ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə24/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   20   21   22   23   24   25   26   27   ...   106

 
55 
araşdırılmasında nəzərə alınmaya bilməz.”
1
   
İndi İbn Qəyyimin əsərləri barəsində qeyd olunan müqəddiməyə diqqət 
yetirməklə  onun  əsərlərini  təqdim  edirik:  Cənab  Humayun  Himməti  öz 
kitabının  bir  hissəsində  İbn  Qəyyimin  əsrlərinin  siyahısını  belə  qeyd 
etmişdir: 
“Əlamul  muqiin  ən  Rəbbil-aləmin”,  (yaxud  kamil  müftinin  İbn 
Teymiyyənin əqidələrinə müvafiq  üsuli-dində  yolgöstəricisi) “Bədayiul-
fəvaid”,  “Əxbarun-nisa”,  “İğasətül-əfham  min  məkaidiş-şeytan”, 
“İğasətul-əfham  fi  hökmi  təlaqil-ğəzbani  vəs-səkran”,  “Əttibyanu  fi 
əqsamil-Quran”,  “Cəlaul-əzham  fis-səlati  vəs-səlami  əla  xeyril-ənam”, 
“Əl-cəvabul-kafi  limən  səələ  ənid-dəvaiş-şafi”,  “Hadil-ərvah  ila  biladil-
əfrah”,  “Zadul-məad  fi  hədyi  xəyril-ibad”,  “Kitabus-səlati  və  hökmu 
tarikiha”,  “Uddətus-sabirin  və  zəxirəruş-şakirin”,  “Əl-kəlimut-təyyib”, 
“Təfsirul-müvəztəteyn”,  “Mədaricus-salikin”  (Xacə  Əbdüllah  Ənsarinin 
“Mənazilus-sairin” kitabına şərhdir və bunu hənbəli sufilərin məzhəbinin 
şah əsəri hesab etmək olar), “Ətturuqul-hökmiyyə”, “Əl-vabilus-səyyubu 
minəl-kəlmit-teyyib”,  “Əssəvaiqul-mürsələtə  ələl-cuhəmiyyəti  vəl-
müəttilə”, “Rovzətul-muhibbin və nuzhətul-muştaqin”. 
Həmçinin  qeyd  olunur  ki,  İbn  Qəyyim  “siyasətdə  İbn  Teymiyyənin 
fikirlərindən  ilham  almışdır.  Bu  onun  “Hisbə”,  “Kitabus-siyasətiş-
şəriyyə” adlı kitablarında qeyd olunmuşdur.” Üsuliddin haqqında yazdığı 
“Qəsidətun-nuniyyə” (Axırı «nun» hərfi ilə bitən qəsidə) əsas etibarı ilə 
«İttihadiyyə» əqidəsi ardıcıllarını rədd etmək üçün (şer şəklində) yazılan 
etiqadnamədir.
2
  
Cənab  Himmətinin  inancına  görə  “hazırkı  dövrdə  də  İbn  Qəyyimin 
əsərləri  təkcə  vəhhabilərin  arasında  deyil,  hətta  sələfilərin,  həmçinin 
Afrikanın  şimalındakı  İslami  yığıncaqlarda  çoxlu  oxucuları  vardır.” 
Şübhəsiz, İbn Qəyyim öz ustadı İbn Teymiyyə kimi etiqadi məsələlərdə 
çoxlu səhv və yanlışlıqlara düçar olmuşdur. Onların biri də Allahın hissi 
duyğularla  görünə  bilməsi  məsələsidir  ki,  o  özünün  uzun-uzadı 
“Kafiyətuş-şafeiyyə”  qəsidəsində  İbn  Teymiyyə  kimi  aşkar  şəkildə  bu 
xəta  və  yanlış  mətləbi  etiraf  və  bəyan  etmişdir.  Ümumiyyətlə,  İbn 
Qəyyim də özünün ideoloji müəllimi və rəhbəri  kimi etiqad bölməsində 
çoxlu  səhvlərə  və  inhiraflara  düçar  olmuşdur.  Onun  fikirləri  də  vəhhabi 
firqəsinin banisi (yəni Məhəmməd ibn Əbdül-Vəhhab) tərəfindən istifadə 
olunmuşdur  və  vəhhabilərin  dərin  köklərə  malik  olan  bu  azğın  fikirləri, 
eləcə  də  Əhməd  ibn  Hənbəl,  İbn  Teymiyyə  və  İbn  Qəyyimin  azğınçı 
fikirləri İslam cəmiyyətində çoxlu təfriqələrin və nifaqların yaranmasına 
                                                 
1
 Həmin mənbə 
2
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.78-80 


 
56 
səbəb olmuşdur. Biz kitabın başqa bölməsində hənbəli məktəbinin, onun 
çox təəssübçü, puç əqidə və rəylərinin yaranmasında mühüm rol ifa edən 
Ali Əbdül-Hadi barəsində söhbət edəcəyik. 
ALİ ƏBDÜL-HADİ 
Ali  Əbdül-Hadi  (Əbdül-Hadi  sülaləsi)  hənbəli  məzhəbinin  VII  əsrdən 
sonrakı fəqihlərindən hesab olunur.
1
 Onlar Şeyx Əhməd ibn Məhəmməd 
ibn  Qüdamənin  qardaşı  Yusifin  övladlarından  olduğundan  onların 
barəsində  məlumat  əldə  etmək  üçün  əvvəlcə  Ali  Qüdaməni 
araşdırmalıyıq.  Şübhəsiz,  Ali  Qüdamə  əslən  fələstinli  və  hənbəli 
məzhəbli  bir  sülalə  olmuşlar.  Onların  içindən  çoxlu  fəqihlər, 
müsnədçilər, hafizlər və qazilər çıxmışdır ki, onların hənbəli məktəbinin 
yayılmasında  göstərdikləri  elmi-dini  fəaliyyətlər  Fələstin,  Dəməşq, 
Misir, Bəəlbək və Bağdadda çox təsirlər qoymuşdur. 
Ali-Qüdamə  Nablosun  tabeçiliyində  yerləşən  Cəmmail,  yaxud 
Cəmmain  kəndində  yaşayan  Qüdamə  ibn  Miqdam  ibn  Nəsir  ibn 
Əbdüllaha mənsub edilir. Hazırkı dövrdə əsas etibarı ilə hənbəli məktəbi 
və  Əhməd  ibn  Hənbəlin  təlimləri  əsasında  qoyulan  bu  kəndin  dini  və 
məzhəbi  işlərinin  rəyasəti  bu  sülalənin  öhdəsinədir.  Həqiqətdə  Ali-
Qüdamənin  elmi  həyatı  səlibçilərin  miladi  tarixi  ilə  V  əsrin  axırlarında 
və  XI  əsrin  əvvəllərində  Beytül-müqəddəsi  işğal  etdikləri  zaman 
faəliyyətə başladı. Bu barədə Böyük İslam Enskilopediyasında belə qeyd 
olunur:  “...492-ci  h.q  ilində  (1099-cu  miladi)  Beytül-müqəddəsin  səlib 
yürüşləri  nəticəsində  süqut  etməsinin  ardınca  səlibçi  əmirlər  feodal 
surətinə düşdülər və camaatın ictimai və fərdi həyatına çoxlu əngəllər və 
təzyiqlər  törətdilər.  İşsizlik,  ağır  xərac  vermək,  həbs  edilmək,  hətta 
ayaqlarının  kəsilməsi  və  bu  kimi  müxtəlif  işgəncələr  altında  olan 
Cəmmail  əkinçiləri  və  onun  ətrafındakı  kəndlərin  sakinləri  özlərinə 
təskinlik vermək üçün Şeyx Əhmədin sözlərinə itaət etdilər. Məhəmməd 
ibn Qüdamə və daha sonra onun oğlu Əhməd və nəvəsi Məhəmməd Əbu 
Ömər  Cəmmail  kəndinin  dini  işlərini  öhdəsinə  aldılar.  O  zamanda 
                                                 
1
  İbn  Əbdül-Hadinin  vəziyyəti  və  əhvalı  barəsində  çox  az  mə`lumat  vardır.  O  da, 
ümumiyyətlə,  ərəb  dilindədir.  Aydındır  ki,  onların  araşdırılması  çox  vaxtı  və  geniş 
tədqiqatları tələb edir. Lakin bu sülalə barəsində “Böyük İslam Enskilopediyası”nın 2-
ci  cildində  (87-95-ci  səh.)  qeyd  olunan  mə`lumatlara  diqqət  yetirməklə  onun  Ali 
Qüdamə  ilə  bağlılığını  anlamaq  olar.  Qeyd  olunmalıdır  ki,  o  mənbə  Ali  Qüdamənin 
keçmiş  tarixinə  qısa  bir  nəzər  saldıqdan  və  onun  məşhur  şəxsiyyətlərinin  adını  qeyd 
etdikdən  sonra  iki  səhifədə  ibn  Əbdül-Hadinin  (Ali  Qüdamın  bir  şaxəsidir)  məhşur 
şəxsiyyətlərindən  söhbət  açılır.  Özü  də  bu  sülalənin  məşhur  şəxsiyyətlərinin  adına  və 
necə,  harada  və  kimdən  hədis  eşitməklərinə  işarə  olunmuşdur.  Amma  onların  tarixi 
keçmişləri, mühüm tədbirləri, hənbəli fiqhindəki tə`sirləri və o fiqhi yaymaları qətiyyən 
araşdırılmamışdır. 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə