ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə30/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   26   27   28   29   30   31   32   33   ...   106

 
68 
bir  tarix  isə  qacarlar  dövründə  yazılan  “Nasirux-Təvarix”dir  ki,  onda 
Məhəmməd ibn Əbdül-Vəhhabın İrana gəlişindən söhbət olunur.”
1
  
Məhəmməd  ibn  Əbdül-Vəhhabın  İrana  etdiyi  səfərində  diqqət 
yetirilməli  və  maraqlı  məsələ  “Hafiz  və  hibə”  kitabının  336-cı 
səhifəsində  qeyd  olunanlardır.  Orada  belə  deyilir:  “Şeyx  Məhəmməd 
İrana  səfər  etdi  və  orada  şərq  hikmətini,  tüfəng  və  bir  sıra  müharibə 
ləvazimatını  düzəltməyi,  döyüş  taktikasını  öyrəndi.”
2
    Bu  məsələ  bəlkə 
də  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  şan-şöhrət  arzusunda  olduğuna 
gözəl bir sübut ola bilər. Çünki, onun ətraf məntəqələrə səfəri, çox güclü 
ehtimal üzrə, bu əsrin siyasi-mədəni mühitindən agah olmaq və münasib 
üslub  seçməkdən  ibarət  idi  ki,  bu  yolla  da  Ərəbistan  yarımadasında 
dəyişiklik  yarada  bilsin.  Bu  nəzəriyyəni  belə  irəli  sürmək  olar  ki, 
Məhəmməd ibn Əbdül-Vəhhabın Osmanlı imperiyasının nəzarəti altında 
olan  məntəqələrə,  eləcə  də  İrana  etdiyi  səfərlərdə  əsas  məqsədi  bu 
imperatorluğun  nə  qədər  qüdrətə  malik  olmasını,  hakimiyyəti  altında 
olan məntəqələri necə idarə etməsini və İrana hakim olan mövcud şərait 
araşdırmaq  idi  ki,  bunlar  barəsində  müəyyən  məlumat  əldə  etməklə 
gələcəkdə öz məqsədlərini çox asanlıqla həyata keçirə bilsin. 
Şübhəsiz, onun İrana səfəri elə bir zamana təsadüf edirdi ki, Nadir şah 
(sonradan  Əfşarilər  silsiləsinin  əsasını  qoymuşdu)  Səfəvi  şahzadəsinin 
himayəsinin  əksinə  olaraq  qüdrətə  çatmaq  və  Səfəviləri  tamamilə  İran 
siyasəti  səhnəsindən  çıxarmaq  istəyirdi.
3
    Doktor  Hairi  Məhəmməd  ibn 
Əbdül-Vəhhabın  xüsusi  zaman  dövründə  İsfahana  səfərinə  işarə  edərək 
yazır: “Məhəmməd ibn Əbdül-Vəhhab Nadir şaha tac qoyulma mərasimi 
keçirilən  ildə  (1148-ci  h.q.  1736-cı  miladi)  İsfahana  getdi  və  dörd  il 
müddətində o şəhərdə məşşa-işraq fəlsəfələrini və sufiliyi öyrəndi.”
4
  
Bir  sözlə,  Məhəmməd  ibn  Əbdül-Vəhhab  o  dövrdə  İrana  hakim  olan 
mədəni-siyasi fəzadan agah olmaq (bunun özü də ayrılıqda araşdırılmalı 
bir  məsələdir),  həmçinin  o  dövrdə  istismarçı  qüdrətlərin  (Hollandiya, 
Potuqaliya  və  İngiltərə)  Fars  körfəzi  hövzəsində  yerləşən  ölkələrə  qarşı 
rəqabətini  nəzərə  almaqla  əvvəlcə  Nəcd,  daha  sonra  ətraf  nahiyələrdə 
                                                 
1
 Həmin mənbə, səh.118-119 
2
 Həmin mənbə, səh.119 
3
  Qeyd  olunmalıdır  ki,  əfqanlıların  İrana  hakim  olmasından  və  Səfəvi  silsiləsinin 
süquta uğramasından sonra Nadir şah əfqanlıları İrandan çıxarmaq və nəhayət özünün 
qüdrətə  çatmaq  arzusunu  həyata  keçirmək  üçün  canını  əfqanlılarla  müharibədən 
qurtaran  bir  Səfəvi  şahzadəsindən  istifadə  etdi  və  onu  yenidən  təşkil  etmək  qərarına 
gəldi.  Bu  barədə  əlavə  mə`lumat  almaq  üçün  İranın  Səfəviyyə  əsrinin  axırları  və 
Əfşariyyənin əvvəllərindəki tarixinə müraciət edə bilərsiniz.  
4
  Hairi  Əbdül-Vəhhab,  “İran  və  cahani  islam”  Astani  Qüdsi  Rəzəvi  nəşriyyatı, 
Məşhəd, 1368, 1-ci çap, səh.74 


 
69 
müəyyən dəyişikliklər etmək qərarına gəldi.
1
  
Amma burada belə bir sual yaranır ki, görəsən Məhəmməd ibn Əbdül-
Vəhhabın Şama və İraqa etdiyi səfərdə məqsədi nə idi? O, bu səfərlərdə 
hansı məsələləri izləyir, hansı əqidə və cərəyanları axtarırdı? Şübhəsiz, o, 
Nəcdin  qəbilə  icması  şəklində  yaşayan  mühitində  böyüyüb  boya-başa 
çatmışdı  və  atasının  hənbəli  əqidəsinə  malik  olduğuna,  həmçinin  onun 
məhkəmə və tədris sahələrində çalışdığına görə hənbəli fiqhini, eləcə də 
bu barədə müəyyən tədbirlər görənlərin, xüsusilə İbn Teymiyyə və onun 
şagirdi İbn Qəyyim və İbn Əbdil Hadinin fiqhini araşdırmağa çox maraq 
göstərirdi. Buna görə də yuxarıda adları qeyd edilənlərin əqidə və rəyləri 
barəsində  daha  artıq  məlumat  kəsb  etmək,  eləcə  də  Osmanlı 
imperatorluğunun hakimiyyəti altında olan Şam  və  İraqın siyasi, ictimai 
və  mədəni  mühiti  barədə  məlumat  əldə  etmək  üçün  həmin  məntəqələrə 
səfər  etmişdi.  Cənab  Fəqihi  Məhəmməd  ibn  Əbdül-Vəhhabın 
təlimlərinin mənşəyinə işarə edərək yazır: “... Şübhəsiz, Məhəmməd ibn 
Əbdül-Vəhhabın  sözləri  İbn  Teymiyyənin  rəylərindən  qaynaqlanır. 
Vəhhabi  firqəsinin  böyük  şəxsiyyətləri  və  yazıçıları,  eləcə  də  başqa 
yazıçılardan bir qrupu bu məsələni aşkar şəkildə qeyd etmişlər... Bundan 
əlavə  “Böyük  İslam  Enskilopediyası”nın  yazdığına  əsasən  Şeyx 
Məhəmməd  Dəməşqdəki  hənbəli  alimləri  ilə  əlaqə  qurmuşdu  və  təbidir 
ki,  hənbəli  alimlərinin  əsərlərindən,  xüsusilə  İbn  Teymiyyə  və  onun 
şagirdi İbn Qəyyim Covziyyənin təlimlərindən bəhrələnmişdir...”
2
 
 
Bu hadisələri və cərəyanları nəzərə almaqla aydın olur ki, Məhəmməd 
ibn Əbdül-Vəhhab xüsusi məsələləri izləyirdi ki, sonralar vəhhabiyyətin 
–  İslama  zidd  olan  məsləkinin  əsasını  qoysun.  Bu  zaman  bəzi  yazıçılar 
səhvən  vəhhabi  hərəkatının  müsbət  nəticələrindən  biri  kimi  “İslam  və 
Quranın  əsas  prinsiplərinə  əsaslanan  iqtidarlı  dini  hökumət  icad  etmək” 
kimi  qeyd  etmişdilər.
3
    Halbuki,  vəhhabiliyin  donuqluq,  təəssübkeşlik, 
irticaçılıq,  geriçilik  fikirləri  və  sair  müsəlmanlar  qarşısında  dəlilsiz 
ciddiyyətləri  və  xudbinlikləri  onların  nəzərdə  tutduqları  dini  hökumətin 
sarsılmasının 
və 
İslam  cəmiyyətində  təfriqənin,  ikitirəliliyin 
yaranmasının səbəbi hesab olunurdu. Cənab Əmini bu barədə belə yazır: 
“Məhəmməd  ibn  Əbdül-Vəhhab  İbn  Teymiyyənin  nəzərlərini  necə  icra 
etmək barəsində çox fikirləşdi. Nəhayət, bu qənaətə gəldi ki, zorakılıq və 
qılınc  sayəsində  “din  və  onun  ilkin  çiçəklənən  intibah  dövrünə  qayıdış” 
                                                 
1
  Məhəmməd  ibn  Əbdül-Vəhhabın  dövründə  Fars  körfəzi  və  orta  şərq  ölkələrində 
istismarçı qüdrətlərin hüzuru barəsində 2-ci fəsildə ətraflı söhbət olunacaq. 
2
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.129-
130 
3
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.247 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə