ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə20/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   16   17   18   19   20   21   22   23   ...   106

 
47 
əqidələrlə mübarizə aparır, onları şiddətlə tənqid edir və onların əleyhinə 
kitablar  yazırdı.  Bu  məsələdə  hamıdan  artıq  şiə  məzhəbinin  əqidə  və 
əməlləri  ilə  müxalifətçilik  edirdi.  O,  bu  barədə  “Minhacüs-sünnə”, 
“Ziyarətül-qubur”  və  “Əqaid”  adlı  kitablarında  şiələrin  əqidələrinə  və 
əməllərinə qərəzçilik mövqeyindən yanaşaraq şiddətlə etiraz etmiş, onları 
batil və bidət saymışdır.”
1
  
Aydındır  ki,  İbn  Teymiyyədən  dörd  əsr  sonra  zahir  olan  Məhəmməd 
ibn  Əbdül-Vəhhabın  tənqidçi  əqidələri  də  məhz  İbn  Teymiyyənin 
etirazçı  fikirləri  və  üzdəniraq  islahatçı  tədbirlərinin  davamı  idi.  Seyyid 
Möhsün Amulinin dediyi kimi: “Məhəmməd ibn Əbdül-Vəhhab və onun 
ardıcılları  İbn  Teymiyyənin  tənqidçi  əqidələrinin  ardınca  getmiş  və 
qəbirlərin  ziyarəti  barəsindəki  tənqidi  əqidələrini  İbn  Teymiyyənin 
əqidəsi əsasında qurmuşlar.”
2
  
İbn Teymiyyə ciddi məzhəbi təəssübə malik olduğundan
3
  çox  səthi  və 
irticaçı fikir və  əqidələrə  malik  idi. Onun  hənbəli məzhəbindəki  şiddətli 
əməli  və  ciddiyyəti  səbəb  oldu  ki,  ondan  sonra  o  məzhəb  sair 
müsəlmanların  nəzərində  mənfur  sayılsın  və  sair  İslami  məzhəb 
ardıcılları  tərəfindən  onun  ardıcıllarına  bədbinlik  yaranıb  həmlələr 
olunsun.  O,  bundan  əlavə  özünün  elm,  fəlsəfə  və  istidlalla  olan 
müxalifətləri  ilə  İslam  mədəniyyətinin  azad  fəlsəfə  və  elminin  köksünə 
sarsıdıcı zərbələr vurdu, azad fikirləşən müsəlmanları, məntiq və istidlal 
əhlini  fəlsəfi  və  istidlali  təfəkkürdən  çəkindirdi  və  bunun  əvəzində  də 
müsəlmanları istər-istəməz məzhəbi təəssübə və irticaçı təfəkkürə doğru 
sövq etdi. 
İmam  Fəxr  Razi  yuxarıdakı  mətləbə  işarə  edərək  təkid  edir:  “İbn 
Teymiyyənin  sünnəyə  meyilli  olan  məzhəbi  hərəkatı,  xüsusilə  hənbəli 
məzhəbində,  ümumiyyətlə  İslam  dinində  ondan  sonra  heç  bir  inkişafa 
nail  olmadı  və  nəzərə  çarpacaq  nailiyyətlər  əldə  edilmədi.  İbn 
Teymiyyənin  və  onun  şagirdlərinin  hədəf  və  nəzərlərinin  əksinə  olaraq 
onun  tutduğu  üsluba  təqribən  heç  kəs  tərəfindən  diqqət  yetirilmədi. 
Çünki,  dövrü  hakimiyyətinin  siyasəti  onun  özünü  və  fikirlərini  himayə 
etmədi.  Əksinə,  müəyyən  yerlərdə  onunla  əməli  mübarizəyə  qalxdı. 
                                                 
1
 Fəzai Yusif, “Münazirati-imam Fəxr Razi”, səh.217 
2
 Amuli Seyyid Möhsün, “Tarixçeyi-nəqd və bərrəsiye-vəhhabiha”, Seyyid İbrahim 
Ələvinin tərcüməsi, “Əmir kəbir” nəşriyyatı, Tehran 1365, səh.133 
3
  İbn  Teymiyyənin  şiələrə  qarşı  şiddətli  təəssübə  malik  olduğu  şeylərdən  biri  də 
Əhli-beytin  (ə)  fəzilətlərini  inkar  etmək  idi.  O,  kitabının  bir  yerində  belə  yazır:  “Hər 
kəs  Əli  ibn  Əbitalib  (rəziyəllahu  ənh)  kimi  saleh  şəxsiyyət,  yaxud  ölü  və  diri  şəxslər 
barəsində həddini aşsa və onda bir növ müqəddəslik olduğuna inansa, yə`ni onu dünya 
işlərində  tə`sirli  bilib  ondan  kömək  istəsə,  belə  şəxs  tövbə  etməlidir.  Əks  halda  qətlə 
yetirilməsi vacibdir.” (“Münazirati imam Fəxr Razi” kitabının 219-cu səhifəsindən) 


 
48 
Lakin  hicrətin  XII  əsrində  vəhhabilər  tərəfindən  hənbəli  məzhəbində 
başqa  bir  hərəkat  başlandı.  Onların  əqidələrinin  əsası  İbn  Teymiyyənin 
əqidə  və  üslubunun  üzərində  qurulmuşdu  ki,  Səudiyyə  Ərəbistanı 
dövlətinin onu himayə etməsi, hətta bəzilərinin dediyinə görə İngiltərə və 
qərb 
siyasətçilərinin 
nüfuzunun 
güclənməsi 
sayəsində 
hənbəli 
məzhəbinin  o  əsrdə bir  daha  yenidən  canlanıb  əhəmiyyət  kəsb  etməsinə 
səbəb oldu.”
1
  
İBN QƏYYİM COVZİYYƏ 
TƏRCÜMEYİ-HALI 
“Məfatihül-cinan”  kitabının  məllifi  mühəddis  Qumi  özünün  “Əl-kuna 
vəl-əlqab” adlı dəyərli kitabında İbn Qəyyim barəsində yazır: “Onun adı 
Məhəmməd ibn  Əbu  Bəkr  Hənbəli  olmuşdur...”
2
    Dehxuda  isə  onu  belə 
qeyd  edir:  “Şəmsəddin  Əbu  Əbdillah  Məhəmməd  ibn  Əbu  Bəkr  ibn 
Əyyub Zəri 691-ci hicri ilinin səfər ayının 7-də (1292-ci il yanvarın 29-
da)  dünyaya  gəlmişdir.  Onun  nə  üçün  “İbn  Qəyyim  Covziyyə” 
adlanmasına  gəldikdə  isə,  bunun  səbəbi  onun  atası,  yaxud  babasının 
Dəməşqdə  “Covziyyə”  mədrəsəsinin  idarə  olunmasını  öhdəsinə  alması 
idi.”
3
  
Şübhəsiz, İbn Qəyyimin atası “Covziyyə” mədrəsəsində işlədiynə görə 
hənbəlilərin  rəy  və  əsərləri  ilə  tanış  olmuşdur.  Ehtimal  verilir  ki,  bu 
məlumatlar uşaqlıq çağlarında onun övladına keçmişdir. Çünki, onu  İbn 
Qəyyimin  ustadlarından  biri  hesab  etmişlər.  İbn  Qəyyimin  həyatı,  eləcə 
də  ideoloji  cəhətdən  nə  cür  yetkinliyə  çatması  barədə  heç  bir  məlumat 
yoxdur. 
Onun şagirdlərinin, o cümlədən, İbn Kəsir və İbn Rəcəbin onun həyatı 
barəsində  müəyyən  mətləbləri  qeyd  etmələrinə  baxmayaraq,  İbn 
Qəyyimin  uşaqlıq  və  yetkinlik  dövrləri  barəsində  dəqiq  məlumatları 
yoxmuş  və  əksər  hallarda  onun  fikri  cəhətdən  yetkinliyə  çatıb 
püxtələşdiyi  dövrdəki  elmi  və  dini  şəxsiyyətinə  işarə  etmişlər.  Onun  öz 
yazıları  da,  hətta  həyatının  külliyyatı  da  uşaqlıq  və  cavanlıq 
dövrlərindəki  vəziyyətini  aydınlaşdırmır.  Sanki,  onun  mədəni  həyatı 
Təqiyuddin İbn Teymiyyənin elmindən bəhrələndiyi dövrlərdən başlayır. 
Əlbəttə,  bu  o  demək  deyil  ki,  İbn  Qəyyim  İbn  Teymiyyənin  hüzuruna 
çatdığı  vaxtlardan  qabaq  fikri  və  mədəni  həyata  qədəm  qoymamışdır. 
Şübhəsiz, o VII əsrin axırlarında və VIII əsrin əvvəllərində dövrün bəzi 
elmlərinə  yiyələnmiş  və  o  zamanın  ustadlarından  çoxunun  yanında  elm 
                                                 
1
 Fəzai Yusif, “Münazirati imam Fəxr Razi”, səh.221-222 
2
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.75 
3
 Dehxuda Əli, “Lüğətnamə”, ibn Qəyyim kəlməsində  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə