ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə16/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   12   13   14   15   16   17   18   19   ...   106

 
39 
əqidələrini ondan əxz etmişdir.”
1
  
İbn  Teymiyyənin  tərcümeyi-halını  şərh  edərkən  onun  öz  rəy  və 
əqidəsində  müəyyən  ardıcıllıq  görürük.  Eyni  halda,  bunlar  onun 
sözlərinin  düzgün  olmasına  dəlalət  etmir,  əksinə,  onun  bütün  İslam 
alimləri  və  dördlük  təşkil  edən  sünnü  məzhəbinin  alimləri  qarşısında 
inadkarlığını göstərir. Belə ki, o, danışıqda kobud, acıdilli olduğuna görə 
onun  məktəbi  çox  da  rəvac  tapmamışdı.  Onun  ölümü  ilə  də  məzhəbi 
süquta  doğru  sürüklənirdi.  Baxmayaraq  ki,  onun  məşhur  şagirdləri,  o 
cümlədən,  İbn  Qəyyim  Covziyyə  və  ondan  sonra  İbn  Kəsir  bu  məzhəbi 
yaymağa  başladılar.  Lakin  bu  barədə  nəzərə  çarpacaq  dərəcədə 
müvəffəqiyyət  qazana  bilmədilər.  Nəhayət,  hicrətin  XII  əsrində 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  İbn  Teymiyyənin  sərt  və  təəssübkeşlik 
əsasında olan düşüncələrini və rəylərini bir daha dirçəltdi. 
İBN TEYMİYYƏNİN MÜXALİFLƏRİ VƏ MÜDAFİƏÇİLƏRİ 
İbn  Teymiyyə  kəlam,  fiqh,  irfan  və  s.  kimi  müxtəlif  məsələlər 
barəsində  özünün  xüsusi  əqidələrini  izhar  etdiyinə  və  İslam  aləminin 
görkəmli  şəxsiyyətləri  qarşısında  sərt  mövqe  tutduğuna  görə  həmin 
dövrlərdə  özünə  həm  çoxlu  müxalif,  həm  də  mürid  qazana  bilmişdi. 
Onun müxaliflərindən aşağıdakıların adlarını qeyd etmək olar: 
Onunla  müasir  olan  zahid  və  fəqihlərdən  Nəsr  ibn  Salman  ibn  Ömər 
Münbəhini  (719-cu  h.q.;  1319  miladi),  təəssübkeş  və  səthi  görüşlü 
şəxslərdən Nuriddin Əli ibn Yəqub ibn Cəbrəil Bikri Şafei (724-cü h.q.; 
1324  miladi),  sufilərin  böyüklərindən  olan  Tacuddin  Əbül-fəzl  Əhməd 
ibn Məhəmməd ibn Əbdül-kərim İskəndərani Şazli (709-cu h.q.; 1309-cu 
miladi),  Əbdül-Kərim  Kərimuddin  Əbulqasim  ibn  Əbdüllah  Amuli 
Təbəri (710-cu h.q), “İbn Cümlə” adı ilə məşhur olan Cəmaluddin Əbul 
Məhasin Yusif ibn İbrahim Şafei Hövrani (O, Dəməşqdə şafeilərin qazisi 
idi və camaatın qorxusundan İbn Teymiyyənin dəfn mərasimində iştirak 
etmədi və özünü gizlətdi) İbn Zəmləkani adı ilə məşhur olan Kəmaluddin 
Əbul-məali  Məhəmməd  ibn  Əli  ibn  Əbdül  Vahid  Ənsari  (727-ci  h.q.; 
1327  miladi).
2
    O,  əvvəlcə  İbn  Teymiyyənin  havadarlarından  idi;  Öz 
dövrünün  böyük  hədis,  təfsir  və  nəhv  alimlərindən  olan  Əbu  Həyyan 
Məhəmməd ibn Yusif ibn Əli ibn Yusif Əndəlusi Nəhvi (745 h.q.; 1344 
miladi). O da əvvəllər İbn Teymiyyəyə hörmət göstərirdi. Lakin sonralar 
İbn  Teymiyyə,  Sibəveyhə  irad  tutduğuna  görə  onların  əlaqələri 
                                                 
1
 Fəqihi, Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.28-29  
2
  Kəmaluddin  Zəmləkani  705-ci  hicri  ilində  İbn  Teymiyyə  ilə  elmi  mübahisəyə 
başlayan  ikinci  şəxsdir.  O  “Əddürrətül-müfsiyə  fir-rəddi  əla  İbn  Teymiyyə”  adlı 
kitabının müəllifidir.  


 
40 
gərginləşdi.  Təqiyuddin  Əli  ibn  Əbdüllah  Kafi  Səbki  (683-756  h.q.; 
1284-1355  miladi).  O  “Təbəqatuş-Şafeiyyə”  adlı  kitabının  müəllifi 
Tacuddin Səbkinin atasıdır. Belə ki, o,  İbn Teymiyyənin nəzəriyyələrini 
rədd  etmək  üçün  bir  neçə  kitab  yazmışdır.  O  cümlədən:  “Əd-dürrətül-
muziqiyyiqətu  fir-rəddi  əla  İbn  Teymiyyə”,  “Nəqdul-ictimai  vəl-iftiraqi 
fi  məsailil-imani  vət-təlaqi  vən-nəzərul-mühəqqəqi  fil-həlfi  bit-təlaqil-
müəlləq”  (İbn  Teymiyyənin  şagirdlərindən  olan  İbn  Qudamə  Məqdisi 
(744  h.q)  Səbkinin  sözlərini  rədd  etmək  üçün  kitab  yazmışdı).  Onun 
digər  müxaliflərindən  İbn  Cüheyl  adı  ilə  məşhur  olan  Şahabuddin 
Əhməd ibn Yəhya Kilabidir (733 h.q). O da İbn Teymiyyəni rədd etmək 
üçün  bir  risalə  yazaraq  orada  Allah-təalanın  hər  hansı  cəhətə  malik 
olmasını  inkar  etmişdir.
1
    Onun  müxaliflərindən  biri  də  705-ci  ildə  ilk 
dəfə  İbn  Teymiyyə  ilə  elmi  mübahisəyə  başlayan  Səfiyuddin  Hindidir 
(644-715).  Əbu  Bəkr  Həsəni  Dəməşqi  (829  h.q)  də  İbn  Teymiyyə 
barəsində yazır: “İbn Teymiyyənin sözlərinə nəzər saldıqda hiss etdik ki, 
o, batilə meyl edir. Mütəşabih ayələrə istinad edərək fitnə-fəsad törətmək 
istəyir.  Onun  kitablarında  elə  şeylərə  rast  gəldik  ki,  dil  onları  bəyan 
etməyə, barmaq onları yazmağa həya edir.”
2
  
İbn  Teymiyyənin  müdafiəçilərindən  aşağıdakı  şəxslərin  adını  qeyd 
etmək olar: 
“Əl-bidayətu vən-nihayə” kitabının müəllifi İbn Kəsir (744 h.q). O, öz 
kitabının  hər  yerində  irəli  gələn  hər  bir  münasibətlə  əlaqədar  İbn 
Teymiyyəni müdafiə edərək tərifləmişdir... O,  İbn Teymiyyənin müasiri 
olmaqla həmin əsrin böyük alimlərindən biri idi və onu müdafiə etdiyinə 
görə  çoxlu  əzab-əziyyətlərə  qatlaşmışdır.  Onun  digər  bir  müridi 
“Təhzibul-kəlam”  kitabının  müəllifi  (bu  kitab  sünnülərin  rical 
kitablarının  ən  mötəbəridir),  məşhur  hafiz  və  mühəddis  Əbul-Həccac 
Məzidir  ki,  742-ci  ildə  vəfat  etmişdir.  Onun  məşhur  şagirdlərindən  biri 
Əhməd ibn Məhəmməd Məzi Ləbli Hənbəlidir ki, İbn Həcərin dediyinə 
görə  əvvəllər  İbn  Teymiyyənin  müxaliflərindən  idi.  Lakin  onunla 
görüşdükdən  sonra  onun  yaxın  dostlarından  və  şagirdlərindən  biri  oldu, 
onun kitablarını yazmağa başladı və onu müdafiə etmək üçün çoxlu israr 
etdi,  sufilərin  rədd  edilməsində  və  ziyarət  məsələsində  onu  şiddətlə 
müdafiə  etdi.  Nəhayət,  sufilər  qiyam  edərək  onu  öldürmək  qərarına 
gəldilər...  Amma,  şübhəsiz,  İbn  Teymiyyənin  ən  böyük  şagirdi  və 
müdafiəçisi  İbn  Qəyyim  Covziyyə  adı  ilə  məşhur  olan  Şəmsuddin 
Məhəmməd  ibn  Əbi  Bəkr  ibn  Əyyubdur  (691-751  h.q.;  1292-1350 
miladi). Özünün bütün sözlərində və əqidəsində İbn Teymiyyənin mütləq 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.177 
2
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.42 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə