ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə19/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   15   16   17   18   19   20   21   22   ...   106

 
45 
zahiri  gözlərlə  görmək  olar.  Amma  Onu  dünyada  görmək  olmaz.
1
 
Bununla belə, Onu məxluqların əzaları ilə müqayisə etmək olmaz.”
2
  
Cənab Himməti kitabının bir hissəsində bu etiqadı tənqid edərək yazır: 
“İbn  Teymiyyənin  öz  sözləri  onun  əqidəsində  mövcud  təzadı 
göstərdiyindən,  bunu  tənqid  etməyə  də  ehtiyac  yoxdur.  Lakin  işarə  ilə 
deyirik  ki,  İbn  Teymiyyənin  sözündən  belə  çıxır  ki,  Allahın  pak  və 
müqəddəs Zatı cismdir, məkana malikdir və əzalardan təşkil olunmuşdur. 
Onun  fikrinə  görə  Allahın  zatında  əzaların  bir-biri  ilə  tərkibi  vardır. 
Aydındır  ki,  hər  bir  tərkib  özünün  qalıb  davam  etməsində  öz  üzvlərinə 
ehtiyaclıdır.  Deməli,  hər  mürəkkəb  (tərkib  tapmış  şey)  ehtiyaclıdır  və 
ehtiyaclı  şəxs  Allah  ola  bilməz.  Çünki,  Allah  Özündən  başqalarından 
ehtiyacsızdır  və  Ondan  başqa  hər  nə  varsa  ehtiyaclıdırlar:  “Vəllahu 
ğəniyyun  ənil-aləmin  (Allah  bütün  aləmlərdən  ehtiyacsızdır)”,  “Ya 
əyyuhənnasu əntumul-fuqərau iləllahi vallahu huvəl-ğəniyul-həmid” 
(“Ey insanlar, siz hamılıqla Allaha ehtiyaclısınız və Allah ehtiyacsız 
və tərifə layiqdir”). Sonra qeyd edir: “Bu da elə dini materializmdir ki, 
bizim nəzərimizə görə İbn Teymiyyə, İbn Qəyyim və onun həmfikirləri, 
eləcə  də  bütün  vəhhabilər  bunun  tələsinə  düşmüşlər.  Onların  hamısı 
azğınçılıqdadırlar.  Etiqadi  məsələlərə  dərindən  yanaşmadıqlarına,  əql 
qüvvəsinə  hörmət  qoymadıqlarına,  həqiqi  hikmət  və  imandan,  əsl  ilahi 
fəlsəfədən uzaq düşdüklərinə görə bu zəlalətə düçar olmuşlar. Həmçinin 
İbn  Teymiyyənin  əsassız  sözləri  sonralar  Məhəmməd  ibn  Əbdül-
Vəhhabın  ideoloji  bazasını  təşkil  edərək  vəhhabi  ayininin  yaranmasına 
səbəb oldu.
3
  “ 
q) Allahın dünya asimanına nazil olmasına etiqad. 
İbn  Teymiyyə  Allahın  hiss  üzvləri  ilə  görünməsinə  etiqad 
bəsləməkdən,  Allahın  müəyyən  bir  cəhətdə  olmasını  isbat  etməkdən 
əlavə, həm də inanırdı ki, Allah dünya asimanına nazil olur. 
d)  Besətdən  qabaq  peyğəmbərlərin  günahsız  olmasının  lazım 
olmadığına etiqad; 
İbn  Teymiyyə  inanırdı  ki,  peyğəmbərlərin  isməti  yalnız  Allahın 
hökmlərinin  təbliğ  olunması  ilə  əlaqədardır.  O,  bu  barədə  bir  risalə  də 
yazmışdı. 
e)  İbn  Teymiyyənin  Allahdan  başqasına  and  içmək  barəsindəki 
                                                 
1
  Qeyd  etmək  lazımdır  ki,  Allahın  axirətdə  görünəcəyinə  e`tiqad  İbn Teymiyyədən 
neçə  əsrlər  öncə  mövcud  olmuş  və  mürciədən  bir  qurupu  da  belə  etiqada  malik 
olmuşlar.  Eləcə  də  bir  qrup  Allah  üçün  əzaların  olmasına  və  Onun  cism  olmasına 
inanmışlar. (Fəqihi, Əliəsğər, “Vəhhabilər”, “İntişarati-Səba”, Tehran, 1352, 1-ci çap, 
səh.32)  
2
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.60 
3
 Həmin mənbə, səh.63 


 
46 
nəzəri; 
“İbn  Teymiyyə  deyir:  Alimlərin  fikir  birliyinə  əsasən  Ərş,  Kürsü, 
Kəbə,  məlaikə  və  sair  kimi  əzəmətli  məxluqlara  and  içmək  caiz 
deyildir.”
1
  Bu  barədə  onun  şagirdi  İbn  Qəyyim  belə  deyir:  “Allahdan 
başqasına  and  içmək  böyük  günahlardandır.  Peyğəmbər  (s) 
buyurmuşdur ki, “hər kəs Allahdan başqasına and içsə Allaha şərik 
qoşmuşdur.”  Buna  əsasən  Allahdan  başqasına  and  içmək  kəbirə 
günahların başındadır.”
2
  
ə) Peyğəmbərə (s) təvəssül etməyin, onu şəfaətçi qərar verməyin və 
ondan bir şey istəməyin şirk olması. 
“İbn  Teymiyyə  yuxarıdakı  işlər  barəsində  deyir  ki,  əgər  bir  şəxs 
Peyğəmbərin  (s)  qəbrini  ziyarət  etdikdə  məqsədi  dua  və  salam  deyil, 
Peyğəmbərdən  (s)  bir  hacət  istəmək  olarsa  və  bu  məqsədlə  qəbrin 
yanında  durub səsini  ucaldarsa,  belə bir şəxs  Rəsuli-Əkrəmə  (s) əziyyət 
vermiş,  Allaha  şərik  qoşmuş  və  özünə  zülmü  rəva  görmüşdür.”  Qəbir 
sahibinə  təvəssül  etmək  barəsində  isə  deyir:  “Qəbiri  ziyarət  edənlərin 
bəzilərinin məqsədi budur ki, hacətləri rəvac olsun. Onlar qəbir sahibini 
Allah  dərgahına  müqərrəb  (yaxın)  bildiklərinə  görə  onu  Allah 
dərgahında  vasitə  qərar  verir,  onun  üçün  nəzir  edir,  qurbanlıq  kəsir  və 
qəbir sahibinə hədiyyə edirlər. Ziyarətçilərdən bəziləri öz mal-dövlətinin 
bir qismini qəbir sahibi üçün ayırır, bəziləri isə qəbir sahibinə məhəbbət 
göstərdiklərinə  görə  onun  ziyarətinə  gedir  və  qəbir  sahibinin  ziyarətinə 
getdikləri səfəri onun sağlığındakı ziyarətinə  getdikləri səfər kimi hesab 
edirlər. Bunlar da bütü Allah hesab edən bütpərəstlər kimidirlər.”
3
  
İbn  Teymiyyə  onun  öz  inanclarının  və  nəzərlərinin  əksinə  olan 
hədislərin  zəif  olduğunu  iddia  edir.  Belə  ki,  ziyarətlə  əlaqədar  nəql 
olunan (səhih) hədisləri zəif və düzgün olmayan hesab edirdi. Ayətullah 
ustad Cəfər Sübhani bu barədə belə yazır: “İbn Teymiyyənin ilkin xəta 
və  sapmalarını  göstərən  “təşbih”  və  “təcsim”  əqidəsindən  əlavə,  o, 
müsəlmanların  Peyğəmbəri-Əkrəmə  (s)  olan  eşq  və  məhəbbət 
əqidəsini də oyun-oyuncağa çevirmiş, bir sıra batil və zahiri sözlərlə 
700 illik sünnəni tənqid etmişdir.”
4
  
Şübhəsiz, “İbn Teymiyyə hənbəli məzhəbinin irticaçı əqidəsini müdafiə 
etməkdə  çox  təəssübkeş  idi.  O,  İmam  Əhməd  ibn  Hənbəl  kimi  və  hətta 
ondan bir neçə qat artıq əqidə ilə İslam məzhəblərində sonradan yaranan 
və müsəlmanlar tərəfindən əməl olunan hər növ yenilikçilik və məzhəbi 
                                                 
1
 Həmin mənbə, səh.70 
2
 Həmin mənbə, səh.71 
3
 Həmin mənbə, səh.73 
4
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.218 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə