbəli  məzhəbi 
müqabilində  maneçilik  törədirdilər.”
4
    Bu  maneçiliklərə  baxmayaraq 
hənbəlilər onu İbn Teymiyyənin ən vəfalı və doğruçu nümayəndəsi hesab 
edərək  “Covziyyə”  mədrəsəsində  onun  imaməti  ilə  namaz  qılırdılar. 
Bundan əlavə, İbn Qəyyim bu illərdə özünün bəzi əsərlərini yazmağa səy 
göstərirdi.  İbn  Teymiyyənin  ardıcılları  olan  bəzi  hənbəlilər  də  onun 
fətvalarını  aşkar  etmək  üçün  ona  müraciət  edirdilər.  Ehtimal  verilir  ki, 
həmin illərdə onun dərs məclisləri də bərqərar olurdu.”
5
 Belə ki, 736-cı il 
rəcəbin  2-də  ilk  dəfə  olaraq  Nəcmuddin  ibn  Xalixanın  Dəməşqin  Ğutə 
bağlarında  “Tuma”  və  “Şərqi”  qapısının  darvazasının  kənarında  tikdiyi 
məsciddə xitabə söylədi.
6
  
Şübhəsiz, İbn Teymiyyənin dərsləri 743-cü qəməri ilində daha ümumi 
və  rəsmi  xarakter  aldı.  “Çünki,  həmin  ilin  səfər  ayından  etibarən,  onu 
hənbəlilərin  Dəməşqdəki  mədrəsələrindən  digər  bir  mühümü  sayılan 
“Sədriyyə”  mədrəsəsində  tədrislə  məşğul  olduğunu  görürük.”
7
    O,  bu 
mədrəsədə  tədris  etdiyi  vaxt  İbn  Teymiyyənin  fətvalarının  bəzilərini 
xatırladırdı.  Bu  da  onun  Təqiyuddin  Səbki  kimi  ən  böyük 
                                                 
1
 Həmin mənbə, səfh9 
2
 “Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.494 
3
  Demişlər  ki,  Əmir  İzzuddin  Abikin  rəhbərliyi  ilə  Şamın  həcc  karvanında  bir  çox 
fəqihlər və mühəddislər də onlarla yanaşı idi. (“Vəhhabigəri”, Himməti, səh.77)  
4
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.77 
5
 “Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.499 
6
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.77 
7
 “Böyük İslam Enskilopediyası”, 4-cü cild, səh.499 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə